Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paçinko
Paçinko (yap. パチンコ) — Yaponiyada yaradılmış, kiçik metal şarlarla oynadılan, pinbol və oyun avtomatının qarışığı olan oyun avtomatı. Şarları avtomata atıb, sonra o şarlar qapılardan keçib ya avtomat tərəfindan sovrulur, ya da oyunçuya daha çox şar olaraq geri dönür. Bir-birinə və metala çarpan yüksək sürətli şarlar böyük desibelli mexanik səslər çıxardır.Yaponiyada qumar qadağan olduğundan, qazanan pul deyil, jeton ya da kiçik hədiyyələr alır; bunlar paçinko salonu xaricində pula çevrilə bilinir. == Qaydalar == === Siqaret çəkmək === Yaponiya ictimaiyətində Paçinko salonlarında siqaretin qadağan olunması haqqında müzakirələr aparılsa da, hal-hazırda salonlarda siqaret çəkməyə icazə verilir.
Acika
Acika (abx. Аџьыка, gürc. აჯიკა) — Abxaz və gürcü mətbəxinə aid sous. Tərkibinin acılığından asılı olaraq yeməklərə tomat kimi də istifadə oluna bilir. Bəzən bitki yağı da əlavə olunur. Bu zaman yeməklərə daxil edildikdə xoşa gəlməz tam verə bilir. Daha çox sadə üsulla istifadə geniş yayılmışdır. == Tərkibi == 3 kq qırmızı bibər 300 qr bolqar bibəri 100 qr acı bibər (zövqə görə artırılıb və ya azaldıla bilər) 0,8 kq pomidor 4-5 diş sarımsaq (zövqə görə artırıla bilər) dada görə duz == Hazırlanma qaydası == Tərkibdə sadalanan tərəvəzlər birlikdə ət maşınından keçirilir. Zövqə görə pomidorun qabığını soymaqda olar. Çəkilmiş tərəvəzlər birlikdə suyu çəkilənə qədər bişirilir.
Katinka Xossu
Katinka Xossu (mac. Katinka Hosszú; 3 may 1989, Peç) — Macarıstan üzgüçüsü. == Karyerası == 2004, 2008, 2012 və 2016-cı ilin Yay Olimpiya oyunlarında oynamışdır. Vasa SC klubunun tərkibində idman fəaliyyətini davam etdirir. “Dərmir qadın” ləqəbi ilə tanınır. 3 dəfə Olimpiya çempionu və 7 dəfə dünya çempionu olmuşdur. Vasas SC (2012–) və Bajai Spartacus SC (–2012) klublarının tərkibində fəaliyyət göstərmişdir. Kollec komandası Cənubi Kaliforniya Universiteti olmuşdur.
Mariya Kaçinska
Mariya Kaçinska, pol. Maria Helena Kaczyńska — Polşanın birinci xanımı. == Həyatı == Mariya Kaçinska 1943-cü il avqustun 21-də faşist Almaniyasının işğalı altında olan Lüblin dairəsinin Maxuv kəndində doğulub. Qızlıq soyadı Matskeviçdir. Atası Çeslav və anası Lidiya Litva polyaklarındandır. Əmilərindən biri Xatın faciəsində qurban gedib. Uşaq vaxtı valideynləri ilə birgə Polşanın Rabka-Zdruy şəhərinə köçüb, orta məktəbi orada bitirib. Sopotda nəqliyyat və xarici ticarət iqtisadiyyatı üzrə təhsil alan Mariya 1966-cı ildə Qdansk Dəniz İnstitutunda çalışmağa başlayıb. Polşanın gələcək prezidenti Lex Kaçinski ilə 1976-cı ildə tanış olub. 1978-ci ildə onunla ailə qurub.
Maçinqa (mahal)
Maçinqa — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Maçinqa ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Maçinqa şəhəridir. Mahal şərqdə Mozambik, cənubda Zomba mahalı, şimalda Manqoçi mahalı, qərbdə Balaka mahalı ilə qonşudur. == Əhali == Maçinqa mahalında 488,996 nəfər yaşayır.
