Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barit
Barit (ağır şpat) – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4. == Növ müxtəliflikləri == Selestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək). == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir.
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Baqrat Baqrationi
Baqrat Georgiyeviç Baqrationi (8 may 1776, Tiflis – 8 may 1841, Sankt-Peterburq) — Baqrationilər çar sülaləsindən olan gürcü knyazı; Gürcüstan tarixi, veterinar tibb və iqtisadiyyat üzrə əsərlərin müəllifi. == Həyatı == === Gürcüstanda === 8 (19) may 1776-cı ildə Tbilisidə şahzadə Georginin (1746–1800), gələcək Gürcü çarı XII Georginin (1798–1800) ailəsində anadan olub və ilk həyat yoldaşı Ketevan Andronikaşvili (1754–1782) olub. Kartli və Kaxeti çarı II İraklinin nəvəsidir. == Ailəsi == Knyaz Durmişxan Çolakaşvili qızı Yekaterina Çolakaşvili ilə ailə qurub (1781–1831). 30 avqust 1805-ci ildə 2-ci dərəcəli Müqəddəs Yekaterina ordeni ilə təltif edilib. Sankt-Peterburqda vəbadan dünyasını dəyişib və Smolensk qəbiristanlığında dəfn olunub. Baqrat və Yekaterinanın çoxlu övladları var idi.
Baqrat Ulubabyan
Baqrat Arşaki Ulubabyan (erm. Բագրատ Արշակի Ուլուբաբյան; 9 dekabr 1925, Müşkapat – 19 noyabr 2001, Yeğvard, Kotayk mərzi) – erməni yazıçısı və tarixçisi. Ulubabyanın araşdırmalarının və əsərlərinin böyük hissəsi Qarabağ mövzusuna həsr olunub. 1980-ci illərin sonunda Ermənistanda "Qarabağ hərəkatı" baş qaldıranda Ulubabyan bu hərəkatın başlıca ideoloqlarından biri idi. == Bioqrafiyası == Baqrat Ulubabyan 9 dekabr 1924-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni (indiki Xocavənd rayonu) rayonunun Müşkapat kəndində anadan olub. 1944-cü ildə Şuşa Pedaqoji İnstitutunu bitirir, iki il sonra Bakıdakı Pedaqoji İnstitutda erməni dili və ədəbiyyatı üzrə elmi ad alır. 1949–1967-ci illərdə DQMV-də yaşayıb vilayətin yazıçılar birliyinin sədri olub, həmçinin erməni dilində nəşr olunan "Sovetakan Qarabağ" (Sovet Qarabağı) qəzetində məqalələri nəşr olunub. Ulubabyan Muxtar Vilayətin Ali Sovetinin deputatı olub. 1968-ci ildə Ulubabyan İrəvana köçür və Ermənistan Milli Elmlər Akademiyasının Tarix bölməsində baş elmi işçi vəzifəsində çalışır. 1965-ci ildə o, 30 nəfər erməni elm xadimi və alimi ilə birlikdə DQMV-nin Ermənistan SSR ilə birləşdirilməsi haqqında Sovet rəhbərliyinə yönəlmiş müraciəti imzalayır.
III Baqrat
III Baqrat (960 — 7 may 1014, yaxud 1015) — birləşmiş Gürcüstanın çarı (978 — 7 may 1014, yaxud 1015). Baqrationilər nəslinin nümayəndəsi olmaqla, ana tərəfdən anasodilərdən – abxaz knyaz və çarlarının nəslindən idi. Картлис Цховреба (PDF). Тбилиси: Артануджи. Главный редактор академик Роин Метревели. 2008.
