Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bolqar
Bolqar (tatar. Bolğar, Болгар; rus. Болгар) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir. Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. (BSE 13. c. s. 570) == Tarixi == Tarixin uzaq keçmişində Volqa çayınını yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi.
Qolqat
Qolqat - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon mərkəzindən 8 km şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı «Qovluqat»dır. Toponim türk dilində «susuz dərə», «çay yeri», «axar», «çay», «dərə, vadi» mənalarında işlənən qol sözü ilə «bataqlıq» mə’nasında işlənən qat sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Keğanist qoyulmuşdur. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə Türkiyədən ermənilər köçürülüb burada yerləşdirilmişdir.
Bolqan (Çaroymaq)
Bolqan (fars. بلقان‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 20 km şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 9 km cənubdadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Bolqar diasporu
Bolqarıstan diasporu ― Bolqarıstandan kənarda yaşayan etnik bolqarların da daxil olduğu bolqar millətinin bir hissəsi. Bolqarıstandan kənarda yaşayan bolqarların sayı 1989-cu ildən, Mərkəzi və Şərqi Avropada kommunist rejimlərinin süqutundan sonra kəskin şəkildə artıb. Bir milyondan çox bolqar ölkəni tərk etdi və bu, ölkənin əhalisinin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Bir çox əcnəbi ABŞ-nin Yaşıl Kart lotereya sistemindən yararlanıb. Həmçinin, bir çox bolqarlar ixtisaslı işçiləri cəlb etmək üçün proqram çərçivəsində Kanadaya mühacirət ediblər. Digərləri Avropa Birliyinə getdilər. Yunanıstan və İspaniya kimi ölkələrdə bir çox bolqarlar, xüsusən də ölkə 2007-ci ildə Avropa Birliyinə üzv olduqdan sonra Bolqarıstanı öz yaşayış yeri olaraq saxlayaraq, yalnız fasilələrlə işləyir və yaşayır. Əsasən 1990-cı illərdən bəri bolqarlar iş və təhsillə bağlı səbəblərə görə Aİ üzv dövlətlərinə və Şimali Amerika ölkələrinə mühacirət edirlər. Əksər mühacirlərin başqa ölkələrdə yaşamaq icazəsi var. Mühacirlərin təhsil səviyyəsi və peşələri müxtəlifdir: onlar fəhlə (adətən mənzil-kommunal təsərrüfatında və ərazilərin təmizlənməsində işləyənlər), həmçinin santexnik, inşaatçı, bağban, fəhlə, qulluqçu ola bilər.
Bolqar dili
Bolqar dili — Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxil olan dil. Bolqar dili Bolqarıstan Respublikasının rəsmi dövlət dilidir. Dünyada bu dildə danışanların ümumi sayı 12 milyona qədərdir. Leksik cəhətcə bolqar dili slavyan kilsə dilinə çox yaxındır və şərqi slavyan dilində olan xeyli arxaik sözləri özündə saxlayır. Dildə həmçinin çox sayda türk dili sözləri vardır. == Tarixi == Bolqar dili Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxildir. O tarixi inkişafında dörd mərhələ keçmişdir: şifahi dil – IX əsrə qədər; köhnə bolqar dili – IX əsr — XII əsr; orta bolqar dili – XII əsr — XVI əsr; yeni bolqar dili – XVI əsr — indiyə kimi. == Bolqar Əlifbası == == Maraqlı məqamlar == Bolqarıstanda başı aşağı – yuxarı yelləmək narazılıq, sağa-sola yelləmək isə razılıq əlamətidir.
Bolqar levi
Bolqarıstan levi (bolq. лев) — Bolqarıstanın pul vahidi. 100 stotinkaya bərabərdir. Qədim bolqar dilində "lev", "aslan" deməkdir. 1 sentyabr 2016-cı il tarixinə aid məzənnədə 1 bolqar levi 0.570744 ABŞ dollarına bərabərdir.
