Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lobez
Lobez (ˈwɔbɛs, {{{2}}}) - Polşanın üçüncü ən iri şəhəri. == Demoqrafik == == Bələdiyyə başçıları == == Abidələr == == Məşhur sakinləri == Franz Andreas von Borcke (1693–1766), ümumi Ferdinand Nemitz (1805–1886), siyasətçi Oskar Beyersdorff (1830–1887), həkim Felix Genzmer (1856–1929), memar Otto Puchstein (1856–1911), arxeoloq Franz Georg von Glasenapp (1857–1914),ümumi Walter Goehtz (1878–1946), siyasətçi Fritz Puchstein (1893-1968), aktor Kazimierz Obuchowski, (1931-2014), psixoloq Zbigniew Harbuz (1932), tarixçi Ignacy Gryczyński (1948), bioloq Zygmunt (Karol) Gryczyński (1958), fizik Andrzej Gudański (1979), rəssam == Qardaş şəhərlər == Affing (alm. Affing‎), Almaniya Wiek (alm. Wiek‎), Almaniya Kėdainiai (lit. Kėdainiai, pol. Kiejdany), Litva İstra, (rus. Истра), Rusiya Svalöv (isv. Svalöv), İsveç Paikuse (est. Paikuse), Estoniya Гуча (serb. Гуча), Serbiya == İdman == MLKS "Światowid" - Futbol.
Mobəd
Mobəd (pəhl. 𐭬𐭢𐭥𐭯𐭲) — Sasanilər dövründə İranda ali rütbəli zərdüşti kahin. Dövlətin siyasi həyatında mühüm rol oynayan və geniş nüfuz sahibi olan mobədlər hər cür vergi və mükəlləfiyyətdən azad idilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Rapp, Stephen H. The Sasanian World through Georgian Eyes: Caucasia and the Iranian Commonwealth in Late Antique Georgian Literature. Ashgate Publishing, Ltd. 2014. səh. 58. ISBN 978-1472425522. Nigosian, Solomon Alexander, The Zoroastrian Faith: Tradition and Modern Research, Montreal, Quebec: McGill-Queen's University Press, 1993, səh.
Berd
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. == Tarixi == Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir.
Bənd
Bənd — şeirin bir neçə misradan ibarət qismən bitkin parçalarına deyilir. Şair şeirdə danışacağı fikri müəyyən bitkin hissələrə verir. Şeirdə bəndələri bir-birilə əlaqəsiz təsəvvür etmək olmaz. Ayrı-ayrı bəndlərdəki misralar bir-birini tamamladığı kimi, şeirin bəndləri də məzmunca bir-birilə bağlanmalıdır. Şeir növlərinin müəyyənləşməsində bənddəki misraların sayı əsas şərtdir. Bununla bərabər, bir sıra şeir şəkillərindəki bəndlər misraların sayı etibarı ilə eynidir. Belə ki, hər bəndi dörd misradan ibarət olan şeirlərin mürəbbe (dördlük), qoşma, gəraylı kimi şəkilləri vardır. Klassik şeir janrları olan mürəbbelərin hər bəndi dörd, müxəmməslərin beş, müsəddəsin altı, müsəbbelərin yeddi misradan ibarət olmuşdur. Şeir növləri əsasən bənddəki misraların sayına görə təyin olunur. == İstinadlar == == Həmçinin bax == Beyt Misra == Ədəbiyyat == Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi.
Bəzm
Bəzm İranın Fars ostanının Bəvanat şəhristanının Mərkəzi bəxşinin Sərvistan dehistanında kənd.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 422 nəfər və 111 ailədən ibarət idi.
Oben
Oben (Averon)
Yəzd
Yəzd — İranın Yəzd ostanının və Yəzd şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 423,006 nəfər və 114,716 ailədən ibarət idi.
Edvard Obeva
Edvard Obeva (d. 15 may 1962) — Uqandalı boksçu. Edvard Obeva Uqandanı 1988-ci ildə XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Edvard Obeva birinci dəfə Olimpiya Oyunlarına 1988-ci ildə qatıldı. O, Seulda baş tutan XXIV Yay Olimpiya Oyunlarında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Türkiyənin nümayəndəsi Vedat Tutuk ilə üz-üzə gəldi. Həmin görüşdə Edvard Obeva rəqibinə 2:3 hesabı ilə uduzdu.