IV Baqrat
IV Baqrat (gürc. ბაგრატ IV) (1018 – 24 noyabr 1072) Baqrationilər sülaləsinin bir üzvüdür. 1027–1072 illərdə Gürcüstan kralı olmuşdur. Uzun və hadisəli hakimiyyəti illərində Gürcüstan hakimiyyətini Bizans imperiyasından və Səlcuqlulardan qorumağa çalışdı. Bir sıra daxili qarşıdurmalar nəticəsində Baqrat Liparitidlər sülaləsindən olan ən güclü vassalları və rəqibləri məğlub edərək bir çox qapalı feodalları nəzarət altına aldı. Lorri və Kaxeti şahları, Tiflis əmirinin təsirini azaltdı. Bir çox Qafqaz hökmdarları kimi Nobelissimos, Kuropalatis və Sebastos kimi Bizans adlarına da sahibdir. Gürcüstan kralı I Giorginin (1014–1027) ilk həyat yoldaşı Məriyəmin oğlu idi. Atası tərəfindən Bizans imperiyasına qarşı müharibənin itirilməsindən sonra 1022-ci ildə Bizans imperatoru II Basileios (976–1025) üç yaşında girov götürüldü. Gənc Baqrat üç ili imperiya paytaxtı olan Konstantinopolda Bizans sarayında keçirdi və 1025-ci ildə sərbəst buraxıldı.
I Baqrat
I Baqrat (İmereti çarı) — İmereti çarı. I Baqrat — Abxaziya çarı. I Baqrat — Tao çarı.
Rene Maqrit
René François Ghislain Magritte (fransız: [magʁit]; 21 noyabr 1898[…], Lessin[d], Eno – 15 avqust 1967[…], Sxarbek[d]) Belçika əsilli sürrealist rəssamdır. O sürrealist üslubda insanları düşünməyə vadar edən ecazkar və sirli rəsmləri ilə məşhurlaşmışdır. René Magritte 1898-ci ildə Belçikanın Lessines şəhərciyində dünyaya göz açmışdır. Atası dərzi, anası isə qadın papaqçısı olan Magrette-in ilk gənclik illəri haqqında çox az məlumat mövcuddur. O ilk rəsm dərslərinə 1910-cu ildə getməyə başlamışdır. 1912-ci ilin mart ayında onun anası özünü çaya ataraq intihar etmişdi. Daha əvvəllər də intihara cəhd edən anasına atas bir neçə dəfə mane olmuş, onu öz otağında günlərlə bağlı saxlamışdı, lakin bir gün o bu bağlı otaqdan çıxa bilir və günlərlə itkin düşür. Sona onun cəsədi çaydan tapılır. Deyilənə görə, 13 yaşlı Magritte anasının cəsədi sudan çıxarılanda orda imiş, lakin daha sonrakı araşdırmalar bu hadisəni inkar edir. Anasının intiharının Rene-nin yaradıcılığına olduqca böyük təsiri olduğu irəli sürülür.
V Baqrat
V Baqrat (gürc. ბაგრატ V დიდი ;XIV əsr – 1393, Tiflis) — 1360-1393-cü illər arasında hökm sürmüş Gürcüstan çarı. Atası IX Davidin ölümündən sonra 1360-cı ildə Gürcüstan taxtına oturdu. Onun tacqoyma mərasimi Kutaisidə həyata keçirildi. İlk evliliyi Trabzon imperatorunun qızı Helena Komninoy ilə baş tutdu. Helena Komninoyun ölümündən sonra ikinci evliliyi yenə Trabzon imperatorunun qızı Anna Komnina ilə reallaşdı. Erməni və yunan salnaməçilərinin ifadələrinə görə, çar bacarıqlı döyüşçü və istedadlı sərkərdə idi. V Baqrat 1385-ci ildə Qızıl Orda xanı Toxtamışla, Teymuri hökmdarı Əmir Teymura qarşı ittifaq bağladı. 1386-cı ilin payızında Əmir Teymurun komandanlığı altında nəhəng bir ordu Gürcüstan krallığının ərazilərinə daxil oldu. Teymur Tiflisi mühasirəyə aldı.
