Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kosmina İsrafilova
Kosmina İsrafilova (23 noyabr 1961, Lak rayonu, Dağıstan MSSR – 5 avqust 2022) — şairə, yazıçı, publisist, jurnalist, ictimai xadim. Dağıstan Respublikasının xalq şairi. Dağıstan Respublikası Yazıçılar Birliyinin üzvü. Rusiya Jurnalistlər Birliyinin üzvü və Rusiya Siyasi Elmlər Birliyinin üzvü. Dağıstan Respublikası Dövlət Mükafatı laureatı. 18 kitabın (publisistik və bədii kitablar, rus və lak dillərində şeir məcmuələri, bədii ədəbiyyat, roman-trilogiya) müəllifidir. Kosmina İsrafilova 1961-ci ildə Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Lak rayonunun Şahuva kəndində anadan olmuşdur. Atası İsrafilov Muqutdin 1916-cı ildə anadan olmuşdur. Muqutdin kənd müəllimi, məktəb müdir olur. Üstəlik o, şeir də yazmışdır.
Masmına
Ağbulaq (əvvəlki adı: Masmına) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Gavahın kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Masmına kəndi Ağbulaq kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Ağbulaq (Gavahın) kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Onyina
Onyina (it. Ognina — tarixdən əvvəlki dövrə aid sikan, sonradan isə sikul yaşayış məntəqəsi. İtaliyada, Siciliyanın cənub-şərqindəki Maddalena yarımadasında yerləşir. Bu, tunc dövründə mövcud olmuşdur. Onyində Borc in-Nadur yaşayış məntəqəsindəkilərə bənzər keramika nümunələri aşkar edilmişdir. Anthony Bonanno (1993) Malte, un paradis archeologique, MJ Publications Ltd, La Valette, reed.
Osminoq
Səkkizayaqlılar (Oktapodlar) (lat. Octopoda; q.yun. ὀϰτώ "səkkiz" və πούς "ayaq") — Molyusklar tipinin başıayaqlılar sinfinə aid dəstə. Ən iri gözlü heyvan səkkizayaqlıdır. Onun gözünün diametri 40–50 sm-dir.
Osmium
Osmium (Os) — D. İ. Mendeleyevin elementlərin dövri sistemində 76-cı element. Ən ağır metaldır.
Smirna
Smirna (yun. Σμύρνη) — Kiçik Asiyada antik şəhər. Hazırda bu şəhər İzmir şəhərinin daxildədir. İzmir, yunan şairi Homerin, tarixin atası Herodotun vətəni sayılır. Qədim mənbələrdə adı Smirna kimi çəkilən bu şəhərin tarixni dəqiq söyləmək çətindir. Tarixçilərin dediyinə görə Smirna şəhərinin bir yaşayış məskəni kimi yaranması eramızdan əvvəl 3000-ci ilə aiddir. Lakin son dövrklərdə aparılan arxeoloji qazəntılar nəticəsində aydın oldu ki, izmirdə ilk yaşayış məskənləri e.ə. 6000-cı ilə gedib çıxır. Miladdan öncə 1500-ci ildə Smirna Het dövlətinin tərkibində idi. 1200-cü ildə yunan xalqlarının başda Aqamemnon olmaqla Troya şəhərinə yürüşü nəticədə Troya ilə bərabər Hett dövlətinin də süqutuna gətirib çıxarırdı.
Kiosmina
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Aşina
Aşina — Göytürklərin ali hakimiyyətinin soyu. Əfsanəyə görə Aşina soyu bir dişi qurddan törəmişdir. Hunlar çinlilərə məğlub olduqdan sonra xan Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. Aşina soyu Dulu və Nuşibi qollarına ayrılırdı. Tibetdə, Çində, Altaylarda və böyük Sibir çöllərində yaşayan türklər haqqında kitab yazan rus türkoloqu Lev Qumilyovun "Qədim türklər" kitabında yazılır: "635-ci ildə Dulu və Nuşibi tayfaları özünüidarə hüququ qazandılar. 5 Dulu və 5 Nuşibi tayfa rəisləri yerli zadəganlardan təyin olundu. Bunlar şada, yəni xana qan qohumu olan adamlara bərabər tutulurdu. Onların hər birinə hakimiyyət rəmzi kimi ox təqdim olundu. "On ox" türkləri adı belə yarandı (bunlan Çulo xanın oğlu igid və nəcib Aşina şeni etdi).
