Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Normal forma
Normal forma (normal form ) - relyasiyalı verilənlər bazasında: informasiyanın strukturlaşdırılması üsulunu müəyyənləşdirən, artıqlığın və uzlaşmamanın olmaması ilə xarakterizə olunan element; informasiyanın səmərəli işlənməsini, saxlanmasını və yenilənməsini təmin edir. Adətən, üç formada istifadə olunur: birinci normal forma (1NF), ikinci normal forma (2NF) və üçüncü normal forma (3NF). Birinci normal forma (1NF)(ən az strukturlaşdırılmış), hər bir sahəsi (sütunu) unikal informasiyadan ibarət olan yazılar qrupudur (məsələn, işçilərin siyahısı). İkinci və üçüncü normal formalar birinciləri ayrı-ayrı cədvəllərə bölür və ardıcıl olaraq sahələr arasında daha incə qarşılıqlı ələqələr müəyyənləşdirir. İkinci normal (2NF) formada ilkin açar sahəsi istisna olmaqla, başqa sahələrin altçoxluğu olan sahələr olmur. Üçüncü normal (3NF)formada açar olmayan sahələr haqqında informasiyaların yerləşdiyi sahələr olmur. Daha mükəmməl normallaşmada Boys-Kodd normal forması (BCNF), dördüncü normal forma (4NF) və birləşmiş proyeksiya – beşinci normal forma (PJ/NF və ya SNF) olur.Proqramlaşdırmada: normal forma, başqa dillərin sintaksisini təsvir etmək üçün istifadə olunan metadildir. Bəzən Bekus normal forması (Bekus-Naur forması) da adlanır.
Norma
Norma (lat. norma — hərfi tərcümə "bucaqlıq", mənaca "qayda") — fəaliyyət sahəsinin sərhədlərini göstərən tənzimləyici qayda. Norma anlayışı həmişə şərtidir, məqsəddən asılı olaraq norma həddi müxtəlif ola bilər. Norma hərəkət, inam və hissdir. Hər bir fəaliyyətin və qaydanın norması olmalıdır.
Norma (riyaziyyat)
Norma — vektor fəzasında verilmiş funksionaldır, vektorun uzunluğu anlayışının ümümləşməsidir və ya ədədin mütləq qiymətidir.
Norma John
Norma John — pianoçu Lasse Piirainen və vokalist Leena Tirronen tərəfindən təşkil olunmuş musiqi dueti. Leena daha öncə Finlandiyanın X Factor musiqi yarışmasında iştirak etmiş və üçüncü yeri qazanmışdır. Norma John "Blackbird" mahnısı ilə Finlandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Onlar 9 may tarixində baş tutan yarımfinal mərhələsində səhnə almış və nəticədə 12-ci yerdə qərarlaşaraq, müsabiqənin finalına adlaya bilməmişdirlər.
Forma
Forma (yun. μορφή, lat. forma — qəbul edilmiş normativ xarici ölçü, görünüş. Forma (fəlsəfə) — materiyaya aid olan, məzmun anlayışına əks olan fəlsəfi kateqoriya. Forma (predmet) — predmetin konturlarının cizgisi. Forma (paltar), uniforma (lat. uniformis — ümumilik) — stilinə, tikilişinə, rənfinə, parçasına görə eyni olan vahid müəssisə geyimi. == Həmçinin bax == Format FormulyarForma – [lat. forma – görünüş, forma] 1)əşyanın xarici görünüşü, şəkli; 2)hər hansı bir şeyin onun məzmunu ilə müəyyənləşən görünüşü, nümunəsi, tipi, quruluşu, qurulma sistemi; 3)məcazi mənada: zahirən görünən, formallıq; 4)hər hansı bir şeyin nümunəsi, şablonu, qaydası; 5)əşyalara müəyyən formanın verilməsi üçün vasitə; 6)müəyyən edilmiş nümunədə paltar; 7)bədii əsərin növü, janrı, təsvir vasitələri və üsulları; 8)dilçilikdə qrammatik mənanın ifadə edilməsi; 9)zahiri görünüş; 10)quruluş, struktur; 11)ülgü, biçim, şablon, nümunə; 12)riyaziyyatda bütün hədləri eyni dərəcəli olan çoxhədli, formalar nəzəriyyəsi, cəbri həndəsə, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, riyaziyyatın başqa sahələrində və mexanikada işlədilir; 13)tip, quruluş, təşkilat sistemi; struktur; 14)rənginə, biçiminə və başqa əlamətlərinə görə müxtəlif kateqoriyalara mənsub şəxslər üçün vahid paltar tipi; rəsmi paltar, geyim. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Normal
Normal (riyaziyyat)
Norman
Norman — ad. Norman Bor — İrlandiya botaniki. Norman İtzkovitz — Prinston Universiteti Yaxın Şərq Araşdırmaları Hissəsi müəllim olan bir Osmanlı tarixçisi. Norman Endjell — Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. Norman Foster — ingilis memar. Norman Ridus — Amerikalı aktyor.
