Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Homer
Homer (təq. e. ə. IX əsr, bilinmir – təq. e. ə. VIII əsr) — Antik dövrdə yaşamış İoniyalı şair. Şəxsiyyəti haqqında məlumat azdır. E.ə. 12–7 əsrlərdə yaşadığı ehtimal edilir.
Nökər
Nökər (peşə) — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Nökər (Monqolustan) — orta əsrlərdə monqol əyanlarının silahlı dəstəsinin üzvləri.
Ömər
Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب‎; təq. 585, Məkkə – 3 noyabr 644, Mədinə) — 634–644-cü illərdə I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi․ == Həyatı == 581-ci ildə Məkkədə doğulub. 3 noyabr 644-cü ildə Mədinədə vəfat edib. == Hərbi fəaliyyəti == === Ömər ibn Xəttabın dövründə baş verən döyüşlər === ==== Əcnadeyn döyüşü ==== Müsəlmanların Suriya və Fələstinin fəthi sırasında Bizanslılarla ilk döyüşü. Sosial nəticə:Müharibə müsəlmanların zəfəri ilə başa çatdı (28 Cəmaziyəəvvəl 13/30 Temmuz 634). Bu müharibədə 3000 düşmən əsgəri öldürüldü; müsəlmanlar isə sadəcə 14 şəhid verdilər.Siyasi nəticə:Bizans imperatoru Herakleios bu müharibədən çox qorxaraq Humus’tan Antakyaya qaçmışdır. Əcnadeyn savaşı ilə Fələstin və Suriyanın qapıları müsəlmanlara açılmış, 2 il sonra Yərmuk döyüşündə zəfər qazanılması nəticəsində bölgənin fəthi tamamlanmışdır. Bu döyüş nəticəsində Suriya, 637-ci ildə isə Fələstin torpaqları alındı. ==== Kadisiyə döyüşü ==== Müsəlmanlara Şimali İraq və İranın qapılarını açan meydan döyüşü (15/636).
3 nömrə, 4 nömrə, 5 nömrə...
3 nömrə, 4 nömrə, 5 nömrə... — 1920-ci illərin ikinci yarısında Bakıda meydana çıxan rəqs melodiyalarıdır. Bu rəqslər, xüsusilə "5 nömrə" və "6 nömrə" indi də məşhurdur. "3 nömrə" və "5 nömrə" kimi aram templi, həzin rəqsləri yalnız qadınlar oynayırlar.
Bizantili Homer
Bizantili Homer (q.yun. Ὅμηρος ὁ Βυζάντιος) — qədim yunan qrammatiki və faciə janrında yazan şairi. Onu yaşlı Homerdən fərqləndirmək üçün onu "ho Neoteros", yəni "gənc" də adlandırırdılar. Qrammatik Andromak Filoloqun və şair Moeronun oğludur. Bəzi mənbələr Moeronu Homerin qızı kimi təqdim edirlər. E.ə. III əsrin əvvəllərində, İsgəndəriyyədə yaşayan II Ptolemey Filadelfin sarayında inkişaf etmişdir. Əsas rəqibi Sosit ilə birlikdə o, "İsgəndəriyyə Pleyad"ının (yeddi ulduz topasının adından) yeddi böyük faciəsi sırasında sayılır. Homerə müxtəlif 45, 47 və ya 57 pyes aid edilir, onların hamısı indi itirilmişdir. Yalnız birinin adı, "Eurypyleia" məlumdur.