Osman
Osman — Şərqdə daha çox işlədilən ərəb mənşəli kişi adı. Osman ibn Əffan — Üçüncü Raşidi xəlifə. Osman Batur — Şərqi Türkistanda fəaliyyət göstərmiş inqilabçı. Osman Durmuş — siyasətçi, həkim. Osman Yağmurdərəli — Türkiyənin məşhur aktyoru və rejissoru, siyasətçi. Osman Zəncani — çilingər və qələmdan ustası Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Osman Nuri Topbaş — Osman Vəlizadə — Qafqaz müsəlmanlarının II Müftisi. I Osman — Osmanlı dövlətinin qurucusu və ilk hökmdarı. II Osman — 1618-1622-ci illərdə Osmanlı sultan I Əhmədin oğludur. III Osman — 1754-1757-ci illərdə Osmanlı sultanı.
Ostin
Ostin (Texas)
Snina
Snina (slovak. Snina, ukr. Сніна, mac. Szinna) — Slovakiyanın Ukrayna ilə sərhəddi yaxınlığında şəhər. Snina Pçolinka çayının Tsiroxa çayına töküldüyü yerdə, Viqorlat və Bukovske Vrhi dağ yamaclarında yerləşir.
OSINT
Açıq mənbə kəşfiyyatı (ing. Open-source intelligence, OSINT) — açıq mənbələrdən toplanmış məlumatların (gizli mənbələr və ictimaiyyət üçün açıq olan məlumat) toplanması və təhlili, hərəkətə keçə bilən kəşfiyyat məlumatlarının hazırlanması. OSINT ilk növbədə milli təhlükəsizlik, hüquq-mühafizə və biznes kəşfiyyatı funksiyalarında istifadə olunur və əvvəlki kəşfiyyat fənləri üzrə məxfi, təsnifləşdirilməmiş və ya xüsusi kəşfiyyat tələblərinə cavab vermək üçün qeyri-həssas kəşfiyyatdan istifadə edən analitiklər üçün dəyərlidir. Politoloq Cefri T. Riçelsonun fikrincə, "açıq mənbələrdən məlumat əldə etmək qanuni yolla əldə edilə bilən şifahi, yazılı və ya elektron şəkildə ötürülən materialların alınmasını nəzərdə tutur. İnternet vasitəsilə əldə edilən və ya insan mənbəyi tərəfindən təqdim edilən sənədlər və videolardan əlavə, digərləri ABŞ və ya müttəfiq qüvvələrin əvvəllər xarici hökumət və ya terror qruplaşması tərəfindən idarə olunan obyekt və ya sayta nəzarəti ələ keçirdikdən sonra əldə edilir". ABŞ-dəki OSINT öz mənşəyini 1941-ci ildə xarici yayımların monitorinqinə cavabdeh olan Xarici Yayımların Monitorinqi Xidmətinin (FBMS) yaradılması ilə bağlayır. Onların işinə misal olaraq Parisdə portağalların qiymətindəki dəyişikliklərin İkinci Dünya Müharibəsi zamanı dəmir yolu körpülərinin uğurlu bombalanması ilə əlaqəsi göstərilirdi. Aspin-Brown Komissiyası 1996-cı ildə ABŞ-nin açıq mənbələrə çıxışının "ciddi çatışmazlıq" olduğunu və bunun həm maliyyələşdirmə, həm də DCI diqqəti üçün "əsas prioritet" olması lazım olduğunu bildirdi. 2004-cü ilin iyulunda, 11 sentyabr hücumlarından sonra, 11 Sentyabr Komissiyası açıq mənbəli kəşfiyyat agentliyinin yaradılmasını tövsiyə etdi. 2005-ci ilin mart ayında İraq Kəşfiyyat Komissiyası CIA-da açıq mənbəli bir idarənin yaradılmasını tövsiyə etdi.
