Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oko
Oko (Moskva) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən, 16 nömrəli binalar kompleksi. Morskie Oko — Polşanın cənubunda, Malopolski voyevodluğunda yerləşən göl.
Akop Akopyan
Hakob Hakobyan (erm. Հակոբյան Հակոբ; 1951, Mosul – 28 aprel 1988, Afina) — erməni terrorçusu ASALA terror təşkilatının qurucusu. Həmçinin Miqran Miqranyan və Harutyun Takoşyan adları ilə də tanınır. == Həyatı == Hakob Hakobyan 1951-ci ildə İraqın şimalındakı Mosul şəhərində anadan olmuşdur. Gənc yaşlarında Livana köçmüş və burada "Fələstin azadlıq cəbhəsi"nin sıralarına qatılmışdır. Bəzi erməni fəallarının təhriki və "Fələstin azadlıq cəbhəsi"nin yaxından iştirakı ilə Hakobyan ASALA terror təşkilatını qurur və onun başçısı olur. Lakin Hakobyanın təşkilatın idarəsində tətbiq etdiyi sərt metodlar təşkilat üzvlərinin bir hissəsinin narazılığına səbəb olur və bu narazılıq 1983-cü ildə təşkilatın parçalanması ilə nəticələnir. Fransa polisi Hakobyanı Orli hava limanındakı partlayışda və ASALA-nın digər aksiyalarında günahkar bilərək beynəlxalq axtarışa verir. Lakin Hakobyanı ələ keçirə bilmir. ASALA-dan qopmuş terrorçular digər terrorçu Monte Melkonyanın ətrafında cəmləşir.
Akop Kamari
Lüləsaz (əvvəlki adı: Akop Kamari) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Akop Kamari kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Akop Kamari kəndi Lüləsaz kəndi adlandırılmışdır.
Akop Vardovyan
Akop Vardonyan (erm. Յակոբ Վարդովեան; türk. Agop Vartovyan; təxəllüsü – Güllü Akop, erm. Կիւլլիւ Յակոբ, türk. Güllü Agop; 18 avqust 1830, Konstantinopol, Osmanlı imperiyası – 1898, Konstantinopol, Osmanlı imperiyası) — Osmanlı ermənisi olan teatr rejissoru və aktyoru. O, Türkiyədə İstanbul Şəhər Teatrlarına çevrilən müasir tamaşa sənəti qurumunun təməlini qoyduğu üçün geniş şəkildə tanınır. Yazıçılara, tamaşaçılara təşkilatçı, maliyyəçi və dəstəkçi kimi keyfiyyətlərinə görə Vardonyan bütövlükdə XIX əsr Türkiyə teatr sənətinin öncüllərindəndir. O, müasir Türkiyə teatrının banisi kimi tanınır. Akop Vardonyan bir Osmanlı ermənisi kimi öz teatrında müntəzəm olaraq erməni müəlliflərin tamaşalarını səhnələşdirirdi. 1868-ci ildən sonra o, müntəzəm olaraq sadəcə türkdilli tamaşaları təşkil etmək qərarına gəlmişdir.
Esteban Okon
Esteban Okonfr. Esteban Ocon; doğ. 17 sentyabr 1996 Normandiya, Fransa) — fransız avtopilotu. 2015-ci ildə GP3 yarış seriyasının qalibi. == Həyatı == Esteban Okon öz yarış karyerasına 2006-cı ildə başlayıb. Həmin səkkizinci yeri tutmuşdu.2007-cı ildə birinci yerə sahibləndi. 2008-ci ildə Esteban Cadet klassında Fransa çempionu olmuşdu.
Kop (albom)
Kop – Mustafa Sandal-ın 2003-cü ildə çıxardığı 6-cı albomudur. == Mahnı haqqında == "Kop" albomu Türkiyəyə məxsus "Erol Köse Production" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Pazara Kadar", "Geçmiş Olsun" mahnılarına, həmçinin, "Kopmam Lazım" mahnısının remiksinə klip çəkilmişdir.
