Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cedrus
Sidr (lat. Cedrus) – şamkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == The Plant List saytının məlumatına görə cinsə aid 4 növ məlumdur: Cedrus atlantica (Endl.) Manetti ex Carrière — Atlas sidri Cedrus brevifolia (Hook.f.) Elwes & A.Henry — Qısaiynəyarpaqlı sidr, bəzi mənbələrdə Livan sidri (Cedrus libani) növünün yarımnövü hesab edilir Cedrus deodara (Roxb. ex Lamb.) G.Don — Himalay sidri Cedrus libani A.Rich.
Nəmrud
Nəmrud (q.yəh. נִמְרוֹד‎; e.ə. 1751 – e.ə. 1638) —Tövratda və Quranda xatırlanan şah, ovçu. (Bəqərə surəsi 158-ci ayə və sonrakı ayələr) Nəmrudun adı İbrahim peyğəmbərlə bərabər çəkilir. Millətinə bütlərin heç bir fayda verə bilməyəcəyini, dəfələrcə deyən və ancaq Uca Allahın üstün vəsflərə sahib olduğunu bildirən İbrahim (ə.s.) millətinin özünə inanmadığını gördükdə dərhal Nəmrudun yanına getdi. Qurani-Kərimdə adı keçməyən və o dövrdə millətin idarəçisi olan Nəmrud, sahib olduğu sərvət və səltənəti ilə özünü tanrı hesab edirdi. İbrahim (ə.s.) Nəmruda Allah inancı haqqında bəhs etdi. Ancaq o, rədd etdi və İbrahim (ə.s.) ilə Rəbbi haqqında mübahisə etdi. İbrahim (ə.s.) Allah təalanın həm dirildən həm də öldürən olduğunu dedikdə, Nəmrud da bunu edə biləcəyini dedi.
Nebuq
Nebuq (адыг. Нэбгъу) — Krasnodar diyarının Tuapsinski rayonunda kənd. Nebuq kənd məskunlaşma ərazisinin inzibati mərkəzi. Kənd Qara dəniz sahilində, Nəbuq çayının vadisində yerləşir. Tuapse rayon mərkəzindən 9 km şimal-qərbdə və Krasnodar şəhərindən 94 km cənubda yerləşir. A-147 avtomobil yolu Rusiyanın Qara dəniz sahillərini Adlerdən Cubqaya gedən yol kənddən keçir. Nebuq şimal-qərbdən Mayski və Tümenski, şərqdən Agui-Şapsuq və cənub-şərqdən Aqoy yaşayış məntəqələrinin ərazilər ilə həmsərhəddir: Kənd Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Nebuq üç tərəfdən şam və enliyarpaqlı meşələrlə əhatə olunmuş dağ silsilələri ilə əhatə olunub. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 81 metr yüksəklikdədir. Kəndin sahilyanı hissəsi dəniz səviyyəsindədir.
Nəraq
Nəraq (digər adı Nərə Təvil) — İranın Mərkəzi ostanının Dilican şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,508 nəfər və 826 ailədən ibarət idi.
Cedrus libani
Livan sidri (lat. Cedrus libani) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni kiçik Asiyadır. Hündürlüyü 40 m-ə çatan ağacdır, çətiri dağınıq, yaşlı ağaclarda çətirvarıdır, budaqları yaruslarla yerləşir. İynəyarpaqları tünd-yaşıl olub, 15-35 mm uzunluqdadır, qozaları iridir, uzunluğu 10 sm, eni 6 sm-ə çatır. Sidrin digər növlərinə nisbətən şaxtaya, quraqlığa, qaza, tüstüyə davamlıdır və daha çox istisevəndir. Vətənində 5 aya yaxın davam edən qar örütyünə davam gətirir. Livan sidrinin sallaq, qızılı, gümüşü və s. bir neçə dekorativ forması vardır. Üfüqi böyüyən budaqları yaxşı kölgə verir.
Cessi Endrüs
Cessi Endrüs (ing. Jessie Andrews; 22 mart 1992, Mayami, Florida) — ABŞ pornoaktrisası, dizayneri, istehsalçısı, modeli, DJ-i, sahibkarı və fotoqrafı. Endrüs porno sənayesində əsasən 2010–2015-ci illərdə fəal olub.
Juniperus cedrus
Juniperus cedrus (lat. Juniperus cedrus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Nehriq (Vərziqan)
Nehriq (fars. نهريق‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 592 nəfər yaşayır (120 ailə).
