Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ateez
Ateez (kor. 에이티즈, tələffüz-"Ei-Teez") 2018-ci ildə KQ Entertainment tərəfindən yaradılan qrupudur. Qrupun üzvləri: Honcun, Sonqva, Yunho, Yosan, San, Minqi, Vuyon və Conqho. Olar rəsmi debütü "Treasure EP.1: All to Zero" ilə 24 oktyabr 2018-ci ildə etmişdirlər. == Tarixçə == === 2018: Debüt öncəsi, reallıq TV şousu və Treasure EP.1: All to Zero ilə debutu === İlk çıxışından əvvəl KQ Entertainment, bir sıra YouTube videolarını yayımladı, "KQ Fellaz 미국 미" (KQ fellaz American Training), burada məşq etmək üçün Kaliforniyanın Los Angeles şəhərinə getdilər. Bu şou zamanı KQ Entertainment qrupun doqquzuncu üzvü, stajyer Li Cun Yon-u təqdim etdi. Birlikdə, bir mahnı bəstələdilər və kareoqrafiya hazırladılar. Millennium Dance Kompleksində təlim keçdilər. Yunho, rəqs videolarından birində də yer aldı. Serialın finalı üçün KQ Fellaz, 3 iyul 2018-ci il tarixində "From" mahnısını yayımladı.
Atrek
Atrek və ya Ətrak (ərəb اترک -türklər‎; farsça -Seləha, Suləha) — İranda və Türkmənistanda çay. == Adının etimoloqiyası == Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz bəzən t[ə]rak bəzən isə [ə]trak kimi tələffüz olunurdu. Misal üçün Terek çayını və tərəkəmələri göstərmək olar. Ətrak çayı Ərəb Xilafəti dövründə bir müddət şərqdə türklərin ölkəsi ilə sərhəd hesab olunurdu. == Coğrafiyası == Uzunluğu — 669 km, hövzəsinin dağ hissəsinin sahəsi — 27 300 km², orta su məsrəfi Qızıl-Ətrakda — 9,2 m³/s. 19 əsrin sonundan suyu Xəzər dənizinə ancaq daşqın vaxtı çatır, başqa vaxt münbit oazislərin suvarılmasına sərf olunur. Vaxtı ilə əsas qolu, sağda, Sumbar çayı idi, o da suvarma üçün istifadə olunur və ancaq daşqın vaxtı Ətraka çatır. Güclü dayazlaşmasına görə, nərə balıqlarının kürütökməsi 20 əsrin ortalarından tamamilə kəsilmişdir. Beləliklə Ətrak Xəzər dənizinə tökülən yeganə çaydır ki nərəkimilərin reproduksiyası tamamilə kəsilmişdir. == Gidroqrafiyası == İran ərazisində Ətrak çayı, Nişapur dağları ilə Kopetdağı ayıraraq dar dağ vadisindən axır.
Atrey
Atreus, Mikena kralıdır. Zevsin oğlu Tantalın nəvəsidir. Pelops və Hippodameanın oğludur. Thyestes və Nikippenin qardaşıdır. Pleisthenes, Cleola ilə evliliyindən olub. Bir müddət keçdikdən sonra Atreus, dul qalmış gəlini Aeropa ilə evləndi. Bu ikinci evliliyindən, Aqamemnon və Menalay adlı iki oğlu və Anaksibia adlı bir qızı dünyaya gəldi Şayiələrə görə, Atreus və qardaşı Thyestes, atalarının daha çox sevdiyi qardaşları Khrysipposu öldürdülər və atalarının lənətini aldılar və sonralar Arqos krallığını ələ keçirdilər. Ancaq Thyestes, hökmranlığın rəmzi olan qızıl quzuyu oğurladı və Atreusun həyat yoldaşı Aeropanı sınağa çəkdi. Cinayəti açıldıqdan sonra qaçarkən, Atreusun oğlu Pleisthenesi də özü ilə götürdü və onu öz uşağı kimi böyütdü. Uşaq böyüdükdən sonra, Thyestes onu Atreusu öldürmək üçün göndərdi.
