Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akonit
Kəpənəkçiçək (lat. Aconitum) — qaymaqçiçəklilər sırasının qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Yunan mifologiyasına görə bu bitki, Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən göyərmişdir. Bu hadisə Akoni (yun. Aconae - ox, oxlu) şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır. == Təbii yayılması == == Botaniki təsviri == Akonit 50-199 sm hündürlükdə, çoxillik bitkidir. Çiçəkləri sarı, moruğu, ya da tünd mavi rəngdə olur. Ehtiva etdiyi alkoloidlər səbəbi ilə zəhərlidir.
Konçita Vurst
Tomas Noyvirt (alm. Thomas Neuwirth‎, 6 noyabr 1988[…]) — və ya səhnə adı Konçita Vurst kimi tanınan Avstriyalı transvistit müğənni. Konçita Vurst Avstriyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində "Rise Like a Phoenix" mahnısı ilə təmsil etmiş və 290 xalla müsabiqədə ölkəsinə qələbə qazandırmışdır. Müsabiqə sayəsində beynəlxalq səviyyədə şöhrət qazanan müğənni müxtəlif LGBT paradlarına, Avropa Parlamentinə və Birləşmiş Millətlər Təşkilatının Vyanadakı ofisinə dəvət olunmuşdur. Avstriyanın Qmunden şəhərində anadan olan Tom daha sonra modelyerliyi əsas hədəf götürərək yetkinlik imtahanına hazırlaşmaq üçün ölkənin Qrats şəhərinə köçmüşdür. Təhsilini bitirdikdən sonra 2007-ci ildə musiqi karyerasına başlamaq üçün Avstriyanın Starmania musiqi yarışmasında iştirak etmişdir. O qısa müddətlik fəaliyyətdə olan Jetzt Anders! qrupunun üzvü olmuşdur. O 2011-ci ildən etibarən Konçita Vurst adlandırdığı saqqalı qadın xarakteri kimi səhnə almağa başlamışdır. Konçita Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində öz ölkəsini təmsil etmək üçün "That's What I Am" mahnısı ilə Avstriyanın milli seçim turunda iştirak etmiş, lakin 2-ci yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur.