Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Osaka
Osaka — Yaponiyanin böyüklükdə Tokiodan sonra ikinci şəhəridir. == Din == 1905-ci ildə Rusiyadan Yaponiyaya mühacirət etmiş tatar ailəsi Osakada ilk məscid tikdirmişdir.
Tsada
Tsada — Kiprin qərb hissəsindəki kiçik bir şəhərdir. Eparkia Pafou rayonunda, ölkənin qərb hissəsində, paytaxt Nikosiyadan 90 km qərbdə və Pafosdan 8 km şimalda yerləşir. Tsada dəniz səviyyəsindən 619 metr yüksəklikdədir. 1,043 əhalisi var.
Şada
Şada — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Pirçayın (Şahbuz çayın qolu) sahilindədir. == Tarixi == Oykonomin türkdilli şoto etnoniminin fonetik təhlilə uğramış variantı ilə bağlılığı ehtimal edilir. MƏnbələrə görə tayfa adını yaşadığı eyni adlı səhradan götürmüşlər. VII əsrdə Şərqi Türküstanın Çu vadisində dövlətlərini yaratmış şatolar oğuz, xəzər və monqol yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Tayfa XİX əsrdə qırğızların tərkibində şada adı ilə qeydə alınmışlar. == Əhalisi == Əhalisi 182 nəfərdir.
Naomi Osaka
Naomi Osaka (16 oktyabr 1997, Tyuo-ku[d]) — idmançı. == Həyatı == Naomi Osaka 16 oktyabr 1997-ci ildə Yaponiyanın Osaka şəhərində anadan olub. == Fəaliyyəti == == İstinadlar == == Xarici keçidlər == https://az.gov-civil-portalegre.pt/naomi-osaka-net-worth.
Naoya Okada
Naoya Okada (10 oktyabr 1990) — Yaponiyalı atıcı. Naoya Okada Yaponiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Naoya Okada birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 622.6 xal toplayaraq 20-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Osaka Universiteti
Osaka Universiteti (yap. 大阪大学 - Osaka Daigaku, ing. Osaka University, qısaca 阪大 (Handai)) — Yaponiyanın Honsyu adasının Osaka şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən biridir. Universitet fundamental elmlər, texnika və tibb sahələrinin yüksək səviyyədə öyrənilməsinə görə dünyada tanınır. == Tarixi == Asiyanın ən nüfuzlu universitetlərindən hesab olunan bu təhsil müəssisəsi Yaponiyanın altıncı ən qədim universitetidir. Osaka Universiteti 1931-ci ildə yaradılsa da, onun tarixi kökləri Yaponiyanın Edo dövrünə təsadüf edir. Belə ki, hələ 1724-cü ildə Osaka şəhərində tacirlər üçün Kaitokudo məktəbi - "qakumonjo" ("oxumaq üçün yer") açılır. Məktəbin verdiyi mükəmməl təhsil həmin dövrün sakinlərinin qürur mənbəyi olur. Daha sonra həkim və alim Oqata Koan burada Tekijuku məktəbi, Omura Masujiro Yaponiyanın ilk hərbi məktəbini yaradır. Edo dövründə Yaponiyada öyrədilən yeganə xarici dil Hollandiya dili olur.
Osaka prefekturası
Osaka prefekturası (yap. 大阪府 Ōsaka fu) — Yaponiyanın Honşu adasında yerləşən Kansai regionunda prefektura.
Osaka qəsri
Osaka qəsri (大坂城, Osaka-co) – Yaponiyanın Osaka şəhərinin Çuo rayonunda yerləşən qəsr. Yaponiyanın tanınmış tarixi abidələrindən biridir və XVI əsrdə Yaponiyanın birləşdirilməsi zamanı vacib rol oynamışdır. == Tarixi == Qəsrin tikintisinə 1583-cü ildə Toyotomi Hideyoşi tərəfindən bir məbəd ərazisində başladılmışdır. Qəsrin planı üçün Oda Nobunaqanın qərargahı olan Azuçi qəsrinin modeli əsas götürülmüşdür. Hideyoşi Nobunaqanın qəsrini yamsılamaq istəmişdi, lakin qəsrinə yeni xüsusiyyətlər əlavə etmişdi: beşmərtəbəli tenşu, 3 yeraltı mərtəbə, ziyarətçiləri təsirləndirmək üçün qülləyə tətbiq olunmuş qızıl vərəqlər. 1585-ci ildə daxili donjon tamamlanmışdır. Hideyoşi qəsrini böyütməyə davam etmiş və hücum edənlər üçün alınmaz qəsrə çevirmişdir. Qəsr 1597-ci ildə tamamlansa da, növbəti il Hideyoşi ölmüş və qəsr oğlu Toyotomi Hideyoriyə keçmişdir. 1600-cü ildə Tokuqava İeyasu Sekiqahara döyüşündə qalib gələrək öz şoqunluğunu qurmuşdur. 1614-cü ildə isə Hideyoriyə hücum edərək Osaka mühasirəsini başlatmışdır.
