Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neka
Nika — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Nika şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,152 nəfər və 11,941 ailədən ibarət idi.
Neka şəhristanı
Neka şəhristanı — İranın Mazandaran ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Neka şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 104,753 nəfər və 26,723 ailədən ibarət idi.
Semka Sokoloviç-Bertok
Semka Sokoloviç-Bertok (bosn. Semka Sokolović-Bertok; 22 dekabr 1935, Sarayevo – 4 mart 2008, Zaqreb) — Yuqoslaviya və Bosniya aktrisası. 70-dən çox teatr, 50-dən çox film rollarında oynamışdır. Gəncliyində perspektivli şahmatçı olmuşdur, Gənclər arasında Xorvatiya Şahmat Çempionatında 8 dəfə qalib gəlmişdir. Semka Sokoloviç Bosniya və Herseqovinanın Sarayevo şəhərində bosniya ailəsində anadan olmuşdur. Anası Abida dərzi idi. Atası Rasim maliyyə müfəttişi idi, Semka üç yaşında olanda vəfat etmişdir. Böyük bacısı Badema (1929-1969) müğənni (mezzo-soprano) peşəsində çalışmışdır. Onun əri xorvat şahmatçısı Mario Bertok idi. Zaqrebdə yerləşən Dram İncəsənəti Akademiyasını bitirdikdən sonra Branko Qavella adına Dram Teatrında işləyirdi.
Nema Huni (Talış)
Nema Huni (fars. نماهوني‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (82 ailə).
Ameka
Ameka - Zamua çarı (E.ə. IX əsrin I yarısı). Qaynaqlar onu "çar" adlandırır və paytaxtın – Zamri şəhəri olmağı haqqında məlumat verir. E.ə. 880-cı ildə Assuriya hökmdarı II Aşşurnasirapalın Zamuaya yürüşü zamanı döyüşdə məğlubiyyətə uğramış, ölkənin paytaxtı Zamrini tərk edərək öz qoşunu ilə Etini dağlarına çəkilmişdir. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Aşşur qoşunu ölkəni talan etmiş, lakin Amekanı ələ keçirə bilməmişdir. Ameka bir müddət aşşurlara qarşı müqavimətini davam etdirmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild.
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır. Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Həmkar
Kolleqa (lat. collega) — iş yoldaşı; əməkdaş; təhsil, tədris, iş və ya birgə fəaliyyət üzrə birgə yoldaş.. == Anlayışın tarixi == Qədim Romada kollegiya (Qədim Roma) — kollektiv, əməkdaşlar birliyi.
Lefka
Lefka (yun. Λεύκα; türk. Lefke) ― Kiprdə qəsəbə. Ərazi Şimali Kiprin de-fakto nəzarəti altındadır. 2011-ci ildə qəsəbənin 3009 nəfər sakini var idi. Qəsəbə 2016-cı ilə qədər Gözəlyurd ilçəsinin mərkəzi olmuş, daha sonra isə yeni yaradılan Lefka ilçəsinin mərkəzinə çevrilmişdir. Lefka sitrus meyvələri və mədənləri ilə məşhurdur. Qəsəbədə Avropa Lefka Universitetinin yerləşir. Kiprin Venesiya dövründə Lefkada İtalyan əsilli Katoliklər üstünlük təşkil etmiş, Osmanlı hakimiyyəti dövründə isə əraziyə türklər köçürülmüşdür. Asil Nadir və Nil Burak Lefkada anadan olmuşdurlar.
Lemma
Lemma (yun. λημμα — ehtimal) — başqa hökmlərə kömək edən isbat olunmuş hökmdür. Lemma köməkçi teoremdir.
Neffa
Neffa (əsl adı Covanni Pellino, it. Giovanni Pellino 7 oktyabr 1967, Skafati, Kampaniya) — tanınmış İtalyan müğənnisi. Neffa 7 oktyabr 1967-ci ildə İtaliyanın Skafati şəhərində doğulub.
Neman
Neman (rus. Неман) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Nemti
Nemti — Misir mifologiyasında Nemti (Yunan dilində Antaeus, lakin yəqin ki, Yunan mifologiyasında Antaeus ilə əlaqəli deyil) ibadət mərkəzi Yuxarı Misirin şimalındakı Anteopolisdə olan bir tanrı idi. Nemtinin ibadəti kifayət qədər qədimdir, ən azı 2-ci sülalədən, onun artıq öz kultuna həsr olunmuş keşişləri olduğu zamana gedib çıxır. Əvvəlcə Nemti, Horus kultunun mərkəzi olan Badari ətrafındakı qədim bölgənin himayədarı olduğu görünür. Sağ qalan məlumatların olmaması səbəbindən Nemtinin orijinal funksiyasının nə olduğu və ya onun hər hansı bir xüsusi funksiyaya istinad edən Horus titulundan başqa bir şey olub olmadığı yaxşı bilinmir. Zaman keçdikcə Nemti sadəcə bərəçilərin tanrısı hesab olunmağa başladı və buna görə də qayıqda dayanan şahin kimi təsvir olundu, bu, əvvəlcə şahin olduğu düşünülən Horusa işarə idi. Daşıyıcıların tanrısı olaraq, (səyahət edən) mənasını verən Nemti titulunu aldı. Onun sonrakı kult mərkəzi Anteopolisdə və həmçinin Yuxarı Misirin 12-ci nomunda Per Nemtidə (Nemti evi) olmuşdur. Nemti, Osirisin mirasının həllini təsvir edən "Horus və Setin mübahisələri" nağılında görünür. Köhnə Krallıq. Bu nağılda Setin güc əldə etmək cəhdlərindən biri də tanrıları bir yerə toplayıb güclü arqumentlər irəli sürərək, onların hamısını inandırmasıdır (sonrakı ənənələrdə Totdan başqa hamısı).
