Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cərh
Cərh — ərəb dilində "yaralamaq", "təsir etmək", "bir yaranı deşmək" mənalarını ifadə edir. Hədis termini olaraq "cərh" müəyyən səbəblərdən ravinin rədd edilməsinə, tənqid edilməsinə deyilir. Bunun üçün cərh ləfzlərindən istifadə edilir. Məsələn: zəif, mətruk, kəzzab və s.
Veri
Veri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 895 nəfərdir. Əhalinin milli tərkibi etnik talışlardır. Bu toponim talış dilindəki veri (yuxarı) sözü ilə əlaqədar olub, “yuxarıda yerləşən kənd” deməkdir. Həmçinin talış dilində veri göyərti mənası bildirir. Kənddə Veri kənd məscidi dini icması fəaliyyət göstərir.
Verl
Verl (alm. Werl‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Arnsberg inzibati dairəsində şəhər. Sahəsi 76.24 km2, əhalisi 31861 nəfərdir (2009).
Verv
Verv - Belçikanın Lyej əyalətində bir şəhərdir. Əhalisi 54 min nəfərdir (2006). Vesdre çayı sahilində yerləşir. XVII əsrdə Verv şəhər statusu alır. XIX əsrdə əsas parça istehsalı mərkəzinə çevrilir. Həmçinin şəhərdə ipək istehsal edilir və bir çox ipək zavodları fəaliyyət göstərir.
Verf
Tərsanə və ya verf — gəmilərin tikintisi və ya təmiri üçün yer və ya müəssisə. Sovet dövründə bu cür müəssisələr üçün "gəmiqayırma zavodu" adından istifadə olunurdu. O, gəmilərin və gəmilərin tikintisi, konvertasiyası, modernləşdirilməsi, təmiri və utilizasiyası üzrə ixtisaslaşmışdır. Tərsanə sözü Azərbaycan dilinə italyan dilindəki "tersaná" sözündən keçmişdir, bu söz isə öz növbəsində ərəb dilində "darüssəna" (ərəb. دَار اَلصِّنَاعَة‎‎, mənası – "sənaye evi") sözündən yaranmışdır. Verf sözü Niderland dilindəki "werf" sözündən keçmişdir. Альфред Генрихович Нюберг. Верфь // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Vera
Vera — ad. Vera Mençik Vera Şimanskaya — Rusiyanı təmsil edən bədii gimnast.
Aethiopis vera
Salvia aethiopis (lat. Salvia aethiopis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Salvia lanata Stokes Sclarea aethiopis (L.) Mill. Sclarea lanata Moench === Heterotipik sinonimləri === Aethiopis vera Fourr. Salvia idanensis Gand. Salvia kochiana Kunze Salvia leuconeura Boiss.
Jül Vern
Jül Qabriel Vern (fr. Jules Gabriel Verne; 8 fevral 1828[…], Nant, Fransa metropoliyası[…] – 24 mart 1905[…], Amyen[…]) — fransız yazıçı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biridir. Ona dünya şöhrəti gətirmiş əsərlərindən "Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə almışdır. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular Dənizinin yanında yerləşir. O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının "atası" sayılır. == Uşaqlığı == 8 fevral 1828-ci il də Fransanın Nant şəhərində doğulub.
Lavandula vera
Leon Vert
Leon Vert (ing. Léon Werth; 17 fevral 1878 — 13 dekabr 1955) — fransız yazıçısı və incəsənət tənqidçisi, Oktav Mirbonun dostu və Antuan de Sent-Ekzüperinin ən yaxın dostu və sirdaşı. Əsərlərində Fransa cəmiyyətinin hər iki dünya müharibəsi dövründəki yaşamına və kollaborasionizmə tənqidi və həssas yanaşma müşahidə olunur. == Kitabları == 33 jours (33 gün) Clavel chez les majors (Mayor Klavel) La maison blanche (Ağ ev) Clavel soldat (Əsgər Klavel) Cochinchine (Koçin-çin) Le destin de Marco (Markonun taleyi) Le monde et la ville (Dünya və şəhər) Impressions d'audience Saint-Exupéry, tel que je l'ai connu (Mənim tanıdığım Sent-Ekzüperi) Caserne 1900 Déposition / Journal 1940 - 1944 Voyages avec ma pipe (Çubuğumla birgə səyahət) Une soirée à L'Olympia (Olimpiyada gecə) == "Balaca şahzadə" == Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsəri Leon Vertə həsr olunmuşdur. Əsərin epiqrafında aşağıdakı sözlər yazılıb: "Leon Vertə. Uşaqlardan xahiş edirəm ki, bu kitabı yaşlı adama həsr etdiyimə görə məni bağışlasınlar. Mənim çox ciddi üzrlü səbəbim var: həmin yaşlı adam mənim dünyadakı ən yaxşı dostumdur. İkinci üzrlü səbəbim də var: həmin yaşlı adam dünyada hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Üçüncü üzrlü səbəbim: o Fransada yaşayır, orada indi aclıq və soyuqdur. Əgər bütün bu üzrlər kifayət deyilsə, onda mən bu kitabı həmin yaşlı adamın bir vaxtlar olduğu balaca oğlana həsr etmək istəyirəm.