Boksçu Homer
"Boksçu Homer" (ing. The Homer They Fall) — "Simpsonlar" cizgi serialının səkkizinci mövsümünün üçüncü seriyası. İlk dəfə 10 noyabr 1996-cı ildə yayımlanmışdır. Bu seriyada Homer aldığı zərbələrdən yıxılmamaq kimi qəribə xəstəliyinin olmasını öyrənir və bundan sonra dostu Mo Sizlakın menecerliyi ilə boksçu karyerasına başlamaq qərarına gəlir. Seriyanın rejissoru Mark Kirklend, ssenari müəllifi isə Conatan Koler olub. Seriyanın dəvət olunmuş qonaq ulduzları öz rolunu ifa edən Maykl Baffer və Lüsius Svit rolunda çəkilən Pol Uinfild olub. == Məzmun == Simpsonlar yüksək texnologiyalı qurğular mağazasına baş çəkirlər, burada Bart Komiks satıcısından 4 dollara hər cür faydasız mexanizmlərdən ibarət olan kəmər alır, aldığı bu kəməri sonradan geri qaytarmaq istəsə də, alış qəbzi olmadığı üçün bunu edə bilmir. Bart aldığı kəməri məktəbdə hər kəsə göstərməyə başlayır, amma tezliklə Dolf, Cimbo və Kerni kəməri ondan alırlar, özünü isə döyürlər. Bundan sonra Homer dələduzların ataları ilə Monun tavernasında söhbət etmək qərarına gəlir, bu söhbət zamanı Dolf, Cimbo və Kerninin ataları Homeri döyürlər, ancaq onlar Homeri yıxa bilmədikləri üçün onu döyməkdən tezliklə təngə gəlirlər. Daha sonra Mo Dolf, Cimbo və Kerninin atalarını tavernadan qovur.
Emmi Nöter
Emmi Nöter Amali (23 mart 1882[…] və ya 1882, Erlangen, Almaniya imperiyası[…] – 14 aprel 1935[…] və ya 1935, Brin-Mar[d], Pensilvaniya, ABŞ) — riyaziyyat elminin tədrisi, inkişafı və praktikada tətbiqi ilə məşğul olan mütəxəssis. == Həyatı == Məşhur riyaziyyatçı, cəbr və fizika səhəsində fundamental kəşflər edib. Uzun müddət Göttingen Universitetində dərs verməsinə universitet rəhbərliyi qadın olmasını əsas gətirərək izin verməmiş, böyük riyazıyyatçı Hilbert, "hamamda deyilik, universitetdəyik" deyə etiraz edərək, öz mühazirələrində onun da çıxış etməsi üçün şərait yaratmışdı. Bu gün Emma Noter ən önəmli alimlərdən sayılır və "Noter teoremi" ilə xatırlanır. Noter teoreminə görə hər simmetriya bir qorunma qanununun manifestidir, zamanda homogenlik enerjinin saxlanma qanunundan irəli gəlir. Təbiət qanunları dünən də, bügün də eynidir, dəyişməzdir. Əgər belə olmasa idi, məsələn həftənin tək günləri yerin cazibə qanunu cüt günlərdəkindən az olsaydı, tək günlər yüksəyə qaldırdığımız bir yükü cüt günlər endirib, artıq enerji əldə edərdik. Ancaq bu, mümkün deyil çünki enerjinin saxlanma qanunu hər zaman eynigüclüdür.
Homer (Alyaska)
Homer (ing. Homer) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Homer (şəhər)
Homer (ing. Homer) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Homer Simpson
Homer Simpson (ing. Homer Simpson) — Simpsonlar cizgi serialının əsas personajlarından biri. İlk dəfə 19 aprel 1987-ci ildə "The Tracey Ullman Show"-nun "Good Night" hissəsində görünmüşdü. == Qəbulu == 2010-cu ildə Entertainment Weekly Homeri "son 20 ilin böyük personajı" (ing. the greatest character of the last 20 years) adlandırıb. TV Guide onu 2002-ci ildə 50 ən böyük cizgi personajların siyahısında (ing. Top 50 Greatest Cartoon Characters) Baqz Bannidən sonra yerləşdirib; Bravo kanalı isə onu 100 ən böyük televiziya personajı (ing. 100 Greatest TV Characters) siyahısında, harada ki Homer sadəcə dörd cizgi personajıdan biri olub, beşinci yerə daxil edib; Channel 4 sorğusuda isə o, bütün zamanların ən böyük televiziya peronajı kimi seçilib.Den Kastellaneta Homeri səsləndirdiyinə görə bir neçə dəfə "Outstanding Voice-Over Performance" nominasiyada Primetime Emmy mükafatını əldə edib: 1992-ci ildə Lizanın ponisi (ing. Lisa's Pony), 1993-cü ildə Mister Plou (ing. Mr.