Atilla Jorma
Atilla Jorma — Finlandiya türkoloqu, dilçilik üzrə elmlər doktoru (2008), professor. == Həyatı == Atilla Jorma 1952-ci ildə Finlandiyada dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra 1976-cı ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölümünə daxil olmuş və 1982-ci ildə təhsilini tamamlamışdır. 1984-1987-ci illərdə Finlandiyada Türkü Universitetinin dilçilik bölümündə elmi işçi kimi çalışmışdır. 1984-1991-ci illərdə Finlandiya Türkü Universitetində türk dilindən dərs demişdir. 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Türkiyənin Ərdahan Universitetinin Çağdaş Türk ləhcələri və ədəbiyyatları bölümündə Xorasan türkcəsi, Türkmən, Qaqauz dili və ədəbiyyatından mühazirələr oxumuşdur. Fincə-Türkcə, Türkcə-Fincə lüğət hazırlamışdır. Fin, macar, holland, alman, ingilis dillərini bilir. == Yaradıcılığı == Atilla Jormanın türkoloji araşdırmaları olduqca əhatəlidir.
Forma (predmet)
Forma, bir obyektin çevrəsi və səthi kimi xarici xüsusiyyətlərindən asılı olan ümumi bir tərifdir. Rəng, naxış və maddə kimi xüsusiyyətlər bir cismin formasında həlledici rol oynamır. Psixoloqlar düşünürlər ki, insanlar cisimləri mənalandırarkən onları zehinlərində geon adlanan formalara bölürlər. Konuslar və kürələr bu formaların nümunəsidir.
Həndəsi forma
Həndəsi forma — Yer, miqyas, yönləndirmə və refleksiyanın həndəsi obyektin təsvirindən çıxarıldığı zaman qalan həndəsi məlumatdır. == Haqqında == Yəni forma ətrafında hərəkətin, onun genişlənməsinin, dönməsinin və ya güzgüdə əks olunmasının nəticəsi, ayrı bir forma deyil, orijinal forma ilə eynidir. Eyni formaya malik olan obyektlərin oxşar olduğu deyilir. Bir-birləri ilə eyni miqyasda olduqları təqdirdə, onlara bir-birinə uyğun olan deyilir. Bir çox ikiölçülü həndəsi formalı bir nöqtə və ya birbaşa və ya bağlanmış bir nöqtədə nöqtələri birləşdirən xəttlər, həmçinin nəticələnən daxili nöqtələrlə müəyyən edilə bilər. Belə formalar çoxbucaqlı adlanır və üçbucaqlar, kvadratlar və pentaqonlar daxildir. Digər formalar bir dairə və ya ellips kimi əyri ilə məhdudlaşdıra bilər. Bir çox üçölçülü həndəsi fiqurlar bir sıra şaquli, hündürlüyü birləşdirən xəttlər və bu xətlərin əhatə etdiyi iki ölçülü üzlər, eləcə də yaranan daxili nöqtələrlə müəyyən edilə bilər. Bu cür formlara polihedra deyilir və buraya kublar daxildir, həmçinin tetrahedra kimi piramidalar. Digər üç ölçülü şəkillər ellips və sfera kimi əyri səthlərlə məhdudlaşdıra bilər.
Kris Norman
Kris Norman (25 oktyabr 1950) — Böyük Britaniya ifaçısıdır. 1980-ci illərdə bir sıra sinqlları ilə məşhurluq qazanmışdır. 1986-cı ildə Alman prodüseri və ifaçısı Diter Bolen tərəfindən yazılan "Midnight Lady" mahnısı ölkələrdə ən yüksək zirvədə parlayırdı. == Albomlar == 2011: Time Traveller 2009: Live-DVD und CD Chris Norman The Hits! (Liveauftritt Tempotrom Berlin April 2009) 2009: The Hits!From His Smokie And Solo Years (Doppel-CD incl.