Pistacia vera
Əsl püstə (lat. Pistacia vera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin püstə cinsinə aid bitki növü. Püstə mart-apreldə yarpaqlar açıldığı vaxt çiçəkləyir. Çiçəklər topa halında enli süpürgə-salxımlara yığılmışdır. Erkək çiçəklər dişi çiçəklərdən 2–3 gün tez açılır. Çiçəkləmə 20–25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir. 7–8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvari, birtoxumlu çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Kütləsi 0,9–2,5 q-dır.
Rubia vera
Əsl qatıqotu (lat. Galium verum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. Asterophyllum galium K.F.Schimp. & Spenn. Galium floridum Salisb. Galium verum subsp. euverum Hyl. Galium verum var. typicum Rouy Rubia vera (L.) Baill.
Vera Mixaylova
Vera Mixaylova — Sovet uşaq yazıçısı və jurnalisti. Vera Mixaylova 4 sentyabr 1907-ci ildə Tomsk yeraltı təşkilatının üzvləri olan valideynlərinin həbs olunduğu Nerçinsk həbsxanasında (Transbaykaliya) anadan olub. Digər məlumatlara görə, Vera 1908-ci il avqustun 22-də (4 sentyabr) Kemerovo vilayətinin Mariinsk şəhərində anadan olub. 12 yaşından fabrikdə işləyib. 14 yaşında Çitada komsomol sıralarına daxil olur və yeni qurulmuş komsomol qəzeti "Younaya rat"da işə düzəlir. 1941-ci ildə V. Vorovski adına Leninqrad Dövlət Jurnalistika İnstitutunu qiyabi bitirib. Sonra Simferopolda V. Verdanski adına Krım Pedaqoji İnstitutunda üç kurs oxuyur. Ukraynada yaşayıb və işləməyir. Sovet İttifaqı Kommunist Partiyasının üzvü olur. Böyük Vətən müharibəsi illərində və ondan sonra qəzet redaksiyasında, xüsusən 1950–1960-cı illərdə Simferopol rayon "Prizyv" qəzetinin baş redaktoru olub (1952-ci ilə qədər qəzet "Bolşevistskaya Pravda" adlanırdı, indi isə "Selski Truzhenik Krıma" adlanır).
Vera Vasilyeva
Vera Kuzminiçna Vasilyeva (rus. Вера Кузьминична Васильева, 30 sentyabr 1925, Moskva, RSFSR, SSRİ – 8 avqust 2023, Moskva) — Sovet və Rusiya teatr və kino aktrisası. SSRİ xalq artisti (1986), ikiqat "Stalin" mükafatı laureatı (1948,1951). Ən məşhur kino işləri arasında "Sibir diyarının əfsanəsi" (1947), "Çuk və Gek" (1953), "Cehizli toy" (1953) filmləri, teatrda isə "Dəli gün və ya Fiqaronun evlənməsi", "Döyüşçü qız" və s. tamaşalar var.
Medicago vera
Medicago sativa (lat. Medicago sativa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin qarayonca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Medica sativa (L.) Mill. Medicago sativa var. vulgaris Alef. Medicago sativa subsp. vulgaris (Alef.) Arcang. Medicago vera Kirschl. == Yarımnövləri == Medicago sativa nothosubsp. faurei Maire Medicago sativa subsp.