Homer mədəniyyəti
Yunanıstanın dorilər tərəfindən qəsbi Egey mədəniyyətinin və ümumilikdə təsərrüfatın süqutuna səbəb oldu. Tarixdə bu dövrün, yəni bizim e.ə. XI-IX əsrlərin Qədim Yunan mədəniyyətində «qaranlıq əsrlər» kimi qəbul edilməsi məqbul hesab edilmir. Bu dövrün digər məşhur adı Homer dövrüdür. Homer Qədim Yunan mədəniyyətinin əzəmətli nümayəndəsi olub, məşhur «İliada» və «Odisseya» əsərləri ilə dünya ədəbiyyatı siyahısına töhfə bəxş etmişdir. Bu əsərlər poema janrında yazılmış və Homerin dövründən çox-çox əvvəllərin (b.e.ə. IX əsr) hadisələrini təsvir edir. Homer «İliada» poemasında qədim Troyanı «Müqəddəs şəhər» kimi qiymətləndirir. == Ümumi məlumat == Bu dövrün mədəniyyətinin inkişafının əsas meyarı yunanların təsərrüfat həyatında ümumi-xüsusi münasibətlərin təsdiqlənməsi hadisəsi oldu. Bu özlüyündə siniflərin təşəkkülünə zəmin yaratdı və cəmiyyətin sosial strukturunu müəyyənləşdirdi.
Homer nəğmələri
Homer nəğmələri (yun. Ομηρικοί Ύμνοι) e.ə. VII - V əsrə aid tanrı və ilahələr şərəfinə və tərənnümünə həsr olunmuş 33 antik yunan poetik şer nümunələri külliyatı. == Başlıqlar == == İstinadlar == == Mənbələr == Thomas William Allen (Hrsg.): The Homeric Hymns. 2. Aufl. Oxford University Press, London 1936. Neuausgabe: Hakkert, Amsterdam 1980, ISBN 90-256-0820-5 Albert Gemoll (Hrsg.): Die Homerischen Hymnen. Teubner, Leipzig 1886 (mit Kommentar) Homerische Götterhymnen, Übersetzung von Thassilo von Scheffer. Jena, Diederichs 1927 Gerd von der Gönna und Erika Simon (Hrsg.): Homerische Hymnen.
Lomer Ahvlediani
Lomer Birzinoviç Axvlediani (gürc. ლომერ ახვლედიანი; 2 oktyabr 1934, Tiflis – 11 fevral 2022, Tbilisi) — sovet və gürcü kinooperatoru, Gürcüstan SSR Xalq artisti (1984), Şota Rustavelli adına Gürcüstan SSR Dövlət mükafatı (1979) və Lenin mükafatı (1986) laureatı.
Lomer Axvlediani
Lomer Birzinoviç Axvlediani (gürc. ლომერ ახვლედიანი; 2 oktyabr 1934, Tiflis – 11 fevral 2022, Tbilisi) — sovet və gürcü kinooperatoru, Gürcüstan SSR Xalq artisti (1984), Şota Rustavelli adına Gürcüstan SSR Dövlət mükafatı (1979) və Lenin mükafatı (1986) laureatı.
