Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). == Coğrafiyası == Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. == Tarixi == Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.
Detsl
Detsl (tam adı: Kirill Aleksandroviç Tolmatski; rus. Кирилл Александрович Толмацкий; 22 iyul 1983, Moskva – 3 fevral 2019, İjevsk) — Rusiya repçisi.
Buda
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
CUDA
CUDA (ing. Compute Unified Device Architecture — Birləşmiş Cihaz Arxitekturasının Hesablanması) — Nvidia tərəfindən yaradılmış, qrafika emalı üçün paralel hesablama arxitekturasıdır. CUDA, Nvidia GPU-larında hesablama mühərrikidir. GPU-da proqram yazmaq üçün proqramlaşdırma dili kimi C dilinin Nvidia tərəfindən xüsusi olaraq CUDA üçün hazırladığı (genişləndirdiyi) versiyadan istifadə olunur.
Kuba
Kuba Respublikası (isp. República de Cuba) — bir ada dövləti. Havana Kubanın ən böyük şəhəri və ölkənin paytaxtıdır. Santyaqo de Kuba ikinci ən böyük şəhərdir. Kubanın şimalında ABŞ, qərbində Meksika, Baham adaları, cənubunda Kayman Adaları və Yamayka, cənub-şərqində Haiti və Dominikan Respublikası yerləşir. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi. Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir. Ada, ətrafındakı sular tərəfindən ilıqlaşdırılmış bir tropik iqlimə sahibdir. Eyni zamanda Karib Dənizinin isti suları və adanın Meksika körfəzinə paralel yerləşməsi adanı qasırğalar üçün açıq hədəf vəziyyətinə gətirib.
Kunda
Kunda (est. Kunda) — Estoniyanın şimalındakı Lyaene-Virumaa bölgəsində şəhər. == Əhali == Əhali əsasən: estonlar — 58,55 %, ruslar — 32,78 %, digərləri — 8,67 %. == İqtisadiyyat == Kunda - şimali Estoniyanın mühüm sənaye və liman şəhəridir. Burada sement zavodu (2006-cı ildə 943 min ton), kommersiya portu (2007-ci ildə 1.7 milyon ton), 2006-cı ildə 140 min ton fəaliyyət göstərir.
Quda
Quda pendiri və ya Xavda pendiri (nid. Goudse kaas) — inək südündən istehsal olunan Niderland pendiridir. Bu sarı pendir salatlarda, tortlarda və s. istifadə olunur. Adını Niderlandın Quda şəhərindən almışdır; amma adı tam qorunulmayıb. Ancaq, Avropa Komissiyası "Quda Hollandiya" adının qorunmalı olduğunu təsdiq etmişdir.
Xuda
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq. == Anlam == Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri, Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər.
Baccharis densa
Baccharis densa (lat. Baccharis densa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Banksia densa
Dryandra conferta (lat. Dryandra conferta) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Phyllorchis densa
Bulbophyllum densum (lat. Bulbophyllum densum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum densum növü Maskaren adaları, Madaqaskar ərazilərində yayılmışdır.
Phyllorkis densa

Ruellia densa
Ruellia densa (lat. Ruellia densa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinin ruelliya cinsinə aid bitki növü.
Platanthera densa
Platanthera densa (lat. Platanthera densa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ləçəkotu cinsinə aid bitki növü.
Ulmus densa
Ulmus minor subsp. minor (lat. Ulmus minor subsp. minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinın kiçik qarağac növünə aid bitki yarımnövü. == Təbii yayılması == Yabanı halda Şimali İranda və Qafqazda bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan ağacdır. Zoğları əvvəlcə sıx tüklü olur, sonralar tədricən tüksüzləşir, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqları uzunsov, ellipsvari və ya tərs-oval formalı, dərivari, üst tərəfdən çılpaq, parlaq, yaşıl, alt tərəfdən açıq-yaşıl, məxməri tüklüdür. Ayanın kənarı tam və ya enli, küt dişli, qaidəsi ürəkvari və ya zəif pazvari, üçbucaqlı və ya sivridir. Yarpaqların saplağı 0,5–1,5 sm uzunluqdadır.
Chavica densa
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Lobelia densa
Erinus firəngotu (lat. Lobelia erinus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna erinus (L.) Kuntze Rapuntium erinus (L.) Mill.
