Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Osarsif
Osarsif (yun. Ὀσαρσίφ) — Musa ilə eyniləşdirilən əfsanəvi Qədim Misir şəxsiyyəti. Onun hekayəsini Ptolemey dövrünün Misir tarixçisi Manefon özünün "Aegyptiaca" əsərində (e.ə. III əsrin birinci yarısı) nəql etmişdir. Manefonun əsəri qorunub-saxlanılmamışdır, lakin b.e. I əsrində yaşamış yəhudi tarixçisi İosif ondan geniş sitatlar gətirir. Hekayədə Osarsifin Ramzesin oğlu və əsl adı Sefos (Seti) olan Ramzesin atası olan Amenhotep adlı firona qarşı cüzamlılar və digər natəmiz insanlar ordusuna rəhbərlik edən misirli kahin kimi təsvir edilir. Firon ölkədən qovulur və cüzamlılar ordusu hiksoslarla ittifaqda Misiri viran edir, tanrılara qarşı bir çox qurbanlar edir. Sonra Amenhotep qayıdıb onları qovur. Hekayənin sonuna doğru Osarsif adını dəyişərək Musa qoyur.
Starik-Kamen
Starik-Kamen — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 755 m-dir. Qornouralski rayonundakı ən yüksək dağdır və Nijnı Taqil yaxınlığındakı ən yüksək dağ zirvəsidir. Geomorfoloji, geoloji və botanika təbiət abidəsidir. İstirahət, turizm və alpinizm üçün məşhur yerdir. Zirvə həmdə dini xarakter daşıyır. Sovet dövründə dinə qarşı mübarizə dövründə dağlarda dua etmək qadağan oluinur. Lakin bu günə qədər tək-tük dindarlar oraya qalxır. Ağ mərmərdən hazırlanmış, kənarları naxışlı olan Ata Pavelin qəbri, Starik-Kamen dağında yerləşirdi. 1962-ci ilə qədər qorunub bu qəbirüstü abidə qorunub saxlanılmışdı.
Uyuk Tarlık
Uyuk Tarlık — Abidə fin ekspediyası tərəfindən Uluğ-Kem çayının qolu Uyuk-Tarlık çayının sahilində Mixaylovo kəndinin 3 km-də tapılmışdır. Boz salants daşı üzərində iki sətir yazıdan ibarətdir. Daşın yuxarı hissəsində damğa da var. Abidənin ətrafli təsvirini D. A. Klementov verib. Daşın üzərindəki yazılar bir sıra türkoloqlar tərəfindən tərcümə və nəşr edilib.
Otari Çaparidze
Otari Mixayloviç Çaparidze(gürc. ოთარ მიხეილის ძე ჯაფარიძე; 16 sentyabr 1921, Tiflis – 10 iyul 2020) — sovet və gürcü tarixçisi, arxeoloq, tarix elmləri doktoru, Gürcüstan Elmlər Akademiyasının akademiki. Tbilisi Dövlət Universitetinin rektoru. Tbilisinin fəxri vətəndaşı. Otari Çaparidze 1929–1939-cu illərdə Tiflisdəki 25 saylı orta məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra 1939-cu ildə Tbilisi Dövlət Universitetinə daxil olmuş, 1943-cü ildə Tbilisi Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il aspiranturaya daxil olub. Çaparidze 1944–1950-ci illərdə Gürcüstan Dövlət Muzeyində kiçik elmi işçi işləyib. Bu dövrdə 1948-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1950–1952-ci illərdə İvan Cavaxişvili adına Tarix İnstitutunda baş elmi işçi olub.
Tarik Elyunussi
Tarik Elyunussi (d. 23 fevral 1988, Mərakeş) - Azərbaycan Premyer Liqası təmsilçilərindən Qarabağ klubunda çıxış edən, əslən mərakeşli olan norveçli peşəkar futbolçudur. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir. 29 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Heerenven”, Norveçin “Lillström” və “Rusenburq”,Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib. 2016-cı ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik Elyunussi 9 qolla yadda qalıb.