Nessun dorma
Nessun dorma — Cakomo Puççininin "Turandot" operasının sonuncu aktında ifa edilən ariya. Həmçinin, operada ən məşhur tenor ariyalarından biridir. Bu ariya şahzadə Turandota aşiq olan naməlum şahzadə (it. il principe ignoto) Kalaf tərəfindən ifa edilir. "Nessun dorma" italyan dilindən tərcümədə "Heç kim yatmasın" mənasını verir. == Ariyanın təsviri == "Turandot" operasının mövzusuna əsasən qədimdə Çin imperatorunun Turandot adlı çox gözəl bir qızı varmış. Lakin bu qız kişilərə nifrət edir və ərə getməmək üçün onu almaq istəyən oğlanlara cavab tapılması çətin olan 3 sual verir. Bu suallara cavab verə bilən şəxs şahzadə ilə evlənmək haqqı qazanır, cavab verə bilməyənlər isə boynu vurularaq edam edilir. Həmin 3 sual aşağıdakı kimidir: Gecə düşəndə ortaya çıxan, qanadlı qarabasmaya bənzəyən, günəşin doğması ilə yox olan şey nədir? - Ümid.
Normal (riyaziyyat)
Normal — düz səthə və bu səthdə kəsişən bütün düz xətlərə ortoqonal (perpendikulyar) olan vektor. == Qapalı təyini == Bu nöqtə vektor normalı adlanır hansı ki,— vahid vektordur və bu nöqtəyə çəkilən düz xətt normalın istiqamətinə paraleldir. Hamar səthdə ixtiyari nöqtə üçün yalnız istiqaməti ilə fərqlənən iki vektor normalı tətbiq etmək olar. Əgər səthdə normal vektorların dövri sahəsini təyin etmək mümkündürsə, onda bu sahə səthin oriyentasiyasını təşkil edir (yəni tərəflərdən birini ayırır). Əks halda, səth oriyentasiya olunmamış adlanır. Analoji olaraq, bu nöqtədəki əyri vektor normalı kimi təyin edilir.
Normal paylanma
Normal paylanma və ya Qaus paylanması – kəsilməz ehtimal paylanmasının vacib növü. Fiziki kəmiyyət bir çox təsadüfi amillərin təsirinə məruz qaldıqda o normal paylanmaya tabe olur. Məlumdur ki, belə hallar təbiətdə çox rast gəlinir. Onlardan normal paylanma geniş yayılmışdır, onun adı da buradan götürülmüşdür. Normal paylanmanın mahiyyəti mərkəzi limit teoreminə əsaslanır. Burada deyilir ki, bir-birindən asılı olmayan, identik paylanmış təsadüfi dəyişənlərin sərhəd qiymətləri normal paylanır. Təsadüfi dəyişənlər o vaxt normal paylanırlar ki, onlar çoxlu sayda amillərin təsirlərinin cəmlənməsindən yaranır və hər bir amil ayrı-ayrılıqda heç bir əhəmiyyətli təsirə malik deyil. Təsadüfi parametrlərin normal paylanmasından sürətlərin, ölçü xətalarının, nəzarət xətalarının təyini zamanı aparılan sınaqlar zamanı istifadə edilir. Riyazi və statatistik qiymətləndirmələr zamanı qiymətləndirilən funksiya əmsallarının meyilli olub olmamasının təyin edilməsi üçün normal paylanmadan istifadə edilir. == Təyinatı == Ehtimal paylanma sıxlığı f : R → R , x ↦ f ( x ) {\displaystyle f:\mathbb {R} \to \mathbb {R} ,\ x\mapsto f(x)} olan bir kəsilməz təsadüfi dəyişən üçün: f ( x ) = 1 σ 2 π exp ⁡ ( − 1 2 ( x − μ σ ) 2 ) {\displaystyle f(x)={\frac {1}{\sigma {\sqrt {2\pi }}}}\exp \left(-{\frac {1}{2}}\left({\frac {x-\mu }{\sigma }}\right)^{2}\right)} o vaxt μ {\displaystyle \mu } - σ {\displaystyle \sigma } -normal paylanır ki, X ∼ N ( μ , σ 2 ) {\displaystyle X\sim {\mathcal {N}}(\mu ,\sigma ^{2})} və ya ( μ , σ 2 ) {\displaystyle (\mu ,\sigma ^{2})} -da normal paylansın, burada μ {\displaystyle \mu } riyazi gözləməni (orta kəmiyyət) və σ {\displaystyle \sigma } təsadüfi kəmiyyətin variyansıdır.
