Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nafeç
Nafiç — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,814 nəfər və 903 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Zarəç
Zarəç- -İranın Yəzd ostanının Yəzd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,979 nəfər və 2,447 ailədən ibarət idi.
Nares boğazı
Nares boğazı ing. Nares Strait — Şimal Buzlu okeana daxil olan Qrenlandiya adasını Elsmir (ada)sından ayırır. Baffin dənizini Linkoln dənizi ilə birləşdirir. Boğaz kiçik körfəz və boğazlara bölünür: Smit boğazı, Kenya körfəzi, Kennedi boğazı, Xoll körfəzi və Robeson boğazı. Boğazın ümumi uzunluğu 500 km, ən dar yerdə eni 18 km təşkil edir. Bu məsafə Kanada və Qrenlandiya arasında ən yaxın məsafədir. Kennedi boğazında Qansa adası yerləşir ki, bu ada iki ölkə arasında mübahisəli ərazidir. Boğazı britaniyalı dəniz zabiti, qütb araşdırmaçısı Corc Nares 1870-ci ildə bölgəni öyrənərkən aşkarlamışdır. Boğazın adı Kanada və Qrenlandiya tərəfindən 1964-cü ildə təsdiqlənmişdir. Boğazın isti cərəyanlardan uzaq olması onun sularını yayda belə buzdan azad olmasına imkan vermir.
Naroç gölü
Naroç (belar. На́рач) — göl Belarusun Minsk vilayətinin Myadelski rayonu ərazisində yerləşir. Naroç gölü eyni adlı çayın hövzəsindədir. Göl ümumilikdə Naroçan göllər sisteminə daxildir: (Myastro, Batorino, Blednoye). Naroç gölü Naroçan göllər sisteminin və Belarusun ən iri böyük gölüdür. Onun su səthinin sahəsi 79,6 km²-dir. Ən dərin yeri 24,08 metrdir. Gölün uzunluğu 12,8 km, sahil xətti isə 41 km-dir. Su tutum sahəsi 710 milyon m³, gölün sahəsi isə 199 km² təşkil edir. Göldə ümumilikdə 22 növ balıq yaşayır.
Müqəddəs Narek kilsəsi
Müqəddəs Narek kilsəsi — Ermənistanın Araqatsotn mərzinin Güllücə kəndində Erməni Həvari kilsəsi. Kilsə 2012-ci ildə Narek Pape kimi tanınan yerdə inşa edilmişdir. 25 avqust 2012-ci ildə məsh edilmişdir. Əsrlər boyu Abaran ərazisinin Güllücə (indiki Vardenis) kəndində "Papeli Narek" adlı İncil var idi. Kitab ata adı Pape olan bir ailəyə məxsus idi və o, Narek adlandırılmışdır. Bunun səbəbi Qriqor Narekatsinin "Mərsiyələr kitabı" deyil idi. İnanca görə, kitab bir İncil və müalicəvi qabiliyyətə malik idi, ona görə də kəndlilər onu "Papenin Nareki" adlandırırdılar. Kitabın məzmunu 1710-cu ildə Konstantinopolda nəşr olunan möcüzəvi tibb İncilindən haqqında idi. Pape kitabı özü ilə daşıyırdı, lakin daha sonra isə kitab onun qohumlarının evində, kənddəki Müqəddəs Akop kilsəsinin yanında saxlanılmışdır. Zaman keçdikcə Papenin törəmələri yavaş-yavaş o evi tərk edərək dünyanın müxtəlif yerlərində məskunlaşmağa başlamış və təbii olaraq "Papenin Nareki" adlı müqəddəs kitabı özləri ilə aparmışdılar.
Puşino-na-Nare
Puşino-na-Nare — Rusiyada, Moskva vilayətinin Serpuxov şəhərində yerləşən malikanə, memarlıq abidəsi. Bu malikanənin tarixi XVIII əsrin sonu XIX əsrə aiddir. Oktyabr inqilabından sonra burada lazaret yerləşib. 13 oktyabr 1975-ci ildən memarlıq abidəsi kimi qeydiyyatdadır. Son zamanlaradək qəza vəziyyətində olub. 2014-cü ilin martında bərpa üçün özəl investor olan "ASG" şirkətinə verilib. Müqaviləyə əsasən, bərpa işləri başa çatdıqda investor obyekti güzəştli şərtlərlə (1 kv. m üçün 1 rubl) 49 il müddətinə icarəyə götürə bilər.