Takeşi Okada
Takeşi Okada (d. 25 avqust 1956) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 24 oyun keçirib, 1 qol vurub.
Yoşio Okada
Yoşio Okada (11 avqust 1926 – 22 iyun 2002) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Asada Qoryu
Asada Qoryu (麻田 剛立, 10 mart 1734 və ya 6 fevral 1734, Kitsuki hanı[d], Saykaydo[d] – 25 iyun 1799, Osaka[d], Osaka) – Yaponiya astronomu və həkimi. Yaponiyada müasir astronomiyanın qabaqcılı olmuş, Yaponiyada təqvim islahatında vacib rol oynamışdır. Yaponiya astronomlarının ənənəvi Çin texnikalarından Qərb texnikalarına keçid etməsi üçün ilham mənbəyi olmuşdur. == Həyatı və karyerası == Asada Kitsuki hanında yaşayan konfusiçi alim və həkim Keysay Ayabenin dördüncü oğlu idi. Doğulanda ona Yasuaki adı verilmişdi. Astronomiya və tibb öyrənmiş, 1767-ci ildə daymyonun rəsmi həkimi təyin olunmuşdur. Tezliklə təqvim elminə maraq göstərməyə başlamışdır. O, 1772-ci ildə astronomiya ilə məşğul olmaq üçün həkimlik vəzifəsini tərk etmək istəsə də, daymyo ona bu icazəni verməmişdir. Buna görə də daymyonu qeyri-qanuni şəkildə tərk etmişdir. Osakaya qaçmış, adını Asada Qoryu olaraq dəyişdirmiş, astronomiyaya daha çox vaxt ayırmağa başlamışdır.Asada təqvim araşdırmalarındakı uğurlarına görə tanınmış, öz təqvim sistemini yaratmışdır.
Osama Ben Laden
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Avad bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن‎; 10 mart 1957[…], Ər-Riyad – 2 may 2011[…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir. Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi.
Serezo Osaka FK
"Serezo Osaka" (セレッソ大阪, Seresso O:saka, ing. Cerezo Osaka) — Yaponiyanın Osaka prefekturasının Osaka şəhərinin futbol klubu.
Əhməd Məhəmməd Osama
Əhməd Məhəmməd Osama (17 iyul 1963) — Sudanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Əhməd Məhəmməd Osama Sudanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
2019 G20 Osaka sammiti
2019 G-20 Osaka sammiti — İyirmilər qrupu (G-20) ölkələrinin 14-cü görüşü. 28-29 iyun 2019-cu il tarixlərində Yaponiyanın Osaka şəhərində Osaka Beynəlxalq Sərgi Mərkəzində keçirilmişdir. Bu, Yaponiyada baş tutan ilk G-20 sammitidir.
2019 G-20 Osaka sammiti
2019 G-20 Osaka sammiti — İyirmilər qrupu (G-20) ölkələrinin 14-cü görüşü. 28-29 iyun 2019-cu il tarixlərində Yaponiyanın Osaka şəhərində Osaka Beynəlxalq Sərgi Mərkəzində keçirilmişdir. Bu, Yaponiyada baş tutan ilk G-20 sammitidir.
Yaz harada, biz orada (film, 1984)
== Məzmun == Film qədim zamanlardan Azərbaycan xalqının məişətinə daxil olmuş xalçaçılıq sənətindən bəhs edir.
ASALA
ASALA (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975–1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır."Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır. ASALA-nın yaranma tarixi və fəaliyyəti ilə bağlı saysız-hesabsız məqalələr, yazılar, faktlar qəzetimizdə dərc edilib. 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Armi for the Liberation of Armenia"- ASALA") fəallığı ilə diqqəti cəlb edir. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir[mənbə göstərin]. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olmuşdur.