Tarik Hodziç
Tarik Hodziç (16 oktyabr 1972) — Bosniya və Herseqovinanı təmsil edən stolüstü tennisçi. Tarik Hodziç Bosniya və Herseqovinanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Tarik Əliyev
Tarik Əliyev (tam adı: Tarik İsmayıl oğlu Əliyev) — Azərbaycan diplomatı. Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Fransa Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Elə həmin gün ona Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2008-ci il tarixli Sərəncamı ilə iqamətgahı Paris şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur. Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2010-cu il tarixli Sərəncamı ilə hər iki ölkədən – Fransa və Monakodakı vəzifəsindən geri çağırılmışdır. O, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə eyni zamanda Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi təyin edilmişdir. 31 oktyabr 2012-ci il tarixli Sərəncama əsasən, iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Tunis Respublikasında, 11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən, eyni zamanda Portuqaliya Respublikasında, Seneqal Respublikasında və Qambiya Respublikasında, 16 yanvar 2013-cü il tarixli Sərəncama əsasən isə, eyni zamanda Mavritaniya İslam Respublikasında, 27 fevral 2013-cü il tarixli Sərəncama əsasən isə, eyni zamanda Mali Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur. Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2016-cı il tarixli Sərəncamı ilə Tunis Respublikasındakı vəzifəsindən geri çağırılmışdır.
Tarık Akan
Tarık Akan (13 oktyabr 1949, İstanbul – 16 sentyabr 2016[…], İstanbul) — Türk kino aktyoru. Əsl adı Tarık Tahsin Üregül olan aktyor 13 oktyabr 1949-cu ildə anadan olmuşdur. Aktyor karyerası boyu 111 film və 4 serialda rol almışdır. İlk dəfə 1971-ci ildə "Solan bir yarpaq kimi" filmində çəkilmişdir. Daha sonra aktyor "Yeşilçam"ın ən yaraşıqlı aktyoru kimi məşhurlaşmışdır. "Mavi Boncuk", "Sev Kardeşim" və "Hababam sinfi" kimi filmlərdə canlandırdığı rolları ilə türk filminin unudulmaz adlarından biri olub. Tarık Akan 1970-ci ildə "Ses" jurnalının seçmələrinə qatılır və birinci yerə çıxır. Yaradıcılığının ilk illərində Fatma Girik, Filiz Akın, Türkan Şoray, Hülya Koçyiğit kimi aktirisalarla filmlərə çəkilir. Tarık Akanın meşhur rejissor Ertem Eğilmezlə tanışlığı onun həyatında yeni səhifə olur. 1971-ci ildə Hülya Koçyiğitlə oynadığı "Beyoğlu gözəli" filmi Tarık Akanın Ertem Eğilmezlə ilk filmi olur.
Tarık Ündüz
Tarık Özcan Ündüz (4 iyul 1988, İstanbul) — Türkiyəli aktyor. Tarık Özcan Ündüz, 4 iyul 1988-ci ildə İstanbulda anadan olmuşdur.
Tarık Buğra
Tarık Buğra və ya Süleyman Tarık Buğra (2 sentyabr 1918, Konya, Konya vilayəti – 26 fevral 1994, İstanbul) — türk jurnalist həmçinin roman, hekayə, pyes və lətifə yazarı. Cümhuriyyət dövrü türk ədəbiyyatının tanınmış yazarlarındandır. Ədəbiyyatın bir çox janrında əsər yazsa da daha çox romanları ilə tanınır. 1991-ci ildə dövlət mükafatına layiq görülüb. Tarık Buğra 1918-ci ildə Anadolunun Akşehir qəsəbəsində Mehmet Nazim bəylə Nazikə xanımın ailəsində dünyaya gəlmişdir. Ailədə dörd uşaq olmuşlar. T. Buğranın anası isə Akşehirdə doğulmuş, 15 yaşında Nazim bəylə evləndirilən, türkmən ailəsinin qızı olan Nazikə xanımdır. Nazikə xanım yaşının az olmasından dolayı Buğranın anası deyil, sanki böyük bacısı kimi görünürdü. Hələ uşaq yaşlarında anasının Yunus Əmrədən ona oxuduğu şeirlərin və dinlətdiyi ilahilərin onun böyüməsi, həyatı dərk etməsində böyük rolu olmuşdur. Valideynləri kiçik Buğranın ilk müəllimləri və yol göstəriciləri olmuşlar.