Salix densa
Salix tetrasperma (lat. Salix tetrasperma) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pleiarina tetrasperma (Roxb.) N.Chao & G.T.Gong Ripsoctis indica Raf.
Deşa Polanko
Deşa Yoleyn Polanko (ing. Dascha Yolaine Polanco; 3 dekabr 1982, Santo-Dominqo) — Dominikan-ABŞ aktrisası.
Onat Kutlar
Onat Kutlar (25 yanvar 1936, Alanya, Antalya ili – 11 yanvar 1995, İstanbul) — türkiyəli şair, yazıçı, düşüncə adamı. 1959-cu ildə nəşr olunan " İshak" ilə 1960-cı ildə Türk Dil Qurumu mükafatını qazandı. Fetih Naciye görə İshak dünya ədəbiyyatında sehrli gerçəklik axınının ilk nümayəndələrindən biri olaraq dəyərləndirilməlidir. İstanbul Universitetində Hüquq fakültəsini sonuncu imtahana girməyərək təhsilini yarımçıq qoydu və fəlsəfə təhsili almaq üçün Parisə getdi. Iki il sonra geri qayıtdı və "Doğan Kardeş" dərgisində işləməyə başladı. 1965-ci ildə Türk Sinamatek Dərnəyini və "Yeni Sinema" dərgisini yaratdı. 1965–1976-cı illərdə Türkiyəyə dünya kinosunun qapılarını açan Türk Sinamatek Dərnəyini idarə etdi. 1985-ci ildə Berlin Film Festivalında münsif oldu. 1994-cü ildə Fransa hökumətinin verdiyi "L'Ordre des Arts et des Lettres" mükafatına layiq görüldü. 30 dekabr 1994-cü ildə Mərmərə hotelində edilən bombalı hücum zamanı ağır yaralandı.
Anat yençi çuvaşlar
Anat yençi çuvaşlar — çuvaş subetnosu. Əsas məskunlaşma sahəsi Çuvaşıstanın şimal-şərqidir. Miqrasiya nəticəsində anat yençi çuvaşların nümayəndələri də Volqaboyu və Uralın bir çox bölgələrində məskunlaşıblar. Anat yençi çuvaşlar 3 alt qrupa malikdirlər: Anat-Sivilskaya, Nijnetsivilskaya və Kozlovskaya. == Mənşəyi və yayılma arealı == Anat yençi çuvaşlar Çuvaşiyanın şimalında və şimal-şərqində məskunlaşıb. Onlara Başqırdıstan Respublikasında və Tatarıstan Respublikasında, Ulyanovsk, Orenburq vilayətlərində rast gəlinir. Lakin anat yençi çuvaşlar ən çox Penza, Samara və Saratov vilayətlərində yaşayır. Çuvaşların (anat yençi) əcdadları VII-VIII əsrlərdə Şimali Qafqaz və Azov çöllərindən gəlmiş bulqar tayfalarıdır. == Dialekt == Anat yençi çuvaşların dialektlərinin tədqiqi problemli olaraq qalır. Bəziləri anat yençi çuvaşların dialektlərinin müstəqil bir dil təşkil etdiyin hesab edir.
Aleks Buda
Aleks Buda (7 sentyabr 1910, Elbasan[d] – 7 iyul 1993, Tirana) ― Albaniya tarixçisi. İtaliyada və Avstriyada təhsilini başa vurduqdan sonra Albaniyaya qayıtmışdır. Əsas təhsili ədəbiyyatla bağlı olsa da, Albaniyada sosializm dövründə tarixçi karyerasını qurdu. Albaniya Elmlər Akademiyasının üzvü və prezidenti olmuşdur. == Erkən illəri == Buda, 7 sentyabr 1910-cu ildə Osmanlı İmperiyasının Elbasan şəhərində (müasir Albaniya) anadan olmuşdur. İbtidai sinifləri İtaliyanın Leççe şəhərində, orta məktəbi isə 1930-cu ildə Avstriyanın Zalsburq şəhərində bitirmişdir. Bundan sonra fəlsəfə və ədəbiyyat oxuduğu Vyana Universitetinə daxil oldu, lakin məzun olmadan Albaniyaya qayıtdı. == Peşəkar karyerası == İxtisasca ədəbiyyatçı olsa da, tarixçi kimi karyera qurdu. O, həmçinin II Dünya Müharibəsindən sonrakı Albaniyada tarixşünaslığın qurucusu olaraq da adlandırılırdı. Buda Albaniyanın sosializm dövründə ən məşhur alban siyasi tarixçilər qrupuna aid olunurdu.