Bolqar Avraami
Bolqar Avraami (rus. Авраа́мий Бо́лгарский) — Rus Pravoslav müqəddəsi və əzabkeşi. == Həyatı == O, müasir Rusiyada, indiki Tatarıstan ərazisində müsəlman İdil bulqarlarından olan tacir ailəsində anadan olmuşdur. O, müsəlman olmuş, yoxsullara qarşı yaxşı və mehriban davranmışdır. Daha sonra xristianlığı qəbul etmişdir. Müsəlmanlar israrla onun xristianlıqdan imtina etməsinə çalışmış, lakin Avraami öz imanında qalmışdır. O, mürtəd olduğu üçün bulqarlar tərəfindən edam edilmişdir. Avraami Bolqarda rus tacirləri tərəfindən dəfn edilmişdir. 1230-cu ildə, böyük knyaz Yuri Vsevolodoviçin dövründə, İbrahimin qalıqları Vladimirə aparıldı və Knyaginin monastırında böyük knyaz və yepiskopun iştirakı ilə dəfn edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Журавский А. В. Авраамий (Аврамий) Болгарский // Православная энциклопедия.
Bolqar çınqılotu
Bolqar çınqılotu (lat. Geum bulgaricum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü.
Bolqar mətbəxi
Bolqarıstan mətbəxi — Bolqarıstan mətbəxi öz yeməkləri ilə məşhurdur. Bolqarıstan mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Bolqarıstan mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. == Haqqında == Bolqar mətbəxi çox dadlıdır və tipik Bolqar mətbəxinin dadına baxmış, lakin onu sevməyən adam yoxdur. Sirr – bişirərkən istifadə olunan ədviyyatlardadır. Onlar yalnız yeməyi dadlı etmir, həmçinin çox sağlamdırlar və tərkibində çoxlu orqanik minerallar var. Daha çox spesifik dad qatmaq üçün salatlarda, şorba və digər yeməklərdə çoxlu təzə və yaşıl ədviyyatlar istifadə etmək, xüsusilə isti fəsillərdə ənənədir.
Şatan Boqat
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], VII arondisman (Paris), Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Yusif Bolat
Yusif Memət oğlu Bolat (krımtat. Yusuf Memet oğlu Bolat, Юсуф Мемет огълу Болат; 3 (16) mart 1909, Aluşta – 22 oktyabr 1986, Daşkənd) — Sovet Krım tatar yazıçısı, dramaturq və publisist, Özbəkistanın əməkdar mədəniyyət işçisi. == Həyatı == Yusif Memət oğlu Bolat Aluştada anadan olub. Kənd məktəbini bitirib. Yalta Tatar Pedaqoji Texnikumunda təhsil alıb, Yalta vilayət komsomol komitəsində işləyib. 1931-ci ildə Krım Pedaqoji İnstitutunun Krım tatar dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, daha sonra aspiranturada təhsil almışdır. Müharibələrarası dövrdə Krım Dövlət Tatar Dram Teatrının səhnəsində Bolatın yeddi pyesi tamaşaya qoyulub. 1937-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvü olub. 1937-ci ildə Krım Yazıçılar İttifaqının iclasında o, məruzə ilə çıxış edərək, digər məsələlərlə yanaşı, Krım yazıçılarının yaşlı nəslinin sovet ölkəsinin mənafeyinə xəyanət etdiyini, sovet sisteminə nifrət və oxucuları bu cür ruhda tərbiyə etdiyini bildirib. Ardınca bir sıra yazıçılar, o cümlədən İrqat Qədir həbs edilib.