Maçinqa dairəsi
Maçinqa — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Maçinqa ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Maçinqa şəhəridir. Mahal şərqdə Mozambik, cənubda Zomba mahalı, şimalda Manqoçi mahalı, qərbdə Balaka mahalı ilə qonşudur. == Əhali == Maçinqa mahalında 488,996 nəfər yaşayır.
Narınca (Qürvə)
Narınca (fars. ارنجك‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 961 nəfər yaşayır (232 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Qaçınma zonası
Qaçınma zonası səmanın Bizim Qalaktika tərəfindən gizlənmiş hissəsidir. Qaçınma zonası Süd yolunun Qalaktika mütəvisindən hər iki tərəfdə təxminən 10°-dir. 1878-ci ildə İngilis astronomu Riçard Proktor öz məqaləsində Con Hersşelin Dumanlıqların Ümumi Kataloqundakı "dumanlıq" ifadəsinə əsaslanaraq Qaçınma zonasını Bir neçə Dumanlığın Zonası olaraq qeyd etmişdi. == Arxa fon == Yerdən müşahidə zamanı Süd Yolunun müstəvisindəki( qalaktika müstəvisi) sönən rəqslər, kosmik toz və ulduzlar vizual oblastda ekstraqalaktik səmanın təxminən 20%-inin görünməsinə mane olur. Nəticədə optik qalaktik kataloqlar adətən qalaktika müstəvisi ətrafında əskikdir. == Müasir inkişaflar == Son illərdə bir çox layihələr Qaçınma zonasının yaratdığı bilik boşluğunu doldurmağa yönəlmişdir. Qalaktikamızdakı qaz və toz optik dalğa uzunluğunda udulmaya səbəb olur və buda ön plandakı ulduzların arxa fondakı qalaktikalarla qarışdırılmasına gətirib çıxarır. Eyni zamanda, dalğaların sönməsi effekti infraqırmızı oblast kimi uzun dalğa uzunluqlarında xarakterikdir və Süd yolu radiodalğa oblastında effektiv şəkildə şəffafdır. İRAS və 2MASS kimi infraqırmızı oblastda müşahidlər ekstraqalaktik səmanın daha tam təsvirini verdi. İki böyük qonşu qalaktikada Maffei 1 və Maffei 2 qalaktikalarında Qaçınma zonası Paolo Maffei tərəfindən 1968-ci ildə infraqırmızı oblasta müşahidələr zamanı aşkar edilmişdir.
Andrey Qaçina
Andrey Qaçina (21 may 1986) — Xorvatiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Andrey Qaçina Xorvatiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 7-ci pillənin sahibi olub. Daha sonra Andrey Qaçina Xorvatiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub. Andrey Qaçina Xorvatiyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Apaloderma narina
Apaloderma narina (lat. Apaloderma narina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin apaloderma cinsinə aid heyvan növü.
Kalinka Bamberskinin qətli
Kalinka Bamberskinin qətli — 1982-ci ilin iyul ayında Almaniya Federativ Respublikasının Lindau şəhərində törədilmiş cinayət. Fransız qadın Kalinka Bamberski 14 yaşında ögey atası Diter Krombaxın evində vəfat etmişdir. Cəsədin tibbi yarılmasının şübhəli nəticələri ilə əlaqədar olaraq qızın atası Andre Bamberski Krombaxın qızının ölümündə əli olub-olmadığını araşdırmaq üçün Almaniya hakimiyyətinə təzyiq göstərməyə başladı. Almaniyada məhkəmə prosesi dayandırldıqdan sonra, 1995-ci ildə Fransa məhkəməsi Krombaxı qiyabi olaraq mühakimə etdi və onu ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bildi. Alman hökuməti Krombaxın ekstradisiyasından imtina etdiyinə görə 2009-cu ildə Bamberski onun oğurlanması və Almaniyadan Fransaya qaçırılmasında iştirak etdi. Orada Krombax məhkəmə qarışısına çıxardıldı və 2011-ci ildə qəsdlə edilməyən qətil ilə nəticələnən qəsdən bədən xəsarətlərini yetirməkdə təqsirli bilindi. Krombax 15 il müddətinə azadlıqdan məhrum edildə; 2020-ci ilin fevral ayında səhhətinə görə həbsdən azad edildi və həmin ilin 12 sentyabrında Vinzendəki qocalar evində öldü. Öz növbəsində, Fransa məhkəməsi Bamberskini Krombaxın oğurlanmasına görə bir il olmaqla şərti cəzaya məhkum etdi. İnsan oğurluğunda ona kömək edən Anton Krasniçi və Kaça Bablovani bir il həbs cəzası aldılar.\ == Hadisədən öncə == === Andre Bamberski === Andre Bamberski 1937-ci ildə Valansyen şəhərində anadan olmuşdur. Atası Polşadan Fransa kömür mədənlərində işləməyə gəlmişdi.