Andjey Duda
Andjey Sebastyan Duda (pol. Andrzej Sebastian Duda; 16 may 1972[…], Krakov, Polşa Xalq Respublikası) — Polşanın siyasi xadimi, 6 avqust 2015-ci ildən Polşa prezidenti. == Həyatı == 16 may 1972-ci ildə Krakovda doğulub. 24 may 2015-ci ildə Polşanın dövlət başçısı seçilmişdir. 2014–2015-ci illərdə Avropa Parlamentinin deputatı olmuşdur. == Prezidentlik == 2015-ci il seçkilərində qalib gələrək prezident Bronislav Komorovskini əvəz etdi. 6 avqust 2015-ci ildə Andjey Dudanın təntənəli andiçmə mərasimi oldu, bundan sonra rəsmi olaraq prezidentliyini qəbul edildi.
Avena nuda
Avena nuda (lat. Avena nuda) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü.
Aya Koda
Aya Koda (幸田文, Koda Aya, 1 sentyabr 1904, Tokio[d] – 31 oktyabr 1990, İşioka[d], İbaraki prefekturası) – Yaponiya yazıçısı. O, feminist əsərləri ilə tanınmışdır. Yazıçı Rohan Kodanın qızıdır. == Həyatı == Aya Koda 1 sentyabr 1904-cü ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Yaponiyanın tanınmış yazıçılarından biri olan Rohan Kodanın ikinci qızı olmuşdur. Aya ədəbi karyerasına 43 yaşında atası haqqında məqalələr yazaraq başlamışdır. 1947-ci ildə yazdığı "Son anlar" onun belə əsərlərindən biri olmuşdur. Koda 1940 və 1950-ci illərdə avtobioqrafik esselər yazmışdır. 1954-cü ildə yazdığı "Qara kimono" əsərinə görə Yomiuri mükafatına layiq görülmüşdür. Ədəbi uğur qazanmasına baxmayaraq bir neçə ay yazıçılığa fasilə verərək geyşa evində xidmətçi kimi işləmişdir.
Böyük kudu
Böyük kudu (lat. Tragelaphus strepsiceros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü.
.ne
.ne — Nigerin internet kodu.
NE
Naxçıvan Ensiklopediyası — Naxçıvan Muxtar Respublikasının təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından sistemli şəkildə bəhs edən elmi nəşr. İlk dəfə 2002-ci ildə, təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşri isə 2005-ci ildə çap edilib. == Həmçinin bax == Şablon:Naxçıvan Ensiklopediyası Şamaxı Ensiklopediyası == İstinadlar == == Xarici keçidlər == "Naxçıvan ensiklopediyası: I cild" ( (az.)). ebooks.az. 2015-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25. "Naxçıvan ensiklopediyası: II cild" ( (az.)). ebooks.az. 2015-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.
Deist
Deizm (lat. deus — Tanrı) — Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizm kainatın bir Tanrı tərəfindən yaradıldığı fikrini irəli sürən fəlsəfi təlimdir. Bununla belə, deizmdə Tanrının təbiətə müdaxilə etməsi, insanlara doğru yol göstərəcək dinlər, müqəddəs kitablar və peyğəmbərlər göndərməsi kimi düşüncə və inanclara yer yoxdur. Deizm bütün dini doqmaları inkar edərək, Tanrının ağıl və məntiq yolu ilə qavranıla biləcəyini, bunun üçün heç bir dinə gərək olmadığını söyləyir. Deizmə görə bütün İbrahimi və ənənəvi dinlər hər hansı bir məqsədlə insanlar tərəfindən uydurulmuş və insanlığın yetərli savada və azad düşüncə haqlarına sahib olmaması səbəbilə ətrafına çox sayda təqibçi yığmışdır. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir.