Oko (Moskva)
OKO (rus. объединённые кристаллом основания) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən, 16 nömrəli binalar kompleksi. Kompleks iki tikilidən ibarətdir: 16A və 16B. OKO - sözü "Birləşmiş kristalların əsası" mənasının qısaltmasıdır. Cənubi qüllə kompleksi hündürlüyünə görə tikilib qurtaran binalar arasında Avropada ikinci yerdədir. Həm yaşayış, həm də ofis yerləri təxminən eyni ölçüdə binalarda yerləşdirilib: ofislərə 122493 m², mənzil üçün 122507 m² yer ayrılmışdır. == 16A göydələni == Göydələnlərdən biri - Cənubi qüllə 354 metr və 85 mərtəbədən ibarətdir. Hər iki binanın hazırda yeraltı mərtəbələri mövcuddur. == 16B göydələni == Şimali qüllə 49 mərtəbəli və 245 metr hündürlüyündədir. 16B nömrəli tikilidə üçulduzlu hotel , 330 otaq və 3740 avtomobil üçün dayanacaq yeri göydələn yerləşdirilmişdir. Otel 22 mərtəbədən ibarət və 79 metr yüksəkiyindədir.
Morskie Oko gölü
Morskie Oko (pol. Morskie Oko; slovak. Morské oko, "Dəniz gözü"; mac. Halas-tó, "Balıqlı göl")) — Polşanın cənubunda, Malopolski voyevodluğunda yerləşən göl. Tatra dağlarında yerləşən dərinliyinə görə dördüncü böyük göl. Morskie Oko gölü Tatra milli park ərazisininin Rıbıy Potok çayı dərəsində yerləşir. == Ümumi məlumat == Gölü əhatə edən dağların hündürlüyü 1000 metrdən yüksəkdir; Rısı zirvəsi (2499 m) polşa Tarasının ən yüksək zirvəsidir. Bundan başqa ərazidə Menquşoves (2438 m) və Mnix (2068 m) zirvələridə gölü əhatə edir. Gölü avropa şamı ağacları meşəsi əhatə edir.Keçmişdə göl "Balıqlı göl" adı ilə məşhur idi. Məhs zəngin balıq ehtiyatına malik olması bu adın verilməsinə səbəb olmuş.
Loko Moko
Loko Moko- Havayi mətbəxinə aid təam. Onun müxtəlif variantları mövcuddur, lakin ənənəvi Loko Moko hamburger çörəyi üzərinə düyü, yumurta, qəhvəyi qrevi qoymaqla hazırlanır. Digər növlərində tərkibinə Çili bibəri, basdırma, vetçina, Spam, linquiça, teriyaki toyuğu və müxtəlif ət növləri əlavə edilir. == Tarixi == Loko Moko ilk dəfə 1949-cu ildə, Hiloda, Linkoln Qril restoranında Riçard İnuye və həyat yoldaşı Nensi tərəfindən yeniyetmələr üçün hazırlanmışdır. İlk Loko Moko düyü və hamburger çörəyi üzərinə qrevi tökməklə hazırlanmışdır. Yumurta sonradan əlavə edilmişdir. Yeniyetmələr bu yeməyi onların üzvü olan Corc Okinotonun "Dəli"(ingiliscə:crazy) ləqəbinə uyğun adlandırıblar. Hilo orta məktəbində ispanca təhsil alan Corc Takanaşi "Loko" adını təklif edir ki, bu da ispancadan dəli mənasını verir. Moko hissəsi hissə loko sözü ilə uyğun olduğu üçün əlavə edilir.
Akon
Eykon (16 aprel 1973, Sent-Luis, Missuri) — Seneqal əsilli amerikalı müğənni, prodüser və iş adamı. == Diskoqrafiya == Trouble (2004) Konvicted (2006) Freedom (2008) El Negreeto (2019) == Turlar == Dar Es Salaam, Tanzania One-off Concert (2006).
