Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lobez
Lobez (ˈwɔbɛs, ) - Polşanın üçüncü ən iri şəhəri. == Demoqrafik == == Bələdiyyə başçıları == == Abidələr == == Məşhur sakinləri == Franz Andreas von Borcke (1693–1766), ümumi Ferdinand Nemitz (1805–1886), siyasətçi Oskar Beyersdorff (1830–1887), həkim Felix Genzmer (1856–1929), memar Otto Puchstein (1856–1911), arxeoloq Franz Georg von Glasenapp (1857–1914),ümumi Walter Goehtz (1878–1946), siyasətçi Fritz Puchstein (1893-1968), aktor Kazimierz Obuchowski, (1931-2014), psixoloq Zbigniew Harbuz (1932), tarixçi Ignacy Gryczyński (1948), bioloq Zygmunt (Karol) Gryczyński (1958), fizik Andrzej Gudański (1979), rəssam == Qardaş şəhərlər == Affing (alm. Affing‎), Almaniya Wiek (alm. Wiek‎), Almaniya Kėdainiai (lit. Kėdainiai, pol. Kiejdany), Litva İstra, (rus. Истра), Rusiya Svalöv (isv. Svalöv), İsveç Paikuse (est. Paikuse), Estoniya Гуча (serb. Гуча), Serbiya == İdman == MLKS "Światowid" - Futbol.
Mobəd
Mobəd (pəhl. 𐭬𐭢𐭥𐭯𐭲) — Sasanilər dövründə İranda ali rütbəli zərdüşti kahin. Dövlətin siyasi həyatında mühüm rol oynayan və geniş nüfuz sahibi olan mobədlər hər cür vergi və mükəlləfiyyətdən azad idilər. Rapp, Stephen H. The Sasanian World through Georgian Eyes: Caucasia and the Iranian Commonwealth in Late Antique Georgian Literature. Ashgate Publishing, Ltd. 2014. səh. 58. ISBN 978-1472425522. Nigosian, Solomon Alexander, The Zoroastrian Faith: Tradition and Modern Research, Montreal, Quebec: McGill-Queen's University Press, 1993, səh.
Berd
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. == Tarixi == Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir. Tavusçay “səs-küylü çay” mə’nasındadır.
Bənd
Bənd — şeirin bir neçə misradan ibarət qismən bitkin parçalarına deyilir. Şair şeirdə danışacağı fikri müəyyən bitkin hissələrə verir. Şeirdə bəndələri bir-birilə əlaqəsiz təsəvvür etmək olmaz. Ayrı-ayrı bəndlərdəki misralar bir-birini tamamladığı kimi, şeirin bəndləri də məzmunca bir-birilə bağlanmalıdır. Şeir növlərinin müəyyənləşməsində bənddəki misraların sayı əsas şərtdir. Bununla bərabər, bir sıra şeir şəkillərindəki bəndlər misraların sayı etibarı ilə eynidir. Belə ki, hər bəndi dörd misradan ibarət olan şeirlərin mürəbbe (dördlük), qoşma, gəraylı kimi şəkilləri vardır. Klassik şeir janrları olan mürəbbelərin hər bəndi dörd, müxəmməslərin beş, müsəddəsin altı, müsəbbelərin yeddi misradan ibarət olmuşdur. Şeir növləri əsasən bənddəki misraların sayına görə təyin olunur. == İstinadlar == == Həmçinin bax == Beyt Misra == Ədəbiyyat == Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi.
Bəzm
Bəzm İranın Fars ostanının Bəvanat şəhristanının Mərkəzi bəxşinin Sərvistan dehistanında kənd.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 422 nəfər və 111 ailədən ibarət idi.
Oben
Oben (Averon)
Yəzd
Yəzd — İranın Yəzd ostanının və Yəzd şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 423,006 nəfər və 114,716 ailədən ibarət idi.