Delta
Delta (hərif) — yunan hərfi. Delta (çay) — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delta (maliyyə) — Baza aktivinin qiymətinin dəyişməsi nəticəsində derivativ alətinin qiymətinin nə qədər dəyişəcəyini əks etdirən göstərici. Delta Telekom — təşkilat "Delta" dəstəsi (film, 1986) — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ film Deltayabənzər əzələ — insan çiyninin səthi əzələsi Melaleuca delta — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Denia
Denia (isp. Denia) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Alta ərazisinin 66.2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 42704 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Marina-Alta Xavea Kalpe == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Ayuntamiento de Denia Portal Turístico de Denia Índice Estadístico Municipal de Denia.
Derna
Derna (ərəb. درنة‎) – Liviyanın şimalında, Aralıq dənizin sahilində yerləşən liman şəhəri. Tarixən ərəb dövlətlərinin paytaxtı rolunu oynamış Derna hər zaman mühüm liman şəhəri kimi tanınmışdır. Hələ ellinizm mədəniyyəti zamanında aktiv liman funksiyasını yerinə yetirən Dernada 1850-ci ildə 4.500 yaxın əhali yaşamaqda idi. Günümüzdə Derna bölgəsinin mərkəzi olan şəhər hal-hazırda İraq Şam İslam Dövlətinə bağlı terror birləşmələrinin nəzarəti altındadır. Sinay yarımadasında aktiv olan terror qrupları şəhəri ələ keçirdikdən sonra İraq Şam İslam Dövlətinə bağlılıq andı içərək şəhəri terror təşkilatının nəzarəti altına qatıblar.
Dessau
Dessau Almaniyanın Saksoniya-Anhalt regionunda yerləşən bələdiyyədir. Sahəsi 182,81 km² olan Dessau bələdiyyəsində 30 iyun 2006-cı ilə görə 77.973 nəfər əhali yaşayır. Km² başına 427 nəfər düşür.
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi" yubiley medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi" yubiley medalı — 1965-ci ildə təsis olunmuş SSRİ medalı. Rəsmlər Viktor Yermakov və Yuri Lukyanov tərəfindən çəkilib.
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi" yubiley medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illik yubileyi" medalı — SSRİ Ali Sovetinin 25 aprel 1975-ci ildə təsis olunmuş SSRİ ordeni. Medalın şəkillərinin müəllifi Valentin Zayçev və Albert Miroşniçenkodur. == Sayı == 14 259 560 nəfər şəxs bu medalla təltif olunmuşdur.
"1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi" yubiley medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi" yubiley medalı — 1965-ci ildə təsis olunmuş SSRİ medalı. Rəsmlər Viktor Yermakov və Yuri Lukyanov tərəfindən çəkilib.
"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illik yubileyi" medalı — SSRİ Ali Sovetinin 25 aprel 1975-ci ildə təsis olunmuş SSRİ ordeni. Medalın şəkillərinin müəllifi Valentin Zayçev və Albert Miroşniçenkodur. == Sayı == 14 259 560 nəfər şəxs bu medalla təltif olunmuşdur.
"20 Yanvar Şəhidi" fəxri adı
20 Yanvar Şəhidi fəxri adı — 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası vətəndaşları üçün təsis edilmiş fəxri ad. == Məzmun == "20 Yanvar şəhidi" fəxri adı Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli 695 nömrəli Fərmanı ilə təsis edilmişdir. "20 Yanvar şəhidi" fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar. "20 Yanvar şəhidi" fəxri adı Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir.
"20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı
"20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 149 nəfərə indiyədək "20 Yanvar şəhidi" fəxri adı verilmişdir.
"21 Azər" medalı
"21 Azər" medalı ― 1946-cı ildə təsis edilmiş və Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak edən 20 min nəfərin təltif edildiyi medal. Milli Hökumətinin dağılmasından sonra medalın verilməsi də dayandırılıb.