Normal su
== Normal su == Normal su-tərkibində dəqiq müəyyən edilmiş miqdarda xlor olan (19,38%- kimi bu da 35% şorluluğa bərabərdir) təmizlənmiş dəniz suyuna deyilir. Normal su dəniz sularının şorluluğunu müəyyən etmək üçün beynəlxalq etalon kimi qəbul edilmişdir.
Norman Abel
Norman Abel (ing. Norman Abeles; 15 aprel 1928, Vyana) — Avstriya əsilli ABŞ psixoloqu. == Həyatı == Norman Abel 1928-ci ildə Vyanada anadan olmuşdur. Əvvəlcə Nyu-York Universitetində (1949-cu ildə bakalavr dərəcəsi), sonra Ostin şəhərindəki Texas Universitetində (1952-ci ildə magistr dərəcəsi) təhsil almışdır. 1958-ci ildə həmin universitetdə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1968-ci ildən Miçiqan Ştat Universitetində psixologiya professorudur. 1997–1998-ci illərdə Amerikan Psixoloqlar Birliyinin prezidenti olmuşdur.Norman Abel həmkarları ilə birlikdə ABŞ-də ən böyük psixoterapevtik audio yazılar arxivini yaratmışdır. Onun tədqiqatı əhvali-ruhiyyə və yaddaş arasındakı qarşılıqlı əlaqənin aspektlərini əhatə edirdi. O, öz işi ilə ABŞ-də peşəkar psixologiyanın inkişafına təsir göstərmişdir. Abel bir sıra aparıcı peşəkar psixologiya nəşrlərinin redaktoru olmuşdur.
Norman Abramson
Norman Abramson (Norman Abramson) (1 aprel 1932) simsiz kompüter ünsiyyəti üçün ALOHAnet sisteminin inkişafı üçün ən tanınmış yəhudi mühəndis və kompüter alimidir. == Həyatı == Norman Abramson 1 aprel 1932-ci ildə Bostonda (ABŞ) anadan olmuşdur. == Fəaliyyəti == Norman Abramson Harvard Universitetində (1953) fizika, UCLA (1955) fizikasında M.A. və Ph.D. Stanford Universitetində elektrik mühəndisliyi (1958) oxumuşdur. Verilənlərin simsiz ötürülmə sistemi olan ALOHAnet-in müəllifi, amerikalı mühəndis və alim Norman Abramson ALOHAnet sistemi Ethernet və IEEE 802.11 texnologiyalarının prototipidir. == Ədəbiyyat == Əliquliyev R.M. Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Norman Bor
Norman Loftus Bor (irl. Norman Loftus Bor; 2 may 1893 – 22 dekabr 1972[…]) — İrlandiya botaniki. == Elmi fəaliyyəti == Norman Loftus Bor toxumlu bitkilər üzrə ixtisaslaşıb.. == Şərəfinə adlandırılmış taksonlar == Borinda Stapleton cinsi Norman Loftus Borun şərəfinə adlandırılmışdır. == İstinadlar == == Ədəbiyyat == Barnhart, J. H. Biographical Notes Upon Botanists. — Vol. 1. — P. 220.
