Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Banos
Banos de Akva Santa (İspanca tələffüz: [ˈbaɲoz ðe ˈaɣwa ˈsanta]) və ya qısaca Banos — Ekvadorun mərkəzində, Tunquraua əyalətində yerləşən şəhər. Əhali baxımında Tunquraua əyalətinin Ambato şəhərindən (paytaxtıdır həmçinin) sonra ən böyük ikinci şəhəri və əsas turizm mərkəzidir. Şəhər cəngəlliyin və Amazon hövzəsini şəhərlərinin yaxınlığındakı dağlarda yerləşdiyindən "Amazonun darvazası" kimi tanınır. Banos şəhəri Tunquraua vulkanının şimal yamacında, 1820 metr yüksəklikdə yerləşir. Tunquraua vulkanının aktivliyi dövridir. Banos şəhərindən vulkandan çıxan lavaları və külü görmək olar. Vulkan Milli Politexnik Məktəbinin Geofizika İnstitutu tərəfindən öyrənilir. == Etimologiya == "Baños de Agua Santa" ispan dilində "Müqəddəs su hamamları" deməkdir. Belə ki, şəhərin ətrafında terman bulaqlar yerləşir. Bu bulaqlar tərkibindəki minerallara görə müalicəvi xüsusiyyətlərinə görə tanınır.
Bones
Bones (ボンズ, Bonzu) və ya bəzən BONES — Yaponiya animasiya studiyası. 1998-ci ilin oktyabrında qurulmuşdur. Studiyanın ən tanınmış əsərləri RahXephon, Wolf's Rain, Scrapped Princess, Eureka Seven, Angelic Layer, Darker than Black, Soul Eater, Ouran High School Host Club, Fullmetal Alchemist (iki adaptasiya), Star Driver, Gosick, Space Dandy və "Noragami" animeləridir. Baş qərargahı Tokionun Suqinami xüsusi rayonunda yerləşir. == Tarix == Bones studiyası Sunrise studiyasının keçmiş üzvləri Masahiko Minami, Hiroşi Osaka və Toşihiro Kavamoto tərəfindən 1998-ci ilin oktyabrında qurulmuşdur. Studiyanın ilk işlərindən biri Sunrise studiyası ilə birlikdə "Cowboy Bebop" anime serialına əsaslanan "Cowboy Bebop: Knockin' on Heaven's Door" adlı anime filmi olmuşdur. 24 sentyabr 2007-ci ildə studiyanın qurucularından biri olan, "Mobile Suit Victory Gundam", "Mobile Fighter G Gundam" və "The Mars Daybreak" kimi animelərin personaj dizayneri olan Hiroşi Osaka 44 yaşında xərçəngdən vəfat etmişdir. Hiroşi Osakanın ölümündən sonra studiyanın direktorlar şurasına Makoto Vatanabe və Takahiro Komori qatılmışdırlar. Takahiro Komori personaj dizayneri və animasiyaçı kimi tanınır: "Angelic Layer", "Scrapped Princess" və "Darker than Black" animelərinin personaj dizayneri olmuşdur. == İşlər == === Anime serialları === === OVA-lar === RahXephon Interlude: Her and Herself/Thatness and Thereness (7 avqust 2003) Wolf's Rain (23 yanvar 2004 – 25 fevral 2004) Fullmetal Alchemist: Premium Collection (19 mart 2006) Ghost Slayers Ayashi: Ayashi Diving Comedy (22 avqust 2007 – 24 oktyabr 2007) Darker than Black: Beneath the Fully Bloomed Cherry Blossoms (26 mart 2008) Fullmetal Alchemist Brotherhood (26 avqust 2009 – 25 avqust 2010) Prototype (Halo Legends-un hissəsi) (2010) Darker than Black: Gaiden (27 yanvar 2010 – 21 iyul 2010) Eureka Seven Ao: The Flowers of Jungfrau (20 sentyabr 2012) Noragami (17 fevral 2014 - 17 iyul 2014) Hitsugi no Chaika (10 mart 2015) Noragami Aragoto (17 noyabr 2015 – 17 mart 2016) Snow White with the Red Hair (5 yanvar 2016) Blood Blockade Battlefront (3 iyun 2016) Bungo Stray Dogs (məlum deyil) === Veb-animelər === Xam'd: Lost Memories (PlayStation Network, 16 iyul 2008–3 fevral 2009) === Anime filmləri === Escaflowne (iyun 2000; Sunrise ilə birlikdə) Cowboy Bebop (1 sentyabr 2001; Sunrise ilə birlikdə) RahXephon: Pluralitas Concentio (19 aprel 2003) Fullmetal Alchemist: Conqueror of Shamballa (23 iyul 2005) Sword of the Stranger (29 sentyabr 2007) Eureka Seven Pocket Full Of Rainbows (25 aprel 2009, Kinema Citrus ilə birlikdə) Towa no Quon (film seriyası) Fleeting Petals (泡沫の花弁, Utakata no Kaben) (18 iyun 2011) Wild Dance of Chaos (混沌の蘭舞, Konton no Ranbu) (16 iyul 2011) Never ending Crime (夢幻の連座, Mugen no Renza) (13 avqust 2011) Crimes in a Blank Dream (紅蓮の焦心, Guren no Shoushin) (10 sentyabr 2011) Heroic Return (双絶の来復, Souzetsu no Raifuku) (5 noyabr 2011) Eternal Eternity (永久の久遠, Towa no Quon) (26 noyabr 2011) Fullmetal Alchemist: The Sacred Star of Milos (2 iyul 2011) Un-Go episode:0 Inga chapter (19 noyabr 2011) Star Driver (9 fevral 2013) === Videooyunlar === Robot Alchemic Drive (Enix, 4 noyabr 2002) Rahxephon Blu Sky Fantasia (Bandai, 7 avqust 2003) Fullmetal Alchemist and the Broken Angel (Square Enix, December 25, 2003) Fullmetal Alchemist: Stray Rondo (Bandai, 25 mart 2004) Fullmetal Alchemist: Sonata of Memories (Bandai, 22 iyul 2004) Fullmetal Alchemist 2: Curse of the Crimson Elixir (Square Enix, 22 sentyabr 2004) Fullmetal Alchemist 3: The Girl Who Succeed God (Square Enix, 21 iyul 2005) Eureka Seven vol.
Bonus
Bonus (bonus) – faydalı qazıntıları şirkətlərə istismara verdiyi üçün həmin ehtiyatların üzərində mülkiyyət hüququnu saxlayan dövlətə buna görə ödənilən vəsait. Bonus hasilatın pay bölgüsü sazişlərinin imzalanması və ya icrası ilə bağlı hökumətə ödənilən mükafatdır. Bonuslar adətən mərhələlərlə ödənilir. Onun bir hissəsi layihənin əvvəlində, digər hissəsi isə layihədə müəyyən mərhələlərə çatdıqca ödənilir. Adətən hasilatın pay bölgüsü (PSA) tipli müqavilələrdə bonuslar müqaviləyə daxil edilmir. Çünki onun daxil edilməsi halında bonusun hasilat başladıqdan sonra kompensasiyası məsələsi qaldırıla bilər.
Boros
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Donos
Donos — cinayət haqqında dövlət səlahiyyətlilərinə ismarış. Müasir istifadəsində bu, qanuni olaraq cəzalandırılan, lakin müəyyən bir şəxsin baxış bucağından cinayət sayılmayan və ya xırda xarakter daşıyan hərəkətlər haqqında dövlət səlahiyyətlilərinə ismarışdır. Sözün müasir mənası sırf neqativdir, çünki hüquqi istifadədə yalnız "yalan olduğu bilinən" sifəti ilə işlənir. Monteskyö bildirir ki, bu söz cəmiyyətin mənafeyi ilə hakimiyyətin maraqları arasındakı uçurumu, qanunların xalqı korladığı zaman ikinci növ hakimiyyətin azğınlığını göstərir. Karl Marks bu mahiyyəti belə izah edirdi ki, xalq cəzanı görür, lakin cinayəti görmür və məhz cinayət olmayan yerdə cəzanı gördüyü üçün cəza olan yerdə cinayəti görməkdən əl çəkir. == İstinadlar == == Əlavə ədəbiyyat == Борис Бурда «Доносы: факты, страны, века» С. Васильев. О функциях «соков» в связи с проблемой древнерусских «ябетников» и «ябедничеством» Судебника 1497 г. Архивная копия от 10 декабря 2007 на Wayback Machine // Исследования по истории средневековой Руси. М.; СПб. 2006, с.
