Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neftis
Neftis – Qədim Misir mifologiyasına görə ölülərin ilk tanrısı.
Yersinia pestis
Taun çöpü (lat. Yersinia pestis, 1967-ci ildən qabaq Pasteurella pestis) — enterobakteriyalar fəsiləsindən qrammənfi bakteriya, taunun törədicisidir. Fakultativ anaerobdur. 1894-cü ildə alim Aleksandr Yersen kəşf etmişdir, üç biovarı məlumdur. Patogenliyi iki faqositoz antigeni (F1 və VW) ilə bağlıdır. Bakteriya antifaqositoz seliyi əmələ gətirir. A kateqoriyalı, olduqca təhlükəli patogendir.
Celtis
Dağdağan (lat. Celtis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi.
Fespis
Qədim Yunanıstan mədəniyyətinə aid ilk dramaturqlar arasında Esxil və Sofoklla yanaşı Tespisin də adı çəkilir. Tespis Yunanıstanın İkariya adlı yerindən olub, teatr sahəsində bir sıra yeniliklər etmişdir. Aristotel də daxil olmaqla, digər mötəbər yunan qaynaqlarının verdiyi məlumata görə, faciələrdə aktyor kimi bilavasitə çıxış edərək, personaj canlandıran ilk adam Tespis olub. Başqa bir yenilik ondan ibarət idi ki, ilk dəfə onun faciələrindəki aktyorlar teatrı müşayiət edən xor başçısı (korifey) ilə dialoq qurmuşdu. O həmçinin ilk dəfə teratr maskaları, kostyumları və s. ixtira etməklə aktyorun bir neçə rolu ifa etməsinə imkan yaratmışdı. Tespis teatr qastrollarının da yaradıcısı sayılır. O, maska, kostyum və digər teatr avadanlıqlarını da arabada daşıyaraq, başqa yerlərə tamaşa göstərməyə gedirdi. Tespis haqqında başqa bir maraqlı məlumat budur ki, o, eramızdan əvvəl 534-cü il 23 noyabrda dramaturqlar arasında keçirilən yarışda qalib olmuşdu. Həmin müsabiqədə ikincilik Esxilə, üçüncülük isə Sofokla nəsib olmuşdu.
Keşniş
Keşniş (lat. Coriandrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Mestia
Mestia (gürc. მესტია) — Qafqaz sıra dağlarında 1500 metr yüksəklikdə, şimal-qərbi Gürcüstanda yerləşən şəhər.
Nereis
Nereis — Hələvi qurdlar tipinin, çoxqıllı həlqəvi qurdlar sinifinə daxildir. Çoxqıllı həqəvi qurdlar demək olar ki, sırf dəniz heyvanlarıdır. Əksəriyyəti suyun dibində sürünərək yaşayır, bir çoxu oturaq həyat tərzi keçirir. == Quruluşu == Nereis uzunsov bədənə malik olub, 6-12 sm, bəzən 20 sm olur. Bel tərəfi qarın hissəyə nisbətən qabarıqdır və tünd rəngdədir. Nereisin bədəni qonur-yaşil rəngdə olub metala çalandır. Bədəni buğumludur, baş, gövdə hissələrindən və quyruq buğumundan ibarətdir.Ön buğumlar başqa buğumlardan kəskin şəkildə fərqlənir və baş hissəni əmələ gətirir. Baş hissədə bir-birindən kəsgin fərqlənən iki hissədən ibarətdir. Onlardan biri prostomium, digəri isə periprostomium adlanır. Prostomium başın ön hissəsini təşkil edir, nisbətən kiçikdir və üçbucaq şəkillidir.
Nestea
Nestea – alkoqolsuz içkidir. Soyuq çaydır. Nestea brendi məşhur İsveçrə kompaniyası olan Nestle kompaniyasına mənsubdur. 1977-ci ildən etibarən istehsal edilmişdir. == Tərkibi == Tərkibi bu maddələrdən ibarətdir: Su, şəkər, limon turşusu, Sitrat-Natrium, estrakt çayı və aromatizorlar == Maraqlı faktlar == ABŞ, İsrail və Meksika kimi ölkələrdə Nestea içkisindən diet kimi istifadə edilir. İsrail ölkəsində istehsal olunan Nestea içkisi Coca-Coladan daha məşhurdur.