Amada
[[Şəkil:Azərbaycan_ərazisində_tayfalar_(e.ə._VI-IV_əsrlər).jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Az%C9%99rbaycan_%C9%99razisind%C9%99_tayfalar_(e.%C9%99._VI-IV_%C9%99srl%C9%99r).jpg%7Cthumb%7C[[Bütöv Azərbaycan|Azərbaycan]] ərazisində tayfalar (e.ə. VI-IV əsrlər)]] Amada və ya Amaday, Mannanın Assurilərə məğlubiyyətindən sonra Assuriya hücumuna qarşı dayanan ilk tayfalardan biriydi. == Tarixi == Müxtəlif tayfalar Manna torpaqlarında məskunlaşmışdılar və Amada qəbiləsinin şöhrəti düşmənə qarşı müstəqillik bayrağını qaldırmasıydı. Bunun nəticəsində, Assuriya padşahları tərəfindən Amada və Manna qəbilələri iki müstəqil dövlət olaraq tanındılar. Amada eyni zamanda böyük Midiya sülaləsinin banisi Deyokun doğulduğu yerdir.
Asama
Asama (yap. 浅間山) — Yaponiyanın Honşu adasının mərkəzi hissəsnidə yerləşən fəaliyyətdə olan vulkan. Hündürlüyü — 2568 metrdir. 2 fevral 2009-cu ildə vulkanın oyanması başlandı və nəticədə Tokionun bir hissəsinə kül töküldü..
Asara
|status = Şəhər }} Asara— İranın Əlburz ostanının Kərəc şəhristanının Asara bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,030 nəfər və 282 ailədən ibarət idi. Asara şəhəri,Asara,Rey Zəmin, Sira, və Pol Xab kəndlərinin birləşməsindən yaranıb.
Buada
Buada (ing. Buada Lagoon) — Nauru adasının cənub-şərqində azca duzlu şirinsulu göl.yerləşən göllər qrupu. Buada dairəsinə daxildir. Sahəsi 30 min m² təşkil edir. Göl Sakit okeandan 5 metr yüksəklikdə yerləşir. Maksimal dərinliyi də 5 metrdir. Keçmişdə atollun mərkəzində laqun olmuşdur. Ətrafında kənd təsərrüfatı inkişaf etmişdir. Adada yeganə sirin su mənbəyi sayılır. Ancaq yerli əhali içməli suyu Avstraliyadan əldə edir.
Escada
Escada, 1976-cı ildə yoldaşları Margaret və Wolfgang Lei tərəfindən qurulan bir Alman şirkəti, dəbli geyim, ətir, aksesuar və digər lüks istehsalçıları. 2009-cu ildən bu Lakshmi Mittal ailəsinə məxsüsdur. . == Tarix == Şirkət 1976-cı ildə Margaret və Wolfgang Lei əri tərəfindən qurulmuşdur. Karyerasını supermodel kimi başa çatan Marqaret və Wolfgang - iş adamı idi.. Şirkətin adı, Escada, İrlandiya atının adınan götürülüb, həmçinin orada həyat yoldaşı iştirak etmişdir. 2009-cu ilin noyabrında Escada Hindistan milyarderi Lakshmi Mittal tərəfindən alındı. Şirkət rəhbəri onun gəlini - Meghi Mittal oldu..
Koşala
Koşala (və ya Kosala) (Sanskrit dilində: कोसल)- Qədim Hindistanda, keçmiş Auda (Hindistanda indiki Uttar Pradeş ştatında və Cənub-Qərbi Nepal ərazisində mövcud olmuş quldar dövlət Koşala dövlətinin paytaxtı Rama allahının doğulduğu Ayodhya şəhəri hesab olunurdu. Şəhər Qhaqhra çayının sahilində yerləşirdi, bu şəhər eyni zamanda induizm dininin beş müqəddəs yerlərindən biri hesab olunurdu. Koşala e.ə. VI–V əsrlərdə Şimali Hindistanın siyasi və iqtisadi həyatında mühüm rol oynamışdı. Koşalanın adı 16 "böyük dövlət, və ya Mahacanapad (Budda mənbələrinə əsasən Hindistanın şimal və şimal-qərb hissəsi) haqqında mənbələrdə xatırlanır. Koşala, e. ə. VI əsrdə diplomatiya və müharibələr vasitəsilə Kaşi və bir sıra digər əyalətləri özünə tabe edən çar Prasenacitin dövründə xüsusilə güclənmişdir. Budda mətnlərinə əsasən Koşala inama görə Buddanın meydana çıxdığı şakyların ərazisini də işğal etmişdi. Bu müharibə xüsusilə amansız və qanlı olmuş, şakyelərin tamamilə məhv edilməsi ilə nəticələnmişdi.
