Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Levina
İzabella Levina Luen (alm. Isabella Levina Lueen‎; 1 may 1991, Bonn, Şimali Reyn-Vestfaliya) və ya sadəcə Levina — Almaniya müğənnisi və bəstəkarı. O, Almaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == İzabella Levina Luen 1 may 1991-ci ildə Almaniyanın Bonn şəhərində anadan olmuş və Kemnits şəhərində böyümüşdür. O Kemnitsdə Dr. Vilhelm Andre gimnaziyasına daxil olmuş və 2009-cu ildə Böyük Britaniyanın Kembric şəhərində Beynəlxalq Bakalavriat dərəcəsi ilə təhsilini başa vurmuşdur. Daha sonra Levina Londona köçərək, London Kral Kollecindən bakalavr dərəcəsini qazanmışdır. Hal-hazırda London Musiqi Kollecində təhsil alır. === 2017 Avroviziya Mahnı Müsabiqəsi === 2016-cı ildə Levina Almaniyanın NDR telekanalının Avroviziya üçün təşkil etdiyi Unser Song 2017 milli seçim turunda iştirak etmişdir. Yarışmanın finalına yüksəlməyə nail olan müğənni nəticədə "Perfect Life" mahnısı ilə Almaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır.
Lenin
Vladimir İliç Ulyanov və ya qısaca Lenin (rus. Влади́мир Ильи́ч Ле́нин, 22 aprel 1870[…], Simbirsk, Simbirsk quberniyası[d], Rusiya imperiyası – 21 yanvar 1924[…]) — rus inqilabçısı, marksist, publisist, leninizm nəzəriyyəsinin yaradıcısı, SSRİ-in qurucusu. Vladimir Lenin tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Ailəsi == Lenin (həqiqi soyadı Ulyanov) Vladimir İliç KP (B) partiyasının və Sovetlərin qurucusudur. Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun — İlya Nikolayeviç Ulyanovun (1831–1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur. Leninin ailəsi çoxmillətli olmuşdur və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir — çuvaş, kalmık, rus, alman, yəhudi, isveç. Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdir. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasili Ulyanov qalmışdır.
Olein
Olein turşusu(tsis 9-oktadetsen turşusu)СН3(СН2)7СН=СН(СН2)7СООН -doymamış yağ turşusudır. Omega-9 doymamış yağ turşular qrupuna aiddir. == Fiziki xassələri == Olein turşusu yağlı mayedir, sudan yüngüldür, qoxusuz, rəngsiz, suda həll olunmur, yalnız üzvi həlledicilərdə həll olunur (benzolda, xloroformda və s.). == Alınması == Texniki olein turşusu müxtəlif bitki yağlarının hidrolizi zamanı alınır, məsələn, günəbaxan, soya və ya xardal. Bu məhsul qida məqsədləri üçün tamamilə yararsızdır. Alınan turşuları fraksiyalara ayırmaqla və ya metanoldan və asetondan–400C temperaturda təkrar kristallaş- dırılma yolu ilə əldə edilə bilər. Təbiətdə müxtəlif heyvan mənşəli piylərin tərkibində olur məs. donuz, mal piyində həmçinin bitki yağlarındada (zeytun, badam, günəbaxan,avokado,palma, arqan və s. ). == Kimyəvi xassələri == Olein turşusuna ozonla təsiri nəticəsində ozonid alınır.
Anna Uşenina
Anna Uşenina (ukr. Анна Юріївна Ушеніна; 30 avqust 1985, Xarkov) — 2012-ci ilin noyabrında Qadınların Dünya Şahmat Çempionatının qalibi olmuş və bu adı 2013-cü ilin sentyabrına kimi qoruyub saxlamış Ukraynalı qrosmeyster. == Şəxsi həyatı == Uşenina doğulduğu şəhər olan Xarkovda yaşayır. 7 yaşı olanda anası musiqi və rəssamlıqla yanaşı onu şahmatla tanış etdi. O, düz 15 ildən sonra (20 yaşında) Ukraynada qızlar arasında keçirilən çempionatda çempion oldu. 2000–2002-ci ildə Xarkov idman məktəbində şahmat öyrənməsinə baxmayaraq, o, şahmat bacarıqlarının çoxunu özü öyrənmişdi. Bu idman məktəbində onun məşqçisi Beynəlxalq Usta Artem Tsepotan idi. == Qadınların dünya çempionatı == 2012-ci il Qadınların Dünya Şahmat Çempionatının finalında Antoaneta Stefanova üzərində tay-brekdə qələbə qazandı. Bu çempionluq ona qrosmeyster adını almaq hüququnu verdi. O, 2013-cü ildə Qadınların Dünya Şahmat Çempionatında Hou Yifana uduzaraq, bu adı itirdi.