Norman Endjell
Norman Endjell — beynəlxalq sülhün bərqərar olması üçün əhəmiyyətli səy göstərmiş, Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. 1933-cü ildə Nobel sülh mükafatına layiq görülmüşdür. == Həyatı == 1903-cü ildə "üç bayraq altında Vətənpərvərlik:siyasətdə rasionalizmin müdafiəsi" kitabını dərc etdi. 1909-cu ildə onun "Avropa illüziya sı" (müharibənin iqtisadi səbəbləri haqqında) kitabı dərc edilmişdir. Növbəti kitab olan "Böyük illüziya " daha məşhur oldu və 25 dildə tərcümə edilmişdi. Burda Endjell müharibə nəticəsində iqtisadi çiçəklənmə haqqında mifi ifşa edirdi. 1914-cü ildə Birinci dünya müharibəsi zamanı o Ramsey Makdonald və Ç.Trevelayanla Britaniya hökumətinin xarici siyasətinə ictimai nəzarət üçün demokratik nəzarət İttifaqını təşkil etdi. 1920-ci ildə Liberal partiyadan Leyboristlər Partiyasına keçdi. Mərkəzi Avropa uşaqlarına yardım məqsədilə "Aclığa qarşı" hərəkatın əsasını qoydu. Nasist Almasniyasının fəal əleyhdarı idi, Nevill Çemberlenin Hitlerlə barışıq sazişinə qarşı çıxırdı.
Norman Finkelşteyn
Norman Qari Finkelşteyn (ing. Norman Gary Finkelstein) — yəhudi əsilli ABŞ siyasi elm adamı, yazıçı və professor. O, dünyada Holokost və Fələstin-İsrail münaqişəsi haqdakı fikirləri, mühazirələri və əsərləri ilə məşhurdur. == Həyatı == Onun anası almanların II Dünya müharibəsi dövründə Polşada yaratdıqları həbs düşərgəsində, atası isə Auşvitz həbs düşərgəsidə, almanların II dünya müharibəsi dövründə yəhudiləri saxladıqları və kütləvi şəkildə öldürdükləri ən böyük ölüm düşərgəsində idilər. Atasının almanların əlindən qaçdığı deyilir. Bütün bunlara baxmaraq, Finkelşteyn öz vicdanına sığınaraq yəhudiləri Holokostu bəhanə edərək başqalarına qarşı, xüsusən də günahsız fələstinlilərə qarşı qətlliam və vəhşiliklərdə günahlandırır. 2014-cü ildə İsrailin Qəzzəyə hücumlarına etiraz edib aksiya keçirən zamanı Finkelşteyn və 20-yə yaxın amerikalı polis tərəfindən nəzarətə götürülüb.
Norman Foster
Norman Foster (1 iyun 1935, Mançester) — ingilis memar. Memarlıq təhsili ilk olaraq Mançestr Universitetində alan Norman təhsilini Yeyl Universitetində usta olaraq tamamladı.Dünya səviyyəsində bir çox komitəyə qatılan və yüzlərcə mükafata layıq görülən Norman Fosterin bir çox tanınmış layihəsi vardır. Millau Körpüsü (Fransa, dünyanın ən yüksək körpüsü), Honq Konq Beynəlxalq Hava limanı, Uembli stadionu kimi dünya üzrə tanınmış sayısız memarlıq layihələrinə imza atdı. 2002-ci ildə Pritsker mükafatına layiq görülmüşdür.
Norman Ozborn
Norman Ozborn (ing. Norman Osborn) — Marvel Comics tərəfindən nəşr edilmiş, ABŞ komikslərində görünən uydurma supercinayətkar. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış; ilk dəfə Yaşıl qoblinin orijinal və ən yaxşı bilinən təcəssümü kimi "The Amazing Spider Man" komiksinin 14-cü sayında (iyul 1964) peyda olmuşdur. Amoral sənaye şirkəti Oscorpun rəhbəri olan Norman ekspremental maddə qəbul edir; həmin maddə onun fiziki və zehni gücünü artırsa da, onda ruhi pozğunluğa səbəb olur. Hörümçək-adamın baş düşməni olan Ozborn superqəhrəman müəyyənləşdirən hekayənin bir hissəsi, eləcə də Herri Ozborn, Qabriel və Sara Steysinin atası, Normi Ozbornun babası, Qven Steysinin qatilidir. Əsas hədəfinin Hörümçək-adam olmasına baxmayaraq, o, Marvel kainatında digər superqəhrəmanlar ilə tez-tez münaqişəyə girir. Qoblin kimi, o, Hellovin tərzində olan görünüşünü qəbul edir: qoblin kostyumu geyinir, yarasa şəklində olan "Qoblin planeri" sürür, yüksək texnikalı silahlardan, əl qumbarası kimi "Balqabaq bombaları"-ndan istifadə edərək, Nyu-Yorkda iğtişaşlar törədirdi. Ozborn bəzən Doktor Osminoq və Misterio kimi supercinayətkarlarla, bəzən isə Məşum altılıq və Qara qisasçılar kimi komandalarla müttəfiqlik qurur, bu münasibətlər tez-tez qarşısıalınmaz münaqişələrə səbəb olan məqsədlərinə görə pozulur. Son illərdə Ozborn, Dəmir patriot obrazında yeni qəhrəman statusu qazanmışdır. Personaj müxtəlif cinayətkar siyahılarında yer alıb.
