Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rokuci Morimoto
Rokuci Morimoto (森本六爾, Morimoto Rokuci, 2 mart 1903, Nara prefekturası – 22 yanvar 1936) – Yaponiya arxeoloqu. Rokuci Morimoto 1903-cü ildə Yaponiyanın Nara prefekturasında doğulmuşdur. Nara şəhərində yerləşən Unebi orta məktubunu bitirən Morimoto gənc yaşlarından etibarən arxeologiyaya maraq göstərməyə başlamışdır. 1924-cü ildə Yonekiçi Miyakedən arxeologiya üzrə dərslər almış və Tokio Ali Normal Məktəbində müəllim köməkçisi olmuşdur. 1929-cu ildə Tokio Arxeologiya Cəmiyyətini (東京考古学会, Tokyo Koko Qakkay) qurmuş və təşkilat tərəfindən nəşr olunan "Kokogaku" jurnalının redaktoru olmuşdur. 1931–32-ci illərdə Fransada təhsil almışdır. Morimotonun maraq dairəsinə Yayoy dövrünün yaş düyü təsərrüfatı texnologiyası və qədim Yaponiyanın kofunları daxil idi. "Nihon noko bunka no kiqen" (1941, "Yaponiyada kənd təsərrüfatının mənşəyi") "Nihon kokoqaku kenkyu" (1943, "Yaponiya arxeologiyası üzrə tədqiqatlar") Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha.
Kuşit dilləri
Kuşit dilləri — Şimal-Şərqi və Şərqi afrikada yayılmış sami-hami dilləri qrupu. Kuşit dillərində 15,1 milyon adam danışır (1975). Kuşit dillərinə aqau, bedauye (beca), saxo, afar (danakil), Somali, qalla, sidamo, kimirra, ometo, kaffa, konso, arbore, eləcə də az öyrənilmiş moqoqoda, dume, daxalo (sane) və s. dillər daxildir. == İstinadlar == == Ədəbiyyat == А.П.Долгопольский. Сравнительно-историческая фонетика кушитских языков.
Okumi (çay)
Okumi və ya Okum (abx.Uakəym, meqr. ოქუმ [Okum], gürcü ოქუმი [Okumi]) — Abxaziyadan Qara dənizə axan çay. Mənbə Gürcüstanın Sameqrelo və Zemo-Svaneti bölgələri ilə sərhədə yaxın dağlıq ərazidə yerləşir. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Çayın qırağında Okum, Açquara, Qudava kimi iri kəndlər yerləşir. Çayın əsas qolları: solda Eristskali (Ertskar və ya Böyük Eris-Tskali) sağda - Azura, Ohoja / Çuartal. Лист карты K-37-XII. Масштаб: 1 : 200 000. Издание 1979 г. Лист карты K-37-XVIII. Масштаб: 1 : 200 000. Издание 1979 г.
Okumi çayı
Okumi və ya Okum (abx.Uakəym, meqr. ოქუმ [Okum], gürcü ოქუმი [Okumi]) — Abxaziyadan Qara dənizə axan çay. Mənbə Gürcüstanın Sameqrelo və Zemo-Svaneti bölgələri ilə sərhədə yaxın dağlıq ərazidə yerləşir. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Çayın qırağında Okum, Açquara, Qudava kimi iri kəndlər yerləşir. Çayın əsas qolları: solda Eristskali (Ertskar və ya Böyük Eris-Tskali) sağda - Azura, Ohoja / Çuartal. Лист карты K-37-XII. Масштаб: 1 : 200 000. Издание 1979 г. Лист карты K-37-XVIII. Масштаб: 1 : 200 000. Издание 1979 г.
Kuci Kəhrəba Muzeyi
Kuci Kəhrəba Muzeyi (久慈琥珀博物館, Kuci Kohaku Hakubutsukan) – Yaponiyanın İvate prefekturasının Kuci şəhərində yerləşən və kəhrəbaya həsr olunmuş muzey. Muzey ekspozisiyasına kəhrəbalar, nadir əşyalar, kəhrəba içərisində qalmış fosillər, arxeoloji və tarixi materiallar daxildir. Yaponiyanın yeganə kəhrəba muzeyidir. == Tarixi == Kuci regionu Yaponiyada ən böyük kəhrəba istehsalçısı kimi tanınır. Kuci kəhrəbası Gec Təbaşir dövrünə aid edilir və qədim dövrlərdən etibarən Yaponiyada hasil edilir. Regionda hasil edilmiş kəhrəbalarda fosillər və yeni növlər aşkarlanır. Muzey 1984-cü ildə "Kuji Amber" şirkəti tərəfindən açılmışdır. 2024-cü ildə muzeyin 40 illiyi münasibətilə "Böyük kəhrəba sərgisi" adlı xüsusi sərgi keçirilmiş, içərisində cücü fosili olan 40 kəhrəba nümayiş etdirilmişdir. == Ekspozisiya == Muzey qədim zamanlardan etibarən kəhrəba hasilatı ilə məşğul olan Kuci şəhərində, Osavada çayının sahilində yerləşir və Yaponiyada kəhrəbaya həsr olunmuş yeganə muzeydir. Muzey əsas və yeni bina olmaqla iki ayrı binadan ibarətdir.
Un-no Kuçi döyüşü
Un-no Kuçi döyüşü -- 1536-cı ildə (yp 海ノ口城, un-no kuçi jou, sözün əsl mənasında Un-no Kuçi qalası kimi adlandırılır) o zaman on beş yaşlı Takeda Harunobunun ilk böyük qələbəsi idi. Daha sonra Takeda Şingen adını alacaq və Yaponiyanın ən məşhur sərkərdələrindən birinə çevriləcək. Harunobunun atası Takeda Nobutora, Un no Kuçidəki qalasında Hiraqa Genşinə hücum etdi, lakin geri çəkilməyə məcbur oldu. Harunobu, geri çəkilən qüvvələrin arxasında, qaladan təmizlənənə qədər gözlədi və sonra geri çevrildi və Takedanın qaçdığını görərək, hazırlıqsız tutulan bir qala qarnizonunu məğlub etmək üçün adamlarını apardı. Şingen 1541-ci ildə Takeda lideri olaraq atasını qəsb etdi və Şinano'yu fəth edərək Nobutora'dan üstün olmağa qərar verdi. 1542-ci ildə əyaləti işğal etdi və nəticədə orada iyirmi ildən çox döyüşdü.