Naina İbrahimova
Naina Ağəli qızı İbrahimova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2010). == Həyatı == Naina İbrahimova 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsində ali təhsil almışdır. 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktrisa vəzifəsində işləyir.20 dekabr 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.Teatrda işlədiyi müddətdə bir neçə rollar oynamışdır. Onların arasında: Nisə xanım (M.F.Axundov "Lənkəran xanlığın vəziri"), Züleyxa (Elçin "Poçt şöbəsində möcüzələr"), Katya Volkova (A.Qalin "Konkurs"), Marion Dübua (M.İbrahimbəyov "Neft bumu"), Şirin (S.Vurğun "Fərhad və Şirin") kimi rolları qeyd etmək olar. N.İbrahimova bir çox kliplərdə çəkilib, fotomodel kimi tanınır. == Şəxsi həyatı == Aktrisa Naina İbrahimova rəssamlar Ağəli İbrahimovun və Nadejda İbrahimovanın qızıdır. 2013-cü ilin oktyabr ayında Fərid adlı fotomodellə ailə qurub. Bu cütlüyün 2015-ci ilin fevralın 23-də oğul övladı olub. == Filmoqrafiya == Bəyaz həyat (film, 2003) "Moskva-Bakı" qatarı (film, 2005) Bir dəfə Qafqazda (film, 2007) Qüdsi (film, 2007) Sonuncu dərviş (film, 2009) Vəkil hanı?
Çinka məbədi
Akiba məbədi (秋葉神社, Akiba-cinca) və ya Akihabara məbədi – Yaponiyanın Tokio şəhərinin Tayto rayonunda yerləşən şintoist məbədi. Akihabara bölgəsinin adı bu məbədin adından yaranmışdır. == Tarixi == 1869-cu ildə Tokionun şimal-qərb ərazisində baş vermiş böyük yanğınlar İmperator Meycinin anası Eyşonu narahat etmiş və 1870-ci ildə bu məbəd tikilmişdir. Məbədin ilk adı Çinka məbədi idi. Məbəd alovun kamisi olan Akibaya həsr olunmasa, məbədin məqsədi gələcəkdə baş verə biləcək yanğınların qarşısını almaq olduğu üçün onunla əlaqələndirilmişdir.1888-ci ildə Akihabara stansiyasının tikilməsindən sonra məbəd indiki yerinə – Taytoya köçürülmüşdür. 1930-cu ildə isə məbədin adı rəsmi olaraq Akiba məbədi olaraq dəyişdirilmişdir. 1945-ci ildə İkinci dünya müharibəsi zamanı məbəd məhv olmuş, 1947-ci ildə isə bərpa olunmuşdur. == Populyar mədəniyyətdə == 2009-cu ildə buraxılmış "Steins;Gate" franşizində əsas personajlarından olan Luka Uruşibaranın yaşadığı və bəzi vacib hadisələrin baş verdiyi Yanaqibayaşi məbədinin real həyatda bu məbəddən təsirlənərək yaradıldığı iddia olunur. == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Akiba məbədi (Tayto) ilə əlaqəli mediafayllar var.