Suva Planina
Suva Planina (serb :Сува планина «quru dağ») - Serbiyanın cənub-şərqində dağ massivi. Silsilə Nişka Banya (şimal-qərbdə) şəhəri ilə Babuşnisa (cənub-şərq) şəhəri arasında yerləşir. Şimalda massiv Bela Palanka şəhəri ilə həmsərhəddir. Suva Planina dağlarında Serbiyada yaşamış neandertal insanın qalıqları aşkar edilmişdir. Qalıqlar 2019-cu ilin aprelində tapılmışdır. == Ümumi məlumat == Suva Planina massivinin ən yüksək zirvəsi Tremdir (1810 m). Hündürlüyünə görə ikinci zirvə Qolemodur (1714 m). Üçüncü ən hündür zirvə Pitika olub hündürlüyü 1683 metrdir. Massivin adı ərazidə bulaqların çox olması ilə əlaqədardır. Suva Planinada iki təbi bulaq var:Bojanine Vode və Rakoš Česma.
Velika Planina
Velika Planina (sloven. Velika planina) ― Sloveniyada, paytaxt Lyublyana şəhərindən 50 km şimal-şərqdə yerləşən dağlıq karst yaylası. Yayla 5,8 kvadrat kilometr ərazini əhatə edir və dəniz səviyyəsindən orta hesabla 1,500 metr (4,900 ft) yüksəkdə yerləşir. Ən yüksək nöqtəsi 1,666 metr (5,466 ft) hündürlüyündəki Qradişçe dağıdır. Velika Planina yaylası qışda xizək kurortu, yayda isə istirahət yeri kimi turizm mərkəzidir. Velika Planina hərfi mənada "dağ otlağı" deməkdir. Ərazidə 300 baş mal-qara otlaya bilər. Bu gün Velika planina seyrək küknar meşələri və cırtdan şam ilə əhatə olunmuş və tipik karst çuxurları ilə səciyyələnir. == Tarix == İnsanın Velika Planinada erkən tarixlərdən bəri mövcud olduğuna dair dəlillər mövcuddur. Yayla orta əsrlərdə otlaq kimi istifadə edilmişdir.
Mirounga leonina
Cənub dəniz fili (lat. Mirounga leonina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin dəniz fili cinsinə aid heyvan növü. Dünyada Pərayaqlılara daxil olan ən boyük canlıdır. Onun ölçüləri 6 metr uzunluğa və 4 ton çəkiyə malik olurlar. Bu canlı "fil" adını malik olduğu xotumu və iri çəkisi ilə əlaqədardır. Burnu iri kisəçik formasındadır. Döyüşlər zamanı xortumlarından istifadə edirlər. Bu növün "Cənub" dəniz fili andanmasının səbəbi isə onun əsasən Antarktika sahillərində yaşaması ilə əlaqədardır. Şimal dəniz fili isə Şimali Amerika, xüsusi ilə Kaliforniya sahillərində (Mirounga angustirostris) yaşayırlar. == Xariçi görünüş == Bədən quruluşu iri olub, iri sinəyə malikdir.
Larisa Olxina
Larisa Olxina (d. 9 noyabr 1968) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Larisa Olxina, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Lenins Weg
Lenin yolu (alm. Lenins Weg‎) — 1932-1936-cı illər ərzində Helenendorf və bir müddət sonra Bakı şəhərində nəşr olunmuş alman dilində qəzet. Kommunist yönümlü olan qəzet Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin dəstəyi ilə nəşr edilmişdir. Lenin yolu qəzeti Qafqaz almanları arasında kommunist ideyalarının yayılmasına hesablanmışdı.
Olqa Levina
Olqa Levina (d. 4 mart 1985; Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Olqa Levina Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. Daha sonra Olqa Levina Rusiya yığmasının heyətində 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Yekaterina Levina
Yekaterina Levina (1 fevral 1997) — İsraili təmsil edən bədii gimnast. Yekaterina Levina 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Levina həm də I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Yekaterina Levina 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Zinaida Lunina
Zinaida İqorevna Lunina (d. 18 aprel 1989) — Belarusu təmsil edən bədii gimnast. Zinaida Lunina, Belarusu 2008 Pekin Olimpiadasında təmsil edib və bürünc medal qazanıb. == Karyerası == Zinaida Lunina, 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Olesya Babuşkina, Kseniya Sankoviç və Alina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Olenivka həbsxanasında qətliam
Olenivka həbsxanasında qətliam — 29 iyul 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Donetsk vilayətinin Olenivka yaxınlığındakı Molodijne kəndində Rusiya tərəfindən idarə olunan həbsxanada ukraynalı hərbi əsirlərin yerləşdiyi binanın dağıdılması. Hadisə nəticəsində , 53–62 ukraynalı hərbi əsir həlak olmuş, 75–130 nəfər yaralanmışdır. Əsirlər əsasən Mariupolun mühasirəsində Ukraynanın son qalası olan Azovstal kompleksinin əsgərləri idilər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirmişdir ki, Rusiya orada ukraynalı əsirlərin işgəncə və qətlini ört-basdır etmək üçün kazarmanı partlatmışdır və Ukrayna rəsmiləri əvvəlcədən qazılmış məzarların peyk şəkillərini təqdim etmişdilər. Rusiya HIMARS raketinin Ukrayna ərazisindən vurulduğunu irəli sürmüşdür. Məhkəmə və silah ekspertlərinin işinə, habelə peyk şəkillərinə əsaslanan müstəqil araşdırmalar, hadisələrin Rusiya versiyasının çox güman ki, uydurma və dezinformasiya olduğunu müəyyən etmişdir, çünki zərərin HIMARS raketi tərəfindən vurulması ehtimalı praktiki olaraq yoxdur və bunun əvəzinə sübutlar həbsxananın binanın içərisində partladılmış bomba ilə partladıldığı göstərir. 3 avqustda BMT-nin baş katibi Antoniu Quterreş həm Rusiya, həm də Ukraynanın tələbi ilə faktaraşdırıcı missiya yaratmaq qərarını açıqlamışdır. Buna baxmayaraq, Rusiya BMT və Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlıqdan imtina etmiş və faktaraşdırıcı missiya ləğv edilmişdir. == Reaksiyalar == 29 iyul 2022-ci ildə verdiyi bəyanatda Avropa İttifaqının xarici əlaqələr üzrə yüksək vəzifəli rəsmisi Jozep Borrell Rusiyanı hücumda günahlandırmış, bunu "dəhşətli vəhşilik" və "barbar hərəkət" adlandırmışdır. Estoniya, Birləşmiş Krallıq və Fransa rəsmiləri də oxşar münasibət bildirmişdilər.
"Lenin" mükafatı
== Həmçinin bax ==
"Lenin" ordeni
Lenin ordeni — SSRİ-nin ən yüksək mükafatı. 6 aprel 1930-cu ildə SSRİ MİK-in fərmanı ilə yaradılıb. Nikolay Patoliçev, Dmitri Ustinov 11 dəfə, Şərəf Rəşidov, Yefim Slavski, Aleksandr Yakovlev 10 dəfə bu ordenə layiq görülmüşdür.
Lenin Mükafatı
== Həmçinin bax ==
Lenin Ordeni
== 1950-ci illər ==
Lenin bayrağı
Lenin bayrağı (qəzet, Vartaşen) — Sovet dövründə İndiki Oğuz rayonunda nəşr edilən qəzet. 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamışdı. Lenin bayrağı (qəzet, Nuxa) — 8.05.1962-ci il − 30.06.1965-ci il tarixləri arasında Nuxa (Şəki) şəhərində nəşr olunmuş qəzet.
Lenin meydanı
Lenin meydanı — Vladimir İliç Leninin adı verilmiş meydanlar. Lenin meydanı (İşimbay) — İşimbay şəhərində meydan. == Adı dəyişdirilənlər == Lenin meydanı — Bakı şəhərindəki Azadlıq meydanı. Lenin meydanı — Tbilisi şəhərindəki Azadlıq meydanı.