Etnos
Etnos (yun. ἔθνος / éthnos, azərb. xalq‎) — sözün dar mənasında, nisbətən sabit xüsusiyyətləri olan mədəniyyət və psixikaya malik, habelə öz vəhdətini insanların başqa qruplarından fərqləndirən, bir dildə danışan insanların tarixən yaranmış məcmusu. Etnos üzvlərinin öz qrup vəhdətini dərk etmələrinə etnik özünü dərketmə deyilir; bunun da zahiri əlaməti özünü adlandırma — etnonimdir. Etnosun sabitliyi bir sıra amillərlə, ilk növbədə endoqamiya ilə bağlıdır. Etnos üçün varislik, fasiləsiz inkişaf, habelə zaman çərçivəsində dəyişmə səçiyyəvidir. Bütün bunlara etnik (etnogenetik) proseslər deyilir. Həmin proseslər nəticəsində yeni etnik hala keçid baş verə bilər. Etnoqrafik tədqiqat obyekti mənasında etnos termini XX əsrin əvvəlində yaranmış və rus alimi S.M.Şirokoqorovun (1887—1939) adı ilə bağlıdır. Etnik proseslərin içərisində konsolidasiya və assimilyasiya xüsusi yer tutur.
Fobos
Fobos — Günəş sistemində Mars planetinin peykidir. Qeyri düzgün formalıdır (uzunluğu 26 km, eni 21 km). Mars ətrafına 7 saat 39 dəqiqəyə dolanır.
JunOS
Junuper JunOS — firmasının yönləndirmə avadanlıqları ilə birgə istifadə olunan FreeBSD bazalı əməliyyat sistemidir. Juniper müştərilərinə əlavə olaraq 'Software Development Kit (SDK)' təqdim edir. Sahəsində tək rəqibi Cisco Systemsin IOS əməliyyat sistemidir.
Minos
Minos, Minoy (q.yun. Μίνως) — Kritin mifik hökmdarı , Zevslə Avropanın oğlu, Pasifayanın əri. Dedal sayəsində bir çox sənət əsərlərinə sahib olmuşdur. Dedal onun üçün saraylar tikmişdir. Minos yunanların arasında dənizlər hökmdarı kimi tanınırdı. O, öz hərbi qüdrətinə görə Dedala borclu idi. Elə ona görə də Dedalı əlindən buraxmaq istəmirdi. Dedal Siciliyaya qaçandan sonra Minos adaya qoşun yeritmişdi. O sənətkarın yerini öyrənmək üçün yumurta qabığı gətirib elan etmişdi ki, kim onun içindən sap keçirsə, böyük mükafat alacaq. Bunu yalnız Dedal edə bilərdi və beləliklə Minos onun yerini öyrənmişdi.
Obonn
Obonn (fr. Eaubonne) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Obonn. Əhalisi — 23.640 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 17 km şimalda, Serji belediyyənin 17 km şərqdə yerləşir.
Ordos
Ordos (çin. 鄂爾多斯沙漠) — Mərkəzi Asiyada yerləşən səhradan ibarət olan plato. Cənubdan Lyesso platosu ilə əhatələnir. Ən hündür nöqtəsi 2535 m təşkil edir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının orta temperaturu —10°С, iyul ayının isə 23°С-dir. Şimal-qərbdən cənub-şərdə doğru yağıntının miqdarı 100 – 400 mm arasında dəyişir. Dolu müşahidə edilir. Ərazidə çoxlu sayda duzlu göllər vardır. Barxanlar əsasən insan və heyvanlar tərəfindən məhv edilmiş bitki örtüyü sayəsində geniş sahə tutur.