Nemrut Dağ
Nəmrud dağı (türk. Nemrut Dağı, yun. Όρος Νεμρούτ, erm. Նեմրութ լեռ) — Türkiyənin cənub-şərqində dağ; Tavr dağları silsiləsində, Adıyaman ilində yerləşir. Dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşir. E.ə. 62-ci ildə Kommagena çarı, Yervəndilər sülaləsindən olan I Antiox Nəmrud dağının yüksəkliyində məzar türbəsi inşa etdirmişdi. Kurqanın mərkəzində Antioxun qəbri yerləşir. 1882–1883-cü illərdə Otto Puxşteyn və Karl Human tərəfindən burada tədqiqat işləri aparılmışdır. 1987-ci ildə dağın ətrafındakı arxeoloji abidələr YUNESKO-nun Ümumdünya irsi obyektlərnin siyahısına daxil edilmişdi.
Nemrut dağı
Nəmrud dağı (türk. Nemrut Dağı, yun. Όρος Νεμρούτ, erm. Նեմրութ լեռ) — Türkiyənin cənub-şərqində dağ; Tavr dağları silsiləsində, Adıyaman ilində yerləşir. Dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşir. E.ə. 62-ci ildə Kommagena çarı, Yervəndilər sülaləsindən olan I Antiox Nəmrud dağının yüksəkliyində məzar türbəsi inşa etdirmişdi. Kurqanın mərkəzində Antioxun qəbri yerləşir. 1882–1883-cü illərdə Otto Puxşteyn və Karl Human tərəfindən burada tədqiqat işləri aparılmışdır. 1987-ci ildə dağın ətrafındakı arxeoloji abidələr YUNESKO-nun Ümumdünya irsi obyektlərnin siyahısına daxil edilmişdi.
Nemrut gölü
Nəmrud gölü (türk. Nemrut Gölü) — Türkiyənin şərqində, Ermənistan yaylasında, Nəmrud vulkanının kalderinin cənub-qərbində yerləşən şirin sulu krater gölü. Göl dəniz səviyyəsindən 2247 metr yüksəklikdə yerləşir. Ümumi sahəsi 12 km², ən dərin yeri 176 metrdir. Göl suyunun həcmi — 1,26 km³-dir. Təxminən 270 min il əvvəl Nəmrud-Dağ stratovulkananın növbəti püskürməsi nəticəsində onun konusunun tədricən çökməsinə və kalderin meydana gəlməsinə səbəb oldu. Kalderin cənub-qərb hissəsi digərlərindən daha erkən dağıldı və buna görə cənub-qərb hissəsindəki kalderanın dərinliyi ən böyükdür. Məhs bu ərazidə Nəmrud gölü formalaşmışdır. Göl əsasən qar suyu ilə (Nəmrud-Dağ vulkanı ilin 4 ayı qarla örtülür), həmçinin kalderanın dibində yerləşən bir neçə isti bulaqla qidalanır. Sonradan Nəmrudda baş vermiş kiçik püskürmələr nəticəsində lava axını Nəmrud gölünün şimal hissəsinə özündə ayırmış və Ilı gölü formalaşmışdır.
Nəmrud (vulkan)
Nəmrud (türk. Nemrut Dağı, erm. Սարակն Sarakn, kürd. Çiyayê Nemrud) ― Şərqi Türkiyədə Van gölünə yaxın yerləşən yatmış vulkan. Vulkan bu bölgəni təxminən eramızdan əvvəl 2100-cü ildə idarə etdiyi deyilən Kral Nəmrudun adını daşıyır. Nəmrudun ən güclü püskürmələri Pleystosendə meydana gəlmişdir. Holosen dövründə də sonuncusu 1650-ci ildə baş vermiş bir çox kiçik püskürmə olmuşdur. Vulkanın üst hissəsi üç krater gölünə ev sahibliyi edən böyük kalderadır. Nəmrud bölgədəki seysmik və vulkanik aktivliyi təyin edən Ərəbistan və Avrasiya tektonik tavaların toqquşma zonasında yerləşən poligenik stratovolkandır. Bu tavaların toqquşması Orta Eosendə başlamış və Mezozoyda Tetis okeanı əmələ gəlmişdir.
Nəmrud dağı
Nəmrud dağı (türk. Nemrut Dağı, yun. Όρος Νεμρούτ, erm. Նեմրութ լեռ) — Türkiyənin cənub-şərqində dağ; Tavr dağları silsiləsində, Adıyaman ilində yerləşir. Dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşir. E.ə. 62-ci ildə Kommagena çarı, Yervəndilər sülaləsindən olan I Antiox Nəmrud dağının yüksəkliyində məzar türbəsi inşa etdirmişdi. Kurqanın mərkəzində Antioxun qəbri yerləşir. 1882–1883-cü illərdə Otto Puxşteyn və Karl Human tərəfindən burada tədqiqat işləri aparılmışdır. 1987-ci ildə dağın ətrafındakı arxeoloji abidələr YUNESKO-nun Ümumdünya irsi obyektlərnin siyahısına daxil edilmişdi.