Tragacantha vera
Tragacantha vera Medik. — Astragalus tragacantha bitki növünün sinonimi. Tragacantha vera (Olivier) Kuntze — Astragalus verus bitki növünün sinonimi.
Vera Komissarjevskaya
Vera Fyodorovna Komissarjevskaya (rus. Вера Фёдоровна Комиссарже́вская; 27 oktyabr (8 noyabr) 1864, Sankt-Peterburq, Rusiya imperiyası – 10 (23) fevral 1910, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu, Rusiya imperiyası) — XX əsrin əvvəllərində rus aktrisası, rus və sovet teatr və kino aktrisası Nadejda Skarskayanın böyük bacısı (1868-1958). Vera Fedorovna Komissarjevskaya (1930-cu illərin sonuna qədər onun soyadını Kommissarjevskaya yazırdılar) 1864-cü il oktyabrın 27-də (8 noyabr) Sankt-Peterburqda rus opera artisti və musiqi müəllimi Fyodor Petroviç Komissarjevskinin ailəsində anadan olub. 1891-ci ildə Sankt-Peterburqda Vera Komissarjevskaya ilk dəfə həvəskar səhnədə Donanma Ekipajının Dəniz Məclisində Zina rolunda çıxış edib (P.P.Qnediçin “Yanan məktublar” pyesi). Onun səhnə debütü əvvəl Aleksandrinski Teatrının məşhur aktyoru V.N.Davydov ilə dərslər sayəsində mümkün olub. Sonra Komissarjevskaya Konstantin Stanislavskinin rəhbərlik etdiyi İncəsənət və Ədəbiyyat Cəmiyyətinin (Moskva) tamaşalarında iştirak etməyə başlayıb. Komissarjevskaya “Maarifçilik meyvələri” (1891) tamaşasında Betsi rolunu oynamaqla peşəkar teatr tənqidçilərinin diqqətini cəlb edib. O, Novoçerkasska N.N.Sinelnikovun teatrına (1893-1894-cü illərdə orda işləyib) dəvət olunub. Orada Vera oxuyaraq “ingenue” və vodevil rollarını ifa edib. Komissarjevskayanın birpərdəli pyeslərdə və vodevillərdəki rolları şən, canlı və əsl yumorla əhatə olunurdu.
Vera Panova
Vera Fedorovna Panova (rus. Ве́ра Фёдоровна Пано́ва; 7 (20) mart 1905, Rostov-na-Donu, Don Voysko vilayəti[d] – 3 mart 1973[…], Leninqrad) — Rus sovet yazıçısı və dramaturqu. Üç Stalin mükafatı laureatı (1947, 1948, 1950). Vera Fedorovna Panova 7 mart 1905-ci ildə Rostovda bank işçisinin ailəsində anadan olub. Atası Rostovda ən varlı tacir ailəsi sayılan Qribanovların nümayəndəsi idi. O, tacirlər gildiyasına mənsub idi. Lakin XX əsrin əvvəllərində müflis olmuş və şəhər bankında maliyyə işlərinə baxaraq çörək pulu qazanırdı. Veranın beş yaşı olanda ailə başçısı qeyri-müəyyən şəraitdə suda boğularaq öldü. Anası uşaqları tək böyütməyə məcbur oldu. İdarə işçisinin maaşı (anasının təhsilinin musiqi müəllimi olmasına baxmayaraq) və bankın ailə başçısı olmayan qadınlara ödədiyi təqaüd hesabına ailəni dolandırmağa güclə yetirdi.
Vera Smirnova
Vera Vasilyevna Smirnova (rus. Вера Васильевна Смирнова; 17 (29) sentyabr 1898 və ya 1898, Sankt-Peterburq – 1977, Moskva) — Sovet uşaq yazıçısı, ədəbiyyatşünası və memuarçısı. Məşhur uşaq kitabları - "Ellin qəhrəmanları" və "Qızlar"ın müəllifi. Teatr rejissoru Aleksandra Smirnova-İskəndərin bacısı. Aleksandra Vasilyevna Smirnova 1898-cı ildə Sankt-Peterburq anadan olub. Atası kəndli idi. 1898-ci ildə atası İmperator Rəssamlıq Akademiyasında komendant kimi işləməyə başlayıb. 1903-cü ildə atası Rus-Asiya Bankında işləmyə başladı və ailəni Yeni Margelana (hazırda Fərqanə; 1907-1924-cü illərdə şəhər Skobelev adlanırdı) köçürüb. Vera Smirnova Skobelev adına Qadın Gimnaziyasını qızıl medalla, sonra pedaqoji kursları bitirmiş, 1914-cü ilin payızından iki il Ali İbtidai Məktəbdə dərs deyib. 1916-cı ilin payızında o, Petroqradda Bestujev adına Ali Qadın Kurslarının tarix-filologiya fakültəsinə daxil olur və eyni zamanda Vsevolod Meyerholdun teatr studiyasında oxuyur.
