Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zvornik
Zvornik (bosn. Zvornik, serb. Зворник / Zvornik, xorv. Zvornik) — Bosniya və Herseqovinanda yerləşən şəhər. Ölkənin şimal-şərqində, Serbiya ilə sərhəd yaxınlığındadır. Drina çayı üzərində yerləşir. Serb Respublikasına daxil olan Zvornik icmasının inzibati mərkəzidir. Köhnə adı (1519-cu ilə qədər) Zvonik (Zvonnik) olmuşdur. Bu ad zvono, zvoniti - "zəng çalır" (ehtimal ki, Zvonigrad ilə eyni mənşəlidir) kəlməsindən törəmişdir. Keçmişdə də həmcinin İzvornik adıda istifadə olunmuşdur.
Ozyornı (Əbyəlil)
Ozyorı kəndi (başq. Яңы Балапан) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qızıl Başqırdıstan kənd sovetliyinə daxil olan kənd. Məsafələr: rayon mərkəzindən (Askorovo): 33 km., kənd sovetliyindən (Qızıl Başqırdıstan): 9 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 5 km. Совет муниципальных образований Республики Башкортостан.
Ozyornı adası
Ozyornı — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqına daxil olan Komsomoles adasından 1,4 km aralıda yerləşir. Ozyornı adasından 2,5 km şimal-şərqdə Razdelnı adası, 600 metr qərbdə Qlinistı adası yerləşir. Adada yüksəklik yoxdur. Adanın uzunluğu 2,3 km, eni 650–750 km təşkil edir. Mərkəzi hissəsindı elədə böyük olmayan göl vardır. Göl dənizlə birləşir. Adanın ətrafı saylarla əhatələnmişdir.
Zvornik gölü
Zvornik gölü (serb. Зворничко језеро, bosn. Zvorničko jezero) ― Bosniya və Herseqovina və Serbiya sərhədində yerləşən süni göl. Göl Drina çayı üzərində su-elektrik stansiyası tikildikdən sonra yaradılmışdır. Bəndin və onu müşayiət edən obyektlərin inşası üzrə hazırlıq işləri 1948-ci ildə başlamış və 1955-ci ildə göl hövzəsi su ilə doldurulmuşdur. Zvornik gölü dəniz səviyyəsindən 140 m yüksəklikdə yerləşir. Göl 25 km uzunluğundadır və 8,1 km² ərazini əhatə edir. Ən dar hissəsində 200 m, ən geniş hissəsində 3 km enindədir. Gölün orta dərinliyi 11 m, ölçülən maksimum dərinliyi isə 39 metrdir. Gölün ətrafında çox sayda kottec və turizm iaşə obyektləri var.
Lev Tornik
Lev Tornik (yun. Λέων Τορνίκιος) — XI əsr Bizans generalı və zadəganı. O, 1047-ci ildə əmisi, Bizans imperatoru IX Konstantin Monomaxa qarşı üsyan qaldırır. Lev Tornik Frakiyadakı ordusu ilə paytaxt Konstantinopol şəhərinə doğru yürüş etmiş və onu mühasirəyə almışdır. İki uğursuz hücum cəhdindən sonra geri çəkilən Tornikin ordusu fərarilik etmiş, özü isə imperatora sadiq qüvvələr tərəfindən əsir götürülmüşdür. O, 1047-ci ilin Milad bayramında kor edilmişdir. Onun sonrakı həyatı haqqında heç bir məlumat yoxdur. == Həyatı == Lev Tornik Adrianopol şəhərində anadan olmuşdur. O, erməni və ya gürcü əsilli tanınmış torniklər zadəgan ailəsinin üzvü idi. Onun həməsri Mixail Psell Lev Torniki "qısaboylu, hiyləgər, qürurlu və iddialı" bir insan kimi təsvir etmişdi.