Diop
Diop — Qambiya və Seneqalda daha çox işlədilən soyad. Sofiyan Diop — Monako klubunda çıxış edən Fransa futbolçusu. Ayda Diop — Seneqal sprinteri. Xudiya Diop — Seneqal dəb modeli. DeSaqana Diop — Seneqal basketbolçusu. Pape Seydu Diop — Seneqal futbolçusu. Papakuli Diop — Seneqal futbolçusu. Vasis Diop — Seneqal musiqiçisi. Şeyx Anta Diop — Seneqal tarixçisi və siyasətçisi. Binta Zahra Diop — Seneqal üzgüçüsü.
Ezop
Ezop (yun. Αἴσωπος, Aisōpos təq. e.ə. 620, Mesembriya[d] – təq. e.ə. 564, Delphi, Fessaliya və Mərkəzi Yunanıstan) — Əfsanəvi Ezop qədim yunan təmsil ustasıdır. Təxminən eramızdan əvvəl 620 – 564-cü illərdə yaşayıb. Ezopun real şəxsiyyət, yaxud ümumiləşdirici obraz olması indiyə qədər məlum deyil. Onun bioqrafiyası qeyri-müəyyəndir. Ən inandırıcı versiyaya görə, o kölə olub və sonradan ona azadlıq verilib.
GotoP
GotoP (ごとP, Goto Pī, d. 12 iyun 1969) — Yaponiya rəssamı. Yaponiyanın Gifu prefekturasının paytaxtı Gifu şəhərində anadan olmuşdur. İki vizual roman — "Wandaba Style" və "Close to: Inori no Oka" vizual romanlarının orijinal personaj dizayneridir. Ən tanınmış işi "Clannad" vizual romanına əsaslanan "Official Another Story Clannad" qısa hekayə kolleksiyası üçün çəkdiyi rəsmlərdir. == İşləri == Narcissu: Side 2nd Nagomi Hiyori Hidamari - GotoP Art Works Moegiiro Angel Beats!
Mokap
Mokap (ing. Mokap) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Mokap personajı Conni Keycin yaxın dostudur.
Mokoa
Mokoa (isp. Mocoa) — Kolumbiyanın cənubi-qərbində yerləşən şəhər və bələdiyyə, Putumayo departamentinin inzibati mərkəzi. == Coğrafi mövqeyi == Şəhər departamentin şimal-qərb hissəsində, Mərkəzi Kordilyer dağlarının ətəklərində, cənub-şərqdən təxminən 465 kilometr cənub-qərbdə yerləşən Boqata çayının sağ sahilində yerləşir. Mütləq yüksəklik dəniz səviyyəsindən 721 metrdir. Bələdiyyənin sahəsi 1030 km²dir. == Əhalisi == Kolumbiya Milli Statistika İdarəsi məlumatlarına görə 2012-ci ildə şəhər və bələdiyyə əhalisinin sayı 39.867 nəfər idi. İl ərzində şəhər əhalisinin dinamikası: 2005-ci il əhalinin siyahıya alınmasına əsasən, kişi əhalinin 49,4% -ni, qadınların isə müvafiq olaraq 50,6% -ni təşkil edir. İrqi ağ və mestizo şəhərin əhalisinin 75,1% -ni; hindlilər- 18,3%; zəncilər- 6,6%-ni təşkil edir. 15 yaşdan yuxarı əhali arasında oxuma yazma nisbəti 94,4% olmuşdur.