Birinci Bolqar Dövləti
Dunay Bolqar Dövləti — Asparux xan tərəfindən qurulan Bulqar dövləti. == Qısa tarixi == Böyük Bulqar türk dövlətinin parçalanmasından sonra bulqarların bir hissəsi Kubrat xanın oğlu Asparux xanın başçılığı ilə 681-ci ildə Dunay çayı ətrafında öz dövlətlərini yaratdılar. 679-cu ildə bulqarlar Bizans İmperiyasına yürüş etdi. Bunun nəticəsində: Bizans asılılığı qəbul etdi. Hər il bulqarlara xərac verməyə razı oldu. Bizans İmperiyası ilə Avarlar arasında qalan Bolqarlar, 681-ci ildə edilən razılaşma ilə Bizans İmperiyası tərəfindən rəsmi olaraq tanındı. Asparuxdan sonra yerinə oğulu Tervel xan keçdi. O, Bizans İmperiyası ilə dostluq müqaviləsi imzaladı. Konstantinopolisin (bugünkü İstanbul) bulqarlar ərəblər tərəfindən mühasirə edilməsində Bizans İmperiyasına kömək etdilər. VII əsrdən sonra Bizans İmperatorluğu ilə müqavilən pozuldu və bu onlar arasında müharibəyə səbəb oldu.
Bolqar Pravoslav Kilsəsi
Bolqar Pravoslav Kilsəsi (bolq. Българска православна църква) — Bolqarıstanda yerləşən avtokefal pravoslav kilsə. Mərkəzi Sofiya şəhərindədir. Neofit kilsənin indiki patriarxıdır.
Bolqar çarı Boris
III Boris (bolq. Борѝс III ; Boris Treti; 30 yanvar 1894[…], Sofiya – 28 avqust 1943[…], Sofiya) — Bolqarıstanın çarı (30 yanvar, 1918–28 avqust, 1943). == Həyatı == == Fəaliyyəti == Ferdinand I-ın oğlu 1918-ci ildə atasının devrilməsindən sonra(Bolqarıstanın I Dünya müharibəsində məğlubiyyətindən sonra) hakimiyyətə gəlmiş və 1943-cü ilə qədər hakimiyyətdə olmuşdur. Bu dövr Bolqarıstanın siyasi və iqtisadi stabillik dövrünə təsadüf edirdi. Bolqar hökuməti yeni ərazi əldə etmək cəhdləri edir və Bolqarıstan hər vəchlə öz qonşularına təsir göstərməyə çalışırdı. Boris bu yolda əlindən gələni etməyə çalışırdı. == İstinadlar == == Ədəbiyyat == Bulgaria in the Second World War by Marshall Lee Miller, Stanford University Press, 1975. Boris III of Bulgaria 1894–1943, by Pashanko Dimitroff, London, 1986, ISBN 0-86332-140-2 Crown of Thorns by Stephane Groueff, Lanham MD., and London, 1987, ISBN 0-8191-5778-3 The Betrayal of Bulgaria by Gregory Lauder-Frost, Monarchist League Policy Paper, London, 1989. The Daily Telegraph, Obituary for "HM Queen Ioanna of the Bulgarians", London, 28 February 2000. Balkans into Southeastern Europe by John R. Lampe, Palgrave Macmillan, New York, 2006.
Böyük Bolqar Xanlığı
Böyük Bulqar xanlığı (orta əsrlər yunan dili: Παλαιά Μεγάλη Βουλγαρία, Palaiá Megálē Voulgaría) — VII əsrdə Avropada, indiki Ukraynanın cənubunda və Rusiyanın cənub-qərbində mövcud olan bir dövlət. Bulqar sözünün mənası "qarışmaq" deməkdir. Böyük Bulqar dövlətinin qurucusu Qurd (Qubrad) xaqan hesab olunur. 665-ci ildə Qurd xaqanın ölümündən sonra Böyük Bulqar dövləti zəiflədi və xəzərlərin hücumu nəticəsində iki hissəyə parçalandı. Dunay Bulqar dövləti və Volqa Bulqar dövləti yarandı. == Tarixi == 630–635-ci illər arasında Xan Kubrat Bolqarları Türk xaqanlığının(588–639) tabeliyindən xilas etdi, Onogur Bulqarlarını Kutrigur və Utiqur qəbilələri ilə vahid bir qayda altında birləşdirməyi bacardı və güclü bir konfederasiya yaratdı, Qərbi Avropada orta əsr müəllifləri tərəfindən Köhnə Böyük Bolqarıstan(630–665) adlandırıldı. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. Kubrat xanın 665-ci ildə ölümündən sonra oğlanları Batbayan,Asparux və Altsek arasında hakimiyyət uğrunda çəkişmə başladı və xaqanlıq iki yerə parçalandı. == Asparux xan == Bulqar-Türk dövlətinin qurucusu Asparux (643–701) xan idi. O, 679-cu ildə Bizansı məğlub edərək cənub-şərqi Avropada müstəqil Bulqar-Türk dövlətini qurdu.
