Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Opedet
Opedet (fr. Oppedette, oks. Aupedeta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04142. 2008-ci ildə əhalinin sayı 63 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 33 nəfər arasında (15-64 yaş) 25 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 75,8%, 1999-cu ildə 53.8%) idi. 25 aktiv adamdan 20 nəfəri (6 kişi və 14 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Peret
Peret — Qədim Misir təqvimində bir mövsüm, səpin vaxtı və ya məhsul mövsümü analmını verir. Yuxarı Misir üçün bu müddət oktyabr ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Peret mövsümünə Ka-her-ka (oktyabrın əvvəli - noyabrın əvvəli), Şef-bedet (noyabrın əvvəli - dekabrın əvvəli), Rekeh-ver (dekabrın əvvəli - yanvarın əvvəli) və Rekeh-neces (yanvarın əvvəli - fevralın əvvəli) ayları daxildir.
Operetta
Operetta (it. operetta, hərfi tərcümədə "kiçik opera") musiqisiz dialoqlarla növbələnən ayrı-ayrı musiqi nömrələrindən ibarət teatr tamaşası. Operettalar komik süjetlərə yazılır, musiqi nömrələri isə operada olduğundan daha kiçik olur. Ümumilikdə akademik musiqi ənənələrinin varisi olsa da, yüngül, populyar xarakter daşıyır.
Overen
Overn (/oʊˈvɛərnjə, oʊˈvɜːrn/, fransız: [ovɛʁɲ] ( dinlə); oks. Auvèrnhe və ya Auvèrnha) - Fransanın cənub-mərkəz hissəsində yerləşən keçmiş inzibati regionu. 1 yanvar 2016-cı il tarixindən region yeni Overn - Rona - Alplar regionunun bir hissəsinə çevrilib. "Информационный сайт Регионального совета Оверни" (fransız). Conseil régional Auvergne. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20. "Добро пожаловать в Овернь" (rus). Официальный сайт туризма Франции. 2012-08-20 tarixində arxivləşdirilib.
Opera
Opera (lat. iş, əmək, əsər) — (italyanca — inşa, iş, əmək, məşğuliyyət deməkdir), teatr sənətinin ən mürəkkəb növlərindən biridir. Məzmunu musiqi dramaturgiyası, xüsusilə vokal musiqi vasitəsilə ifadə edilən musiqi-dram incəsənət janrı. Opera, teatr incəsənətinin növüdür, o, özündə rəngarəng bədii vasitələri, solo və xor oxuma ansamblları, simfonik orkestri, təsviri incəsənətinin elementlərini (dekorasiyalar, kostyumlar) birləşdirir. Operanın əsasını libretto təşkil edir. Operanın librettosu nəzmlə yazılır. Operanın vətəni İtaliyadır. O, misteriyaların-dini tamaşaların bir hissəsi kimi yaranıb. Belə ki, misteriyaların musiqili hissəsi opera adlanırdı. İlk dəfə Beverinin "Müqəddəs Pavelin qayıdışı" (1480) dini komediyasında musiqiyə-operaya əhəmiyyətli yer ayrılıb, tamaşa boyu hadisələr əvvəldən sona qədər musiqi ilə müşayiət olunurdu.
Xpert
Xpert (tam adı: Şəhriyar Zahid oğlu Atababayev; 30 sentyabr 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı popçu. 2019-cu ildən "Xpert" ləqəbi ilə yanaşı XXXpert ləqəbindən də istifadə edir. Şəhriyar Zahid oğlu Atababayev 30 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.1996-cı ildə 292 saylı orta məktəbə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 2007-ci ildə Qafqaz Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinin bakalavr, 2012-ci ildə isə magistraturasına daxil olmuş və oranı bitirmişdir. Ailəlidir və Məryəm adlı qızı var. 2009-cu ildə A4 ləqəbli repçi ilə tanış olmuşdur. A4-ün köməyi və digər iki repçinin iştirakı ilə "OD, ForMat" adlı ilk musiqi parçasını ərsəyə gətirib. İlk vaxtlarda replərinin sözləri türkcə olmuşdur. Daha sonra Naqan, SertOzan, A4 adlı repçilərin iştirakı ilə bir neçə musiqi parçası daha yazmışdır. 2010-cu ildə fars əsilli bir sıra repçilərin Azərbaycan repində yazdıqları diss-cavab xarakterli DissPersia adlı musiqi parçasını ərsəyə gətirib.