OBON
OBON (Orta Asiya) (Əlahiddə Təyinatlı Qadınlar Dəstəsi/Отряд Баб Особого Назначения) — Orta Asiyada kütləvi informasiya vasitələri ilə işıqlandırılan mitinqlərdə və digər açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə qalmaqal, qarışıqlıq, təxribat (provokasiya) və bu kimi digər pozucu hərəkətlər törətmək üçün öz xidmətlərini təklif edən/satan qadınları ifadə etmək üçün istifadə olunan termin. Əsasən onların xidmətləri hədəfə alınmış tədbir təşkilatçılarının oponentləri (rəqibləri) olan sifarişçi tərəfindən ödənilir. Obonun fəaliyyətinə mitinqlər (kontr-mitinqlər, kvazi-mitinqlər) təşkil etmək və hədəf mitinqləri dağıtmaq, hədəf mitinqlərin gedişatını pozmaq, toplantı iştirakçılarına, mitinqi keçirən şəxs(lər)ə və təşkialat(lar)a təzyiqlər göstərmək, onları başqa insanların gözü qarşısında alçaltmaq, təhqir etmək və döymək, inzibati və digər binaları, toplantı məkanlarını tutmaq, yolları kəsmək, siyasətçiləri tutduğu mövqedən məhrum etmək və sair bu kimi xuliqanlıq hərəkətləri aid edilir. Obonun fəaliyyətinə hədəfə alınanların özlərinə və yaxınlarına zor tətbiq etmə və onları oğurlama, onların əmlakını məhv etmə və sair bu kimi digər fiziki və psixoloji zor tətbiq etmə və belə zor tətbiq etmə hədəsi ilə müşayiət oluna bilir.. XXI əsrdə daha çox Özbəkistan hakimiyyət tərəfindən müxaliflərinə qarşı və Qırğızıstanda Aksıy hadisələri zamanı istifadə olunub. Tətbiqinin yaradıcısı kimi Usen Sıdıkov hesab olunur. O parlament seçkilərində Əsgər Akayev tərəfindən seçkilərdən uzaqlaşdırılanda . obon(çu)ların xidmətindən istifadə edib. Digər postsovet ölkələrində də oxşar təyinatlı insanlardan istifadə olunub. == Tarix == Yaranma mənşəyi cibgirlərin məşhur praktikasına gedib çıxır.
OLAP
Operativ analitik emal – OLAP (ing. online analytical processing) – idarəedici qərarların qəbul edilməsini dəstəkləmək məqsədi ilə çoxölçülü verilənlərin yığılmasını, saxlanmasını və analizini yerinə yetirən texnologiyadır. == Ümumi məlumat == Verilənlərin operativ analitik emalı sistemlərinin üzərində duran əsas məsələ VX-də yığılmış informasiyaya (verilənlərə) kompleks baxışı, bu verilənlərin ümumiləşdirilməsi, aqreqatlaşdırılması, verilənlərin hiperkub təsvirini və çoxölçülü analizini təmin etməkdir. Bu əməliyyat ya xüsusi çoxölçülü VBİS-də və ya relyasiya texnologiyalar çərçivəsində yerinə yetirilir. İkinci halda əvvəlcədən aqreqatlaşdırılmış verilənlər ulduzvari VB-da yığılır və ya informasiyanın aqreqatlaşdırılması relasiya VB-nın detal verilənlərinin skaneri zamanı baş verir. OLAP, onlayn rejimində verilənlərin çoxölçülü, operativ, analitik emalı deməkdir. OLAP, ilkin verilənləri idarəedici qərarların qəbul edilməsi üçün istifadə olunan informasiyaya çevirir. == Analitik analizin imkanları == OLAP məhsulları vasitəsilə aparılan analizin ən maraqlı və mürəkkəb imkanlarından biri proqnozlaşdırma və gizli tendensiyaların üzə çıxarılmasıdır. Proqnozlaşdırma predmet sahəsinin xüsusiyyətlərindən asılı olduğuna görə, bu sahədə universal alqoritmlər yoxdur. Analitik əlavələrin yaradılmasında istifadə olunan müxtəlif alətlərə bir-neçə alqoritm daxildir ki, onlar xətti, eksponensial trend və movsüm dəyişmələrindən asılıdırlar.