Nestle
Nestlé S.A.- Qida məhsulları istehsal edən məşhur İsveçrə kompaniyasıdır. Kompaniyanın əsası 1866-cı ildə Henri Nestle tərəfindən qoyulmuşdur. Kompaniyanın baş ofisi Veve şəhərində yerləşir. == 1860-1904-cü illər == Nestle şirkətinin yaradılmasına səbəb olan əsas amil Henri Nestlenin körpələrini döşlə əmizdirə bilməyən analar üçün sağlam, və qənaətcil alternativ axtarışı olmuşdu.1860-cı illərin ortalarında ixtisaslı əczaçı olan Nestle bu cür anaların körpələrini qidalandırması üçün alternativ mənbənin yaradılması məqsədilə inək südü, buğda unu və şəkər tozunun müxtəlif kombinasiyalarını təcrübədən keçirməyə başladı. Onun əsas məqsədi pis qidalanma səbəb olduğu uşaq ölümü probleminin aradan qaldırılmasına yardım etmək olmuşdu. O, yeni məhsulu “Farine Lactee Henri Nestle” adlandırdı. Nestlenin ilk müştərisi nə ana südü, nə də ki şərti əvəzediciləri qəbul edən və həkimlər tərəfindən ölüm diaqnozu qoyulan yarımçıq doğulmuş uşaq olmuşdu. İnsanlar Nestlenin yeni məhsulunun dəyərini uşağın həyatını xilas etdikdən dərhal sonra və bir neçə il ərzində tanıdılar və “Farine Lactee Nestle” Avropanın bir çox ölkələrində satılmağa başladı. Henri Nestle, həmçinin markalaşma gücünü də tez anladı. O, ticarət nişanı kimi öz ailə gerbini yaratdı, alman dilinin İsveçrə aksentində Nestle “balaca quş yuvası” deməkdir.
Nestor
Nestor (?-?)— Konstantinopol şəhərinin arxiyepiskopu. == Həyatı == 431-ci ildəki Birinci Efes Məclisində İsanın insan və tanrı təbiətlərini ayrı tutmuş, İsaya 30 yaşındaykən Kəlamın endiyi, Məryəmin daha önce sadəcə saf və günahsız bir insan olan İsanın anası olduğu, dolayısıyla da Məryəmin tanrı anası olaraq qəbul edilmesi gərək olduğunu qəbul etməmişdir. Daha sonra aparılan İkinci Efes Məclisində Nestorun aforoz edilmesi də, günümüzə qədər gəlib çatan Nəsturi (Asuri), Kəldani kimi diofizit kilisələrin qurulmasına yol açmışdır.
Nərcis
Nərcis (ərəb. نرجس‎) — İmam Həsən əl-Əskərinin (232–260 hicri, 846–874 qəməri) həyat yoldaşı və İslamın on iki imam şiəliyi əqidəsində sonuncu imamın anasıdır. Onun adı kitablarda müxtəlif variantlarda, Fatimə, Nərcis, Reyhanə, Məryəm ibn Zeyd əl-Ələviyyə, Səqil və Səvsan kimi qeyd edilib. Bir sıra mənbələrdə isə o, öz krallığından Ərəbistana hicrət edə bilmək üçün özünü köləliyə vuran "Roma (Bizans) şahzadəsi" kimi təqdim edilib. Məhəmməd Əli Əmir-Muizzi "İran Ensiklopediyası"nda belə bir fikir irəli sürmüşdür ki, sonuncu variant "şübhəsiz ki, əfsanə və övliyanamədir". İbn Babaveyhin rəvayətinə əsasən, Nərcis yuxusunda İsanın anası Məryəmi və Məhəmmədin qızı Fatiməni görərək İslamı qəbul etmişdir. == Adı == Son dövrün pakistanlı sələfilərindən Ehsan İlahi Zahir və habelə müasir sələfilərdən olan Qalib İvaci İmam Mehdinin anasının adı barədə olan ixtilafları onun anadan olması məsələsinin zəif olduğuna dəlil hesab ediblər. Ehsan İlahi Zahir yazır: اختلف في اسم الجارية التي قالوا انّها ولدته، فقال قائلهم: انّ اسمها نرجس، وقيل: اسمها صقيل أو صيقل، وقيل: حكيمة، وقيل غير ذلك. Onu dünyaya gətirən kənizin adı haqqında ixtilaflar var. Bəziləri deyiblər ki onun adı Nərcis olub, digərləri isə onun adının Suqeyl, Seyqəl, Həkimə və sair olduğunu deyiblər.