Anarək
Anarək — İranın İsfahan ostanının Nayin şəhristanının Anarək bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,285 nəfər və 462 ailədən ibarət idi.
Areca
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Barei
Barbara Reysabal Qonsales-Ayer (isp. Bárbara Reyzábal González-Aller; d. 29 mart 1982, Madrid, İspaniya) və ya səhnə adı ilə Barei — İspaniya müğənnisi və bəstəkarı. O, "Say Yay!" mahnısı ilə İspaniyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Barbara Reysabal Qonsales-Ayer 29 mart 1982-ci ildə İspaniyanın paytaxtı Madriddə anadan olmuşdur. O, Tereza Qonsales-Ayer Monterde və Fortunato Reysabal Larruyun qızıdır. Onun atası İspaniyada bir çox filmlərin istehsalı ilə məşğul olan, daşınmaz əmlaklara investisiyalar edən və Madriddə şənlik binalarının təmirinə yardım göstərən məşhur Reysabal ailəsindən idi və o, Barbaranın dünyaya gəlməsindən qısa zaman sonra vəfat etmişdir. Barbaranın İqnasiyo Xesus və Xulian adlı iki qardaşı və Lurdes adlı bir bacısı da var. O, vokal, gitara və piano dərsləri almışdır. == Musiqi karyerası == === Karyeranın başlanğıcı === Barbara öz musiqi karyerasını 16 yaşında ikən Kristina Agilera, Laura Pauzini və Lara Fabianın mahnılarını ifa edərək başlamışdır.
Carex
Cil (lat. Carex) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
FADEC
Elektron-rəqəmsal mühərrik idarəetmə sistemi (EMİS) (ing. full authority digital engine control system, FADEC) — minimal yanacaq sərfiyyatı ilə təyyarə mühərrikinin optimal göstəricilərini saxlamaq üçün yanacağın, havanın və alovlanma parametrlərinin avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemidir . == Tarixi == Hər hansı bir mühərrik idarəetmə sisteminin məqsədi, mühərrikin müəyyən bir vəziyyət üçün maksimum səmərəliliyi ilə işləməsinə imkan verməkdir. Əvvəlcə mühərrik idarəetmə sistemləri mühərriyə mexaniki bağlantılar vasitəsi ilə əaqəli idi. Bu bağlantıları hərəkət etdirərək pilot və ya uçuş mühəndisi yanacaq axını, çıxış gücünü və bir çox digər mühərrik parametrlərini idarə edə bilər. İkinci Dünya müharibəsi zamanı aviasiyada mühərrikində istifadə olunu piston-radial idarəetmə sistemi tədricən əvəz olundu. Əvvəl analoq elektron motor nəzarət etmə sisteminə, sonra isə rəqəmsal motor nəzarət etmə sisteminə dəyişdirildi. == Funksiyaları == FADEC (EİB)-in ikikanallı elektron idarəetmə modulundan , (hidromexaniki moduldan (HMU)) və sensorlardan ibarətdir. FADEC rotorunun fırlanma tezliyini, mühərrik içərisində təzyiq və temperatur siqnallarını qəbul edir. Bu siqnallar, mühərrikin idarəetmə sistemindən gələn siqnallarla yanaşı, mühərrik üzərində quraşdırılmış mexanizmlər üçün nəzarət siqnallarını izləmək və istehsal etmək üçün istifadə olunur və və aşağıda qeyd olunan funksiyaların nəzarətini təmin edir: Dartma avtomatının işləməsi və mühərrikin dartma gücünə nəzarət.
Faruc
Faruc — İranın Şimali Xorasan ostanının şəhərlərindən və Faruc şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,039 nəfər və 2,639 ailədən ibarət idi. Əhalisi əsasən Xorasan türklərindən ibarətdir və Xorasan türkcəsində danışırlar. Faruc şəhərində qismən Farslar və Kurmanclar da yaşayırlar. Şəhərin Türk kökənli əhalisini əsasən Qarayilər təşkil edir.