Obol
Obol (q.yun. ὀβολός, translit. obolos, həmçinin ὀβελός (translit. obelós), ὀβελλός (translit. obellós), ὀδελός (translit. odelós). hərfi tər. "mismar"; lat. obolus) — Qədim Yunanıstanda yaranan çəki vahidi və valyuta. == Tarixi == Obol Qədim Yunanıstanda ilk öncə çəki vahidi, sonralar isə 1/6 dirhəmə bərabər mis pul kimi istifadə olunurdu.
Okan
Okan — ad. Okan Buruq — futbolçu, futbol məşqçisi. Okan Yeşilot — tarixçi. Okan xan — türk və altay mifologiyasında sülh ilahı.
Okapi
Okay
Okay xan — türk və altay mifologiyasında sehrbaz ilahı. Su altında yaşayır. Su altında yaşayan, kənar dünya ilə əlaqəli bir cadugərdir. İnsan qanından meydana gələn dənizlər ilə əhatə olunmuş bir evi olduğu düşünülər. Yaşadığı qalanın ətrafındakı dənizlər insan qanından və qırmızıdır. Qalanın həyəti heyvan kılığındaki insanlarla doludur. Onları bu qılığa Okay soxmuşdur. Bazası dənizdə tavanı səmada olan bu qala tamamilə insan çənəsindən hörülmüşdür. Bəzən su içənləri saqqallarından tutaraq suya çəkər. == Etimologiya == (Oğ/Og/Ok) kökündən törəmişdir.
QKÇP
Dövlət Fövqəladə Vəziyyət Komitəsi (DFVK) − SSRİ-də 1991-ci ilin 18 avqust − 20 avqust tarixləri arasında hakimiyyəti ələ almış 8 nəfər yüksək vəzifəli şəxsdən ibarət qurum. Sonradan "Avqust qiyamı" adı ilə tanınan və dövlət çevrilişi kimi qiymətləndirilən bu qurumun hakimiyyət dövrü cəmi 3 gün davam etmişdir. Qurumu təşkil edənlərdən, intihar etmiş 1 nəfər istisna olmaqla, yerdə qalan digərləri həbs olunsalar da, həbs olunanlardan hamısı daha sonra amnistiya ilə azadlığa buraxılmış və onlardan biri məhkəmə hökmü ilə bəraət almışdır.
Öküz
Öküz — iş heyvanı kimi istifadə edilən buğa (burulmuş erkək inək). == Ümumi məlumat == Kecmişdə minik-yük nəqliyyatı vasitəsi kimi iribuynuzlu heyvanlardan (kəl, öküz, zebu) da geniş istifadə edilmişdir. Hələ qədim zamanlardan iribuynuzlu mal-qara qoşqu qüvvəsi kimi əkinçilərin həyatında mühüm rol oynamışdır. Qafqazda və Ön Asiyada əsas iş heyvanı hesab edilən öküz və kəllər maldar tayfalar və əkincilər tərəfindən yuksək qiymətləndirilmiş və nəhayət, sitayiş obyektlərindən birinə cevrilmişdir. Qədim Mingəçevirdən tapılan heyvan fiqurunun təsdiqi gostərir ki, e.ə. I minillikdə öküzlərdən yük heyvanı kimi istifadə etmişlər. Sonrakı dövrlərdə də, hətta XIX əsrin 30-40-cı illərinə qədər iribuynuzlu heyvanlardan yük və qoşqu qüvvəsi kimi istifadə edildiyini müxtəlif yazılı və etnoqrafik məlumatlar təsdiq edir. İribuynuzlu heyvanlardan yükdaşıma vasitəsi kimi köçmə maldarlıqla məşğul olan əhali daha cox istifadə edirdi. Xüsusilə arandan yaylağa doğru uzanan köç yollarında ev müxəlləfatı və barxana doldurulmuş fərməşləri iribuynuzlu heyvanlara yükləyir, qadın və uşaqları da onun üstünə mindirirdilər. İctmai, iqtisadi və siyasi vəziyyətlə əlaqdar iribuynuzlu heyvanlardan yük daşımaq məqsədilə təkcə kəndli təsərrüfatlarında deyil, hərbi hissələrdə də istifadə olunmuşdur.