Masada
Masada (ivr. ‏מצודה‏‎ — "qala") — İsrailin cənubunda Nəcəf çölündə yerləşən qala. Romalılara təslim olmaq istəməyən yəhudilər bu qalaya sığınır. Romalılarla yəhudilər arasındakı münaqişələrin əsasını din təşkil edirdi. Onlar istəyirdilər ki, yəhudilər öz inanclarını tərk etsinlər. İnanca görə, Masada qalası içərisində gizlənən yəhudilər, qurtuluş ümidlərinin tükəndiyini düşünüb və aralarından silah istifadə etməyi bacaran 10 şəxsi 950 insanı öldürmələri üçün vəzifələndirirlər. Qaydaya görə, bu 10 adam, digər 950 adamı öldürdükdən sonra, 10 nəfər arasında bir nəfər seçirlər və həmin bir nəfər 9 yəhudini öldürdükdən sonra özünə qəsd etməli idi. Şərt olaraq heç kimin sağ qalmaması qoyulmuşdu həmin seçilmiş insanların öhtəliyinə. Lakin toplu intihardan yalnız 2 qadın və 5 uşaq həyatda qalmışdır ki, onlar da bu dəhşətli hadisəni gələcək nəsillərə çatdırıb.
Monada
Monada (yun. μονάς; mənası – vahid) — ən sadə, bölünməz vəhdəti bildirən fəlsəfi termin. Pifaqorun, Kuzanlı Nikolayın, C. Brunonun və başqalarının əsərlərində rast gəlinir. Qotfrid Leybnitsin idealist fəlsəfəsində, aləmin əsasını təşkil edən müstəqil mənəvi mahiyyətləri bildirən əsas anlayışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Hemenway, Priya. Divine Proportion: Phi In Art, Nature, and Science. Sterling Publishing Company Inc., 2005, p. 56. ISBN 1-4027-3522-7 Sandywell, Barry. Presocratic Reflexivity: The Construction of Philosophical Discourse C. 600-450 BC. Routledge, 1996.
Omaha
Omaha (ing. Omaha) — Nebraska ştatının ən böyük şəhəri, ştatın şərq sərhədində yerləşir, Duqlas dairəsinin mərkəzidir. Missuri çayının sahilində, Platt çayının mənsəbindən təxminən 30 kilometr şimalda yerləşir. 2017-ci il ABŞ Siyahıyaalma Bürosunun qiymətləndirməsinə görə, şəhər əhalisinin 466.893 nəfərdir. Şəhərətrafı qəsəbələri ilə birlikdə şəhər, 8 dairədə yaşayan 895.151 nəfər əhalisi ilə ABŞ-nin ən böyük 60-cı şəhər aqlomerasiyasıdır. Şəhərin adı XVII əsrdən bəri müasir Nebraskanın şimal-şərqində yaşayan Omaha hindu qəbiləsindən gəlir. 2008-ci ildə Kiplinger's Personal Finance jurnalı Omaha-nı ABŞ-də yaşamaq üçün ən cəlbedici şəhərlər arasında 3-cü yerə qoydu.
İsida
İsida —Qədim Misirdə ilahə. Osirisin arvadı, Qorun anası == Ana himayəçisi == Misirlilər, tarix boyunca , digər xalqlarla ünsiyyətə girərək, bu məbədlərə getdikçə daha çox yeniyeni tanrıları daxil edirdilər. Digər dinin nümayəndələri bəzən bu zəngin məbədə istehza ilə baxırdılar. Yalnız bir qədim ilahə, neçə minilliklər keçsə də, bütün ictimai və siyasi dəyişikliklərə baxmayaraq, bu məbəddə öz hakim mövqeyini saxlamağa nail oldu, öz simasını və funksiyalarını dəyişilməz saxladı (bəlkə daha da saflaşdırdı). Bu – Qorun anası İsidadır. İsida hər bir faraonun anası sayılır. Geniş Misir məbədində Günəş Allahı Ra hakim mövqe saxlayırdı, o, bütün Allahların atası, idarə edən sayılsa da, xalq daha çox Osirisin sadiq arvadını, Qorun mehriban anası, İsidaya daha çox səcdə edirdi. İsida Misir məbədində ən populyar ilahə idi. O, sədaqətli, ölümə baxmayaraq, ərini istəyən arvad, özünü qurban verməyə hazır olan ana idi. Onun xeyirxahlığında, məhəbbət və ümid verməsində özünə dayaq nöqtəsini axtaran tərəfdaşlarının sayı durmadan artırdı.