Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yan Oblak
Yan Oblak (7 yanvar 1993[…], Şkofya-Loka) — "Atletiko Madrid"in və Sloveniya milli futbol komandasının qapıçısı. Yan Oblak 23 yanvar 1993-cü ildə Sloveniyada doğulub. "Atletiko Madrid"də 13 nömrə ilə çıxış edir. Bu klubda Ümümilkdə 79 matça çıxıb.
Orlik (aerobatika eskadronu)
Orlik Akrobatika Komandası (pol. Zespół Akrobacyjny "ORLIK") Polşa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün PZL-130 Orlik təyyarələri istifadə olunur. Komanda elə bu təyyarənin şərəfinə adlandırılmışdır. İlk icitmai aviaşou 15 aprel 1998 tarixində baş tutmuşdur.
Abnik
Abnik — Rəvan əyalətinin nahiyələrindən biri. == Toponimik izah == Abnik 1590-cı ildə Rəvan əyalətinin nahiyələrindən birinin adı. Orta əsrlərdə Sürməli (bax) mahalının və Sürməli qəzasının qədim adıdır. (Kitabi-Dədə Qorqud eposunun III boyunda Evnik kimidir). XVI əsrə aid hadisələrlə əlaqədar olaraq Anadolunun şərqində Pasin (Basin) yaxınlığında Avnik qalasının adı çəkilir. Qədim türk mənşəli Aban tayfasının adındandır. Avan və Qafan. == Həmçinin bax == Dağlıq Qarabağ Qərbi Azərbaycan == Ədəbiyyat == Budaqov B. Ə. Azərbaycan toponimlərinin problemləri. "Azərbaycan onomastikası probleminə dair". Bakı, 1986.
Balik
Balik — Azərbaycanın İsmayıllı rayonunda kənd. Balik kəndi Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Əhalisi 452 nəfərdir ki onun da 231 nəfəri kişi, 222 nəfəri qadındır.
Bilik
Bilik — insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusu. Bilik müqəddəsliyi baxımından formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Bilik – yaxşı strukturlaşdırılmış verilənlər və metaverilənlərdir. Biliklərin saxlanılması üçün Biliklər bazası (BB) lazımdır. Daxili interpretasiya. EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir.
Bolid
Bolid (yun. βολίδος; βολίς — nizə) — parlaq meteor. Bollidin uçuşu zamanı bəzən top atəşinə, ildırım gurultusuna bənzər səs çıxarır. Ən parlaq bollid gündüzdə görünür. Bollidin uçuşu zamanı bəzən yer səthinə meteroit düşür.
Bölük
Bölük — quru qüvvələrində inzibati baxımdan ən kiçik hərbi-taktiki vahiddir. Artilleriya qüvvələrində Batareya, sərhəd qüvvələrində Zastava, hava qüvvələrində Eskadrilya, dəniz qüvvələrində isə Eskadron adlanır. Bölüklər, bir bölük qərargahı və ən az iki (ümumiyyətlə üç, dörd) taqımdan ibarətdir. Şərtlərə və ehtiyaclara görə dəyişməklə birlikdə ən az 100 əsgərdən ibarət olan bir hərbi birlikdir. Komandiri Baş leytenant, ya da kapitandır. İkinci dünya müharibəsi ərəfəsində bölüklərin heyətləri genişlənmişdir, üç tüfəngli müharibə batalyonunun yanında yaxın dəstək atəşi təmin edən qrup silahlarını: minaatan, pulemyot, top istifadə edən bir sıra olaraq təşkil edilməyə başlanmışdır. Bu cür bölüklər 6 zabit, 187 əsgərdən meydana gəlir. İndiki vaxtda bölüklər müəyyən funksiyaları yerinə yetirmək üzrə müharibə, istehkam, kəşf kimi, və ya müəyyən bir sinif silahın: tank, minaatan, zenit, topçu təməlində olaraq təşkil edilir.