Ornon
Ornon (fr. Ornon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38285. Kommunanın 1999-cu il üçün əhalisi 138 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 799 ilə 2856 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Tanos
Tanos (ing. Thanos) – Marvel Comics nəşriyyatı tərəfindən 1973-cü ildə yaradılmış komiks personajı. Maykl Fredrix və Cim Starlin tərəfindən yaradılmış və ilk dəfə "Iron Man" komiksinin 55-ci sayında peyda olmuşdur. Məsləhətçinin oğlu, Starfoksun qardaşıdır. Personaj ilk dəfə "Qisasçılar" filmində Deymon Puate tərəfindən canlandırılmışdır. "Qalaktika Mühafizəçiləri" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Qisasçılar: Sonsuzluq savaşı" və adsız Qisasçılar sikvelində Coş Brolin tərəfindən canlandırılmışdır. Bunlardan əlavə, Tanos bir çox videooyun və teleserialda görünmüşdür. Tanos IGN-in "Ən yaxşı 100 komiks supercinayətkarı" siyahısında 47-ci yerdə, Wizard-ın "Ən yaxşı supercinayətkarlar" siyahısında 22-ci yerdə, "Complex" jurnalının "Ən yaxşı 25 komiks supercinayətkarı" siyahısında 21-ci yerdə göstərilmişdir. Yazıçı-rəssam Cim Starlin Tanos personajını hələ kollecdə psixologiya oxuyarkən fikirləşmişdir. O, personajın görünüşü üçün Cek Körbinin Darksayd personajından ilhamlandığını etiraf etmişdir.
Obzor
Obzor (bolq. Обзор) — Bolqarıstanda, Qara dənizdə yerləşən kiçik bir şəhər və dənizkənarı kurort. Obzorun Trakya adı Navlohosdur.Romalılar onu Templum Iovis adlandırdılar. Şəhər Nessebar yaxınlığında, Burqas vilayətində yerləşir. Müasir ad 1936-cı ildə təqdim edilmişdir; Obzor şəhər hüquqlarını 9 sentyabr 1984-cü ildə aldı. Antarktidanın Qremlend bölgəsindəki Obzor təpəsinin adı bu kəndin adı ilə dəyişdirilib.
BIOS
BIOS (Basic Input/Output System – giriş /çıxış baza sistemi) — əməliyyat sistemindən asılı olmayan, proqramlaşdırılan daimi yaddaş qurğusuna (və ya fleş-yaddaşa) yazılan, eləcə də ekran, klaviatura və s. periferiya qurğuları ilə əməliyyatları nizamlayan proqram. Kompüter qoşularkən BİOS ilkin testləri yerinə yetirir və çox böyük inteqral sxemləri inisiallaşdırır və ya başqa cür desək proqram olub sabit yaddaş qurğusunda saxlanılır və fərdi kompüterin resurslarının diaqnostikasını təmin edərək, fərdi kompüteri işə saldıqda əməliyyat sisteminin yüklənən hissəsini əməli yaddaşa çağırır. Fərdi kompüterin daimi yaddaşında kompüter avadanlıqlarının işini yoxlayan (məlumatı ekrana çıxarmaqla), əməliyyat sisteminin yüklənməsini təmin edən proqramlar toplusu yerləşir. Həmin proqramlar toplusunun çox hissəsi müəyyən dərəcədə kompüterdə daxiletmə-xaricetmə əməliyyatlarını yerinə yetirir. Belə proqramları BIOS adlandırırlar. BIOS ayrıca mikrosxem şəklində düzəldilir. == Funksiyası == Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən istifadə edirlər. İnterfeys əlaqə kanallarının proqram, elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir. Bu tip interfeyslərə misal olaraq ATA (İDE), Serial ATA, SCSI göstərmək olar.