Karen
Karen — soyad, ərəb kişi adı, hansı ki, Ermənistandə geniş yayılıb. Karen Şeperd — ABŞ döyüş ustası, film və televiziya aktrisası. Karen Gillan — Şotlandiyalı aktrisa və köhnə maneken. Karen Cromie Digər Karen, həmçinin Karin, Karin-Pəxləvidlər, Karen-Pəxləvi — qədim İran sülaləsi, İranın yeddi böyük evindən biri. Karen — bir sıra terpenlərin orqanik birləşməsi, skipidarın komponenti. Karen — Birmada ştat (milli dairə).
Kərəc
Kərəc (fars. كرج‎) — İran İslam Respublikasının Əlburz ostanında şəhər. Əlburz ostanının və Kərəc şəhristanının inzibati mərkəzi. == Tarixi == == Coğrafiyası == Kərəc şəhəri Tehranın 20 km qərbində, Əlburz dağlarının ətəyində yerləşir. Ərazisi 2.452 km² olan şəhər ilbəil böyüyərək Tehrana daha da yaxınlaşır. Kərəc Elburs dağ silsiləsinin ətəyində yerləşir və ölkənin mühüm nəqliyyat qovşağıdır. Mənzərəli dağ təbiətinə malik Kərəc ölkənin sürətlə artan sənaye şəhəridir. Şəhərə yaxın bir neçə dağ kurortu yerləşir. Kərəcdə eyni zamanda klassik Şərq və, əsasən mərkəzdə, müasir Avropa memarlıq nümunələri ilə qarşılaşmaq olar. Burada bir neçə nüfuzlu tədris müəssisəsi də var.
Mareca
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Mareo
Mareo— Bolzanonun təxminən 50 kilometr şimal-şərqində yerləşən, Şimali İtaliyada Cənubi Tirolda yerləşən bir bələdiyyə. == Coğrafiyası == 30 noyabr 2010-cu il tarixinə əsasən ərazinin əhalisi 2,911 nəfər və sahəsi 161,6 kvadrat kilometr (62,4 km²) idi. Mareo aşağıdakı şəhərlərlə sərhədlənir: Badia, Pragz, Brunek, Kortina d'Ampezzo, La Val, Lüsen, St. Lorenzen, San Martin de Tor və Olang.
Faren (Fransa)
Faren (fr. Fareins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivyo-syur-Muanyan kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01157. == Coğrafiyası == Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 30 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 2137 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1535 nəfər (15-64 yaş) arasında 1007 nəfər iqtisadi fəal, 349 fəaliyyətsiz (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 75.4%) idi. 1007 fəal sakindən 953 nəfər (505 kişi və 448 qadın) işləyir, 54 nəfər işsizdir (22 kişi və 32 qadın).
Fitçi-marek
Fitçi-marek, (lat. Anas penelope) qazkimilər(Anseriformes) dəstəsindən bir quş növü.
Fərəc Cavanşirov
Fərəc Fərəcov
Fərəc Fərəcov (aktyor) — Azərbaycan aktyoru və rejissoru. Fərəc Fərəcov (memar) — Azərbaycan SSR Əməkdar memarı. Fərəc Fərəcov (deputat) — Azərbaycan Respublikasının əməkdar jurnalist, deputat.
Fərəc Qarayev
Qarayev Fərəc Qara oğlu (19 dekabr 1943, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018), dosent (1982), professor (1998), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Fərəc Qarayev 1943-cü il dekabrın 19-da anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını 1966-cı ildə prof. Qara Qarayevin sinfi üzrə bitirib. 1991-ci ildən fasilələrlə Bakı və Moskvada yaşayır. Bəstəkar Qara Qarayevin oğludur. == Fəaliyyəti == 1966-cı ildən Azərbaycan Konservatoriyasında dərs deməyə başlayıb. 1999-cu ildən P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının professorudur. 1994–1996-cı illərdə Moskvada Müasir Musiqi Assosiasiyasının (ACM) vitse-prezidenti olub. 1995-ci ildən Bakıda Yeni Musiqi cəmiyyətinin prezidentidir.
Fərəc Qasımov
Fərəc Cəfər oğlu Qasımov — Bakı bəhai icmasının ruhani məhfilinin "nazimi" (sədri). == Həyatı == 1883-cü ildə Salyanda doğulub. O, ərəb və fars dillərini mükəmməl bilən, dinlərin tarixinə yaxından bələd olan savadlı və hörmətli bir şəxs idi. Bakı bəhai icmasının ruhani məhfilinin sədri Fərəc Qasımov Azərbaycan KP MK-nın keçmiş katibi, UİK(b)P-nın məsul işçisi Yusif Qasımovun qardaşı oğlu idi. Maraqlıdır ki, əmisi Leninqradda "xalq düşməni" adı ilə həbs ediləndən sonra ailənin başqa üzvlərini "xalq düşməninin qohumu" kimi deyil, məhz bəhai dininə mənsubiyyətinə və "hökumətə qarşı zərərli fəaliyyətinə" görə digər bəhailərlə eyni gündə həbs edilmişdilər. Professor Ətulla Qasımovun atasıdır.