Norman Ridus
Norman Mark Ridus (ing. Norman Mark Reedus; 6 yanvar 1969, Hollivud[d], Florida) — ABŞ aktyoru. "Gəzən ölülər" televiziya serialında canlandırdığı Deril Dikson obrazı ilə məşhurlaşıb. == Həyatı == Norman Ridus 6 yanvar 1969-cu ildə Florida ştatında yerləşən Hollivud şəhərində anadan olub. Ridusun nənəsi italyan əsilli, babası isə ingilis, şotland və irland əsillidir. O, bir müddət Tokyo şəhərində yaşamış, sonralar Los-Ancelesə köçərək Harley-Davidson mağazasında işləmişdir.
Norman Uizdom
Norman Uizdom — Britaniyalı komik Norman Uizdom 1915-ci ildə Londonda doğulub və karyerasını müzik-hollda çıxışla başlayıb. O, populyar mister Pitkin personajını özü yaradıb və bu rolla bir çox filmlərdə çəkilib. Onların arasında "Mister Pitkin düşmən arxasında", "Mister Pitkin xəstəxanada" və "Mister Pitkin baş-ayaq" filmləri keçmiş SSRİ telekanalları ilə də nümayiş etdirilib. Bundan əlavə, Uizdom ssenarist, prodüser və bəstəkar kimi də çalışıb. O, 2000-ci ildə cəngavər titulu alıb. Son vaxtlara qədər Men adasında yaşayıb və vaxtaşırı səhnədə görünüb. Kütləvi informasiya vasitələri 2008-ci ildə onun ölümü barədə məlumat yaysalar da, xəbər az sonra təkzib edilib. Nəhayət 2010-cu ilin 4 oktyabrında Uizdom 95 yaşında Men adasındakı qocalar evində keçinib.
Norman nəzəriyyəsi
Norman nəzəriyyəsi və ya normanizm — tarixşünaslıqda varyaqları Kiyev Rus dövlətinin yaradıcıları hesab edən istiqamət. == Tarixi və arqumentləri == Nəzəriyyə XVIII əsrin ikinci rübündə Peterburq Elmlər Akademiyasında işləyən alman alimlər irəli sürmüşdür. Onlar "Ömənillərin basmanı"nda varyaq knyazlarının dəvət olunması haqqındakı hekayəsi əsas götürmüşdülər. XVIII–XIX əsr Çar Rusiyası tarixşünaslığında (N. M. Karamzin və b.) Norman nəzəriyyəsi Kiyev Rus dövlətinin mənşəyi barədə rəsmi fikir xarakteri almışdır. XX əsrin 20-ci illərindən etibarən Norman nəzəriyyəsi Qərb tarixşünaslığınıb tərkib hissəsi olmuşdur. == Tənqidi == Sovet tarixşünaslığında Norman nəzəriyyəsinin hərtərəfli tənqidi verilmişdir. Onlara görə, Norman nəzəriyyəsinin siyasi mahiyyəti qədim slavyanları müstəqil dövlət yaratmağa qadir olmayan xalq, normanları (varyaqları) isə qədimdən başlayaraq Rusiyanın inkişafına təsir göstərən qüvvə kimi qələmə verməkdən ibarət idi. Hələ XVIII əsrin ortalarında M. V. Lomonosov Norman nəzəriyyəsinin əsassız olduğunu bildirmişdir. Çar Rusiyası tarixçilərindən bəziləri Norman nəzəriyyəsinin müəyyən müddəalarını tənqid etsələr də, onun elmə zidd olmasını göstərə bilməmişlər. Sovet tarixçilərinə görə, antikommunizmin ideoloqları SSRİ-yə və sosialist ölkələrə qarşı mübarizədə Norman nəzəriyyəsindən istifadə etmişdir.