Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Okapi
Oponi
Oponi (q.yun. Οπώνη) — Afrika buynuzunda qədim Somali şəhəri. Şəhər əsasən qədim misirlilər, romalılar, yunanlar, bizanslılar, farslar və hindistanlılarla ticarət etməsiylə tanınır. Arxeoloji tapıntılara əsasən, tarixi liman şəhərinin müasir Somalinin şimal-şərqində yerləşən Hafun şəhəri olduğunu əsaslanmışdır. Güman edilir ki, bu liman şəhəri Qədim Misirin Punt torpağı adlandırdığı ərazidir. Puntlular qədim misirlilərlə Qədim padşahlıq, Orta padşahlıq və Yeni padşahlıq dövrlərində ticarət edirdilər. == Tarixi == Oponidəki qəbilərdə tapılan dulusçuluq nümunələri e.ə. XVI–XI əsrlərdə çiçəklənən Yunanıstanın Mikena krallığı dövrünə təsadüf edir. Şəhərin əsas fəallığı e.ə. I əsrə və III–V əsrlərə təsadüf edir.
Kivi
Kivi — Kivi meyvəsi, becərmə qrupuna aid bitkilərin və Acinidia deliciosa bitki meyvələrinin, üzüm kimi meşəli dırmaşan bitki növlərinin ümumi adı və A. deliciosa və digər Actinidia növləri arasındadır. Kiwi tərəfindən ifadə edilən cücərtilər qrupu və bu qrupdakı ən ticari baxımdan əhəmiyyətli kultivarların tam adları aşağıdakılardır: Kultivar qrupu: Actinidia deliciosa Kiwifruit qrupu Kultivar: Actinidia deliciosa 'Hayward' Kultivar: Actinidia deliciosa 'Chico' Kultivar: Actinidia deliciosa 'Saanichton 12' Kivi meyvəsi Şərqi Asiyadan (əsasən Çin) gəlir və bol C vitamini meyvələri olan çoxillik bir bitkidir. == Kivinin faydalı xüsusiyyətləri == Kivinin ən faydalı xüsusiyyəti damarları bağlayan yağların yandırılmasıdır: Lipid metabolizması pozulmuş insanlar üçün kivi lazımdır. Bu meyvə C vitamini, fol turşusu və B6 vitamini ilə zəngindir, ona görə də vitamin çatışmazlığının qarşısını almaq üçün yeyilməlidir. Kivi də kollagen istehsalını stimullaşdırır və saçların vaxtından əvvəl ağarmasının qarşısını alır. Bu meyvəni təhlükəsiz gənclik və gözəllik məhsulu adlandırmaq olar. Kivi xüsusilə hamilə qadınlar üçün dəyərlidir. Tərkibində ana və körpənin ürəyinin normal işləməsi üçün lazım olan kalium var. Dəmirin sorulmasına kömək edir, qəbizlik ehtimalını azaldır. Amma kivi kəskin mədə xəstəliyi, sitrus meyvələri alerjisi olanlar və ishala meylli insanlar üçün pəhrizdən xaric edilməlidir.
Koci
Koci — ad. Koci Funamoto — keçmiş Yaponiya futbolçusu. Koci Kondo — keçmiş Yaponiya futbolçusu. Koci Miyata — keçmiş Yaponiya futbolçusu. Koci Nakata — keçmiş Yaponiya futbolçusu.
Komi
Komi Respublikası (rus. Республика Коми, komi Коми Республика) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Respublikanın ərazisi 415.9 min kvadrat kilometrdir .
Kovo
Kovo (it. Covo — Berqamo) İtaliyanın Lombardiya bölgəsində, Berqamonun inzibati mərkəzinə tabe olan kommuna. Əhalisi 3157 sakin, əhali sıxlığı 263 p./km². Sahəsi 12 km² ərazini əhatə edir. Poçt kodu - 24050. Telefon kodu - 0363.