Manuel Noyer
Manuel Pitr Noyer (27 mart 1986[…], Helzenkirxen, Şimali Reyn-Vestfaliya) — alman qapıçı. Avropanın ən yaxşı qapıçısı (2011, 2013, 2014, 2015, 2016). Münhenin Bavariya klubunun və Almaniya milli yığmasının əsas qapıçısıdır. == Klub karyerası == === Şalke 04 FK === Noyer 4 yaşından "Şalke 04"ün məktəbində futbolla məşğul olmağa başlayıb. 2003-cü ildə 16 yaşlı qapıçı Regional liqada "Şalke 04"ün ehtiyat komandasında oynamağa başladı, lakin elə onunla birlikdə bütün mövsümü keçirdiyi (2002/03 mövsümündə Regional liqa sistemi Almaniya liqasının sistemində çətinliyə görə indiki kimi 4-cü yox, 3-cü yerdə idi) 4-cü alman divizionuna düşür. 2005/06 mövsümündə ilk dəfə olaraq ehtiyat qapıçı kimi komandaya çağırılır, əsas yeri o zaman Frank Rost tuturdu. Buna baxmayaraq Manuel Bundesliqada yalnız 2006-cı ilin avqustunda Alemaniya Aaxen FK (1:0) ilə oyunda debüt edə bilir. Bundan az sonra 10-cu turda "Bavariya" (2:2) ilə matçda oynuyur və bu matçda onun oyunu helzenkirxenlilərin baş məşqçisi Mirko Slomkanın diqqətini cəlb edir, o komandanın əsas qapıçısı olur, nəticədə Rost Hamburqa transfer olur. Ümumiyyətlə Noyer 2006/07 mövsümündə "Şalke 04" klubunda 26 matç keçirib. 5 mart 2008-ci ildə pley-off mərhələsinin birinci turunda o demək olar ki, Portu FK-a qarşı tək mübarizə aparır, bir neçə seyv reallaşdıraraq oyunu penaltilər seriyasına qədər aparır, hansı ki, Bruno Alvesin və Lisandro Lopezin zərbələrini dəf edir və nəticədə alman komandası 1/4 finala yüksəlir.
Nomen nudum
Nomen nudum — növün elmi jurnalda çap edilmədiyi üçün elmi ad sayılmayan adıdır.
Nökər (Monqolustan)
Nökər (mold. нөхөр; mənası – dost, yoldaş) — XI–XII əsrlərdə Monqolustanda feodal münasibəylərinin yarandığı dövrdə əyanların silahlı dəstəsinin üzvləri. == Tarixi == XIII əsrin əvvəllərindən monqol xanlarının (Çingiz xan və b.) şəxsi qvardiyasını təşkil etmişdir. Nökərlərdən müharibə vaxtı döyüşçü, dinc dövrdə isə keşikçi, "ev qulluqçusu" kimi istifadə olunmuşdur. Onlar igid və sadiq döyüşçülər idilər. Çingiz xanın ən görkəmli generallarının çoxu nökər idi. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada "xidmətçi", "qulluqçu" mənasında işlədilmişdir.
Nökər (peşə)
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. == Etimologiyası == Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.
Ole Römer
Ole Römer (dan. Ole Christensen Rømer; 25 sentyabr 1644 – 19 sentyabr 1710) — 1676-cı ildə ilk dəfə işıq sürəti üçün uğurlu təxminlər etmiş danimarkalı astronom. Elmi ədəbiyyatda adı "Roemer", "Römer" və ya "Romer" olaraq da yazılır.
Os vomer
Xış sümüyü (lat. os vomer) kəllənin üz hissəsinə aid olan tək sümüklərdən biri. Qeyri müntəzəm dördbucaq səfhə şəklində olub, bir növ xışa bənzəyir və burun sümük arakəsməsinin aşağı qismini təşkil edir. Aşağı kənarı burun darağı ilə, ön kənarı yuxarıda xəlbir sümüyünün perpendikulyar səfhəsi ilə və aşağıda burunun qığırdaq arakəsməsi ilə birləşir. Yuxarı kənarı iki səfhəyə ayrılıb lat. alae vomeris adlanan iki qanad əmələ gətirir. Aşağı tərəfdən bunlar əsas sümük dimdiyini əhatə edirlər. Yan səthlərində sinirlərə məxsus şırımlara təsadüf edilir. == Mənbə == Prof.