Doktor Osminoq
Doktor Osminoq (ing. Doctor Octopus) və ya əsl adı ilə Otto Oktavius (ing. Otto Octavius) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 3-cü sayında peyda olmuşdur. Dahilik səviyyəsində intellektə malik olan bu çılğın alim güclü mexaniki qollara malikdir. Doktor Osminoq Hörümçək-adamın əzəli düşmənlərindən biridir. Personaj bir çox Hörümçək-adam animasiyasında və videooyununda peyda olmuşdur. 2004-cü ildə çəkilmiş "Hörümçək-adam 2" filmində Doktor Osminoq rolunu Alfred Molina canlandırmışdır. 2009-cu ildə IGN "Bütün dövrlərin ən böyük komiks supercinayətkarları" siyahısında Doktor Osminoqu 28-ci yerdə göstərmişdir. 2012-ci ildə "Daradevil" komiksində Hörümçək-adamın bədənini ələ keçirərək Ali Hörümçək-adam olmuşdur.
Esmira Fuad
Esmira Fuad (tam adı: Esmira Seyfəl qızı Fuad; d. 3 fevral 1958, Xaçmaz) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru. Esmira Seyfəl qızı Fuad Quba əsillidir. 1958-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində doğulub. 1975-ci ildə Göyçay rayon Qarabaqqal kənd orta məktəbini, 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini müvəffəqiyyətlə bitirib. Bir müddət Göyçay rayon Nizami adına narçılıq sovxozunda fəhlə, sonra Azad Komsomol Komitə katibi, daha sonra Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, "Azərbaycan diplomatiyası" jurnalında baş redaktorun I müavini, "Respublika" qəzetində uzun illər humanitar elmlər redaksiyasının müdiri işləyən Esmira Fuad 1999-cu il 4 aprel tarixindən AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə elmi fəaliyyətə başlayıb. Hazırda Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir. O, "Mirzə İbrahimov adına Kitab Fondu"nu yaradıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. "Yeni tərcüman" qəzetinin təsisçisi və baş redaktoru olan Esmira Fuad 100-dək elmi-ədəbi məqaləsi, onlarla publisistik yazısı dövri mətbuatda nəşr olunub.
Esmira Şükürova
Esmira Fuad (tam adı: Esmira Seyfəl qızı Fuad; d. 3 fevral 1958, Xaçmaz) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru. Esmira Seyfəl qızı Fuad Quba əsillidir. 1958-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində doğulub. 1975-ci ildə Göyçay rayon Qarabaqqal kənd orta məktəbini, 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini müvəffəqiyyətlə bitirib. Bir müddət Göyçay rayon Nizami adına narçılıq sovxozunda fəhlə, sonra Azad Komsomol Komitə katibi, daha sonra Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, "Azərbaycan diplomatiyası" jurnalında baş redaktorun I müavini, "Respublika" qəzetində uzun illər humanitar elmlər redaksiyasının müdiri işləyən Esmira Fuad 1999-cu il 4 aprel tarixindən AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə elmi fəaliyyətə başlayıb. Hazırda Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir. O, "Mirzə İbrahimov adına Kitab Fondu"nu yaradıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. "Yeni tərcüman" qəzetinin təsisçisi və baş redaktoru olan Esmira Fuad 100-dək elmi-ədəbi məqaləsi, onlarla publisistik yazısı dövri mətbuatda nəşr olunub.
Ketlin Osmond
Ketlin Osmond (5 dekabr 1995, Meristoun[d], Nyufaundlend və Labrador) — Kanadanı təmsil edən fiqurçu. Ketlin Osmond 2014-cü ildə Rusiyanın Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında gümüş medal (Komanda), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə qızıl (Komanda) və bürünc (Fərdi) medallara sahib olub. Osmond həmdə 2018-ci ildə İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Bununla da o, 1965-cı ildə Petra Burhanın Dünya Çempionatının qalibi olmasından 45 il sonra bu uğura sahib olan növbəti Kanada idmançısı olub. Ketlin Osmond 2017–2018-ci illər mövsümündə ISU Qran-Pri Finalının bürünc medalına sahib olub. 2016-cı ildə Çin Qran-Prisinin gümüş, 2017-ci ildə Fransa Qran-Prisinin bürünc, 2012 və 2017-ci illərdə Kanada Qran-Prisinin qızıl, 2016-cı ildə isə Kanada Qran-Prisinin gümüş medallarına sahib olan Ketlin Osmond "Autumn Classic", "Finlandia Trophy" və "Nebelhorn Trophy" yarışlarının da qalibi olub. Ketlin Osmond həm də 2013, 2014 və 2017-ci illərdə Kanada Çempionatının qızıl medallarına sahib olub. Karyerası ərzində 37 yarışa qatılan Ketlin Osmond onların 11-də qızıl medal, 6-da gümüş medal, 6-da isə bürünc medal qazanıb. O, 2014-cü ildə Kanadanın "Nyufaundlenda və Labradora" ordeni ilə təltif edilib. Ketlin Osmond 1995-ci il noyabrın 5-də Nyufaundlend və Labrador əyalətinin Meristoun şəhərində anadan olub.
Larisa Olxina
Larisa Olxina (d. 9 noyabr 1968) — Qazaxıstanı təmsil edən su poloçusu. Larisa Olxina, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Murad Osmann
Murad Yusupoviç Osmanov ( rus. Мурад Юсупович Османов; 15 may 1985, Kaspiysk, Dağıstan MSSR) — peşəkar olaraq Murad Osmann kimi tanınan, Moskvada yaşayan bir rus fotoqrafdır. Həyat yoldaşı Natalia Zakharova ilə onun "Follow Me To"seriyası var. Osmann 1985-ci ildə Rusiyanın Dağıstan dağlarında anadan olub. 1990-cı ildə, beş yaşında olanda ailəsi Moskvaya köçdü. 2001-ci ildə London İmperial Kollecində mülki mühəndislik təhsili almaq üçün İngiltərəyə getdi. Osmann ən çox Məni izlə layihəsi ilə məşhurdur.O buna 2011-ci ildə Barselona şəhərində sevgilisi Nataliya Zakarova ilə başlayıb.Osmannın hazırda instagram hesabında 4 milyondan çox izləyicisi var. 2015-ci il 6 İyunda Osmann və Zakarova evləndilər.Onların iki toyu keçirildi biri Moskvada digəri isə Muradın doğulduğu Dağıstanda0 2015-ci ildə Skyhorse Nəşriyyatı Follow Me To: A Journey (a life)Around the World Through the Eyes of Two Ordinary Travelers by Murad Osmann and Nataly Zakharova kitabını nəşr etdi.