Nəmrud gölü
Nəmrud gölü (türk. Nemrut Gölü) — Türkiyənin şərqində, Ermənistan yaylasında, Nəmrud vulkanının kalderinin cənub-qərbində yerləşən şirin sulu krater gölü. Göl dəniz səviyyəsindən 2247 metr yüksəklikdə yerləşir. Ümumi sahəsi 12 km², ən dərin yeri 176 metrdir. Göl suyunun həcmi — 1,26 km³-dir. Təxminən 270 min il əvvəl Nəmrud-Dağ stratovulkananın növbəti püskürməsi nəticəsində onun konusunun tədricən çökməsinə və kalderin meydana gəlməsinə səbəb oldu. Kalderin cənub-qərb hissəsi digərlərindən daha erkən dağıldı və buna görə cənub-qərb hissəsindəki kalderanın dərinliyi ən böyükdür. Məhs bu ərazidə Nəmrud gölü formalaşmışdır. Göl əsasən qar suyu ilə (Nəmrud-Dağ vulkanı ilin 4 ayı qarla örtülür), həmçinin kalderanın dibində yerləşən bir neçə isti bulaqla qidalanır. Sonradan Nəmrudda baş vermiş kiçik püskürmələr nəticəsində lava axını Nəmrud gölünün şimal hissəsinə özündə ayırmış və Ilı gölü formalaşmışdır.
Cedrus atlantica
Atlas sidri (lat. Cedrus atlantica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Əlcəzair və Şərqi Mərakeşdir. Dəniz səviyyəsindən 1350–2000 m yüksəklikdə bitir. Hündürlüyü 40 m olan ağacdır. Çətiri yuxarıdan azca əyilən, aşağıdan enliləşən konusvarıdır. Budaqları iti bucaq altında gövdədən ayrılır və müxtəlif istiqamətlərə budaqlanır. İynəyarpaqları mavi-yaşıl, yaxud gümüşü-boz olur, 3-4 tərəfli, iynəli, 30-40 iynəyarpaq qısa zoğlar üzərində dəstələrlə toplaşır; böyümə zoğlarında isə tək-tək yığılır. Silindrik-yumurtaşəkilli, möhkəm, parlaq, açıq-qonur qozaları üçüncü il yetişir, uzunluğu 10 sm-ə qədərədir. Torpağın münbitliyinə və rütubətinə az tələbkardır, lakin əhəngli və həddən artıq rütubətli torpaqlara davam gətirmir.
Cedrus deodara
Himalay sidri (lat. Cedrus deodara) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Himalayın şimal və qərb hissəsidir. Avropanın bir çox ölkələrinə introduksiya edilmişdir. Hündürlüyü 50 m-ə çatan iri ağacdır. Cavan ağacların gövdəsinin qabığı hamar olur, yaşlaşdıqca çatlar əmələ gəlir və iri pulcuqlar şəklində oduncaqdan ayrılır. Çətiri piramidal formalı və budaqlarının ucları aşağı sallanan ağacdır. İynəyarpaqları düz, sivri, bozumtul-yaşıl və ya mavi-yaşıldır, 5 sm-ə qədər uzunluqdadır. Qozaları iri, yumurtavarı, yetişmiş qozaları qırmızı-qonur rənglidir, uzunluğu 10 sm-ə, eni 5-6 sm-ə çatır. Toxumları iri qatranlı, üçbucaq, nazik qabıqla örütülüdür, toxumu dairəvidir və kip oturur.
Endrü Breytbart
Endrü Ceyms Breytbart (ing. Andrew James Breitbart; 1 fevral 1969, Los-Anceles, Kaliforniya – 1 mart 2012, Los-Anceles, Kaliforniya) — ABŞ konservativ jurnalisti, yazıçısı və şərhçisi. O, "Breitbart News"un qurucusu və "HuffPost"un həmtəsisçisi olmuşdur. Breytbart "HuffPost" və "Drudge Report"un ilkin mərhələlərində iştirak etdikdən sonra ifrat-sağ xəbər və məqalə saytı olan "Breitbart News"u yaratmışdır. O, Entoni Viner sekstinq qalmaqalı, Şerli Şerrodun vəzifəsindən azad edilməsinə və 2009-cu il ACORN qalmaqalında əsas rol oynamışdır. Nik Gillespi və Konor Fridersdorf kimi şərhçilər Breytbartın "rəsmi sözçülər və köhnə xəbər agentlikləri tərəfindən tətbiq olunan məlumat darlığı ətrafında internetin necə istifadə edilə biləcəyini göstərməklə" insanların siyasət haqqında necə yazdıqlarını dəyişdirdiyini söyləmişdir. == Əsərlər == Righteous Indignation: Excuse Me While I Save the World. Grand Central Publishing. April 15, 2011. ISBN 978-0-446-57282-8 – Internet Archive vasitəsilə.