"Astananın 10 illiyi" medalı
"Astananın 10 illiyi" medalı (qaz. 10 жыл Астана) — Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin 6 may 2008-ci il tarixli Fərmanına uyğun olaraq, paytaxtın Astana şəhərinə köçürülməsinin 10-cu ildönümünü qeyd etmək üçün təsis edilmiş Qazaxıstan Respublikasının dövlət mükafatı. == Ordenin statusu == 1. "10 il Astana" yubiley medalı (bundan sonra — yubiley medalı) Qazaxıstan Respublikasının vətəndaşlarına və Qazaxıstan Respublikasının və paytaxtının qurulmasına və inkişafına böyük töhfə verən xarici vətəndaşlara verilir. 2. Yubiley medalının verilməsi üçün namizədlər Qazaxıstan Respublikasının Prezidentinə Parlament, Hökumət, Konstitusiya Şurası, Ali Məhkəmə, nazirliklər, bölgələrin, Astana və Almatı şəhərlərinin rəhbərləri, ictimai birliklər və Qazaxıstan Respublikasının digər mərkəzi dövlət orqanları sədrləri tərəfindən təqdim olunur. 3. Yubiley medalı Qazaxıstan Respublikasının Prezidenti tərəfindən verilir, həmçinin Qazaxıstan Respublikası Prezidenti adından aşağıdakılar təqdim edə bilər: 1. Qazaxıstan Respublikasının dövlət katibi; 2. Qazaxıstan Respublikası Parlament komissiyalarının sədrləri; 3.
"Azərbaycan Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" yubiley medalı
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)" Azərbaycan Respublikasının yubiley medalı —Azərbaycan Respublikasının medalı. Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. == Təsviri == Maddə 1. Medalın ümumi təsviri “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm və qalınlığı 2,5 mm olan lövhədən ibarətdir. Maddə 2. Medalın ön tərəfi 2.1. Medalın ön tərəfinin mərkəzində sağ və sol tərəfləri sünbüllə əhatə olunmuş, qabaritinin hündürlüyü 1,5 mm olan Azərbaycan Respublikası gömrük orqanlarının embleminin elementləri, qalxan, onun arxasında qılınc və qılıncın aşağı hissəsində açardan ibarət kompozisiya təsvir edilmişdir. 2.2. Bu Təsvirin 2.1-ci maddəsində göstərilən kompozisiyadan yuxarıda qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı hissəsində isə “DÖVLƏT GÖMRÜK KOMİTƏSİ” sözləri yazılmışdır. “DÖVLƏT GÖMRÜK KOMİTƏSİ” sözləri ilə kompozisiya arasında Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən üçrəngli dekorativ lentin üzərində “25 İL” sözləri yazılmış və dəfnə budağının təsviri verilmişdir.
"Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" yubiley medalı
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illik yubileyi münasibətilə təsis edilən medal. == Təsis edilməsi == 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikasının Milli Məclisində "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" Azərbaycan Respublikasının yubiley medalı
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)" Azərbaycan Respublikasının yubiley medalı —Azərbaycan Respublikasının medalı. Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. == Təsviri == Maddə 1. Medalın ümumi təsviri “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm və qalınlığı 2,5 mm olan lövhədən ibarətdir. Maddə 2. Medalın ön tərəfi 2.1. Medalın ön tərəfinin mərkəzində sağ və sol tərəfləri sünbüllə əhatə olunmuş, qabaritinin hündürlüyü 1,5 mm olan Azərbaycan Respublikası gömrük orqanlarının embleminin elementləri, qalxan, onun arxasında qılınc və qılıncın aşağı hissəsində açardan ibarət kompozisiya təsvir edilmişdir. 2.2. Bu Təsvirin 2.1-ci maddəsində göstərilən kompozisiyadan yuxarıda qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı hissəsində isə “DÖVLƏT GÖMRÜK KOMİTƏSİ” sözləri yazılmışdır. “DÖVLƏT GÖMRÜK KOMİTƏSİ” sözləri ilə kompozisiya arasında Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən üçrəngli dekorativ lentin üzərində “25 İL” sözləri yazılmış və dəfnə budağının təsviri verilmişdir.
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)" yubiley medalı

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)" yubiley medalı
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 30 illiyi münasibətilə təsis edilmişdir. == Əsasnaməsi == "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən gömrük orqanlarının əməkdaşları, habelə Azərbaycan Respublikasının gömrük işinin təşkilində, təkmilləşdirilməsində və möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == Maddə 1.