Euseius olivi
Euseius olivi (lat. Euseius olivi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Henriyetta Onodi
Henriyetta Onodi (mac. Henrietta Ónodi; 22 may 1974, Bekeşçaba) ― Macarıstan bədii gimnastı. 1992 və 1996 Yay Olimpiya Oyunların iştirakşısı olan Onodi 1992-ci ildə qızıl və gümüş medalları qazanmışdır. 1997-ci ildə gimnast karyerasını bitirdikdən sonra ABŞ-yə köçdü, amerikalı olimpiya beşnövçüsü Cimbo Heyli ilə evləndi və ABŞ vətəndaşı oldu. 2010-cu ildə adı Beynəlxalq Gimnastika Şöhrət Zalına salındı. == Karyerası == Gimanstlar arasında "Henni" kimi də tanınan Onodi gimnastika fəaliyyətinə 1978-ci ildə başladı və beynəxalq səviyyədə ilk dəfə 1986-cı ildə çıxış etdi. Yaşı çatmadığı üçün 1988 Yay Olimpiadasına vəsiqə qazana bilmədi. Böyüklər arasında debütu 1989-cu ilə təsadüf etdi, həmin ilin dünya çempionatında Macarıstan təmsilçiləri arasına salındı və burada çoxnövçülükdə 19-cu, gimnastika tiri yarışında isə 5-ci yeri tutdu. Növbəti bir neçə il ərzində Onodi böyük yarışlarda medallara iddialı yarışçı kimi göstərdi. 1989-cu ildə Avropa çempionatında müxtəlif hündürlüklü qollar yarışında qızıl medal qazanan ilk qadın macar gimnastı oldu; 1990-cı il Avropa çempionatında çoxnövçülük və sərbəst hərəkətlər yarışlarında üçüncü yeri tutdu.
Hyozo Omori
Hyozo Omori (大森 兵蔵, Omori Hyozo) – ABŞ-də təhsil almış yapon idman müəllimi. "Yaponiya basketbolunun atası" hesab olunur. == Fəaliyyəti == Hyozo Omori Gənc Xristianlar Assosiasiyasının Sprinqfild kollecinin tələbəsi kimi 1890-cı illərdə ABŞ-də basketbolla məşğul olmuşdur. Yaponiyaya qayıtdıqdan sonra 1908-ci ildə Tokio Qadınlar Universiteti dərs deyərkən ilk dəfə bu idman növünü ölkəsinə tanıtmışdır. Omori Yaponiya Həvəskar Atletika Assosiasiyasının rəhbərlərindən biri olmuş, Tokio Gənc Xristianlar Assosiasiyasında və Keyo Universitetində müəllimlik etmişdir.Omori Gənc Xristianlar Assosiasiyasında voleybol idmanı ilə tanış olmuş və 1908-ci ildə bu idman növünü də Yaponiyaya tanıtmışdır. Omori və dostlarının fəaliyyətinə baxmayaraq, basketbol və voleybol İkinci dünya müharibəsinin başa çatdığı dövrə qədər Yaponiyada geniş oynanılan idman növləri olmamışdır. Omorinin həyat yoldaşı Yaponiyada Yurin-en hərəkatının rəhbəri olmuşdur.Omori 1912-ci ildə Stokholmda baş tutmuş Yay Olimpiya Oyunlarına komanda meneceri kimi qatılmışdır. Yaponiyaya qayıdarkən 1913-cü ildə vərəm xəstəliyindən ölmüşdür. == İstinadlar == == Ədəbiyyat == Guttmann, Allen; Thompson, Lee. Japanese Sports: A History (ingiliscə).
Kazbek Kokov
Murad Kumpilov (kab.-çərk. КIуэкIуэ Валерэ и къуэ Къазбэч 20 iyul 1973) — Rusiya dövlət və siyasi xadimi. 3 oktyabr 2019-cu ildən Kabarda-Balkariya Respublikasının rəhbəri (26 sentyabr 2018-ci ildən 3 oktyabr 2019-cu il tarixinədək Kabarda-Balkariya Respublikası rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən). 6 noyabr 2019-cu ildən bəri Vahid Rusiya partiyasının Kabarda-Balkariya regional şöbəsinin katibidir. == Bioqrafiyası == Kabarda-Balkariya Respublikasının birinci prezidenti Valeri Kokovun ailəsində anadan olmuşdur. Kabarda-Balkar Aqrar Meliorasiya İnstitutunu kənd təsərrüfatı alimi dərəcəsi ilə bitirmişdir. 1995-ci ildən "Nalçikski Zavod Nalçik ASC" Ticarət və Ümumi Məsələlər üzrə Baş Direktorunun müavini işləmişdir. 2002-ci ildən Kabbalkresursı ASC-nin Baş direktoru olur. 2003 - 2007-ci illərdə Nalçik Şəhər Yerli Özünüidarə Şurasının deputatı olur. 2009-cu ilin martında Kabarda-Balkariya parlamentinə seçilir.