Endrü Cek
Endrü Cek (28 yanvar 1944, London – 31 mart 2020, Surrey, Cənub-Şərqi İngiltərə[d]) — Böyük Britaniya aktyoru. == Həyatı == 28 yanvar 1944-cü ildə Londonda doğulub. Endrü Cek və onun həyat yoldaşı Qabriel Rocers koronavirusa yoluxduqlarına görə karantinə alınmışdır. 31 mart 2020-ci ildə Surreydə 76 yaşında xəstəxanada koronavirus xəstəliyindən dünyasını dəyişmişdir. == Fəaliyyəti == Endrü Cek "Ulduz müharibələri" filmində mayor Kaluan Emmata rolunu oynayıb.
Endrü Cekson
Endrü Cekson (ing. Andrew Jackson; 15 mart 1767[…], Vokshou[d] – 8 iyun 1845[…], Ermitaj[d], Tennessi) — Amerika Birləşmiş Ştatlarının 7-ci prezidenti (1829-1837). Demokratlar partiyasından seçilmiş ilk ABŞ prezidenti. Endrü Cekson sadə amerikalılar arasından çıxmış ilk prezidentdir. O, yalnız bacarıq və qabiliyyəti, işgüzarlığı sayəsində ölkənin ali vəzifəsinə sahib olmuşdur. Nə onun keçirdiyi ağır uşaqlıq dövrü, nə aldığı səthi təhsil gələcəkdə parlaq karyera edəcəyindən xəbər vermirdi. == Erkən həyatı == 15 mart 1767-ci ildə Cənubi Karolina ştatının Uokshou yaşayış məntəqəsində, irland immiqrantı ailəsində anadan olan Cekson məşəqqətlərlə dolu həyat yolu keçib. O, hələ dünyaya gəlməmiş atası vəfat edir. Ailənin maddi çətinliklərinə baxmayaraq anası Elizabet Xaçinson onu yerli məktəblərdən birində oxudur. Lakin tezliklə başlayan İstiqlaliyyət müharibəsi onu təhsilini yarımçıq qoyaraq həmyaşıdları ilə birgə hərbi təlimlər keçməyə məcbur edir.
Endrü Conson
Endrü Conson (ing. Andrew Johnson, 29 dekabr 1808[…], Roli – 31 iyul 1875[…]) — Amerika Birləşmiş Ştatlarının 17-ci prezidenti (1865–1869). ABŞ-nin iki hissəyə parçalanması və vətəndaş müharibəsindən dərhal sonra ölkəyə rəhbərlik etmişdir. Avraam Linkolnun ikinci hakimiyyəti dövründə vitse-prezident vəzifəsini daşımış, lakin onun 15 aprel 1865-ci ildə qətlə yetirilməsindən sonra prezident vəzifəsini tutmuşdur. ABŞ tarixində əleyhində impiçment prosesi başladılan ilk prezidentdir.
Endrü Karnegi
Endryu Karnegi (25 noyabr 1835[…], Danfermlin[d], Fayf[d] – 11 avqust 1919[…]) — Şotland əsilli ABŞ xeyriyyəçisi. Karnegi Mellon Universitetinin yaradıcısı == Həyatı == Artıq 103 ildir ki, dünyada Karnegi İnstitutu fəaliyyət göstərir. Yaradıcısının adı dünya biznes və xeyriyyəçilik tarixində ən əhəmiyyətli yerlərdən birini tutan institutun əsası 1902-ci il yanvarın 28-də Vaşinqtonda qoyulub. Endryu Karnegi yalnız iri sənayeçi və məşhur filonttrop deyil, həm də maliyyə uğuru qazanmış insanların sosial məsuliyyəti barədə konsepsiyanın yaradıcısı idi. Onun arzusu meritokratiyanın baş rolu öz istedad və enerjisinin sayəsində böyük uğurlar qazana bilmiş ləyaqətli fərdlərin oynayacağı cəmiyyətin qurulması idi. Çünki özü ali cəmiyyətdə kimsənin köməyi olmadan fərdi qabiliyyəti hesabına yer tuta bilmişdi. Şotlandiyadan ABŞ-yə mühacirət etmiş fəhlə ailəsində dünyaya göz açan Karneginin biznesin zirvələrinə yolu 1848-ci ildə həftədə 1 dollar 25 sent qazancla başlamışdı. 13 yaşlı oğlan Pitsburqdakı pambıq fabrikində məhz bu qədər məvacib alırdı 14 yaşında Endryu teleqrafçı, daha 3 il sonra isə Pensilvaniya dəmiryol idarəsinin rəisi Tomas Skottun şəxsi katibi olur. 1859-cu ildə 24 yaşlı Endryu artıq Tomas Skotun yerini tutur və sərmayəçilik planlarını reallaşdırmağa başlayır. Dəmiryol vaqonları kompaniyasına onun qoyduğu ilk sərmayə Karnegiyə 5 min dollar qazanc gətirir.