Vera Xolodnaya
Vera Vasilyevna Xolodnaya (Levçenko; rus. Вера Васильевна Холодная; 5 avqust 1893, Poltava – 16 fevral 1919 və ya 17 fevral 1919, Odessa, Xerson quberniyası) — Rusiya İmperiyasının kino aktrisası. O, Rusiya İmperiyasında ilk səssiz film ulduzu idi. Onun yalnız beş filmi günümüzə qədər gəlib çatmışdır və oynadığı rolların sayının 50-dən 100-ə qədər olduğu fərz edilsə də, dəqiq sayı bəlli deyil. Vera Levçenko Poltavada (Rusiya İmperiyası, indiki Ukrayna) anadan olmuş, 2 yaşında ikən dul nənəsi ilə Moskvaya köçmüşdür. O, klassik balet üzrə karyera qurmaq arzusunda idi və Böyük Teatrın balet məktəbinə daxil olmuşdu. Vera uşaqlıqdan ailə teatrlarında iştirak edirdi. O 10 yaşı olanda məşhur Perepelkina gimnaziyasına göndərildi. Vera məzuniyyət gecəsində o vaxt tələbə, gündəlik idman qəzetinin redaktoru və yarış sürücüsü olan Vladimir Xolodnı ilə tanış oldu. Onlar hər iki ailənin narazılığına baxmayaraq, 1910-cu ildə evlənirlər.
Şərh (proqramlaşdırma)
Şərh — proqramlaşdırmada kompüter proqramının mənbə kodunda proqramçı tərəfindən oxuna bilən izahatı və ya annotasiyası. Onlar mənbə kodunu insanların başa düşməsini asanlaşdırmaq məqsədi ilə əlavə edilir və ümumiyyətlə tərtibçilər və tərcüməçilər tərəfindən nəzərə alınmır. Müxtəlif proqramlaşdırma dillərində şərhlərin sintaksisi xeyli fərqlənir. Şərhlər bəzən sənədləşdirmə generatorları tərəfindən mənbə kodundan kənarda sənədlər yaratmaq üçün müxtəlif yollarla işlənir və ya mənbə kodu idarəetmə sistemləri və digər xarici proqramlaşdırma alətləri ilə inteqrasiya üçün istifadə olunur. Şərhlərin təmin etdiyi çeviklik geniş dərəcədə dəyişkənliyə imkan verir, lakin onların istifadəsi ilə bağlı rəsmi konvensiyalar adətən proqramlaşdırma üslubu təlimatlarının bir hissəsidir. Şərhlər ümumiyyətlə blok (həmçinin proloq şərhləri deyilir) və ya sətir şərhləri (həmçinin daxili şərhlər adlanır) kimi formatlanır. Blok şərhləri mənbə kodunun bir neçə sətrini və ya bir sətrin bir hissəsini əhatə edə bilən bölgəsini limitləşdirir. Bu bölgə başlanğıc və son ayırıcı simvolu ilə müəyyən edilir. Bəzi proqramlaşdırma dilləri (məsələn MATLAB) blok şərhlərini bir-birinin içərisində rekursiv şəkildə yerləşdirməyə imkan verir, digərləri isə (məsələn Java) bunu etmir. Sətir şərhləri ya şərh ayırıcısı ilə başlayır və sətrin sonuna qədər davam edir, ya da bəzi hallarda mənbə kodundakı xüsusi sütundan (simvol xətti sürüşməsi) başlayır və sətrin sonuna qədər davam edir.