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi — Azərbaycanda fəaliyyət göstərmiş müstəqil artistlər truppası. Truppaya Üzeyir Hacıbəyli və Zülfüqar Hacıbəyov rəhbərlik ediblər. == Yaradılması == 1914-cü ildə "Nicat" cəmiyyəti ilə Üzeyir Hacıbəyli arasında "Leyli və Məcnun" operasına sahiblik barədə yaranmış münaqişədən sonra Hacıbəyli qardaşları müdiriyyəti yaradılıb. 1916-cı il avqustun 31-dən isə Üzeyir və Zülfüqar "Hacıbəyli qardaşlarının opera-opererta artistləri dəstəsi" təşkil edilib. Dəstəyə Üzeyir Hacıbəyli rəhbərlik edib. "Açıq söz" qəzetində bu barədə bunlar yazılıb : == Fəaliyyəti == Truppa yalnız Bakıda yox, həm də Qafqaz, Volqaboyu və Orta Asiyanın bir çox şəhərlərinə qastrol səfərlərinə gedib tamaşaları səhnələşdirirdi. Truppanın repertuarında əsasən Hacıbəyli qardaşlarının opera və operettaları, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və Arvad", "Evliykən subay", "Arşın mal alan", "O olmasın, bu olsun" və digər musiqili komediyalar əsas yer tutub. Truppa 1917-ci ilin aprelində Tiflisdə qastrolda olub. Burada "Arşın mal alan", "O olmasın, bu olsun", "Şah İsmayıl", "Aşıq Qərib" tamaşalarını səhnələşdiriblər. Göstərilən tamaşalara rejissorluğu Abbas Mirzə Şərifzadə, dirijorluğu isə Üzeyir Hacıbəyli edib.
Emeret adası
Emerald adası (ing. Emerald Island) — Avstraliyadan cənubda Sakit okeanın sularında (Cənub okeanı) yerləşmiş kabus adası. Ada ilk dəfə 1821-ci ildə kəşf edilmişdir. Bir müddət sonra isə ada aşkarlanmamışdır. == Açılış tarixi == Bir çox mənbələrdə adanın Antarktida və Avstraliya arasında, Makkuori adasından cənubda yerləşirdi. Adanın müşahidəsi 1821-ci ildə «Emerald» (Emerald) gəmisindən aparılmışdır. Emerald adasından aparılan müşahidədə adanın elədə böyük olmamasına baxmayaraq hündür olması qeyd edilirdi 57°30′ c. e. 162°00′ ş. u..
Kemal Tepret
Volfqanq Overat
Volfqanq Overat (alm. Wolfgang Overath‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Yarasa (operetta)
Yarasa (alm. Die Fledermaus‎) — avstriyalı bəstəkar, İohann Ştrausun 1872-ci ldə yazmış olduğu operettası. Alman dilindəki librettonun müəllifləri Haffner Karl və Jene Rixarddırlar. Operettanın premyerası 5 aprel, 1874 cü ildə Vyana, "An der Vin" teatrında olmuşdur. 1872 ci ildə Vyana teatrı "An der Vin" Anri Malyak və Ludovik Halevinin "Yeni il gecəsi" fransız komediyasını tamaşaya qoymağa hazırlaşir. Son anda teatr direktoru, Maks Ştayner bu fikrindən daşınır. Yulius Roderix Benediksin "Həbs cəzası" vodevili əsasında Haffner Karl və Jene Rixard tərəfindən yazmılmış senari qaralamanı libretto kimi İohann Ştrausa təqdim edərək, yeni "Yarasa" operettasını yazmağı təklif edir. Şən, zarafatla dolu, bayram ovqatlı librettonu Ştraus çox bəyəndiyindən, oprettonu 6 həhtə ərzində bitirir. İlk zamanlar "Yarasa" populyarlıq qazanmasa da Vyana teatrının repertuarından düşmür. 3 ils sonra "Qaraçı" adı altında yenilənmiş versiyası Parisdə gurultulu uğur qazanır.