Fərəc Quliyev
Fərəc Quliyev və ya Fərəc Ulusoy (tam adı: Quliyev Fərəc İbrahim oğlu; 22 dekabr 1962, Üstüpü, Ordubad rayonu) — ictimai-siyasi xadim, istiqlalçı deputat, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin dördüncü və beşinci çağırış deputatı, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və hazırkı sədri. == Həyatı == Fərəc Quliyev 22 dekabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Üstüpü kəndində anadan olub. 1980-ci ildə orta məktəbi qızıl medalla, 1986-cı ildə Azərbaycan Tibb Universiteti "Müalicə işi" fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əlavə hüquq təhsili almışdır. Sambo üzrə idman ustasıdır. Ailəlidir. 3 oğlu var. Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə–könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir. 1995-ci ildə həbs edilmiş və 2002-ci ildə azadlığa buraxılmışdır. Həbsdə ikən 5 kitab və elmi-nəzəri məqalələr yazmışdır.
Fərəc Yusifbəyli
Fərəc Adil oğlu Yusifbəyli (19 sentyabr 1956) — azərbaycanlı dövlət və siyasi xadim, Naxçıvan Ali Məclisinin II çağırış üzvü. == Həyatı == Fərəc Yusifbəyli 19 sentyabr 1956-cı ildə anadan olmuşdur. 1979-cu ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1979-cu ildə Babək rayonu Yuxarı Ozanoba kənd orta məktəbində müəllim olaraq çalışmağa başlamışdır. Daha sonra eyni məktəbdə riyaziyyat müəllimi olaraq işləməyə davam etmişdir. == Siyasi fəaliyyəti == Fərəc Yusifbəyli 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. O, Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının sədr müavini və Babək Rayon Təşkilatının sədri olmuşdur. Fərəc Yusifbəyli Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq 2000-ci il Naxçıvan Ali Məclisinə seçkilərə 23 saylı Şıxmahmud seçki dairəsindən qatılmışdır. Seçkiləri birinci tamamlayaraq II çağırış Naxçıvan Ali Məclisinin deputatı seçilmişdir. Fərəc Yusifbəyli 2004 tarixində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında təmsil olunsa da partiya rəsmi qeydiyyata 2005-ci ilin avqust ayında qeydiyyata alındığı üçün çağırış sonuna qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü sayılmışdır.
Keyt Caret
Keyt Caret (ing. Keith Jarrett,) 22 may, 1945, Allentaun doğumlu — Amerikalı musiqiçi caz, pianoçu və bəstəkar. == Haqqında == Allentaunda (Filadedfiya ştatı) musiqiçilərin böyük ailəsində dünyaya gəlmiş Carret fortepianoda çalmağı öyrənməyə başlayanda onun cəmi üç yaşı vardı. Carretin yeddi yaşı tamam olanda isə o artıq solo konsertlər verirdi. Sonradan zərb alətlərində, soprano-saksofonda və vibrofonda da çalmağı öyrənmişdi. Dərsdən kənar vaxtlarda o, peşəkar ifaçı kimi, müntəzəm olaraq çoxsaylı konsertlərdə çıxış edirdi. 1962-ci ildə Bostona köçüb gedən Carret orada bir il Berkli Kollecində oxuyandan sonra öz triosunu yaratdı və Bostonda peşəkar ifaçılıqla məşğul olmağa başladı. 1965-ci ildə o, Nyu-Yorka köçüb getdi. Carret burada xeyli çalışandan sonra, nəhayət, onun ifaçılıq məharəti Art Bleykinin diqqətini cəlb etdi. Elə həmin ilin dekabr ayında o, Art Blakey's Jazz Messengers qrupuna daxil olub bir neçə ay orada çalışdı, 1966-cı ilin yazında isə Çarlz Lloydun yaratdığı kvartetə qoşuldu.