Barıt imperiyaları
Barıt imperiyaları və ya Müsəlman barıt imperiyaları — XVI əsrdən XVIII əsrə qədər çiçəkləndikləri dövrdə üç türk və müsəlman imperiyasına: Osmanlı İmperiyasına, Səfəvilər İmperiyasına və Böyük Moğol İmperiyasına aid edilən termin. Bu üç imperiya erkən müasir dövrün ən güclü və ən sabit iqtisadiyyatlarına malik idi ki, bu da kommersiya ekspansiyasına və mədəniyyətin daha çox himayəsinə səbəb olur, onların siyasi və hüquqi institutları isə artan mərkəzləşmə dərəcəsi ilə möhkəmlənirdi. İmperiyalarda adambaşına düşən gəlir və əhalinin əhəmiyyətli dərəcədə artması və davamlı texnoloji yenilik tempi müşahidə olunurdu. Qərbdə Mərkəzi Avropa və Şimali Afrikadan şərqdə Benqal və Arakana qədər uzanırdılar. İmperator ekspansiyası zamanı yeni icad edilmiş odlu silahların, xüsusilə top və atıcı silahların istifadəsi və inkişafı ilə İslam barıt imperiyaları tərəfindən böyük ərazilər fəth edildi. Avropada olduğu kimi, barıt silahlarının tətbiqi mərkəzləşdirilmiş monarxiya dövlətlərinin yüksəlişi kimi dəyişikliklərə səbəb oldu. G.S.Hodqsona görə, barıt imperiyalarında bu dəyişikliklər hərbi təşkilatlanmadan xeyli kənara çıxdı. Hindistan yarımadasında yerləşən moğollar, qismən Teymuri İntibahını miras qoydular və öz dəbdəbəli memarlığı ilə tanındılar. Səfəvilər İran üçün səmərəli və müasir dövlət idarəsi yaratdılar və təsviri sənətdə böyük inkişaflara sponsorluq etdilər. Kaysar-ı Rum kimi də tanınan Konstantinopol əsaslı Osmanlı xilafətinin sultanları İki Həram Məscidin Xadimi və bununla da İslam dünyasının başçıları idilər.
Barıt müharibələri
Barıt müharibələri — barıt silahları ilə müharibə və ya daha çox yayılmış olaraq Odlu Silahlarla Müharibə, bu partlayıcı maddənin istifadəsi üçün uyğun barıt silahlarının istifadəsi ilə ortaya çıxan və bu silah texnologiyasının inkişafı ilə zaman keçdikcə bu hala gələn bir döyüş üslubudur. XV əsrdən etibarən Avropa və Asiyada məhdud bir şəkildə başlamış və XIX əsrin ortalarına qədər davam etmişdir. 1792–1815-ci illər arasında davam edən Napoleon müharibələrində zirvəyə çatdı. Barutun Çinlilər tərəfindən tapıldığını bildirən İngilis filosof və rahib Rocer Bekon bu cür müharibənin ilk müdafiəçilərindən biri idi. Silahlarda və müharibələrdə barıtın ilk istifadəsinin Çində X əsrə gedib çıxdığı məlumdur. Barıtın ilk istifadəsi top idi. Çindən sonra müsəlman dövlətlərinin ordularında sürətlə yayıldı. XV əsrin ikinci yarısından bəri, xüsusilə Osmanlı İmperiyası tərəfindən səmərəli istifadə edilmişdir. Osmanlılar tez bir zamanda barıtdan tüfəng kimi istifadə etməyə başladılar. Fatih Sultan Mehmet 1453-cü ildə İstanbulu fəth edərkən nəhəng mühasirə toplarından istifadə etdi.
Barıt qülləsi
Barıt qülləsi (çex. Prašná brána) — XV əsrə aid memarlıq abidəsi. Qotik qüllə Praqanın Respublika meydanında yerləşir və İctimai bina ilə üstüörtülü körpü vasitəsilə birləşdirilib. Barıt qülləsi Praqanın ayrılmaz rəmzlərindən hesab olunur. Ayrıca olaraq bu diqqətəlayiq abidə "Barıt darvazası" kimi də adlanır. Bələdçilər turistlərə həmişə qülləni göstərirlər, lakin bir qayda olaraq, onlar tikilinin yalnız xarici gözəlliyinin təsviri ilə məhdudlaşırlar, onun tarixi haqqda isə çox az izah edirlər. Darvazalardan Praqa qəsrinə aparan Kral yolunun birinci hissəsi, yəni Tseletna küçəsi başlayır. == Tarix == Nove Mesto rayonunun formalaşmasından öncə hələ XIII əsrdə hazırkı yerdə darvazalı digər qüllə yerləşirdi. Mövcud plana əsasən, qüllə Köhnə şəhərin istehkam sisteminə daxil 13 mövcud qüllədən biri olmalı idi, lakin o zamanlar Nove Mestonun inşasından sonra, bu natamam istehkam qüllə öz əhəmiyyətini itirərək tədricən dağılmağa başladı. Dağılmaqda olan tikili elə görkəmsiz görünüşə malik idi ki, yerli sakinlər ona isteza ilə "soyulmuş qüllə" (çex.