Knos
Knoss və ya Knos (yun. Κνωσός, lat. Cnossus, minoy dilində orijinal adı – KA-NU-TI) — Krit adasında, müasir İraklion yaxınlığında, şimal sahilində, dənizdən 4 km məsafədə, qədim zamanlarda iki limanı olan qədim şəhər. Minoy sivilizasiyası dövründə adanın əsas şəhəri Fest və Maliya ilə birlikdə onun mədəni və siyasi mərkəzlərindən biri idi. Knoss özünün çiçəklənməsi və gücü dövründə bütün Aralıq dənizinin ən nüfuzlu şəhərlərindən biri idi. Minoy dövründə Knoss öz sarayı ilə bəşər tarixində çoxmərtəbəli binalar, təbii və süni işıqlandırma, santexnika və kanalizasiya, ventilyasiya, istilik və asfalt yollar kimi mühəndislik və memarlıq nailiyyətlərindən istifadənin ilk nümunələrindən birini təmsil etmişdir. Miken sivilizasiyası zamanı Axeya yunanlarının hakimiyyəti altına düşmüşdür. Knossun dramatik ölümü bütün minoy sivilizasiyasının tədricən tənəzzülünə səbəb olmuşdur. Yunan mifologiyasında Knoss əfsanəvi Krit padşahı Minosun adı ilə əlaqələndirilir. Rəvayətə görə, yaxınlıqda Minotavrın həbs olunduğu Dedal labirinti var idi.
OBON
OBON (Orta Asiya) (Əlahiddə Təyinatlı Qadınlar Dəstəsi/Отряд Баб Особого Назначения) — Orta Asiyada kütləvi informasiya vasitələri ilə işıqlandırılan mitinqlərdə və digər açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə qalmaqal, qarışıqlıq, təxribat (provokasiya) və bu kimi digər pozucu hərəkətlər törətmək üçün öz xidmətlərini təklif edən/satan qadınları ifadə etmək üçün istifadə olunan termin. Əsasən onların xidmətləri hədəfə alınmış tədbir təşkilatçılarının oponentləri (rəqibləri) olan sifarişçi tərəfindən ödənilir. Obonun fəaliyyətinə mitinqlər (kontr-mitinqlər, kvazi-mitinqlər) təşkil etmək və hədəf mitinqləri dağıtmaq, hədəf mitinqlərin gedişatını pozmaq, toplantı iştirakçılarına, mitinqi keçirən şəxs(lər)ə və təşkialat(lar)a təzyiqlər göstərmək, onları başqa insanların gözü qarşısında alçaltmaq, təhqir etmək və döymək, inzibati və digər binaları, toplantı məkanlarını tutmaq, yolları kəsmək, siyasətçiləri tutduğu mövqedən məhrum etmək və sair bu kimi xuliqanlıq hərəkətləri aid edilir. Obonun fəaliyyətinə hədəfə alınanların özlərinə və yaxınlarına zor tətbiq etmə və onları oğurlama, onların əmlakını məhv etmə və sair bu kimi digər fiziki və psixoloji zor tətbiq etmə və belə zor tətbiq etmə hədəsi ilə müşayiət oluna bilir.. XXI əsrdə daha çox Özbəkistan hakimiyyət tərəfindən müxaliflərinə qarşı və Qırğızıstanda Aksıy hadisələri zamanı istifadə olunub. Tətbiqinin yaradıcısı kimi Usen Sıdıkov hesab olunur. O parlament seçkilərində Əsgər Akayev tərəfindən seçkilərdən uzaqlaşdırılanda . obon(çu)ların xidmətindən istifadə edib. Digər postsovet ölkələrində də oxşar təyinatlı insanlardan istifadə olunub. Yaranma mənşəyi cibgirlərin məşhur praktikasına gedib çıxır.