Nəsnas
Nəsnas (lat. Pongo, malay Orang utan – "orman-adam, meşə insanı"), Primatlar dəstəsinin Hominidae ailəsinə daxil olan bir cinsdir və iki bioloji növə ayrılır: Sumatra nəsnası (Pongo abelii); İndoneziyanın Sumatra adasında yaşayan və təbiətdə sayısı hardasa 7,000-7,500 olan növdür. Borneo nəsnası (Pongo pygmaeus); Borneo adasına yaşayan və təbiətdə sayısı 50,000 olan növdür.
Pectis
Pectis (lat. Pectis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Restit
Restit — qalıq anatektit süxur; tərkibcə prosesdə anatektik ərinməmiş kristallik qalıqdan: biotit ± hornblend + qranat ± kordiyerit + filiz mineralı + (bəzən) kvarsdan ibarət süxur. Anatektik temperaturda yenidən ərinməmiş metamorfik süxurlarla (amfibolitlər, mərmərlər, kvarsitlər və b.) birlikdə olur. Restit termini melanosom, kinsigit, skialit, relikt süxurlar anlayışlarına yaxındır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Tespis
Qədim Yunanıstan mədəniyyətinə aid ilk dramaturqlar arasında Esxil və Sofoklla yanaşı Tespisin də adı çəkilir. Tespis Yunanıstanın İkariya adlı yerindən olub, teatr sahəsində bir sıra yeniliklər etmişdir. Aristotel də daxil olmaqla, digər mötəbər yunan qaynaqlarının verdiyi məlumata görə, faciələrdə aktyor kimi bilavasitə çıxış edərək, personaj canlandıran ilk adam Tespis olub. Başqa bir yenilik ondan ibarət idi ki, ilk dəfə onun faciələrindəki aktyorlar teatrı müşayiət edən xor başçısı (korifey) ilə dialoq qurmuşdu. O həmçinin ilk dəfə teratr maskaları, kostyumları və s. ixtira etməklə aktyorun bir neçə rolu ifa etməsinə imkan yaratmışdı. Tespis teatr qastrollarının da yaradıcısı sayılır. O, maska, kostyum və digər teatr avadanlıqlarını da arabada daşıyaraq, başqa yerlərə tamaşa göstərməyə gedirdi. Tespis haqqında başqa bir maraqlı məlumat budur ki, o, eramızdan əvvəl 534-cü il 23 noyabrda dramaturqlar arasında keçirilən yarışda qalib olmuşdu. Həmin müsabiqədə ikincilik Esxilə, üçüncülük isə Sofokla nəsib olmuşdu.
Veltis
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Bəsti
Bəsti — Azərbaycan qadın adı. Aşıq Bəsti — XIX əsrin tanınmış qadın aşığı. Bəsti Cəfərova — aktrisa. Azərbaycanın xalq artisti (1998) Bəsti Bağırova – Bəsti Sevdiyeva – xanəndə, əməkdar artist. Bəsti Qasımova — Azərbaycanlı müğənni, AzTV-nin solisti.
Keşiş
Keşiş — Xristianlıqda evlənməmiş, monastrda yaşayan rahib və ya rahibə. == Haqqında == Rahib sözünün kökü ərəb və fars dillərinə əsaslanır. Rahiblər aralarında xristianlığın ən sıx formasını yaşamağa çalışan, bunun üçün ayrılığa gedib günlərlə ilahi düşüncə ilə məşğul olan, monastırda yaşayan və həyatlarını xristianlığa uyğun şəkildə nizamlayan insanlardırlar. Köhnə dildə monastırlara "keşişxana" deyilirdi. Bunlar Franciskan, Dominikan, cizvit rahibləri kimi təriqətlərə görə bölünürdülər. Rahiblik özünü tərki-dünya etmək deməkdir. Rahiblər düşüncə ilə dünyadan uzaq bir həyat sürdükləri monastırda yaşayırlar. İçki içmirlər, oruc tuturlar və cinsi həyatdan uzaq dururlar. Fərdi rahibliklə qrup şəklində edilən rahiblik fərqlidir. Məsələn, İslamda hamı ramazan ayında oruc tutur.
Kətiş
Xınalıq və ya yerli dildə: Kətiş — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə. 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 2023-cü ildə xınalıqlıların mədəni mühiti və köç yolu UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır. == Ümumi məlumat == Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur. Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir.
Metis
Hindularla ağdərililərin nikahı nəticəsində yaranmış qarışıq irqin ümumi adıdır. Amerika qitəsinin bir çox ölkəsində əhalinin əksəriyyətinin təşkil edir.