Əkərət mahalı
Əkərət mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. Göyçay, İsmayıllı və Saatlı rayonlarının ərazisində ərazisində mövcud olmuşdur. Mahalın naibi Məlik Kərim idi. 1821-ci ildə 7 kənddə (İncə, Kürdmaşı, Yekəxana, Qaraməryəmli, Qarabaqqal Qaraman, Saatlı, Seyidlər) 160 ailə yaşayırdı. Əkərət mahalının sakinləri əkinçilik, bağçılıq, pambıqçılıq, məşğul olurdular. Şirvan xanlığı Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Əmir Peretz
Əmir Peretz (ivr. ‏עָמִיר פֶּרֶץ‏‎) — hazırda İşçi Partiyasının lideri və partiyanın Knesset üzvü olaraq çalışan bir İsrail siyasətçisidir. Hal hazırda İsrailin İqtisadiyyat Naziri vəzifəsini icra edir. 1988-ci ildən bəri demək olar ki, fasiləsiz Knesset üzvü olmaqla yanaşı, Müdafiə naziri və Ətraf Mühitin Mühafizəsi Naziri vəzifələrini icra etdi, 1995-2006-cı illər arasında Histadrut həmkarlar ittifaqı federasiyasına rəhbərlik etdi. 1999-cu ildə 2004-cü ildə yenidən İşə birləşdirilməyə qədər rəhbərlik etdiyi öz partiyası olan Bir Millət qurmaq üçün Əməkdən ayrıldı.
Meri Perent
Meri Perent (1968, ABŞ) — Amerikalı prodüser.
Pert
Pert (ing. Perth) — Qərbi Avstraliya ştatının paytaxtı. Memarlığında qədim Viktorian üslubunun qorunub saxlanıldığı mənzərəli şəhərdir. 1911-ci ildən əsasi qoyulmuş qədim ingilis üslubunda tikilmiş universitet fəaliyyət göstərir. Şəhərin əsasını Kapitan Ceyms Stirlinq 12 iyun 1829-cu ildə qoyub.
Opet
Opet — türk neft şirkəti kommersiya və sənaye yanacaqları, mineral yağlar, pərakəndə satış, anbar və beynəlxalq satışlarla məşğuldur. Opet Petroleum-un kökləri Öztürk ailəsinin qurduğu yanacaq paylama şirkəti Öztürk Petrol-dan qaynaqlanır. 2002-ci ilin sonunda Koç Holdinq Enerji Qrupu ilə ortaqlıqda 50% paya sahib olan Opet, yarandığı gündən əsas diqqətini infrastruktur investisiyalarına yönəldib. 2010-cu ildə şirkətin anbar tutumu 1 076 318 kubmetrə çatıb. Opet Türkiyəyə 98 oktan qurğuşunsuz yanacaq gətirən ilk şirkətdir və Avropa bazarına çıxmazdan əvvəl Ultra Euro dizelini türk istehlakçısına təqdim etdi. Türkiyənin ikinci ən böyük yanacaq mazut paylama şirkəti olan Opet, SUNPET brendi də daxil olmaqla, ölkə daxilində 1500-dən çox yanacaqdoldurma məntəqəsinə malikdir. 2015-ci ildən etibarən Opet 10 il ardıcıl olaraq "Müştəri Məmnuniyyətində Ən Yaxşı" mükafatını almışdır.
Etgar Keret
Etqar Keret (ivr. ‏אתגר קרת‏‎, d. 20 avqust 1967) — qısa hekayələri, qrafik novellaları və ssenariləri ilə məşhur olan İsrail yazıçısı. == Həyatı == Etqar Keret 1967-ci il 20 avqust İsrailin Ramat Qan şəhərində anadan olmuşdur. O Polyak əsilli Holokost soyqırımının sağ qalan qurbanlarının üçüncü övladıdır. Keret Ramat-Qanda Ohel Şem şəhər məktəbini bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra Tel-Aviv universitetində yalnız xüsusi istedadlı abuturientlərin qəbul olduğu, həmçinin bakalavr və magistratura təhsilini başa vurulması mümkün olan bir sıra fənnlər üzrə hazırlanmış xüsusi proqrama daxil olmuş, beş il təhsil almasına baxmayaraq, təhsilini tamamlamamışdır. Hal-hazırda Neqevdə Ben Qurion adına universitetin ibri dili və ədəbiyyatı şöbəsində professor vəzifəsində çalışır. Məşhur İsrail aktrisası, ssenaristi və kinorejissoru, Şira Qefenlə ailəlidir və bir oğul övladı var. Tel-Əviv şəhərində yaşayır.