Tarık Kutver
Tarık Kutver (1 yanvar 1940, İstanbul – 20 aprel 2011) - Türkiyənin keçmiş milli futbolçusudur. Uzun illər “Qalatasaray”da çıxış edib. Tarık Kutver 20 aprel 2011-ci ildə yaşadığı Çanaqqalanın Ezine rayonunda vəfat edib. == Klub karyerı == Fənərbaxça infrastrukturunda futbol oynamağa başlayıb və oradan 1958-59-cu illərdə Fatih Karagümrük komandasına transfer olunaraq peşəkar futbol həyatına başlayıb. 1962-ci ildə "Qalatasaray"a transfer olunub və orada Superliqa çempionluğunu qazanıb. "Qalatasaray"da 5 mövsüm keçirib. 1967-ci ildə "Mersin Talim Yurdu FK"na transfer olunub. 1970-ci ildə futbolçu karyerasını bu komanda ilə başa vurub.
Starik-Kamen qayası
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Revda şəhər dairəsi bələdiyyə təşkilatının sərhədində, Ural dağlarında yerləşən qaya. Şunut dağından üç kilometr aralıda yerləşən Konovalovski Uval silsiləsinin zirvələrindən biridir. Qaya yaşlı bir insanın başını xatırlatdığından xarakterik forması ilə bu adı almışdır. Geomorfoloji təbii abidə və populyar bir turizm məkanıdır. Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində, Konovalovski Uval silsiləsində yerləşir. Şunut dağından 5 kilometr cənub-şərqdə, Bolşaya Lavrovka kəndinin 10,5 kilometr məsafədə yerləşir. Dağın hündürlüyü 648,1 metrdir. Geomorfoloji təbii abidədir. Yuxarıda 25-30 metr hündürlüyündə qəribə qaya formasiyadır. Papaqlı yaşlı bir insanın başını xatırladır.
Ahmet Tarık Tekçe
Ahmet Tarık Tekçe (15 dekabr 1920, Konstantinopol – 4 oktyabr 1964, Karabük) — türk kino aktyoru. == Həyatı == Ahmet Tarık Tekçe 1920-ci il dekabrın 15-də İstanbulda anadan olub. Atası ağır cinayət hakimi Hikmət bəy idi. O, xatirələrində dörd qardaş olduqlarını, 5 yaşında ikən məhəllə məktəbinə başladığını və həmin il məhəllədə vəbaya tutulan 40 uşaqdan yeganə sağ qalanın özü olduğunu söyləyib. Qardaşlarından biri də 350-dən çox filmdə rol aldığı bildirilən aktyor Necip Tekçedir. Memduh Ün, filmlərdə kiçik rollar oynamağa başlamazdan əvvəl futbolçu olan Necip Tekçedən başqa, jurnalist Cemil Tekçenin qardaşı olduğunu bildirir. Qalatasaray Liseyi məzunu olan Tekçe, Mətin Toker ilə sinif yoldaşıdır. Atasının təşəbbüsləri ilə Dənizyollarının Camialtı Atelyesində və Haliç Mayak Əhali İdarəsində çalışmış, sonralar 'Pəndispanya' adı ilə 'Adalar-Paravan' adlı yumoristik qəzet çıxarmışdır. Böyükada əsilli Tekçenin ilk filmi olan 'Tuzak' filminə görə 'Adalar' qəzetini satdığı bildirilir. Tekçe, 1948-ci ildə filmlərə başladı.