Erlik
Kolik
Kolik (yun. κωλικη (νόσος) — "bağırsaq sancıları/ağrıları", lat. cōlicus) — bir-birinin ardınca sancı şəkilli kəskin ağrılar. Qarın boşluğu üzvlərinə müvafiq öd kisəsi daş(lar)ının öd axacaqlarını tutması nəticəsində meydana çıxan qaraciyər və pankreas, böyrək daş(lar)ının sidik axarlarını tutması nəticəsində meydana çıxan böyrək, bağırsaq keçməzliyi nəticəsində meydana çıxan bağırsaq sancıları ya kolikləri mövcuddur.
Malik
Malik — kişi adı.
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Obelia
Obelia (lat. Obelia) — campanulariidae fəsiləsinə aid heyvan cinsi.
Obelisk
Obelisk — yuxarıya doğru getdikcə itiləşən, piramida formalı ucu olan tilli sütun. Obelisk adətən daşdan yonulur və kəsikdə çox zaman kvadrat şəkilli olur. Qədim Misirdə yayılmış obelisk saray və məbədlərin qarşısında abidə kimi qoyulurdu. Obelisk Rusiyada XVIII əsrdən geniş yayılmış xatirə abidəsi və monument tipidir. == Həmçinin bax == Sütun == Ədəbiyyat == Обелиск // Еврейская энциклопедия Брокгауза и Ефрона. — СПб., 1906–1913.
Qoblin
Qoblin — Avropa folklorunda mənfi xüsusiyyətli məxluq. Qoblinlər əksər hallarda ziyanlı, deyingən, çirkin olaraq təsvir olunur. Bununla yanaşı, qoblinlər çox dözümlü, çezik və sehrli bacarıqlara sahib məxluqlardır. Müxtəlif mənbələrdə qoblinlər fərqli təsvir oluna bilər, amma görünüşlərinin üç elementi dəyişməz qalır: uzun qulaqlar, qorxunc pişik gözlərinə bənzər gözlər və əllərindəki uzun pəncələr. Qızıla olan hərislikləri ilə tanınırlar. Qoblinlərə bir çox fantastik film və kitablarda rast gəlmək olar.
Relik
Relik (Latınca reliquiae "geri qalan, qalıq") Xristianlıqda Məsih, müqəddəslər və digər əziz insanlarla əlaqəli və ya onlardan qalmış müqəddəs əşyalara və ya parçalara verilən addır. Məsələn, müqəddəslərin sümükləri və ya bu insanın sahibi olduqları mallar relikdir. Reliklər bəzən reliker adlanan xüsusi mühafizə qablarında saxlanılır.
Salik
Salik qanunu (lat. lex Salica) — Güman olunduğu kimi, salik franklarının 6 əsrin əvvəlində, yəni hələ Xlodviqin sağlığında ikən onun göstərişi ilə yazıya alınmış məhkəmə adətlərinin toplusudur. Başqa barbar qaydalarına nisbətən Roma təsiri burada qat-qat azdır və özü də, başlıca olaraq, zahiri əlamətlərdən -latın dilində yazılmasında, cərimələrin Qədim Roma pul vahidləri ilə alınmasında özünü göstərir. Salik qanunu franklarda hələ işğala qədər mövcud olmuş qədim İbtidai-icma quruluşu qaydalarını az-çox məlumatlar -əmlak və ictimai bərabərsizliyin, daşınan əmlak üzərində xüsusi mülkiyətin, torpağa irsi hüququn və nəhayət, dövlətin meydana gəlməsi haqqında da məlumatlar tapılır. 6–9-cu əsrlər ərzində frank kralları "Salik qanunu"na təkrarən əlavələr etmişdilər. Buna görə də o nisbətən sonrakı dövrlərin qaynaqları ilə birlikdə frank cəmiyətinin ibtidai icma quruluşundan feodalizmə doğru sonrakı təkamülünü də izləmək imkanı verir. Tasitin təsvir etdiyi qədim almanlara nisbətən franklarda təsərrüfatın inkişaf səviyyəsi xeyli yüksək idi. Bu dövrlərdə franklarda daşınan əmlak üzərində tamamilə inkişaf etmiş xüsusi mülkiyyət var idi. Bunu, məsələn, Salik qaydasının taxıl, mal-qara, ev quşları, qayıq, balıq toru oğurluğuna qarşı müəyyən etdiyi yüksək cərimələr təsdiq edirdi. Lakin həyətyanı sahələrdən başqa, torpaq üzərində xüsusi mülkiyət Salik qaydalarına məlum deyildi.