Saloniki bolqar oğlanlar gimnaziyası
Saloniki Bolqar oğlanlar gimnaziyası "Müqəddəslər Kiril və Mefodi" (bolq. Солунска българска мъжка гимназия „Св. св. Кирил и Методий“) – Makedoniyada ilk bolqar oğlanlar gimnaziyası, Bolqarıstan təhsilinin ən əhəmiyyətli mərkəzlərindən biri. Gimnaziya 1880-ci ilin payızında Saloniki şəhərində yaradılmış və 1913-cü ilə qədər mövcud olmuşdur. Saloniki Gimnaziyasının davamçısı Bolqarıstanın Pirin Makedoniyasının Blaqoyevqrad şəhərindəki "Müqəddəs Kiril və Mefodi" Milli Humanitar Gimnaziyası hesab olunur. Salonikidəki Bolqar cəmiyyəti kimi, 1893-cü ildən sonra gimnaziyanın şagirdləri və müəllimləri iki düşərgəyə — "inqilabçılar" və "təkamülçülər"ə bölündülər. Gimnaziya iki hərəkat arasında mübarizənin mərkəzlərindən biri idi. Təkamül inkişafının tərəfdarlarının fikirləri Ekzarxiyanın Makedoniya əhalisinin mədəni-maarif və iqtisadi inkişafının qanuni vasitələrlə davam etdirilməsinin zəruriliyi mövqeyi ilə əlaqələndirilir. İnqilabçılar Makedoniyanın muxtariyyəti üçün silahlı mübarizə hazırlamaq haqqında Daxili Makedoniya-odrin inqilab Təşkilatı ideyalarının tərəfdarları idilər.
I Aleksandr (Bolqar knyazı)
I Aleksandr (bolq. Александър I Батенберг; 5 aprel 1857[…], Verona, Veneto – 17 noyabr 1893, Qrats) — I Bolqar knyazı. Bolqarıstan 1877–1878 Osmanlı-Rusiya müharibəsinin ardından müstəqillik qazandı və toplanan məclis Aleksandrı knyaz elan etdi. 1880-ci ildə məclisi, ertəsi il isə konstitusiyanı ləğv etdi. 1883-cü ildə konstitusiyanı bərpa etsə də, bu onun ruslarla münasibətlərini yaxşılaşdırmadı. Şərqi Rumeli torpaqları ələ keçirildi. Rus tərəfdarı olan ordu komandanları tərəfindən 1886-cı ildə taxtdan çəkilməyə məcbur edildi. Qalan ömrünü Avstriya ordusunda general olaraq keçirdi. == Mənbə == Black, Cyril E. The Establishment of Constitutional Government in Bulgaria. Princeton, NJ: Princeton University Press.
I Ferdinand (Bolqar çarı)
I Ferdinand (bolq. Фердинанд I; 26 fevral 1861[…], Vyana – 10 sentyabr 1948[…], Koburq, Almaniya Federativ Respublikası) — II Bolqar knyazı və I Bolqar çarı. == Mənbə == Aronson, Theo. Crowns In Conflict: The Triumph And The Tragedy Of European Monarchy, 1910–1918. London: J.Murray. 1986. ISBN 0-7195-4279-0. Constant, Stephen. Foxy Ferdinand, 1861–1948, Tsar of Bulgaria. London: Sidgwick and Jackson.