Euphorbia obesa
Euphorbia obesa (lat. Euphorbia obesa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Herman Obert
Herman Yuli Obert (alm. Hermann Julius Oberth‎; 25 iyun 1894[…], Sibiu – 28 dekabr 1989, Nürnberq, Bavariya) — Almaniya mühəndisi və alimi. Raket texnikası pionerlərindən biridir. == Həyatı == Herman Yuli Obert 25 iyun 1894-cü ildə o vaxtlar Avstriya-Macarıstan imperiyasının bir parçası olan Rumıniyanın Sibiu şəhərində anadan olmuşdur. 1938–1940-cı illərdə Avstriyada, 1940–1945-ci illərdə Almaniyada raket texnikası sahəsində tədqiqatlar aparmışdır. 1950–1953-cü illərdə İtaliyada, 1955–1958-ci illərdə ABŞ-də raketlərin hazırlanması ilə bağlı işlərdə iştirak etmişdir. Raket mühərrikləri, raketlərin uçuş nəzəriyyəsi və atmosferin tədqiqi üçün raketlərdən istifadə sahəsində çalışmışdır. O, Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyətinin təşkilatçılarından biridir. Herman Yuli Obert 28 dekabr 1989-cu il tarixində, 95 yaşında Qərbi Almaniyanın Nürnberq şəhərində vəfat etmişdir. == İrsi == 1951-ci ildə Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyəti raket texnikası və kosmonavtika sahəsində əsaslı tədqiqatlar və görkəmli xidmətlər üçün Obert medalı təsis etmişdir.
Übeyd mədəniyyəti
Übeyd mədəniyyəti və ya Obeyd mədəniyyəti — enolit dövrünə aid mədəniyyət. == Ümumi məlumat == E.ə. V minillikdə Yaxın Şərqdə, xüsusilə Mesopotamiyada mədəni inkişafın yüksək səviyyədə olmuşdur. Məhz bu dövrdə ilk dəfə olaraq Mesopotamiyada qədim şəhər mədəniyyətinin meydana çıxdığını, Şumer mədəniyyətinin bünövrəsinin qoyulmuşdur. E.ə. V minillikdə Cənubi Mesopotamiyada mövcud olmuş Ubeyd arxeoloji mədəniyyəti e.ə. V minilliyin birinci yarısında daha da inkişaf edərək yayılmış və Mesopotamiyanın şimal əyalətlərini əhatə etmişdir. Мəlum olduğu kimi, Ubeyd mədəniyyəti protoşumerlərə və şumerlərə aid edilir. Şumer dili Hind-Avropa dilləri ilə qohum olmamış, onun türk dilləri ilə bağlı olmasına dair inkaredilməz dəlillər aşkar olunmuşdur. Bu mədəniyyət üçün xarakterik olan arxasıüstə uzadılmış skeletlərin Мesopotamiyada yayılması şumerlərin gəlişi ilə əlaqələndirilir.
Übeyd Zəkani
Xacə Nizaməddin Übeydullah əz-Zakani (fars. خواجه نظام الدین عبید الله الزاکانی‎; 1301, Qəzvin – 1371, Şiraz), daha çox Übeyd Zəkani (عبید زاکانی) kimi tanınır — Elxanilər dövlətində yaşamış fars şairi. O, fars ədəbiyyatının ən yaxşı satiriklərindən biri hesab olunurdu. Onun ən məşhur əsəri dini riyakarlığa hücum edən siyasi satira olan "Muş-o qorbeh"dir ("Siçan və pişik"). Çox məşhur bir şəxsiyyət olsa da, əsərlərinin əksəriyyətində təxribatçı və ədəbsiz mətnlərdən ibarət olduğu üçün Übeydin yaradıcılığına son vaxtlara qədər az diqqət yetirilirdi. O, Fransa maarifçi yazıçısı Volter ilə müqayisə edilmişdir. == Zəmin == Übeyd islam dövrünün əvvəllərində İranın şimalında Qəzvinə köçmüş ərəb qəbiləsi olan Bənu Xəfacənin nəslindən olan Zəkani ailəsindən idi. Zəkani ailəsi iki qoldan ibarət idi; biri din sahəsi ilə seçilir, digəri isə Übeydin mənsub olduğu mülkədar və bürokratlardan ibarət idi. Übeydin özünün 1319-cu ildən əvvəl Qəzvində anadan olduğu güman edilir. İran o zamanlar monqol Elxani hakimiyyəti altında idi və bu dövr geniş şəkildə fars poeziyasının qızıl dövrü hesab olunurdu.