Nerpa
Nerpa (lat. Pusa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Nerva
Mark Kokçey Nerva (lat. Marcus Cocceius Nerva; * 8 noyabr 30; † 27 yanvar 98) — Antoninlər sülaləsinin banisi, "Beş yaxşı imperator"dan birincisi. Nerva Vespasian kimi flavi sülaləsinə mənsub olub, əsilli nəcabətli ailəsi əslən Romadan bir qədər şimalda yerləşən Narnia şəhərindəndir. Babası və atası dövrünün seçilən hüquqşünas və aristokratlarından olmuşlar. Ata-baba sənətinin davamçısı olan Nervanın şairlik və artistlik qabiliyyəti onu imperator Neronun sevimlisinə çevirmişdir. Karyerasına konsul kimi 71-ci ildə imperator Vaspasianın dövründə başlamış və 90-cı illərdə Domisianın hakimiyyəti dövründə davam etmişdir. 96-cı ildə Domisian sui-qəsd nəticəsində öldürüldükdən sonra, artıq yaşlaşmış və sonsuz Nerva senatın dəstəyi ilə 18 sentyabr 96-cı ildə imperator elan edilir və Domisiana qarşı onu xatirədən silmək (lat. Damnatio memoriae) qərarı verir. Senatın bu tədbirli planı digər hakimiyyət iddiaçılarını geri çəkilməyə məcbur edir. Domisian zamanında sürgün edilənlərin geriyə dönməsinə və mülklərinə yenidən sahib olmasına izin verən Nerva, Pretorian qvardiyasının (latın dili|lat.
Nəama
Nəamə (ərəb. النعامة‎) — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Şəhər vilayətin şərq hissəsində, yüksək dağ yaylasında, dəniz səviyyəsindən 1,176 metr yüksəklikdə yerləşir. Nəamə ölkənin paytaxtı Əlcəzairdən təxminən 490 kilometr cənub-qərbdə yerləşir. Siyahıyaalmaya əsasən, 2008-ci ildə əhalinin sayı 16,251 nəfər idi.
Nəmin
Nəmin — İranın Ərdəbil ostanındakı Nəmin şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 10 117 nəfər və 2,690 ailədən ibarət idi.. Əhalisinin əksəriyyəti Talışlardan ibarətdir və Talış dilində danışırlar. İslamın şiə məzhəbinə etiqad edirlər.
Neçja
Neçja və ya Noja — rəsmi olaraq "Mərkəzi qurbangahın marşalı" (中壇元帥) və "Lotusun üçüncü şahzadəsi" (蓮花三太子) titulları altında hörmət edilən Buddist mifologiyasından olan Taoist mühafizə ilahı və əjdaha qatili ilahıdır. == Mifologiya və ədəbiyyatda == Neçja Çin mifologiyasında və ədəbiyyatında tez-tez peyda olan qəhrəmandır. Qərbə Səyahət əsərində Neçja atası "Paqoda ilə səmavi padşah" Li Cinqin rəhbərliyi altında bir general idi. O, Meymun Kralı Sun Vukong ilə döyüşmüş, sonuncusu Jade (Yu-di) imperatoruna qarşı üsyan etmişdir. Sonradan onlar dost olmuşdurlar. Neçja romanda dörd qəhrəmanla övladlığa götürən bacısı Lady Earth Flow da daxil olmaqla güclü cinləri məğlub etməkdə kömək etmək üçün bir neçə çıxış etdi.
Dəyirmandərə (Nəmin)
Dəyirmandərə (fars. دگرماندرق‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 518 nəfər yaşayır (103 ailə).
Girdə (Nəmin)
Girdə (fars. گرده‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 379 nəfər yaşayır (103 ailə).
Gərmçeşmə (Nəmin)
Gərmçeşmə (fars. گرم چشمه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 966 nəfər yaşayır (214 ailə).
Hür (Nəmin)
Hür (fars. حور‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,141 nəfər yaşayır (644 ailə).
Hüşnə (Nəmin)
Hüşnə (fars. هشنه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (27 ailə).
Inerka gölü
İnerka — Mordoviya Respublikası ərazisində yerləşən böyük göl. Göl Sura çayı vadisində, Böyük Berezniki kəndindən 17 km-lik məsafədə yerləşir. Erzyan dilində İnerka böyük göl deməkdir ( "ine" - böyük, "erke" - göl). İnerka gölü respublikanın turizm potensialı olan bölgələrindən biridir. Gölün uzunluğu 3 kilometr, maksimal eni 215 metrdir. Maksimal dərinlik - 12 metr (orta dərinlik - 7 m), sahəsi isə 0,437 km²-dir (təxminən 44,2 hektar). Uzunsov formada olan İnerka axmaz göl hesab olunur. O Sura çayının qədim yatağında su-erozion proseslər nəticəsində meydana gəlmiş meandrın axmaza çevrilməsi nəticəsində formalaşmışdır. Göl şirin suludur və şəffaflığı 2 metr dərinliyə qədər saxlanılır. İnerka gölü müxtəlif növ balıqlar, sahildə su quşları ilə zəngindir.
Kolalı (Nəmin)
Kolalı (fars. گللو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 610 nəfər yaşayır (127 ailə).
Külüş (Nəmin)
Külüş (fars. كلش‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 744 nəfər yaşayır (224 ailə).