Endrü Linkoln
Endrü Linkoln (Tam adı: Endrü Ceyms Klatterbak; 14 sentyabr 1973, London) — İngiltərə aktyoru. Onun ilk rollarından biri BBC kanalında yayımlanan "Bu həyat" serialındakı Egg olub. Aktyor həmçinin "Müəllimlər" sitkomundakı Saymon Keysi personajını ifa edib. Onun uğuru milad temalı romantik komediya filmi "Gerçək sevgi" ilə daha da artıb. Linkoln "Gəzən ölülər" teleserialında canlandırdığı Rik Qrayms personajı ilə əhəmiyyətli dərəcədə tanınma qazanmışdır. == Həyatı == Endrü Linkoln 14 sentyabr 1973-cü ildə Londonda anadan olmuşdur. Onun atası mühəndis, anası isə Cənubi Afrikalı tibb bacısıdır. O, 18 aylıq olarkən Kinqston-apon-Halla köçmüşdür. Sonralar səkkiz və ya doqquz yaşında olarkən Batda məskunlaşmışdır. O, təhsil almaq üçün Beechen Cliff School-a getdi və burada 14 yaşında ilk dəfə aktyorluq etmək şansı qazandı.
Endrü Manqo
Andreu Manqo (ing. Andrew James Alexander Mango; 14 iyun 1926, Konstantinopol – 7 iyul 2014, London) — ingilis yazıçısı və tarixçisi. == Həyatı == Andreu Manqo 14 iyun 1926-cı ildə İstanbul şəhərində anadan olub. "BBC-türkcə"-nin rəhbəri kimi çalışıb. Andreu Manqo 6 iyul 2014-cü ildə 88 yaşında Londondakı evində yatan zaman vəfat edib. == Yaradıcılığı == Manqonun ilk yazısı 1957-ci ildə işıq üzü görüb O, Türkiyə ilə bağlı araşdırmaları ilə məşhur olmuş, "Müasir Türkiyənin qurucusu Atatürk", "Türkiyə və türklər" adlı kitablarını yazmışdır.
Endrü Qarfild
Endrü Qarfild (ing. Andrew Garfield, 20 avqust, 1983, Los-Anceles, ABŞ) — Amerika və Böyük Britaniya aktyoru.
Endrü Stetson
Endrü Stetson (ing. Andrew Stetson) — Kanadalı modeldir. == Kariyerası == Endrü Stetson 23 yaşında model olmamışdan əvvəl dülgərlik ilə məşğul olub. Onu NAM agentinin əməkdaşı Noruani Anderson bu sahəyə yönləndirib. Bir ilə yaxın Nyu Yorkda və Avropada modelliklə məşğul olduqdan sonra geri qayıdaraq əvvəlki dülgərlik işinə qayıtsa da, sonradan dostları və ailəsi onu yenidən modelliyə qayıtmağa həvəsləndirdilər. Həmin vaxtdan etibarən o bir çox Armani, Chanel, Dolce & Gabbana, Zara, Calvin Klein, Levi's, Bloomingdales, və H&M kimi şirkətlərin reklamlarında göründü. O həmçinin 2005-ci ilin noyabr ayında və 2010-cu ildə mayda fransız qey jurnalı olan Têtu-nun üz qabığında göründü. Bundan sonra jurnal 6 səhifəni ona həsr edərək onun haqqında yazdı. 2006-cı ildə avqustda Endrü Calvin Klein-in ətir şirkəti olan Euphoria ilə 3 illik müqavilə bağladı. O Karson Parker tərəfindən Euphoria-nın uğurlu siması, Qarrett Neff isə şirkətin uğurlu təşkilatçı modeli elan edildi.