Obena-lez-Alp
Obena-lez-Alp (fr. Aubenas-les-Alpes, oks. Aubenàs deis Aups) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04012. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 108 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 60 yaşdan yuxarı (15-64 yaş arasında) 49 nəfər iqtisadi fəal, 11 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 81,7%, 1999-cu ildə 63.4%). Fəal olan 49 nəfərdən 43 nəfər (22 kişi və 21 qadın), 6 nəfər işsiz (3 kişi və 3 qadın) idi.
Əl-Ubeyd (şəhər)
Əl-Ubeyd ( ərəb. الأبيض‎, ing. Al-Ubayyid) — Sudanda şəhər, Şimali Kordofan əyalətinin inzibati mərkəzi. Burada dəmiryol stansiyası var. Şose və karvan yolları qovşağı olan şəhərdə sabun istehsal olunur. Burada qummiarabik (yapışqan) ticarəti edilir. == Əhalisi == 2013-cü ilin hesablamalarına görə şəhərin əhalisi 418,280 nəfərdir. Əhalinin əksəriyyəti müsəlmandır, xristian azlıq var. Əsas etnik qruplar ərəblər, nubalar, becalar və nilotlardır. Şəhər həm də əsasən avropalılar və turistlərdən ibarət kiçik əcnəbi qruplara evdir.
Berd rayonu
Şəmşəddin rayonu — Ermənistan Respublikasında rayon. Mərkəzi Berd şəhəridir. Çar Rusiyası dövründə rayon ərazisi Yelizavetpol quberniyasının Qazax qəzasına daxil idi. 1930-cu il sentyabrın 9 da yaradılıb. Rayon mərkəzi Tovuzqala (Tavusqala dəyişdirilmiş adı Berd) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 211 km-dir. Şəmşəddin rayonunun ərazisi 824 kv km-dir. Rayonu Çəmbərək rayonu tərəfdən Murğuz dağları əhatə edir. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: == İstinadlar == == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
Berd çayı
Berd çayı — Rusiyanın Altay diyarı ərazisindən axan bir çay. Ob çayının sağ qolu. Çayın uzunluğu 363 km, hövzəsinin sahəsi 8650 km² -dir. Orta illik su sərfi 45,8 m³/s təşkil edir. Noyabrın əvvəlindən aprelin ortasına qədər buz bağlayır. Berd çayı üzərində şəhər tipli qəsəbə olan Maslyanino və İskitim, Berdsk şəhərləri vardır. Berd hidroniminin mənşəyi haqqında inandırıcı izah yoxdur.. == Coğrafiyası == Berdin mənbəyi Salair dağ silsiləsində, 440 m yüksəklikdə, Kemerovo vilayəti və Altay diyarının sərhəddində yerləşir. Çayın əksər hissəsi Novosibirsk vilayətindən axır. 1959-cu ildən bu yana çay Novosibir su anbarının Berd körfəzinə tökülür.
Bezu teoremi
Bezu teoremi — f ( x ) {\displaystyle f(x)} çoxhədlisini ( x − a ) {\displaystyle (x-a)} ikihədlisinə bölünməsindən alınan qalıq haqqında teorem. Teorem: f ( x ) = a 0 + a 1 x + ⋯ + a n x n {\displaystyle f(x)=a_{0}+a_{1}x+\dots +a_{n}x^{n}} çoxhədlisinin ( x − a ) {\displaystyle (x-a)} ikihədlisinə bölünməsindən alınan qalıq bu çoxhədlinin x = a {\displaystyle x=a} olduqda aldığı qiymətə bərabərdir. Bezu teoremi onu ilk dəfə isbat etmiş fransız riyaziyyatçısı Eyten Bezunun (1730-1783) şərəfinə adlandırılmışdır. == Xarici keçidlər == Теорема Безу и разложение многочлена на множители Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.
