Nemrut Dağ

Nəmrud dağı (türk. Nemrut Dağı, yun. Όρος Νεμρούτ, erm. Նեմրութ լեռ) — Türkiyənin cənub-şərqində dağ; Tavr dağları silsiləsində, Adıyaman ilində yerləşir. Dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşir.

Nəmrud dağı
türk. Nemrut Dağı
Xəritə
37°58′51″ şm. e. 38°44′27″ ş. u.
Ölkə  Türkiyə
Yerləşir Adıyaman ilinin Kahta ilçəsi
Sahəsi
  • 11 ha
Vəziyyəti xarabalıqları qalıb
Rəsmi adı: Nəmrud Dağ
TipiMədəni
Kriteriyai,iii,iv
Təyin edilib1987
İstinad nöm.448
DövlətTürkiyə
RegionAsiya
Nəmrud dağı (Türkiyə)
Nəmrud dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

E.ə. 62-ci ildə Kommagena çarı, Yervəndilər sülaləsindən olan I Antiox Nəmrud dağının yüksəkliyində məzar türbəsi inşa etdirmişdi. Kurqanın mərkəzində Antioxun qəbri yerləşir. 1882–1883-cü illərdə Otto Puxşteyn və Karl Human tərəfindən burada tədqiqat işləri aparılmışdır. 1987-ci ildə dağın ətrafındakı arxeoloji abidələr YUNESKO-nun Ümumdünya irsi obyektlərnin siyahısına daxil edilmişdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]