Key Okami
Kei Okami (岡見 京子, Okami Keiko, 15 avqust 1859 – 2 sentyabr 1941) yapon fiziki. O, Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. == Həyatı == Key Okami 1858-ci ildə Aomori prefekturasında Nişida Keykoda anadan olub. O, 1878-ci ildə Yokohama Kyoritsi Qızlar Məktəbini bitirib və sonra Sakurai Qızlar Məktəbində ingilis dilini tədris edib. Key Okami 25 yaşında olarkən incəsənət müəllimi Okami Senkiçiro ilə evlənib. Cütlük sonra Birləşmiş Ştatlara səfər edib. == Tibb təhsili == Amerikada Key Okami Presbiteriyan Kilsəsininin Qadınların Xarici Missioner Cəmiyyətinin köməyi ilə Pensilvaniya Qadınlar Tibb Kollecində təhsil alıb. Dörd illik təhsildən sonra 1889-cu ildə oranı bitirib. O beləliklə Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. == Tibb karyerası == Yaponiyaya qayıtdıqdan sonra Key Okami Takaki Kanehironun dəvəti ilə Jikey Xəstəxanasında (indiki Jikey Tibb Universiteti Məktəbi xəstəxanası) işlədi.
Kovil nunatakı
Kovil nunatakı (bolq. Ковилски нунатак, ‘Kovilski Nunatak’ \'ko-vil-ski 'nu-na-tak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2020 m hündürlüklü nunatakdır. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir.Zirvə cənubi Bolqarıstanda yerləşən Kovil şəhərinin adını daşıyır. == Yerləşməsi == Kovil nunatakı 78°02′20″ c. e. 87°02′59″ q. u. koordinatlarında yerləşmişdir. Qoldtiveyt dağından 24.93 km qərbdə, Habli dağından 12.68 km şimal-qərbdə, Helfert nunatakından 15.46 km cənub-şərqdə yerləşmişdir. ABŞ xəritəsinə 1961-ci ildə daxil edilmişdir.
Leyma Qbovi
Leyma Roberta Qbovi (ing. Leymah Roberta Gbowee; 1 fevral 1972-ci il, Liberiya) — liberiyalı sülh aktivisti, 2011-ci ildə "Sülhyaratma prosesində iştirakına və qadınların təhlükəsizliyi, hüquqları uğrunda mübarizəyə görə" Elen Conson-Serlif və Tavakul Karman ilə birlikdə Nobel sülh mükafatı laureatçısı. == Bioqrafiya == Leyma Qbovi 1 fevral 1972-ci ildə mərkəzi Liberiyada anadan olub. 1989-cu ildən 1996-cı ilə qədər ölkədə xaosa səbəb olan Birinci Liberiya vətəndaş müharibəsi başlayanda o, 17 yaşında valideynləri və 3 bacısından ikisi ilə Monroviyada yaşayırdı. Müharibə qurtardıqdan sonra o, UNİCEF tərəfindən həyata keçirilən "İnsanları müharibə nəticəsində travma alanlara məsləhət verəcək sosial işçi olmağa hazırlamaq" adlı bir proqram haqqında öyrəndi. Qbovi bu haqda 2011-ci ildə xatirəsində yazırdı. O, üç aylıq bir təlim keçdi. O, müharibə illərində psixologiyanı öyrəndi və hərbi əməliyyatlarda iştirak edən uşaqlarla işlədi. Leyma Qbovi “yalnız analar cəmiyyətdə dəyişikliklər edə bilər” qənaətinə gəldi. O, özü altı uşaq anasıdır.
Mokvi çayı
Mokvi və ya "Mokva" çayı (abx. Мықу, gürc. მოქვი) - Abxaziyadan axan çay. Su hövzəsinin sahəsi 336 km²-dir. Orta su sərfi isə 18,1 m³/s-dir. Mənbə Kodori silsiləsinin cənub yamaclarında, xüsusən də Oxutske silsiləsində, Aduada dağının (2775 m) cənub-şərqində və Adueda-Adzıs gölü hövzəsində yerləşir. Çay Abxaziyanın Oçam rayonunun ərazisindən keçir. Oçam rayonu şəhərinin şimal - qərb hissəsindən keçərək Qara dənizə tökülür. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Çayın ətrafında Arasadzıx, Txina, Mokvi, Jal, Arad, Markula kimi böyük kəndlər yerləşir.