Bənd (Urmiya)
Bənd (fars. بند‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,888 nəfər yaşayır (872 ailə).Əhalisini azərbaycanlılar (kürəsünnilər) və kürdlər (şikaklar) təşkil edir. Sünni şafei məzhəbinə etiqad edirlər. Bu kənd Urmiyanın görməli və turistik yerlərindən biri sayılır.
Bəzz qalası
Bəzz qalası — İranın Şərqi Azərbaycan ostanının Qaradağ vilayətindəki Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşən qala. Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300–2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400–600 metr dərinlikdə dərələr əhatə edir. Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb".Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans İmperiyası və Azərbaycan Atabəyləri dövlətinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala ərazisindən təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılmışdır. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli qardaşlarımız qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.Bəzz qalası haqqında elmi araşdırmalar, məqalələr və s. mövcuddur.
Den Berd
Den Berd (ing. Dan Byrd; 20 noyabr 1985, Marietta[d], Corciya) — amerika aktyoru. == Həyatı == Den Berd 20 noyabr 1985-ci ildə ABŞ-nin Corciya ştatında anadan olub. Aktyorluq yaşamına 14 yaşından başlayıb. 1999-cu ildə "1 may" adlı filmə çəkilib.Tərəf-müqabili Sandra Bullok kimi məşhur aktrisa olub. 2016-cı ildə Loren Li Simitlə ailə qurub.
Loru Berd
Loru Berd (erm. Լոռի բերդ) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı Lori və ya Berti kimi qeyd edilir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Loru Berd bələdiyyəsi"ni (erm. Լոռի բերդ համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 405 nəfərdir.
Nir (Yəzd)
Nir-İranın Yəzd ostanının Təft şəhristanının Nir bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,567 nəfər və 503 ailədən ibarət idi.
Oben (Averon)
Oben (fr. Aubin, oks. Aubinh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Oben kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12013. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 33 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 4215 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 2391 əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 1568 nəfər iqtisadi fəal, 823 nəfər hərəkətsiz (fəaliyyət göstərici 65.6%, 1999-cu ildə 63.6%) olmuşdur.
Oben (kanton)
Oben (fr. Aubin) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Vilfranş-de-Ruerq dairəsinə daxildir. Kantonun INSEE kodu — 1201. Oben kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Oben kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 9 957 nəfər təşkil edirdi.
Semmi Berd
Stüart Samuyel Berd (ing. Stuart Samuel Baird; 13 may 1930, Denni[d] – 21 aprel 2010, Banqor[d]) — keçmiş Şotlandiya futbolçusu və məşqçisi. == Karyerası == Futbolçu karyerası ərzində "Preston Nort End", "Reyncers", "Hibernian", "Terd Lanark" və "Sterlinq Albion" klbularında çıxış etmişdir. O, "Reyncers"la birgə üç Şotlandiya liqası (1956, 1957 və 1959) və bir Şotlandiya Kubokunun (1960) qalibi olmuşdur. "Klayd" klubu ilə o, 1951-52-ci illərdə İkinci Divizionun qalibi olmuşdur. UEFA Çempionlar Kubokunun 1959/1960 mövsümündə o, beş qol vuraraq "Reyncers"ə yarımfinala qədər çatmağa kömək etmişdir. == Milli komanda karyerası == O, 1956-1958-ci illərdə Şotlandiya millisinin formasıyla yeddi oyuna çıxmışdır. O, Yuqoslaviyaya qarşı keçirdiyi debüt oyunda fərqlənə bilmişdir, həmçinin 1958 FIFA Dünya Kubokunun Fransa millisinə qarşı keçirilən final oyununda (2-1) təsəlli qolun müəllifi olmuşdur. Həmin qolla Berd Dünya Kubokunun finalında qol vurmuş ilk "Reyncers" futbolçusu oldu. O, hələ də buna nail olan yeganə futbolçudur.