Etqar Keret
Etqar Keret (ivr. ‏אתגר קרת‏‎, d. 20 avqust 1967) — qısa hekayələri, qrafik novellaları və ssenariləri ilə məşhur olan İsrail yazıçısı. == Həyatı == Etqar Keret 1967-ci il 20 avqust İsrailin Ramat Qan şəhərində anadan olmuşdur. O Polyak əsilli Holokost soyqırımının sağ qalan qurbanlarının üçüncü övladıdır. Keret Ramat-Qanda Ohel Şem şəhər məktəbini bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra Tel-Aviv universitetində yalnız xüsusi istedadlı abuturientlərin qəbul olduğu, həmçinin bakalavr və magistratura təhsilini başa vurulması mümkün olan bir sıra fənnlər üzrə hazırlanmış xüsusi proqrama daxil olmuş, beş il təhsil almasına baxmayaraq, təhsilini tamamlamamışdır. Hal-hazırda Neqevdə Ben Qurion adına universitetin ibri dili və ədəbiyyatı şöbəsində professor vəzifəsində çalışır. Məşhur İsrail aktrisası, ssenaristi və kinorejissoru, Şira Qefenlə ailəlidir və bir oğul övladı var. Tel-Əviv şəhərində yaşayır.
Firuzə (opera)
Firuzə — Üzeyir bəy Hacıbəyovun yarımçıq qalmış operası. == Tarixçə == 1945-ci ildə yaradılırdı. Librettosu Ü. Hacıbəyov tərəfindən xalq rəvayətləri əsasında yazılmışdır. İlkin adı "Şəhrəbanu" idi. Bəstələnmiş musiqi parçaları arasında Firuzənin ariyası xüsusilə diqqətəlayiqdir. Onun musiqisi həzinliyi, şairanəliyi ilə fərqlənir. Bu ariya melodiyasının ifadəliliyi və oxunaqlığına görə bəstəkarın yazdığı ən gözəl opera ariyalarından biridir. Operanın librettosu Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildində (B., 1964) çap olunmuşdur. Firuzənin ariyası Moskvada (Y. Fidlerin tərcüməsi ilə — 1949; P. Pançenkonun tərcüməsi ilə — 1956) və Bakıda (Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar" toplusu.
Florentino Peres
Florentino Peres (8 mart 1947, Madrid) — ispan biznesmen. Real Madrid klubunun prezidenti. == Fəaliyyəti == İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən Realın rəhbəri seçilmişdi. Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştiano Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib. Kral klubunun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.
Florentino Perez
Florentino Peres (8 mart 1947, Madrid) — ispan biznesmen. Real Madrid klubunun prezidenti. == Fəaliyyəti == İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən Realın rəhbəri seçilmişdi. Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştiano Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib. Kral klubunun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.
Herman Obert
Herman Yuli Obert (alm. Hermann Julius Oberth‎; 25 iyun 1894[…], Sibiu – 28 dekabr 1989, Nürnberq, Bavariya) — Almaniya mühəndisi və alimi. Raket texnikası pionerlərindən biridir. == Həyatı == Herman Yuli Obert 25 iyun 1894-cü ildə o vaxtlar Avstriya-Macarıstan imperiyasının bir parçası olan Rumıniyanın Sibiu şəhərində anadan olmuşdur. 1938–1940-cı illərdə Avstriyada, 1940–1945-ci illərdə Almaniyada raket texnikası sahəsində tədqiqatlar aparmışdır. 1950–1953-cü illərdə İtaliyada, 1955–1958-ci illərdə ABŞ-də raketlərin hazırlanması ilə bağlı işlərdə iştirak etmişdir. Raket mühərrikləri, raketlərin uçuş nəzəriyyəsi və atmosferin tədqiqi üçün raketlərdən istifadə sahəsində çalışmışdır. O, Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyətinin təşkilatçılarından biridir. Herman Yuli Obert 28 dekabr 1989-cu il tarixində, 95 yaşında Qərbi Almaniyanın Nürnberq şəhərində vəfat etmişdir. == İrsi == 1951-ci ildə Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyəti raket texnikası və kosmonavtika sahəsində əsaslı tədqiqatlar və görkəmli xidmətlər üçün Obert medalı təsis etmişdir.