İKDP
İran Kürdüstanının Demokratik Partiyası və ya Kürdüstan Demokrat Partiyası — İran kürdlərinin siyasi partiyası olub , əsas məqsədi Federal Respublika çərçivəsində kürdlərin milli hüquqlarının qorunmasıdır. == Yaradılması == 1945-ci il avqustun 16-da Qazi Məhəmməd tərəfindən əsası qoyulmuşdur. 1946-cı il yanvarın 22-də Qazi Məhəmməd Mahabad Cümhuriyyətinin müstəqilliyini elan etdi və prezidenti oldu. 1946-cı il dekabrın 15-də isə yenidən İranın tərkibinə keçdi. Respublika tənəzzülə uğradıldıqdan sonra bütün üzvləri edam edildi və bununla da partiyanın fəaliyyərinə son qoyuldu. Partiya 1951–1953-cü illər arasında yenidən kuliminasiya yaşadı. Adlardakı oxşarlığa baxmayaraq İran Kürdüstanının Demokratik Partiyası tayfa əlaqələrini müasirləşdirməyə çalışan, elitist, İraqdakı Kürdüstanın Demokratik Partiyası isə güclü tayfa əlaqələrinə arxalanan partiyadır. İKDP solçu partiyadır və yaradılışının ilk illəri (1945–1946) istisna olmaqla müstəqillik yox, muxtariyyət üçün mübarizə aparıb.
ƏKOB
Ən kiçik ortaq bölünən — a və b natural ədədlərinin hər ikisinə bölünən ən kiçik natural ədədə a və b-nin ən kiçik ortaq bölünəni deyilir və ƏKOB (a;b) kimi işarə olunur. ƏKOB (a;b)-ni tapmaq üçün a və b sadə vuruqlarına ayrılıb qüvvət kimi göstərilir. Bütün sadə vuruqlardan qüvvəti böyük olanlar seçilir. == Nümunə == Nümunə: ƏKOB (16;24) = ? 16=2×2×2×2 24=2×2×2×3 ƏKOB(16;24)=2×2×2×3×2=48 42=2×3×6×7×14×21 70=2×7×10×35 ƏKOB(42:70)=210 Yəni böyük ədədin sadə vuruqlarını kiçikdə olub böyükdə olmayan sadə vuruqlara vururuq. == Xüsusi hallar == Birdən başqa ortaq bölənləri olmayan natural ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Qarşılıqlı sadə ədədlərin ən kiçik ortaq bölünəni onların hasilinə bərabərdir. Ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏKOB (10, 11)=110 Ardıcıl tək ədədlər də qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏKOB (5, 7)=35 Ədədlərdən biri digərinin bölənidirsə, ƏKOB bu ədədlərdən böyüyünə bərabərdir.
İkon
Simvol (q.yun. σύμβολον) — Ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunması. Bədii dildə məcaziliklə daha çox bağlı olan anlayışlardan biri simvoldur. Simvol yunanca simbolon sözündən olan şərti əlamət mənasını bildirir. Azərbaycan ədəbiyyatında simvol sözü bəzən rəmz termini ilə də əvəz olunur. Rəmz ərəb sözü olub işarə ilə müəyyən məqsəd anlatmaq, müəyyən fikir ifadə etmək mənasını bildirir. Buradan aydın olur ki, ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunmasına simvol deyilir. Simvolu ancaq yazılı ədəbiyyatla məhdudlaşdırmaq olmaz. Müəyyən işarə ilə, əlamətlə bu və ya başqa fikir ifadə etmək, mətləb bildirmək üçün xalq danışığında da simvoldan istifadə olunur, həm də danışıqda işlədilən bu və ya digər simvol, demək olar ki, əksəriyyət tərəfindən başa düşülür. Bədii əsərdə simvoldan bu və ya başqa surətin xarakterini açmaq, səciyyəvi cəhətlərini oxucunun nəzərinə çatdırmaq üçün istifadə edilir.