Birinci Bolqar Dövləti

Dunay Bolqar DövlətiAsparux xan tərəfindən qurulan Bulqar dövləti.

Tarixi dövlət
Birinci Bulqar dövləti
bolq. Първo българско царство
Bayraq Gerb
Bayraq Gerb
I Simeon dövründə
I Simeon dövründə
 
681 — 1018

Paytaxt Pliska, Preslav, Skopye, Ohrid
Dilləri Bulqar dili
Rəsmi dilləri Bulqar dili, Yunan dili, Qədim Kilsə Slavyancası
Dövlət dini Xristianlıq, İslam
İdarəetmə forması Monarxiya
Sülalə Dulo sülaləsi, Kometopuli sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük Bulqar türk dövlətinin parçalanmasından sonra bulqarların bir hissəsi Kubrat xanın oğlu Asparux xanın başçılığı ilə 681-ci ildə Dunay çayı ətrafında öz dövlətlərini yaratdılar. 679-cu ildə bulqarlar Bizans İmperiyasına yürüş etdi. Bunun nəticəsində:

  1. Bizans asılılığı qəbul etdi.
  2. Hər il bulqarlara xərac verməyə razı oldu.

Bizans İmperiyası ilə Avarlar arasında qalan Bolqarlar, 681-ci ildə edilən razılaşma ilə Bizans İmperiyası tərəfindən rəsmi olaraq tanındı. Asparuxdan sonra yerinə oğulu Tervel xan keçdi. O, Bizans İmperiyası ilə dostluq müqaviləsi imzaladı.

Konstantinopolisin (bugünkü İstanbul) bulqarlar ərəblər tərəfindən mühasirə edilməsində Bizans İmperiyasına kömək etdilər. VII əsrdən sonra Bizans İmperatorluğu ilə müqavilən pozuldu və bu onlar arasında müharibəyə səbəb oldu. MacarıstanıRumıniyanı ələ keçirdilər. 811-ci də Bizans Bizans İmperiyasını məğrubiyyətə uğratdılar. 813-cü ildə bugünkü Ədirnəni alan Krum xan, 814-cü ildə Konstantinopolu mühasirəyə aldı, lakin o, mühasirə zamanı öldü. Yerinə oğlu Omurtaq xan keçdi. Omurtaq xanın dövründə Dunay Bolqar Xanlığı daha da gücləndi. I Boris (852–889-cu illər) dövründə, bulqarlar 864-cü ildə rəsmi olaraq xristianlığı qəbul etdilər. IX əsrin birinci yarısı Bulqar türk dövlətinin ən parlaq dövrü idi. Bu dövrdə yeni şəhərlər salındı, suvarma şəbəkələri yaradıldı. Şərqi Avropadakı yeganə duz mədənləri də bulqarlara məxsus idi.

Dövlətin süqutu

[redaktə | mənbəni redaktə et]

Sonrakı dövrlərdə slavyanlar bura köç etməyə başladılar. Zaman keçdikcə bura köçmüş slavyanların içərisində bulqarlar öz mənliklərini itirdilər və özləri də yavaş-yavaş slavyanlaşdılar. Bunun nəticəsi olaraq 864-cü ildə bulqarlar rəsmi olaraq xristianlığı qəbul etdilər. Bütün bu amillər dövləti zəiflətdi və 1018-ci ildə Dunay Bolqar Türk Dövləti süqut etdi.

  1. Asparux xan
  2. Tervel xan
  3. Kormesi xan
  4. Sevar xan
  5. Kormisoş xan
  6. Vinek xan
  7. Telets xan
  8. Sabin xan
  9. Umor xan
  10. Toktu xan
  11. Paqan xan
  12. Teleriq xan
  13. Kardam xan
  14. Krum xan
  15. Omurtaq xan
  16. Malamir xan
  17. I Presian xan
  18. I Boris
  19. Vladimir-Rasate
  20. I Simeon
  21. I Pyotr
  22. II Boris
  23. Roman
  24. Samuil
  25. Qavril Radomir
  26. İvan Vladislav
  27. II Presian