Məhəmməd Osmani
Məhamməd Ataul Gani Osmani (benq. মুহাম্মদ আতাউল গণি ওসমানী 1 sentyabr 1918 - 16 fevral 1984) Banqladeş Azadlıq müharibəsi ərəfəsində Banqladeş Silahlı qüvvələrinin komandiri. Osmaninin karyerası, 1939-da İngilis Hind Ordusunda xidmətə başlayaraq beş il xidmətinidavam etdirdi. II. Dünya müharibəsi ərəfəsində Burmada döyüşdü və 1967-ci ilə qədər Pakistan Ordusunda vəzifləndirildi. Osmani 1971-ci ildə qeyri-daimi hökumət tərəfindən Benqalcı silahlı müqavimətin başına gətirildi və Banqladeş Silahlı Qüvvələrinin qurucusu olaraq qəbul edilir. General Osmani 1972-ci ildə tərhis oldu. Osmani müstəqil Banqladeşdə siyasətə qoşuldu, Şeyx Mujibur Rahman hökumətində millətvəkili ve nazir olaraq xidmət etdi. BAKSALın qurulmasına qarşı çıxdıqdan sonra istefa etdi. Osman həmçinin Banqladeşin milli marşı olaran Kazi Nazrul İslamın "Chol Chol Chol" u tanıtmışdır. Osmani 1 Sentyabr 1918'de, İngilis Hindistanın Assam Əyaləti, Sunamüanüda torpaq sahibi ailənin övladı olaraq dünyaya gözlərini açdı.Osmani 14-cü yüz illikdə yaşamış Şah Cəlaləddinin ,Şah Nizaməddinin soyundan gəlir.
Pleurothallis ospinae
Restrepia antennifera (lat. Restrepia antennifera) — səhləbkimilər fəsiləsinin restrepia cinsinə aid bitki növü.
Quercus femina
Romina Pauer
Romina Pauer (2 oktyabr 1951[…], Los-Anceles, Kaliforniya) — dünyaca məşhur ABŞ-italyan müğənni, aktrisa və rəssamı,aparıcı. Romina Pauer 2 oktyabr 1951-ci ildə Hollivudda zəngin ailədə doğulub. Onun atası məşhur Hollivud aktyoru Tayron Pauer, anası isə aktrisa Linda Kristian idi. Romina uşaqlıqdan qeyri-adi vokal istedadı olan çox gözəl bir qız idi.[kimə görə?] Onu şahzadə kimi böyütmüş, hər istəyini yerinə yetirmişdilər. Anası inanırdı ki, Romina aktrisa olacaq və onun özünə müyəssər olmayan bir karyera quracaq. 1956-cı ildə valideynləri boşandıqdan sonra, o və kiçik bacısı Taryn anası ilə müxtəlif yerlərdə, əsasən Meksikada və İtaliyada yaşayırdı, Romina Pauer ilk təhsilini İngiltərədəki kollecini bitirir. Musiqiyə marağı 1950-ci illərdən etibarən Amerikalı musiqiçilərə, 1960-cı illərdən Meksikanın Mariachi qruplarına və İtalyan musiqilərini daha çox sevən Romina Paueri Pauer Beatles və Bob Dylan'ı kəşf etdi və Doğum günü hədiyyəsi olaraq bir gitara hədiyyə etdilər, Romina həmin gitaranı öyrədikdən sonra məhz ilk mahnılarınıda həmin gitarada yazdı.O, 14 yaşından etibarən əsasən italyan dilində bir neçə filmdə, o cümlədən 1968-ci ildə Marquis de Sade'nin eyniadlı romanı əsasında çəkilən rejissor İsa Frankonun "Justine" filimdə Justine obrazı ona daha çox uğur gətirdi.1960-cı illərdəki filmlərdə çıxış edən müğənni və aktrisa Romina Pauer Al Bano Karrizi ilə tanış oldu.1970-ci ildə təkcə İtaliya üçün deyil, bütün dünya üçün ən gözəl və istedadlı cütlük olan Al Bano Karrizi ilə Romina Pauer evlənirlər. Romina Pauer iki qızını təklkdə böyüdən və bütün kişilərə nifrət edən anasının təsiri altına düşməməyi bacarır,Amerika stereotiplərindən də imtina etməyi və qadının tamamilə ərinə, ailə başçısına tabe olduğu möhkəm katolik ailəsi qura bilir. Və İtaliyada Rominanı "özümüzünkü" adlandıraraq ona çəp baxmaqdan əl çəkirlər. Axı onlar ideal cütlük idilər.Xanım şeirlər yazır, əri isə mahnı bəstələyirdi.1975-ci ildə onlar İtaliya, Almaniya, Avstriya, İspaniya, Fransa, Yunanıstan, Latın Amerikası, Şərqi Avropa və SSRİ-də tanındılar və sevildilər , müxtəlif dillərdə bir çox albomları çıxdı.Onların ən böyük hitləri "Felicità", "Sharazan", "Tu soltanto tu", "Ci sarà", "Sempre sempre" və "Libertà" mahıları oldu.Romina Puaer və həyat yoldaşının musiqilərinin motivləri əsasında 7 film çəkilib.Filmlərin əksəriyyərində o, və əri baş rollarda çəkilib.1970-ci ildə onların ilk övladları – qızları İleniya, üç ildən sonra oğlu Yari, sonra qızları Kristel və sonbeşikləri Romina dünyaya gəlir.