Nəcis
Nəcis — heyvanların həzm artıqlarından yaranan və anal dəlik yolu ilə bədəndən atılan maddələr. Gün ərzində yeyilən qidalar uzun həzm prosesindən keçir. Bu proses əsnasında orqanizm özünə lazım olan maddələri alır. Lazımsız maddələr isə nəciz şəklində ifraz edilir. Həzm prosesi bir çox heyvanda bənzər şəkildə gedir. Bununla belə növlərin bir-birindən fərqli bir çox xüsusiyyəti də vardır. Zibil qurutma kabızlık adlanan stop dövrü bozukluklarına səbəb ola bilər. Məməlilər nəcislərini və sidiklərini ayrı-ayrı dəliklərdən ifraz edirlər. Bu canlıların həm anal dəliyi, həm də sidik kanalları vardır. Skeleti olan bütün digər hayvanlarınsa, quşlarda olduğu kimi (kloaka adı verilən) tək bir nəcis və sidik ifraz edən dəlikləri vardır.
Fetiş
Fetişizm (fr. fétichisme) — maddi əşyalara itaətə əsaslanan dünyagörüşüdür. Eduard Taylora görə, fetişizm animizmin bir formasıdır, fetiş isə ruhların yerləşdiyi məkandır. Birinci qənaəti dəqiqləşdirmək lazım gəlir. Çünki fetişizm əslində animizmin əşyalarla təsdiqlənməsi tələb olunan formasıdır. Müqəddəsləşdirilən bütün maddi əşyalar fetiş kimi qəbul olunurdu. Demək olar ki, dinlərin hamısında xüsusi predmetlər var ki, ona itaət və ibadət edirlər. Xristianlıqda xaç, "Bibliya" və ikona, İslamda Kəbədəki qara daş və "Quran" dindarlar tərəfindən qeyri-adilik dərəcəsinə qaldırılıb fetişləşdirilmişdir. Fetişizm Azərbaycan mifik görüşlərində özünə xüsusi yer tutur. Türk təfəküründə fetişləşən varlıqlardan ilkini odun əldə edilməsi ilə yaranmışdır.
Hərtis (dağ)
Hərtis — Azərbaycan Respublikası Qubadlı rayonunun ərazisində, Bərguşad silsiləsinin cənub-şərq qurtaracağında yerləşən dağ. Hündürlüyü 1279 metrdir. Hərtiz kəndinin cənubundadır. Qartikiz, Xartıüz variantlarında qeydə alınmışdır. Oronim metal alətləri itiləmək üçün istifadə edilən xart və ya qart (bülöv) daşının adından və üz sözlərindən ibarət olub, xart daşı olan dağ mənasında olması ehtimal edilir.
Jestin tanınması
Jesttanıma — işarə tanıma mədəniyyətinin dilə qədər yüksək dərəcədə inkişaf etmiş və ibtidai ünsiyyətin mühüm ünsürü olmuş bir instinkdir. Dil yaranandan sonra jesttanıma ilə ünsiyyətin dairəsi tədricən daralmışdır, lakin jesttanıma üzərində işarə mədəniyyətinin müstəqil növləri formalaşmışdır. == Yas ritualları == Yas mərasimləri insan övladının özü qədər qədim tarixə malikdir. Bu mərasim dünyada bilinən bütün mədəniyyətlərin ümumi rituallarından biridir. Böyük fəlakətlər, məğlubiyyətlər, ölümlər nəticəsində insanlar davranışlarıyla, sözləriylə öz kədərlərini bu mərasimlər vasitəsilə ifadə etməyə çalışmışlar. == Toy ritualları == Toy ritualları, onların etnoloji və mifoloji kökləri qədim xalqların tarixi ilə qarşılıqlı surətdə öyrənilməlidir. Bu, hər şeydən əvvəl qədim yazılı abidələri ətraflı şərh etmək, eyni zamanda dillərin fonetik, leksik və qrammatik quruluşunu səciyyələndirməklə sıx bağlıdır. == İbadət ritualları və mərasimləri == === Dini və dünyəvi teatrın, səhnə sənətinin formaları === Teatr sənətinin qədim və zəngin tarixi vardır. Əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, meydan mərasimləri, xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Xalq teatrının repertuarını təşkil edən əxlaqi və tərbiyəvi əhəmiyyətə malik əsərlərlə yanaşı dini tamaşalar da teatr sənətinin formalaşmasında özünəməxsus rol oynamışdır.
Mariya Şestiç
Mariya Şestiç (d. 5 may 1987, Banyaluka) — Bosniyalı musiqiçi. Finlandiyanın paytaxtı Helsinkidə keçirilən 2007 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanı təmsil edib.