Novak Cokoviç
Novak Cokoviç (serba: Новак Ђоковић; 22 may, 1987, Belqrad, Serbiya) — serb tennisçi, hal-hazırda dünyanın 1 nömrəli tennisçisidir. == Karyerası == Novak Cokoviç — 2008 Avstraliya Açıq çempionu Serb tennisçi; 2007 Amerika Açıq finalisçısı; 2007 və 2008 Roland Garros (Fransa Açıq) və 2007, 2010 Uimbldon yarım finalçısı, dünyanın Rafael Nadal və Roger Federerdən sonra 3 nömrəli tennisçisi. Böyük Dəbilqə serialı tennis turniri qazanan ilk serb tennisçi. 2008-ci il Indian Vells çempionu. 2007-ci ildə Federeri məğlub edə bilən bir neçə tennisçidən biri. 2007 ili onun üçün bir yüksəliş ili saymaq olar. 2007-də ən böyük uğurunu Amerika Açıq Tennis turnirindəki ikinciliyi olmuşdur. Bu uğurdan əlavə 2007-ci ildə Roland Garros və Uimbldon turnirinlərində yarım final oynamağı isə onun nə qədər qabiliyyətli bir tennisçi olduğunu göstərməkdədir. 2008-ci ildə Avstraliya Açıq Tennis Turnirini Co-Vilfred Tsonqanı 4 setə məğlub edərək qazanmışdır (bu turnirdə bir set məğlub olmuşdur). Bu çempionluqla tarixdə Böyük Dəbilqə serialı tennis turniri qazanan ilk serb tennisçi olmuşdur.
Novak Đoković
Novak Cokoviç (serba: Новак Ђоковић; 22 may, 1987, Belqrad, Serbiya) — serb tennisçi, hal-hazırda dünyanın 1 nömrəli tennisçisidir. == Karyerası == Novak Cokoviç — 2008 Avstraliya Açıq çempionu Serb tennisçi; 2007 Amerika Açıq finalisçısı; 2007 və 2008 Roland Garros (Fransa Açıq) və 2007, 2010 Uimbldon yarım finalçısı, dünyanın Rafael Nadal və Roger Federerdən sonra 3 nömrəli tennisçisi. Böyük Dəbilqə serialı tennis turniri qazanan ilk serb tennisçi. 2008-ci il Indian Vells çempionu. 2007-ci ildə Federeri məğlub edə bilən bir neçə tennisçidən biri. 2007 ili onun üçün bir yüksəliş ili saymaq olar. 2007-də ən böyük uğurunu Amerika Açıq Tennis turnirindəki ikinciliyi olmuşdur. Bu uğurdan əlavə 2007-ci ildə Roland Garros və Uimbldon turnirinlərində yarım final oynamağı isə onun nə qədər qabiliyyətli bir tennisçi olduğunu göstərməkdədir. 2008-ci ildə Avstraliya Açıq Tennis Turnirini Co-Vilfred Tsonqanı 4 setə məğlub edərək qazanmışdır (bu turnirdə bir set məğlub olmuşdur). Bu çempionluqla tarixdə Böyük Dəbilqə serialı tennis turniri qazanan ilk serb tennisçi olmuşdur.