Pol Romer
Pol Maykl Romer (ing. Paul Michael RomerPaul Michael Romer; 6 noyabr 1955, Denver) — Amerika iqtisadçısı. 2002-ci ildə Rektenvald mükafatı laureatı , Dünya Bankının baş iqtisadçısı (2016 — yanvar 2018). Nyu-York Universitetinin İqtisadiyyat fakültəsinin professoru. İqtisadiyyat üzrə (William Nordhouse ilə birlikdə yazdığı) "İnnovasiya və iqlimin böyümə iqtisadiyyatına inteqrasiyasına görə" əsərinin "uzun müddətli makroiqtisadi təhlildə texnoloji yeniliyin inteqrasiyası" hissəsinə görə 2018-ci il Nobel Mükafatının qalibi . == Tərcümeyi-hal == Koloradonun keçmiş qubernatoru Roy Romerin oğlu. Qardaşı — Kris Romer (1959-cu il təvəllüdlü), siyasətçi, Kolorado Senatının üzvü (2006–2010). Riyaziyyat üzrə bakalavr (1977) və Çikaqo Universitetinin İqtisadiyyat üzrə fəlsəfə doktoru (1983). Stenford Universitetinin, daha sonra Nyu York Universitetinin professoru . Nyu-York Universiteti nəzdindəki Merron Şəhər İdarəetmə İnstitutunun direktoru.
Qazarkı-Qomər
Qazarkı-Qomər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Somer Sivrioğlu
Somer Sivrioğlu (25 may 1971, İstanbul) - Türk aşpaz, restoran meneceri və server. == Həyat == 1971-ci ildə İstanbulda anadan olan Somer Sivrioğlu, 1996-cı ilə qədər Türkiyədə qaldı. Bilkent Universiteti Turizm və Qonaqpərvərlik Bölməsini bitirib, sonra magistr dərəcəsini tamamladı və 25 yaşında olarkən 1995-ci ildə magistr dərəcəsi və akademik karyerasını davam etdirmək üçün Avstraliyaya getdi. Aşpaz karyerasına ilk addımı Avstraliyada magistr dərəcəsi alarkən atdı. Restoranlarda menecer işlədikdən sonra Sidneydə menyusunda Türk ləzzətləri olan öz restoranını açdı. MasterChef, Avstraliyada qonaq hakim idi. 2015-ci ildə David Dale ilə birlikdə yazdığı Anadolu: Türk Mətbəxindəki Bir Macera kitabı nəşr olundu. TV8 2018-ci ildə nəşr olundu. MasterChef bəri Türkiyədən gələn kulinariya müsabiqələrinin münsiflər heyətində xidmət göstərir. == Şəxsi həyat == 2001-ci ildə Aslı Sivrioğlu ilə evlənən Somer Sivrioğlu, 2 uşaq atasıdır və 2019-cu ildə ərindən boşandı.
Xayme Komer
Xayme Komer (1 sentyabr 1981, Fresno, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Xayme Komer, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Aşıq Ömər
Aşıq Ömər (təq. 1621, Evpatoriya – təq. 1707, Evpatoriya) — türk aşığı. == Həyatı == Aşıq Ömərin həyat və yaradıcılığı ilə əlaqədar geniş bilgi yoxdur. Onun anadan olma və ölüm tarixləri də, harada dünyaya gəldiyi də mübahisəlidir. Bir şerində "Kəndim Gözləvəli, Ömərdir ismim" misrasındakı bu Gözləvə kəndinin Konya vilayətində olduğundan bir sıra ədəbiyyatşünas alimlər onun məhz Konyalı olduğunu yazırlar. Bəziləri isə onun Aydmlı olduğunu irəli sürürlər. "Vatan-ı aslimiz Aydın ilidir" misrasına əsaslananlar da onun Aydın vilayətindən olmasını ehtimal edirlər. Ancaq bu xalq aşığının Konyanın Gözləvə kəndində anadan olduğunu və bir müddət Aydında yaşadığım yazanların fikrilə razılaşmaq olar. Beləliklə də, Aşıq Ömərin təxminən 1651-ci ildə Konyanın Gözləvə kəndində anadan olduğunu söyləmək mümkündür.