Lentiscus vera
Əsl püstə (lat. Pistacia vera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin püstə cinsinə aid bitki növü. Püstə mart-apreldə yarpaqlar açıldığı vaxt çiçəkləyir. Çiçəklər topa halında enli süpürgə-salxımlara yığılmışdır. Erkək çiçəklər dişi çiçəklərdən 2–3 gün tez açılır. Çiçəkləmə 20–25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir. 7–8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvari, birtoxumlu çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Kütləsi 0,9–2,5 q-dır.
Vera Baboun
Vera Baboun — (ərəb. فيرا جورج غطاس بابون‎, 6 oktyabr 1964, Beytləhm) — Fələstinli siyasətçi, Beytləhm şəhərinin ilk qadın meri. Babun Afrika-Amerika ədəbiyyatı üzrə magistr dərəcəsinə malikdir. Seçilməzdən əvvəl o, Beyt Sahurdakı Roma Katolik Liseyinin direktoru olmuşdur(2010-2012). Beytləhm Universitetində(1990-2010) ingilis ədəbiyyatından dərs demiş və burada dekan müavini vəzifəsində də çalışmışdır. O, eyni zamanda Ailələr və Uşaqlar üçün Rəhbərlik və Təhsil Mərkəzinin İdarə Heyətinin sədridir və GRACE (Afrika və Yaxın Şərqdə Gender Tədqiqatları və Gücləndirmə üçün İKT) şəbəkəsi üçün Gender Tədqiqatçısıdır. Babun beş uşaq anasıdır. O, Fələstinli xristiandır. == Siyasi karyerası == === Oktyabr 2012: Beytləhm mer seçkisi === Babun 12 Fəth müsəlman və xristiandan ibarət Müstəqillik və İnkişaf blokuna başçılıq edirdi, xidmətin təkmilləşdirilməsi və Beytləhmin turizm potensialının təşviqi üçün kampaniya aparırdı. Əl-Ghad ümumiyyətlə öz blokunu peşəkarlar və texnokratlar kimi xarakterizə edirdi.
Vera Fişer
Vera Fişer (27 noyabr 1951) — Braziliyalı aktrisa və gözəllik müsabiqəsinin qalibi, 1969-cu ildə "Miss Brazil" tacını almış və ölkəsini 1969-cu ildə "Kainat gözəli" yarışmasında təmsil etmiş, burada Top 15-ci yeri tutmuşdur. == Erkən həyatı == Fişer Blumenau, Santa-Katarinada alman əsilli braziliyalı Hildeqard Berndt və alman Emil Fişerin ailəsində anadan olmuşdur. Protestantlıq mühitində böyümüşdür. Fişerin tərcümeyi-halına görə, atası Nasist olmuş və onu döymüşdür. Beş yaşına qədər Fişer yalnız almanca danışırdı; məktəbdə isə portuqal dilini öyrənməyə başlamışdır. == Karyerası == Fişer 1969-cu ildə Miss Brazil tacını almışdır. O, həmçinin Miss Universe 1969 müsabiqəsində yarımfinalçı olmuşdur. O, 1973-cü ildə pornoçançada olan A Superfêmea filmində və The Graduate romanı əsasında çəkilmiş Migel Falabellanın The Graduate filmində, A Primeira Noite de Um Homem (2004) pyesində rol almışdır. O, O Clone (The Clone) və Laços de Família (Ailə bağları) kimi telenovella filmlərində rol almışdır.
Aloe vera
Əsl əzvay (lat. Aloe vera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. == İstifadə edir == Aloe veradan iki maddə - şəffaf gel və onun sarı lateksi kommersiya məhsullarının istehsalı üçün istifadə olunur. Aloe gel adətən yanıqlar, yaralar, donma, səpgilər, sedef, soyuq yaralar və ya quru dəri kimi dəri xəstəlikləri üçün aktual dərmanlar hazırlamaq üçün istifadə olunur. Aloe lateks qatran adlanan qurudulmuş formada və ya "aloe qurudulmuş şirəsi" kimi əldə edilə bilər. == Sinonimləri == Aloe barbadensis Mill. Aloe barbadensis var. chinensis Haw. Aloe chinensis Steud. ex Baker Aloe elongata Murray Aloe flava Pers.
Volfqanq Overat
Volfqanq Overat (alm. Wolfgang Overath‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.