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" yubiley medalı
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illik yubileyi münasibətilə təsis edilən medal. == Təsis edilməsi == 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikasının Milli Məclisində "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)" yubiley medalı
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı – 25 dekabr 2020-ci ildə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasının 2020-ci il 25 dekabr tarixli 231-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş dövlət təltifi. == Təltif edilən şəxslər == "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif edilirlər. == Təltif edən orqan == "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. == Taxılma qaydası == "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalından sonra taxılır. == Medalın ümumi təsviri == "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş, diametri 38 mm olan qızılı rəngli səkkizguşəli ulduz formalı metal lövhədən ibarətdir. === Medalın ön tərəfi === Səkkizguşəli ulduzun ön tərəfi qızılı rəngdə relyeflə haşiyələnmişdir, içi ağ rəngdədir. Ulduzun xarici guşələri arasındakı bucaqlarda qızılı rəngdə şüalar yerləşdirilmişdir. Mərkəzdə qırmızı fonda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi emblemindən ibarət kompozisiya təsvir olunmuşdur. Kompozisiyanın yuxarı hissəsində qövs boyunca qara rəngdə basma üsulu ilə AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ sözləri qızılı rəngdə dekorativ lentin üzərində yazılmışdır. Kompozisiyanın aşağı hissəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun dekorativ lentin təsviri verilmişdir.
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı

"Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)" yubiley medalı
"Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 15 illiyi münasibətilə təsis edilmişdir. == Əsasnaməsi == "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasında müdafiə sənayesi fəaliyyətinin təşkili, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == Maddə 1.
"Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı — Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 331-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş medal. == Təltif edilənlər == "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı ilə 2002-ci il iyun ayının 26-na qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabit, gizir və miçmanlar, habelə Silahlı Qüvvələrdən ehtiyata yaxud istefaya buraxılmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və onun möhkəmlənməsində fəal iştirak edən zabitlər təltif ediliblər. == Taxılma qaydası == "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalından sonra taxılır. == Medalın ümumi təsviri == "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, aşağı tərəfi palıd yarpaqlarından çələng ilə haşiyələnmiş üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda Silahlı Qüvvələrin emblemi yerləşdirilmiş fiqurlu qalxandan ibarətdir. Medalın qabarit ölçüləri 34 mm x 36 mm-dir. Qalxanın içində, Silahlı Qüvvələrin emblemindən yuxarıda qızılı rəngdə "Azərbaycan", aşağısında isə "Silahlı Qüvvələri" sözləri yazılmışdır. Qalxanın aşağı hissəsində ortada və çələngin üstündə ağ rəngdə "10" rəqəmi yerləşdirilmişdir. "10" rəqəmindən solda qızılı rəngdə iki tank, sağda isə iki döyüş gəmisi, qalxanın xaricində mavi fonda, çələnglərdən yuxarıda, solda üç qırıcı təyyarə, sağda isə üç zenit raketi təsvir edilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" sözləri yazılmış və milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı

"Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi (1991-2011)" yubiley medalı
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının dövlət mükafatı. Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. 1. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra ─ medal) ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir. 2. Medalın ön tərəfinin üzərində iri səkkizguşəli ulduzun içərisində olan Azərbaycan Respublikasının xəritəsinin fonunda "20 il" sözləri həkk olunmuşdur. Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunmuşdur. Medalda çevrə boyunca "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyi" sözləri yazılmışdır. 3. Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızılı rəngli "AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASININ 20 İLLİYİ" sözləri, aşağı hissədə "1991 ─ 2011" rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunmuşdur.
"Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı
"Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı" == Döş nişanının təsis edilməsi barədə == 12 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20-ci ildönümü tamam olur. Qoşunların şəxsi heyəti 1992–2012-ci illərdə vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması üzrə tapşırıqları yerinə yetirmiş, dövlət və dövlətçiliyimizə zidd cinayətkar qüvvələrə qarşı barışmaz mübarizə aparmış, ictimai sabitliyin, vətəndaşların konstitusiya hüquqlarının qorunmasını layiqincə təmin etmişdir. Xidməti vəzifələrinin, hərbi borcunun yerinə yetirilməsində və hərbi intizamın möhkəmləndirilməsində yüksək nailiyyətlər əldə etmiş hərbi qulluqçuların həvəsləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında" Əsasnamənin 5.3.16-cı bəndini rəbər tutub. 1. Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı təsis edilsin. 2. "Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı haqqında Əsasnamə" və "Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanının təsviri" təsdiq edilsin. 3. Əmr Daxili Qoşunların şəxsi heyətinə elan olunsun.