Obol
Obol (q.yun. ὀβολός, translit. obolos, həmçinin ὀβελός (translit. obelós), ὀβελλός (translit. obellós), ὀδελός (translit. odelós). hərfi tər. "mismar"; lat. obolus) — Qədim Yunanıstanda yaranan çəki vahidi və valyuta. Obol Qədim Yunanıstanda ilk öncə çəki vahidi, sonralar isə 1/6 dirhəmə bərabər mis pul kimi istifadə olunurdu.
Erga omnes
Erga omnes — beynəlxalq hüquq konsepsiyası, ona görə beynəlxalq münasibətlərin iştirakçısı kimi hər hansı bir suveren dövlət ümumdünya xarakterli olan bütün dünya ictimaiyyəti qarşısında müəyyən sayda öhdəlik daşıyır və hər bir dövlətin maraqlandığını təmin edir. == Konsepsiyanın yaranması == Beynəlxalq hüququn müvəqqəti normalarının inkişafında keyfiyyətcə yeni bir mərhələ, beynəlxalq hüquq doktrinası olaraq geniş tanınan və beynəlxalq hüquq doktrinası kimi tanınan Barselona Traction işində BMT Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən hazırlanmış dövlət məsuliyyəti konsepsiyasının qəbul edilməsi ilə başladı, yəni bütövlükdə bütün icma qarşısında öhdəliklər erga omnes xarakteri ilə baş tutdu. Beynəlxalq Ədalət Məhkəməsinin qərarında aşağıdakılar qeyd edildi: "Xüsusilə, bir dövlətin bütövlükdə beynəlxalq ictimaiyyət qarşısında olan vəzifələri ilə diplomatik qoruma sahəsində başqa bir dövlətə nisbətən vis-à-vis (bir-birinə) qarşı ortaya çıxan vəzifələr arasında bir fərq qoyulmalıdır. Birincisi, təbiətinə görə bütün dövlətlərin işidir. Bu hüquqların vacibliyini nəzərə alaraq, bütün dövlətlər bu hüquqların qorunmasında qanuni bir maraq sahibi sayıla bilər; bunlar bütün öhdəliklərdir. Müasir beynəlxalq hüquqda bu cür öhdəliklər, məsələn, təcavüz və soyqırımı aktlarının qadağan edilməsindən, həmçinin köləlik və irqi ayrı-seçkilikdən qorunma da daxil olmaqla əsas insan haqları ilə əlaqəli prinsip və müddəalardan qaynaqlanır. ". Beləliklə, Məhkəmə beynəlxalq hüquq öhdəliklərinin müstəsna ikitərəfli xarakterini inkar etdi və əvvəlki məhkəmə hüququnu dəyişdirdi. Həqiqətən, hələ 1966-cı ildə, Cənubi Qərbi Afrika hadisəsində, Efiopiya və Liberiyadan Cənubi Afrikanın aparteid siyasətini yürütən Namibiyada varlığına qarşı şikayət vermək hüququ, bu məsələnin həllində tərəf olmayan üçüncü dövlətlər olaraq rədd edildi. Barcelona Traction qərarında, Beynəlxalq Ədalət Məhkəməsi, "bütün dövlətlərin işi" olan və bütün dövlətlərin qanuni mənafeləri olan, xüsusi əhəmiyyətə və ümumbəşəri əhəmiyyətə sahib hüquqları təsir etdikləri üçün qaydaların mövcudluğunu qəbul etdi.