Edvard Obeva
Edvard Obeva (d. 15 may 1962) — Uqandalı boksçu. Edvard Obeva Uqandanı 1988-ci ildə XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Edvard Obeva birinci dəfə Olimpiya Oyunlarına 1988-ci ildə qatıldı. O, Seulda baş tutan XXIV Yay Olimpiya Oyunlarında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Türkiyənin nümayəndəsi Vedat Tutuk ilə üz-üzə gəldi. Həmin görüşdə Edvard Obeva rəqibinə 2:3 hesabı ilə uduzdu.
Euphorbia obesa
Euphorbia obesa (lat. Euphorbia obesa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Herman Obert
Herman Yuli Obert (alm. Hermann Julius Oberth‎; 25 iyun 1894[…], Sibiu – 28 dekabr 1989, Nürnberq, Bavariya) — Almaniya mühəndisi və alimi. Raket texnikası pionerlərindən biridir. == Həyatı == Herman Yuli Obert 25 iyun 1894-cü ildə o vaxtlar Avstriya-Macarıstan imperiyasının bir parçası olan Rumıniyanın Sibiu şəhərində anadan olmuşdur. 1938–1940-cı illərdə Avstriyada, 1940–1945-ci illərdə Almaniyada raket texnikası sahəsində tədqiqatlar aparmışdır. 1950–1953-cü illərdə İtaliyada, 1955–1958-ci illərdə ABŞ-də raketlərin hazırlanması ilə bağlı işlərdə iştirak etmişdir. Raket mühərrikləri, raketlərin uçuş nəzəriyyəsi və atmosferin tədqiqi üçün raketlərdən istifadə sahəsində çalışmışdır. O, Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyətinin təşkilatçılarından biridir. Herman Yuli Obert 28 dekabr 1989-cu il tarixində, 95 yaşında Qərbi Almaniyanın Nürnberq şəhərində vəfat etmişdir. == İrsi == 1951-ci ildə Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyəti raket texnikası və kosmonavtika sahəsində əsaslı tədqiqatlar və görkəmli xidmətlər üçün Obert medalı təsis etmişdir.
Übeyd mədəniyyəti
Übeyd mədəniyyəti və ya Obeyd mədəniyyəti — enolit dövrünə aid mədəniyyət. E.ə. V minillikdə Yaxın Şərqdə, xüsusilə Mesopotamiyada mədəni inkişafın yüksək səviyyədə olmuşdur. Məhz bu dövrdə ilk dəfə olaraq Mesopotamiyada qədim şəhər mədəniyyətinin meydana çıxdığını, Şumer mədəniyyətinin bünövrəsinin qoyulmuşdur. E.ə. V minillikdə Cənubi Mesopotamiyada mövcud olmuş Ubeyd arxeoloji mədəniyyəti e.ə. V minilliyin birinci yarısında daha da inkişaf edərək yayılmış və Mesopotamiyanın şimal əyalətlərini əhatə etmişdir. Мəlum olduğu kimi, Ubeyd mədəniyyəti protoşumerlərə və şumerlərə aid edilir. Şumer dili Hind-Avropa dilləri ilə qohum olmamış, onun türk dilləri ilə bağlı olmasına dair inkaredilməz dəlillər aşkar olunmuşdur. Bu mədəniyyət üçün xarakterik olan arxasıüstə uzadılmış skeletlərin Мesopotamiyada yayılması şumerlərin gəlişi ilə əlaqələndirilir.
Übeyd Zəkani
Xacə Nizaməddin Übeydullah əz-Zakani (fars. خواجه نظام الدین عبید الله الزاکانی‎; 1301 – 1371, Şiraz), daha çox Übeyd Zəkani (عبید زاکانی) kimi tanınır — Elxanilər dövlətində yaşamış fars şairi. O, fars ədəbiyyatının ən yaxşı satiriklərindən biri hesab olunurdu. Onun ən məşhur əsəri dini riyakarlığa hücum edən siyasi satira olan "Muş-o qorbeh"dir ("Siçan və pişik"). Çox məşhur bir şəxsiyyət olsa da, əsərlərinin əksəriyyətində təxribatçı və ədəbsiz mətnlərdən ibarət olduğu üçün Übeydin yaradıcılığına son vaxtlara qədər az diqqət yetirilirdi. O, Fransa maarifçi yazıçısı Volter ilə müqayisə edilmişdir. Übeyd islam dövrünün əvvəllərində İranın şimalında Qəzvinə köçmüş ərəb qəbiləsi olan Bənu Xəfacənin nəslindən olan Zəkani ailəsindən idi. Zəkani ailəsi iki qoldan ibarət idi; biri din sahəsi ilə seçilir, digəri isə Übeydin mənsub olduğu mülkədar və bürokratlardan ibarət idi. Übeydin özünün 1319-cu ildən əvvəl Qəzvində anadan olduğu güman edilir. İran o zamanlar monqol Elxani hakimiyyəti altında idi və bu dövr geniş şəkildə fars poeziyasının qızıl dövrü hesab olunurdu.