Lenin oğlanları
Lenin oğlanları (mac. Lenin-fiúk) — 1919-cu ildə qısamüddətli Macarıstan Sovet Respublikasını dəstəkləmək üçün yaradılmış olan Macarıstandakı qırmızı terrorda baş rol oynamış olan kommunist təşkilat. Qrup dəri jaket geyinmiş təxminən 200 adamdan ibarət idi. Tibor Szamuely, hərbi komissar olanda, birliyin komandiri József Cserny olmuşdur. Lenin uşaqlarından kommunizm əleyhinə çıxış edənlərin səsini boğmaq üçün istifadə etmişdirlər. Kommunist lider Bela Kun, uğursuz olmuş 1919-cu ilin iyun ayında baş tutmuş əks-inqilabi çevriliş cəhdindən sonra, Lenin oğlanlarının, müxalifətin aradan qaldırılması istiqamətində atılmış addımlarında qəddar ola bilmələrinə icazə vermişdir. Terrorun qurbanlarının sayında fərqliliklər mövcuddur. Albert Verinin (Albert Vary) 1922-ci ildə çap olunmuş “Macarıstanda Qızıl Terror Qurbanları” adlı kitabında, Tibor Szamuely və József Cserny rəhbərliyi altındakı dəstələr tərəfindən 590 adamın edam edildiyi bildirilmişdir. Kommunistlər məğlub olurdular. Fransızların dəstəklədiyi Rumıniya ordusu 6 avqust 1919-cu ildə Macarıstana daxil olaraq Budapeşti kommunistlərdən təmizlədi.
Lenin rayonu
Lenin rayonu (Bakı) — Bakıda rayon, indi ki Sabunçu rayonu. Lenin rayonu (Ufa) — Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri.
Lenin yolu
Lenin yolu (alm. Lenins Weg‎) — 1932-1936-cı illər ərzində Helenendorf və bir müddət sonra Bakı şəhərində nəşr olunmuş alman dilində qəzet. Kommunist yönümlü olan qəzet Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin dəstəyi ilə nəşr edilmişdir. Lenin yolu qəzeti Qafqaz almanları arasında kommunist ideyalarının yayılmasına hesablanmışdı.
Lenin zirvəsi
Lenin zirvəsi (2006-cı ildən Tacikistan ərazisinə daxildir. Tacikistanda Əbu Əli ibn Sina zirvəsi, 1928-ci ilə qədər Kaufmana zirvəsi) — Çon-Alayski dağ silsiləsində yerləşən dağlıq zirvədir. Dağ zirvəsi Qırğızıstanın (Oş vilayətinin Çon-Alayski rayonu) və Tacikistanın (Qorno-Badaxşan vilayəti, Murqabski rayonu) sərhədində yerləşmişdir. "Semitısyaçnikov"lardan biridir və keçmiş SSRİ-in ən yüksək zirvələrindən biri hesab olunur. Pamir dağları (7134 m) dağ sistemində olan, Mərkəzi Asiyanın ən yüksək zirvələrindən biridir. == Tarixi == Zirvə elmi ədəbiyyata ilk dəfə 1871-ci ildə rus coğrafiyaçısı və səyahətçi Aleksey Pavel Fedçenko tərəfindən daxil edilmişdir. Fedçenko bu zirvəni Türküstanın general-qubernatoru Konstantin Pyotr Kaufmanın şərəfinə adlandırmışdır. Qaratoxmaqların yeni hakimiyyətinin qurulmasıyla 1928-ci ildə zirvənin adı dəyişdirilərək Vladimir Leninin şərəfinə adlandırılmışdır. 1933-cü ilə qədər bu zirvə Pamirin və SSRİ-in ən yüksək zirvəsi hesab edilirdi. Həmin dövrdə Asiyada hələ qalxmalar baş verməmişdir.
Olena Dmitraş
Olena Dmitraş (1 dekabr 1991, Bila Çerkva, Kiyev vilayəti) — Ukraynanı təmsil edən bədii gimnast. Olena Dmitraş 2008, 2012 və 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Dmitraş həmdə I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal, Universiada Oyunlarında isə bir qızıl, üç gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Olena Dmitraş birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. Pekin şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 31.100 xal topladı və sonuncu, 8-ci yeri tutdu. Olena Dmitraş ikinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 5-ci yeri tutdu. Olena Dmitraş 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yevgeniya Qomon, Oleksandra Qridasova, Valeriya Qudim və Anastasiya Voznyak ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.
Olena Dziubçuk
Olena Dziubçuk (d. 19 may 1985) — Ukraynanı təmsil edən bədii gimnast. Olena Dziubçuk 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Olena Dziubçuk 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Yuliya Çernova, Yelizaveta Karabaş, İnna Kojoxina və Oksana Paslas ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.