Eylin Uornos
Eylin Karol Uornos (29 fevral 1956 – 9 oktyabr 2002, Florida Dövlət Həbsxanası[d], Florida) — 1989–1990-cı illər aralığında Florida ştatında 7 nəfərin ölümündə günahlandırılan amerikalı seriyalı qatil. ABŞ-nin ən məşhur seriyalı qatillərindən olan bu homoseksual qadın 7 nəfəri öldürsə də, ikisinin cəsədi tapılmadığı üçün 5 nəfəri öldürməkdə mühakimə olunub. Uşaq vaxtı onun atası pedofillikdə günahlandırılaraq tutulub. Anası kiçik qızını babasına verərək qaçıb. 13 yaşında təcavüzə məruz qalan Uornos uşaq dünyaya gətirib. Babası onu evdən qovduqdan sonra həyatda qalmaq üçün fahişəlik edən Uornos köhnə bir avtomobil alıb. 20 yaşında olarkən 70 yaşlı kişi ilə evlənib və ərini döydüyü üçün boşanıb. Məhkəmədə öldürdüyü adamların ona təcavüz etdiyini deyən Uornos edamdan əvvəl etiraf çıxışı belə olub: "Qətlləri qəzəbimdən törətdim. Edam edilməliyəm, çünki həbsdən çıxsam yenə adam öldürəcəyəm". == Həyatı == Eylin Uornos, Eylin Karol Pittmen doğum adı ilə 29 fevral, 1956-cı ildə Miçiqanda doğulub.
Fobos (mifologiya)
Fobos: Antiq Yunanca Φόβος, "qorxu" mənasına gəlir. Qorxunun və qorxma duyğusunun Tanrısıdır. Müharibə tanrısı Aresin ve Afroditanın oğludur ve 12 Olimpiyalıdan biri deyil. İlahə Enyoya ve qardaşı Deymosa qarşı Ares ilə birlikdə mübarizə aparması ilə tanınır.. Roma mifologiyasındakı qarşılığı Timordur.
Fraxinus ornus
Ağ göyrüş (lat. Fraxinus ornus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Aralıq dənizyanı ölkələridir. Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə çatan, düz, yumru, möhkəm çətirli ağacdır. Yarpaqları açıq yaşıl, 7 ədəd uzunsov-yumurtaşəkilli, uzunluğu 9 sm-ə çatan, alt hissəsi tüklü, kənarları dişli olan xırda yarpaqcıqlardan ibarətdir. Zoğların uclarında uzunluğu 5-15 sm olan, sıx süpürgələrə yığılmış ağ, uzun, ensiz ləçəkli, ətirli çiçəkləri ilə digər göyrüşlərdən fərqlənir. Meyvələri ensiz, uzunsov, ucu yumru, uzunluğu 2,5 sm-ə qədərdir. Yavaş böyüyür, 20 yaşında 6–7 m hündürlüyə çatır. Toxumla çoxaldılır.
János Hunyadi
Yanoş Hunyadi (mac. János Hunyadi , 1407- 11 avqust 1456) – Orta əsrlərdə Macarıstanda hərbi və siyasi xadimi == Ailəsi == XV əsrin əvvəllərində Transilvaniyada fermer ailəsində anadan olmuşdur. Macar kralı Siqismund tərəfindən 1409-cu ildə Hunyad qalası dərəbəyliyi atası Voyka verildiyi üçün sinifi təbəqələri yüksəldi. Bu hadisədən sonra ailəsi Hunyad soyadını qəbul edir. 1429-cu ildə soylu bir ailənin qızı olan Elizabet Szilaqi ilə evlənir. Həmin il Macar Kralı Siqismundun sarayında xidmətə başlayır. Soylu bir qadınla evlənməsi və Serb şahzadəsi Lazareviçin dəstəyi ilə krallıq nəzdində tanınmış bir şəxsə çevrilir. Hərbi səfərlər zamanı əldə etdiyi müvəffəqiyyətlər, reformist Yan Qusun edamı ilə əlaqədar çıxan çaxnaşmaların yatırdılmasındakı rolu onun məşhur bir döyüşçü kimi tanınmasına səbəb olur. == Hərbi karyerası == 1431-ci ildə Macar kralı Siqismundun əmri ilə Milan Hersoqu Flippo Mariya Viskontinin dəstəsinə qoşulur. Burada 2 il xidmət göstərir.
Jülyet Binoş
Jülyet Binoş (fr. Juliette Binoche) - Fransa aktrisası.
Kuzinellus obsis
Kuzinellus obsis (lat. Kuzinellus obsis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.