Qornik təpəsi
Qornik təpəsi (bolq. хълм Горник, ‘Halm Gornik’ \'h&lm 'gor-nik\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 466 m hündürlüklü qaya zirvəsidir. Zirvə şimali Bolqarıstanda yerləşən Qornik şəhərinin adını daşıyır. Qornik təpəsi 63°37′36″ c. e. 57°51′22″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 3.97 km cənub-qərbdə, Kribul təpəsindən 2.71 km şimal-şərqdə, Marten qayasından 7.25 km cənub-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Mixal Qornik
Mixal Qornik (y.sorb Michał Hórnik, alm. Michael Hornig‎; 1 sentyabr 1833 – 22 fevral 1894, Bautzen, Saksoniya) — Sorb alimi, din xadimi və 19-cu əsr Sorb ədəbiyyatının ən mühüm himayədarlarından biri. Mixal Qornik 1833-cü ildə Kamenets yaxınlığındakı Vorkletsy kəndində anadan olub. Qornik 1847-ci ildə Bautzendə orta məktəbi bitirdikdən sonra Praqadakı Sorb seminariyasına daxil olub. Qornik həmçinin Lesser Town Gimnaziyasında və Çarlz Universitetinin İlahiyyat fakültəsində təhsil alıb. Praqada oxuyarkən Sorbia seminariyasında fəaliyyət göstərən "Serbovka" tələbə dərnəyinin üzvü, sonra isə rəhbəri olub. 1852-ci ildə "Tydźeńske Nowiny" qəzetində ilk ədəbi əsəri olan "Brançeleji" nəşr etdirdi. Praqada tələbə olarkən o, Serbovka qardaşlığı tərəfindən nəşr olunan "Kwětki" ədəbi jurnalında 40-a yaxın şeir və tərcümələrini, o cümlədən "İqorun kampaniyası haqqında nağıl"ın Yuxarı Sorb dilinə tərcüməsini dərc etdirib. 1856-cı ildə vətənə qayıdır və 24 sentyabr 1856-cı ildə keşiş təyin edilir. 1871-ci ildə Bautzendəki Müqəddəs Məryəm kilsəsinin rektoru təyin edilir.
Zornia partita
Avstriya ilanbaşı (lat. Dracocephalum austriacum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Gövdəsi bir və ya bir neçə, hündürlüyü 20–50 sm, tüklü, aşağı hissəsi bənövşəyi rənglidir. Qısa saplaqlı yarpaqları 3–7 xəttvari küt hissəyə bölünmüşdür, qısa yan budaqlarının yarpaqları ucları biz olan 3 hissəyə bölünmüşdür və ya bütövdür. Köbələri azçiçəklidir, bəziləri gövdənin təpəsində başcıqlı çiçəkqrupu şəklində yığılmışdır. Kasacığı 10–13 mm, uzuntüklü, bənövşəyidir. Tacı 3–4 sm, tünd bənövşəyi, xaricdən seyrək tüklüdür. Toxumcaları 3 mm uzunluqda, qabırğacıqları qanadabənzər şəkildə enlənmişdir. == Yayılması == BQ Quba sahəsinin rayonlarında subalp qurşağında yayılmışdır. Çəmənlərdə, dağ çəmənlərində bitir.
Suxoy S-70 Oxotnik
Suxoy S-70 Oxotnik (Rusca: Сухой С-70 “Охотник”, hərfi tərcüməsi “Ovçu”), həmçinin “Oxotnik B” adı ilə də tanınır. Suxoy şirkəti tərəfindən istehsal edilmiş olan Rusiya mənşəli Stels texnologiyası ilə hazırlanmış altıncı nəsil pilotsuz uçuş aparatıdır.. Bu texnika daha əvvəl Mikoyan şirkəti tərəfindən istehsal edilən Mikoyan Skatron pilotsuz uçuş aparatının texnologiyası əsasında hazırlanmış və Beşinci nəsil qırıcı olan Suxoy Su-57 təyyarəsindən bəzi texnologiyaları da, özündə birləşdirmişdir. İlk uçuşunu 3 avqust 2019-cu ildə həyata keçirmişdir. 2020-ci ildən sonra istifadə edilməsi planlaşdırılır. Hal-hazırda 1 ədəd prototip modeli istehsal edilmişdir. Layihə 2017-ci ildən başlamışdır. Layihənin dəyəri 1.6 milyon Rusiya rublu dəyərindədir. Oxotnik, Suxoy şirkətinin Rusiya Müdafiə Nazirliyi tərəfindən yeni ağır kəşfiyyat və hücum məqsədi ilə istifadə ediləcək pilotsuz uçuş aparatı layihəsinin icraçısı kimi seçildiyi 2011-ci ildən etibarən inkişaf etdirilir. Yeni PUA əvvəlki Mikoyan Skat PUA proqramının məlumatları əsasında MiG və Suxoy şirkətləri tərəfindən birlikdə hazırlanır.