1. Bir şeyin eyni cinsli şeylər sırasında sıra sayı. Evin nömrəsi. İnventar nömrəsi. Biletin nömrəsi.
2. Üzərində sıra nömrəsi yazılmış (pətə, kağız parçası və s.) hər hansı bir şeyin, xüsusən, paltarın, ayaqqabının və s.-nin ölçüsünü göstərən rəqəm. 21 nömrəli corab. 50 nömrəli palto. 5 nömrəli əlcək.
3. Sıra nömrəsi ilə göstərilmiş hər hansı bir şey. Məcmuənin mart nömrəsi. Qəzetin növbəti nömrəsi.
– Məlum oldu ki, biz doqquz ayın müddətində otuz doqquz nömrə “Molla Nəsrəddin” jurnalı yazmışıq.
4. Mehmanxanada, hamamda və s.-də ayrıayrı otaqlar.
Axırda dedilər ki, hamamların birində nömrələr var.
Otel sahibi və onun dalısınca bir əcnəbi nömrəyə girdilər.
5. Hər hansı bir tamaşanın, konsertin və s.-nin tərkib hissələrindən hər biri. Konsertin sirk nömrəsi başlandı.
– Diktor qocaman ifaçının adını xüsusi bir məhəbbətlə çəkərək konsertin növbəti nömrəsini elan edir.
6. məc. dan. Gözlənilməz qəribə hərəkət, iş, oyun, hoqqa; kələk. Onun bu nömrəsi keçmədi.
– …Yox balam, deyəsən, nömrəynən bunu başa vermək olmayacaq.
[Şahin:] Mənim orijinal bir nömrəm var, o da kasa rəqsidir. Kasaları su ilə doldurub bir podnosa düzürəm və başıma qoyub rəqs eləyirəm.
◊ Nömrə gəlmək – aldatmaq, hiylə işlətmək, kələk gəlmək. Yoldaşına nömrə gəlmək.