Nyovi (Alye)
Növi (fr. Neuvy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mulen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03200. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1578 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1112 nəfər (15-64 yaş arasında) arasında 794 nəfər iqtisadi fəal, 327 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70,8%, 1999-cu ildə 74.5%) olmuşdur. Fəal olan 794 nəfərdən 753 nəfər (382 kişi və 371 qadın), 41 nəfər işsiz (19 kişi və 22 qadın) idi. Fəal olmayan 327 nəfər arasında 134 nəfər şagird və ya tələbə, 149 nəfər təqaüdçü, 44 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Okumi (çay)
Okumi və ya Okum (abx.Uakəym, meqr. ოქუმ [Okum], gürcü ოქუმი [Okumi]) — Abxaziyadan Qara dənizə axan çay. Mənbə Gürcüstanın Sameqrelo və Zemo-Svaneti bölgələri ilə sərhədə yaxın dağlıq ərazidə yerləşir. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Çayın qırağında Okum, Açquara, Qudava kimi iri kəndlər yerləşir. Çayın əsas qolları: solda Eristskali (Ertskar və ya Böyük Eris-Tskali) sağda - Azura, Ohoja / Çuartal. == İstinadlar == == Xarici keçidlər == Лист карты K-37-XII. Масштаб: 1 : 200 000. Издание 1979 г. Лист карты K-37-XVIII. Масштаб: 1 : 200 000. Издание 1979 г.
Okumi çayı
Okumi və ya Okum (abx.Uakəym, meqr. ოქუმ [Okum], gürcü ოქუმი [Okumi]) — Abxaziyadan Qara dənizə axan çay. Mənbə Gürcüstanın Sameqrelo və Zemo-Svaneti bölgələri ilə sərhədə yaxın dağlıq ərazidə yerləşir. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Çayın qırağında Okum, Açquara, Qudava kimi iri kəndlər yerləşir. Çayın əsas qolları: solda Eristskali (Ertskar və ya Böyük Eris-Tskali) sağda - Azura, Ohoja / Çuartal. == İstinadlar == == Xarici keçidlər == Лист карты K-37-XII. Масштаб: 1 : 200 000. Издание 1979 г. Лист карты K-37-XVIII. Масштаб: 1 : 200 000. Издание 1979 г.
Oroçi dili
Oroçi dili — Oroçilərin dili. Tunqus-mancur dillərinə yaxın olaraq nanay və udegey dillərinə yaxındır. Rusiyanın Xabarovsk vilayətinin Komsomolsk, Sovetski-Qavanski, Uliç rayonlarında yayılmışdır. 2010-cu il ümumrusiya siyahıya alınmasına görə oroçi dilində danışanların sayı 8 nəfərdir. == Oroçii dili əlifbası == Oroçi əlifbası indiyə kimi qərarlaşmayıb: müxtəlif nəşrlərdə müxtəlif variantlar göstərilir, 2002-ci il variantı: Xabarovskda 2010-cu ildə buraxılan "Орочи кэсэни" elektron kitabında həmçinin К' к' hərfləri və uzun saitlər üçün makronlar da göstərilir. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == ЮНЕСКО — Орочский язык Arxivləşdirilib 2009-06-02 at the Wayback Machine C. Леонтович. Краткий русско-ороченский словарь с грамматической заметкой: Наречие бассейна р. Тумнин, впадающей в Татарский пролив, севернее Императорской гавани. Владивосток, Тип. Н. В. Ремезова, 1896.
Skrjabinus popovi
Skrjabinus popovi (lat. Skrjabinus popovi) Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Lanset şəkilli trematodlardır, uzunluğu 4,3, eni isə 1,05 mm-dir. Ağız sormacının uzunluğu 0,28 mm, eni 0,031 mm-dir. Bədənin ön qurtaracağından 0,966 mm məsafədə yerləşən, ağız sormacından 2 dəfə böyük müqayisəedici dərəcədə möhkəm olan qarın sormacının diametri 0,52 mm-dir. Udlaq qısadır. Dairəvi farinksin diametri 0,105 mm-dir. Oval şəkilli yumurtalıqlar asimmetrik şəkildə yanlarda, qarın sormacının arxa qurtaracağında yerləşir. Sağ toxumluğun böyüklüyü 0,178 mm, eni isə 0,241 mm, sol toxumluğunki isə 0,126 mm, eni 0,210 mm-dir. Cinsi bursa qarın sormacından öndə yerləşib uzunluğu 0,210 mm, eni 0,168 mm-ə çatır.