Səlik
Səlik və ya Sellik — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 1886-cı ildə kənd əhalisi 34 evdə 70 nəfəri kişilər, 54 nəfər isə qadınlar olmaqla 124 nəfər şiə islam inanclı Azərbaycan tatarından ibarət idi. 2002-ci il əhali siyahıyaalınmasına əsasən kənddə yaşayan sakinlərin sayı 1,811 nəfər olub. Etnik tərkibinə əsasən kənd əhalisi əsasən azərbaycanlılardan, qismən darginlərdən və tabasaranlılardan ibarətdir. Bu kəndin ilk əhalisi olan tərəkəmələr Şirvan ərazisindən köçüb gəlmədirlər.
Tolik
Tarix Əliyev (ləqəbi:Tolik 6 iyun 1979, Bakı) — Azərbaycanlı prodüser, təşkilatçı, televiziya aparıcısı. == Həyatı == Tarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub.Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir. 1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir. Bir dəfə, 1998-ci ildə ailəli olub, 1 il sonra isə boşanıb.2002–2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporasının təşkil etdiyi tədbirlərdə iştirak edib. 2004-cü ildən, Azərbaycana qayıtdığı gündən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın Pirallahı rayon təşkilatının tədbirlərində fəal iştirakına görə fəxri fərmana layiq görülüb. == Karyerası == 2007-ci ildə Rusiyanın Novosibirsk şəhərində konsert təşkil edib və Azərbaycan diasporası tərəfindən fəxri diploma layiq görülüb. O. ilk olaraq müğənni, Azərbaycanın xalq artistı Röya Ayxanla əməkdaşlıq edib.
Vılık
Vılık — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 267 nəfərdir. == Həmçinin bax == Rvarud Orand Nücü Təngəbin == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tülüconi kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Vılık kəndi Vılık kəndi adlandırılmışdır.
Çəlik
Cəlik (Ərdəbil)
İblis
İblis — göylərdən qovulmuş və Allahın düşməninə çevrilmiş, dindarları düz yoldan azdıran dindarları düz yoldan azdıran mələk yada cin adıdır. Xristianlardakı satananın sinonimidir. İblisin əsl adı Haris, Halis və ya Həris olmuşdur. İblis isə şeytanın balalarının və köməkçilərinin adıdır. İblis, Allahın yaratdığı ilk insana - Adəmə təzim etmək barədə Onun əmrindən çıxmışdır. Buna görə də o, göylərdən qovulmuş və cəhənnəm əzabına düçar edilmişdir. Lakin iblis Allahdan cəzalandırılması üçün Məhşər (Qiyamət) gününədək möhlət istəmiş və and içmişdir ki, Yer üzərində insanları yollarından azdıracaq. == Quranda Şeytan == Qurani-Kərimdə səksən səkkiz yerdə şeytan (on biri iblis olmaqla) kəliməsi keçir. Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır .
Alik
Alik (erm. Ալիք) - İranın paytaxtı Tehran şəhərində gündəlik nəşr olunan erməni dilli qəzet. Alik, İranda nəşr olunan ilk və yeganə erməni icmasına məxsus qəzetdir. Qəzetin nəşrinə 1931-ci ilin mart ayında başlanmışdır. İlk vaxtlarda həftədə 1 dəfə olmaqla nəşr edilən Alik, 1935-ci ilin əvvvələrindən etibarən həftədə 2 dəfə olmaqla nəşr edilmişdir. 1941-ci ildən etibarən isə gündəlik nəşrə keçmişdir. Hal-hazırda baş redaktoru Terenik Melikyandır.
Bliö
Bliö (fr. Blieux, oks. Blieus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04030. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 57 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 37 nəfər arasında (15-64 yaş) 22 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 59.5%, 1999-cu ildə 75.7%) idi. Fəal olan 22 nəfərdən 15 nəfər (7 kişi və 8 qadın), 7 nəfər işsizdir (5 kişi və 2 qadın).
Blok
Blok (mexanika) — oxa nəzərən fırlana bilən çarx.
Ava Çelik
Ava Çelik (1990, Berlin) — Alman aktrisa.