Barıt sui-qəsdi
5 noyabr 1605-ci ildə İngiltərədə "Barıt sui-qəsdi" adlı tarixi hadisə baş vermişdir. Həmin gün bir qrup müxalifyönümlü katolik dəstə İngiltərə və Şotlandiya kralı I Ceyms və digər aristokratlara qarşı sui-qəsd törətmək üçün Lordlar Palatasının binasını partlatmağa cəhd etmişdi. İşin üstü sui-qəsdçilərdən birinin sarayda işləyən qohumuna həmin gecə orada olmaması haqda yazdığı xəbərdaredici məktubun kral adamlarının əlinə keçməsi nəticəsində açılmışdı. Məlumatdan şübhələnən kral adamları ehtiyat tədbiri güdərək, sarayın hər yönünü nəzarət altına almış və təxribatın qarşısını almışdılar. Əməliyyatın icraçıları arasında İngiltərə tarixinin ən böyük "Vətən xaini" kimi yadda qalan Qay Foks olmuşdu. Sui-qəsd planının müəllifi olmadığı haqda fikirlər geniş yayılsa da, o, 5 noyabr gecəsi əlindəki barıt çəlləyi və fitillə iş başında yaxalanmışdı. Foks həbs edilərək, zindana atılmış, 31 yanvar 1606-cı ildə saray qarşısında asılaraq, edam edilmişdi. İngilislər həmin günü öz tarixlərində demokratiya zəncirindəki önəmli halqalardan biri kimi görür. Hər ilin 5 noyabr gecəsi Birləşmiş Krallıq və onun əyaləti olan ölkələrdə "Barıt sui-qəsdi"nin uğursuzluğa düçar olması münasibətilə "Qay Foks Gecəsi" adı altında şənliklərlə qeyd edilir. Şənlik zamanı havaya fişənglər atılır, barıtla dolu qablar alışdırılaraq, küçəboyu yuvarlandırılır, vətən xaininin cəzalandırılmasını qutlamaq üçün Qay Foks maskası taxılmış kuklalar yandırılır.
III Baqrat (İmeretiya çarı)
III Baqrat (gürc. ბაგრატ III; 23 sentyabr 1495 – 1565) — Baqrationilər sülaləsindən olan İmeretiya çarı. Çar II Aleksandrın və Tamarın oğlu. Hökmdarlıq dövrü 1510–1565-ci illəri əhatə edir. III Baqrat 1510-cu ilin aprelində atası II Aleksandrın ölümündən sonra taxta çıxmışdır. Baqrat hakimiyyətinin ilk dövrlərində kiçik qardaşı Vaxtanqın müqaviməti ilə üzləşməli oldu. Vaxtanq 1512-ci ildə qonşu Kartli çarlığına sığındı. III Baqrat Kartliyə daxil oldu və qardaşı Vaxtanq üzərində qələbə qazandı. Həmçinin həmin dövrlərdə III Baqrat qonşu Kartli çarlığının daxili işlərinə də müdaxilə edirdi. O, Kartlidə hakimiyyətə I Luarsabın gəlməsinə kömək etdi.
I Baqrat (İmereti çarı)
I Baqrat (XIV əsr – 1372) — Kiçik yaşda atasının taxtına oturmuşdu. 1 illik hakimiyyətdən sonra Kutaisini mühasirəyə alan Gürcü kralı V Georgiyə qarşı mübarizə apara bilmədi və taxtdan əl çəkdi. Şorapani eristavı tituluna layiq görüldü. Samtsxe-Cavaxeti atabəyi Kvarkvare Jakelinin qızı ilə evlənmişdi.