Tamara Kokova
Tamara Kokova — Aktrisa, Rusiyanın Əməkdar artisti. == Həyatı == Tamara Kokova 15 mart 1934-cü ildə Kabarda-Balkariya Sovet Respublikasının Nalçik şəhərində dünyaya gəlib. 1958-ci Anatoli Lunaçarski adına teatr incəsənəti universitetini bitirib. 1959-cu ildən "Gürcüstan-film" kinostudiyasının, 1961-ci ildən isə Dövlət aktyor Teatrının aktrisası olub. 1971-ci ildən RSFSR-in əməkdar artistidir. Aktrisa karyerasınn böyük hissəsində Qafqaz filmlərinə çəkilib.O cümlədən Azərbaycan filmlərində də maraqlı obrazlar yaradıb. Ən yaddaqalan obrazı, şübhəsiz ki, "Bir qalanın sirri" filmindəki Mətanət obrazıdır.Aktrisa film karyerasına yaşadığı ağır avtoqəza nəticəsində son qoymuşdur.Hazırda həyat yoldaşı vəkil Mark Voznesenskiy ilə Moskvada yaşayır. == Filmoqrafiya == Sevimli şərfim (film, 1956) Bir məhəllədən iki nəfər (film, 1957) Fatimə (film, 1958) Bir qalanın sirri (film, 1959) Uçqun (film, 1959) Həmzə (film, 1961) Zümrad (film, 1962) Öz qəlbindən soruş (film, 1964) İyirmialtılar (film, 1966) Ağ royal (film, 1966) Torpaq. Dəniz. Od.
Yaovi Akakpo
Yaovi Akakpo (11 mart 1999, Toqo) – Azərbaycan Premyer Liqasında çıxış edən Qəbələnin futbolçusu. == Karyerası == === Qəbələ === Qəbələdə ilk matçına 22 fevral 2020-ci ildə keçirilən Qəbələ-Neftçi matçının 83-cü dəqiqəsində çıxıb. Matç Neftçinin 0–2 hesablı qələbəsi ilə başa çatıb.Qəbələdə ilk qolunu isə 21 avqust 2021-ci ildə keçirilən Qəbələ-Keşlə matçının 11-ci dəqiqəsində vurub. Matç Qəbələnin 2–1 hesablı qələbəsi ilə başa çatıb.
İioka Okoavo
Iyeoka Okoawo ( /iːˈjoʊkə/ ) edir (1975-ci il 28 aprel təvəllüdlü) bir Nigeriyalı-Amerikalı şairə, musiqici, aktivist, pedaqoq və TEDGlobal-ın üzvüdür. Onun musiqisi soul, R&B, rok, hip hop və caz elementlərindən ibarətdir. == Erkən həyat == Birinci nəsil nigeriyalı-amerikalı Iyeoka Okoawo musiqi karyerasına başlamazdan əvvəl təcrübəli bir əczaçı idi. == Musiqi karyerası == Musiqi karyerasına şeirlərini caz, blues, funk və müjdə ilə birləşdirməsinə imkan verən musiqiçilərdən ibarət The Rock by Funk Tribe qrupunu qurmaqla başladı. 2004-cü ildə Phanai Records vasitəsi ilə Black and Blues adlı ilk tam uzunluqlu şeir mahnılarından ibarət albomunu buraxdı. Sonra qastrol səfərlərinə başladı və The Press Project -in Doğru albomu və Tempo Vadisinin Tempo xatirələri də daxil olmaqla digər sənətçilərin albomlarında göründü. [1] [2] Arxivləşdirilib 2021-04-16 at the Wayback Machine 2008 -ci ildə Iyeoka, ikinci şeir və musiqi qaynağı albomu Hum The Bass Line -ı yenidən Phanai Records -da buraxdı. Eye Iaoka, U2 -nin "The Name of Love: Africa U2 -ni qeyd edir" adlı U2 örtüklərinin tərtib edilməsi üçün hit olan "Desire" mahnısının üz qabığını hazırladı. Albom nümayiş Grammy mükafatlı o cümlədən / namizəd Afrika rəssamlar, Angelique Kidjo, Les Nubians, Sierra Leone's Refugee All Stars, Vieux Farka Touré, Vusi Mahlasela and the Soweto Gospel Choir, with proceeds benefiting the Global Fund. Iyeoka hazırda yeni albomu və şeirlərini dəstəkləmək üçün qastrol səfərindədir.
İrina Bokova
İrina Georgiyevna Bokova (d. 12 iyul 1952, Sofiya, Bolqarıstan) — Bolqarıstanın siyasi və ictimai xadimi, diplomat. 15 noyabr 2009-cu ildən UNESCO-nun Baş Direktoru. Bokova bu vəzifədə çalışan ilk qadındır.