1. bax nəm 1-ci mənada. Nəmli torpaq. Nəmli divar.
– [Vaqif:] Gözümün işığı, canım, ciyərim; Bu nəmli torpaqlar olsa da yerim.
[Firudin] nəmli kərpicin üstündə oturduqda hərəkət edib gedən maşının səsini eşitdi.
2. məc. Yaşarmış, doluxsunmuş, yaşla dolmuş. Nəmli kirpiklər.
– Görünür o nəmli gözlərin mənə; Kirpikləri şehli qərənfil kimi.
Könül qəmli, gözlər nəmli; Başaşağı gedir hamı.