Keret evi
Keret evi — Polşanın Varşava şəhərində tikili və sənət qurğusudur. Bura memarlıq şirkəti vasitəsilə memar Yakob Szczesny tərəfindən tərtib edilib. Ən dar yeri 92 santimetr (3.02 ft), ən geniş yeri isə 152 santimetr (4.99 ft) olmaqla dünyada ən dar ev olaraq məşhurlaşmışdır. İki mərtəbəli sənət qurğusuna binanın ilk icarəçisi olan İsrail yazıçısı və rejissoru Etqar Keretin adı verilmişdir. == Quruluşu == Dəmirdən quraşdırılmış tikili iki mərtəbədən ibarətdir və bir yataq otağı, mətbəx, vanna otağı və yaşayış sahəsindən ibarətdir. İki açılmayan pəncərəsi var və günəş işığı həmçinin divarları təşkil edən şəffaf şüşə panellərdən keçir. Bütün daxili rəng ağ rəngdədir və binanın elektrik enerjisi qonşu bir binadan alınır. Ev xüsusi su və kanalizasiya texnologiyasına malikdir və şəhəri təmin edən su sistemlərinə qoşulmur. Kiçik ölçülərinə görə bina yalnız kiçik bir soyuducuya sahibdir və sakinlər mərtəbədən mərtəbəyə qədər getmək üçün nərdivandan istifadə edirlər. Binaya giriş qapalı olduqda yaşayış sahəsinə çevrilən geri çəkilən pilləkənlər vasitəsilə mümkündür.
Kodayu (opera)
Kodayu — Azərbaycan bəstəkarı Fərhəng Hüseynovun yapon dilində yazdığı opera. Yapon musiqi tarixində ilk yapondilli operadır. Librettonun müəllifi opera müğənnisi Eyko Aokidir. Rusiya–Yaponiya münasibətlərinə həsr olunmuş opera XVIII əsrdə Rusiyada yaşamış yapon dənizçi Daykokuya Kodayunun həyatı əsasında yazılmışdır == Tarixi == 1991-ci ildə Fərhəng Hüseynov bəstəkar kimi Yaponiyada keçirilən "İpək yolu" yarışmasına qatılmış və "Zamanda səyahət" əsərinə görə birinci yeri qazanmışdır. Bundan sonra XVIII əsr yapon dənizçi qəhrəman Daykokuya Kodayu haqqında opera yazmaq təklifini almışdır. Təklif 1990-cı ildə operanın librettosunu yazmış Eyko Aokidən gəlmişdir. Belə ki, o, Rusiya ilə dostluq münasibətlərinin qurulması üçün çalışırdı. Aoki Fərhəng Hüseynova müraciət edərək operanın musiqisinin hamı üçün anlaşıqlı, eyni zamanda orijinal olmasını istəmişdir. Operanın premyerası 1993-cü ilin sentyabrın 7-sində Tokioda yerləşən "Orchard Hall" konsert şəklində baş tutmuşdur. Operanın Rusiyada premyerası 2018-ci ildə Rusiya–Yaponiya qarşılıqlı mədəniyyət ili çərçivəsində baş tutmuşdur.
Koroğlu (opera)
"Koroğlu" — Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy tərəfındən bəstələnmiş beş pərdəlik operadır. Əsərin librettosu Heydər İsmayılov və Məmməd Səid Ordubadi tərəfindən yazılmışdır. Azərbaycanın əfsanələrindən biri olan Koroğlu dastanı, çox məşhurdur. Bu opera Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. "Koroğlu" operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub. == Tarixçə == Bəstəkarın yaradıcılığında kulminasiya mərhələsi olan "Koroğlu" dünya klassik operaları sırasında parlaq nümunələrdən biridir. 5 pərdəli bu operanın libretto müəllifləri H. İsmayılov və M.S. Ordubadidir. Librettonun yaradılmasında Hacıbəyov fəal iştirak etmişdir. Üzeyir Hacıbəyov opera üzərində 1932–1936-cı illərdə işləmiş, ilk tamaşa 1937-ci il aprelin 30-da AOBT-nda olmuşdur.