Smirna aqorası
Smirna aqorası və ya İzmir aqorası — Smirna şəhərində (indiki İzmir, Türkiyə) yerləşən qədim Roma aqorası. Eramızdan əvvəl 4-cü əsrdə yunanlar tərəfindən inşa edilmiş aqora eramızdan əvvəl 178-ci ildə zəlzələ nəticəsində dağılmışdır. Roma İmperatoru Mark Avreli onun yenidən qurulmasını əmr etmişdir. Tarixi məkanın qazıntı işləri 1933-cu ildə başlamışdır. 2020-ci ildə Smirna aqorası, "Tarixi liman şəhəri İzmir" proyekti çərçivəsində UNESCO ümumdünya irsi siyahısına əlavə olundu.
Solina gölü
Solina (Jezioro Solińskie ) — Polşanın cənubunda, Beşadı regionunda yerləşən süni göl. Göl Podkarpatiya voevodluğunun Lesko uezdi ərazisindədir. Göl (su anbarı) 1968-ci ildə Solina bəndinin inşasından sonra formalaşmışdır. Bənd San çayının üzərində tikilib. San çayı Vislanın sağ qoludur. Gölün ümumi sahəsi km²-dır. Toplam 472 000 000 kub metr su tutumuna malikdir. Bu göstəricisinə görə Solina Polşanın ən böyük süni gölüdür. İlk su anbarının tikintisi layihəsi 1921-ci ilə aiddir. Ərazidə ilk geoloji və hidroloji araşdırmalar 1936-1937-ci illərədə həyata keçirilmişdir.
Vyosa Osmani
Vyosa Osmani (alb. Vjosa Osmani-Sadriu 17 may 1982, Mitroviça[d]) — Kosovolu qadın siyasətçi, hüquqşünas, müəllim, Kosovo Demokratik Liqası sədrinin müavini, Kosovo parlamentinin spikeri, Kosovo Parlamentinin, habelə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsi Şurasının üzvü. 17 may 1982-ci ildə Kosovska-Mitrovitsa şəhərində anadan olmuşdur. Priştina Universitetinin Hüquq fakültəsində oxuyur, bakalavr dərəcəsi alır. 2005-ci ildə ABŞ-nin Pensilvaniyadakı, Pittsburq Universitetindən Hüquq Magistrini alır və 2015-ci ildə Pittsburq Universitetində doktorluq dissertasiyasını müdafiə edərək, Hüquq Doktoru dərəcəsini alır. Priştina Universitetində və Kosovadakı Roçester Texnologiya İnstitutunda dərs demişdir. Pittsburq Universitetində qonaq olan professor olur. Kosovo Respublikası Prezidentinin aparat rəhbəri, xarici siyasət məsələləri üzrə müşaviri və hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. 2008-ci il Kosovo Respublikasının Konstitusiyasını hazırlayan komissiyada prezidentin nümayəndəsi idi. 2009-cu ilin dekabrında Kosovonun müstəqilliyinin qanuniliyinə dair məhkəmə prosesi zamanı BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində hüquq qrupunun üzvü olmuşdur.