Obena-lez-Alp
Obena-lez-Alp (fr. Aubenas-les-Alpes, oks. Aubenàs deis Aups) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04012. 2008-ci ildə əhalinin sayı 108 nəfər təşkil edirdi. 2007-ci ildə 60 yaşdan yuxarı (15-64 yaş arasında) 49 nəfər iqtisadi fəal, 11 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 81,7%, 1999-cu ildə 63.4%). Fəal olan 49 nəfərdən 43 nəfər (22 kişi və 21 qadın), 6 nəfər işsiz (3 kişi və 3 qadın) idi.
Əl-Ubeyd (şəhər)
Əl-Ubeyd ( ərəb. الأبيض‎, ing. Al-Ubayyid) — Sudanda şəhər, Şimali Kordofan əyalətinin inzibati mərkəzi. Burada dəmiryol stansiyası var. Şose və karvan yolları qovşağı olan şəhərdə sabun istehsal olunur. Burada qummiarabik (yapışqan) ticarəti edilir. 2013-cü ilin hesablamalarına görə şəhərin əhalisi 418,280 nəfərdir. Əhalinin əksəriyyəti müsəlmandır, xristian azlıq var. Əsas etnik qruplar ərəblər, nubalar, becalar və nilotlardır. Şəhər həm də əsasən avropalılar və turistlərdən ibarət kiçik əcnəbi qruplara evdir.
Loru Berd
Loru Berd (erm. Լոռի բերդ) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı Lori və ya Berti kimi qeyd edilir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Loru Berd bələdiyyəsi"ni (erm. Լոռի բերդ համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 405 nəfərdir.
Nir (Yəzd)
Nir-İranın Yəzd ostanının Təft şəhristanının Nir bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,567 nəfər və 503 ailədən ibarət idi.
Oben (Averon)
Oben (fr. Aubin, oks. Aubinh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Oben kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12013. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 33 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 4215 nəfər təşkil edirdi. 2007-ci ildə 2391 əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 1568 nəfər iqtisadi fəal, 823 nəfər hərəkətsiz (fəaliyyət göstərici 65.6%, 1999-cu ildə 63.6%) olmuşdur.
Oben (kanton)
Oben (fr. Aubin) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Vilfranş-de-Ruerq dairəsinə daxildir. Kantonun INSEE kodu — 1201. Oben kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Oben kommunasıdır. 2006-cı ildə əhalinin sayı 9 957 nəfər təşkil edirdi.
Robert Berd
Robert Berd — ABŞ Nümayəndələr Palatasında Şimali Virciniya ştatını təmsil edən demokrat senator Robert Berd Konqresdə davamlı fəaliyyətinə görə ABŞ tarixində rekorda imza atıb. O, qanunverici orqanda 57 il çalışıb. Robert Berd ilk dəfə 1952-ci ildə Nümayəndələr Palatasına seçilib. 28 iyun 2010-cu ildə 93 yaşında dünyasını dəyişib.
Semmi Berd
Stüart Samuyel Berd (ing. Stuart Samuel Baird; 13 may 1930, Denni[d] – 21 aprel 2010, Banqor[d]) — keçmiş Şotlandiya futbolçusu və məşqçisi. Futbolçu karyerası ərzində "Preston Nort End", "Reyncers", "Hibernian", "Terd Lanark" və "Sterlinq Albion" klbularında çıxış etmişdir. O, "Reyncers"la birgə üç Şotlandiya liqası (1956, 1957 və 1959) və bir Şotlandiya Kubokunun (1960) qalibi olmuşdur. "Klayd" klubu ilə o, 1951-52-ci illərdə İkinci Divizionun qalibi olmuşdur. UEFA Çempionlar Kubokunun 1959/1960 mövsümündə o, beş qol vuraraq "Reyncers"ə yarımfinala qədər çatmağa kömək etmişdir. O, 1956-1958-ci illərdə Şotlandiya millisinin formasıyla yeddi oyuna çıxmışdır. O, Yuqoslaviyaya qarşı keçirdiyi debüt oyunda fərqlənə bilmişdir, həmçinin 1958 FIFA Dünya Kubokunun Fransa millisinə qarşı keçirilən final oyununda (2-1) təsəlli qolun müəllifi olmuşdur. Həmin qolla Berd Dünya Kubokunun finalında qol vurmuş ilk "Reyncers" futbolçusu oldu. O, hələ də buna nail olan yeganə futbolçudur.
Yəzd (ostan)
Yəzd ostanı — İranın mərkəzində ostan. Mərkəzi Yəzd şəhəridir . Ostanın ərazisi 73.467 km² — dir . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 990.818 nəfər əhali yaşayır .
Yəzd ostanı
Yəzd ostanı — İranın mərkəzində ostan. Mərkəzi Yəzd şəhəridir . Ostanın ərazisi 73.467 km² — dir . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 990.818 nəfər əhali yaşayır .
Yəzd şəhristanı
Yəzd şəhristanı- İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Yəzd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 515,044 nəfər və 138,108 ailədən ibarət idi.
Zəif bənd
Zəif bənd — televiziya oyunu. Layihə veriliş kimi ilk dəfə 2000-ci il 14 avqust tarixində BBC telekanalında yayımlanmağa başlayıb. Bu layihəni Anna Robinson adlı məşhur qadın aparıcı yaratmışdır. Bu veriliş həm də bilik oyunudur. Sonralar veriliş Azərbaycan, ABŞ, Sinqapur, Türkiyə, Rumıniya, İspaniya, Meksika, İtaliya, İsrail, Makedoniya Respublikası, Cənubi Afrika, Tailand, Sloveniya, Fransa, Honkonq, Braziliya, Almaniya, Çili, Şimali Koreya, Yaponiya, Çin, Çexiya, Yunanıstan, Şotlandiya, İrlandiya, Livan, Rusiya, Serbiya, Portuqaliya və Polşada yayımlanmağa başlayıb. Azərbaycanda veriliş ilk dəfə Lider TV tərəfindən 2001-ci ildən yayımlanmağa başlanmışdır. İlk aparıcısı Kamilə Babayeva olmuşdur. 2006–2011-ci illərdə veriliş dayandırılmışdır. 2011-ci ilin noyabrından veriliş Lider TV-də bərpa edilir və yeni aparıcısı Solmaz Süleymanlı olur. Veriliş hər şənbə günü saat 18:00-da yayımlanırdı, lakin 2014-cü ildə veriliş yenidən bağlanılmışdır.
Mülki bənd
Mülki bənd (alm. Zivilklausel‎) və ya vətəndaş bəndi — akademik qurumlar tərəfindən müstəsna olaraq mülki (yəni qeyri-hərbi) tədqiqatlarla məşğul olmaq üçün könüllü öhdəlik. İdeya Yaponiyada yaranmışdır. 1950-ci ildə Yaponiya Elm Şurası üzvlərinin hərbi ilə bağlı tədqiqat layihələrində iştirakdan imtina edəcəyini müəyyən etmişdir. Belə bir bəyannamə 1967-ci ildə və 2017-ci ildə təkrarlanmışdır. Almaniyada Bremen Universiteti ilk olaraq mülki bəndi qüvvəyə mindirmişdir. Onun 1986-cı il tarixli 5113 saylı qətnaməsində deyilir: Bu bəyannamə 1992-ci ildə və 2020-ci ildə yenilənmişdir.