Korrez
Korrez (fr. Corrèze, oks. Corresa) — Fransanın mərkəz hissəsinin cənubundakı Akvitaniya regionunun departamentlərindən biri. Sıra nömrəsi — 19. İnzibati mərkəzi — Tül şəhəridir. Əhalisi — 252.235 nəfər (departamentlər arasında 80-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiya == Ərazisi — 5857 km². Departament üç hissəyə bölünür - dağ (ən yüksək nöqtə - Bessu dağı, 978 m), düz və Briv çayının vadisi. == Tarix == Korrez, 1790-cı ilin mart ayında qurulan ilk 83 departamentlərdən biridir. Keçmiş Limuzin əyalətinin ərazisində yerləşir.
Otran
Otran (fr. Autrans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Verkor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38021. Kommunanın 2012-ci il üçün əhalisi 1628 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Otrar
Otrar (düzgün deyilişi Otarar), (Fərab, Turar, Tarban və ya Tutarbənd) Qazaxıstanın cənubunda Sır-dərya çayının sahilindəki Otrarın adı Monqol fəlakətiylə anılır. Bu şəhər Türk və İslam dünyasının ən böyük filosofu Fərabinin doğulduğu yerdi. Fərab əslində bölgənin adıydı və Otrar bu bölgənin mərkəziydi. Oğuzelinin ən önəmli şəhəriydi. Çingiz xan tərəfindən yerlə yeksan edilən Otrarın qalıntıları geniş bir meydana yayılıb. Ayrıca, 1405-ci ildə Çin səfərinə çıxan Əmir Teymur Otrarda ölmüşdür. Otrar vahəsi, arxeoloji qalıntıları, Orta çağ yerləşim yerləri və suvarma kanalları ile 200 km ² bir meydanı əhatə edir.
Parez
Parez — nevroloji sindrom olub , müəyyən bir əzələ qrupunda əzələ gücünün azalması ilə büruzə verir.
Çərəz
Çərəz — müxtəlif bitkilərin meyvələri və ya toxumlarının qurudulması və ya işlənməsi ilə istehsal olunan qəlyanaltı növüdür. == İstehsalı == Çərəzlər meyvə və toxumların birbaşa günəş işığı altında qurudulması ilə və ya qovurma kimi istilik tələb edən metodlardan istifadə etmək yolu ilə və bəzən dadlı olması üçün duz və ya şəkər əlavə etməklə hazırlanır.
Əvrəz
Əvrəz — Azərbaycanda insanlar arasında tarixən təşəkkül tapmış və geniş yayılmış qarşılığlı yardım formalarından biri. == Etimologiyası == Azərbaycanda qarşılıqlı yardımın çox geniş yayılmış formalarından biri də əvrəz olmuşdur. Bu el köməkliyinin adı ərəbcə "təsadüfi" "fövqəladə hadisələr" mənasını verən "əvariz" sözündən götürülmüşdür. Görünür, Azərbaycanın Kəlbəcər və Qazax rayonlarında yaşayan ayrımlar arasında bu qarşılıqlı yardım formasının "avaya" adı ilə tanınması da bununla əlaqədardır. "Əvrəz" Azərbaycanın əksər bölgələrində "iməcilik" anlayışının sinonimi kimi işlədilsə də, bəzi bölgələrdə, o cümlədən Şirvan və Quba bölgələrində əsasən ağır zəhmət tələb edən təsərrüfat işlərində yalnız kişilərin iştirakı ilə təşkil edilən el köməkliyinə deyilirdi. == Tarixşünaslıqda əvrəz termininə fərqli münasibət == Azərbaycan tarixşünaslığında əvrəzdən, yanlış olaraq feodal mükəlləfiyyətlərindən biri kimi bəhs olunur. Rus alimi İ. Petruşinski Azərbaycanda feodal münasibətlərindən bəhs edərkən əvrəzi Səfəvilər dövlətində feodal mükəlləfiyyətlərindən biri hesab etmişdir. O daha sonra qeyd edir ki, Azərbaycanda kəndlilər XVIII–XIX əsrlərdə bəy və mülkədarların xeyrinə məcburi işlədikləri "biyar"dan əlavə ildə iki gün "əvrəz"ə də çıxmalı idilər. Azərbaycan alimlərindən M. Əfəndiyev və İ. Həsənov da bu səhv müddəaya əsaslanaraq öz tədqiqatlarında əvrəzi XVIII–XIX əsrlərdə Azərbaycan feodal mükəlləfiyyətlərindən biri kimi təhlil etmişlər. Əvrəzin feodal mükəlləfiyyəti olması haqqında yanlış fikir öz əksini 7 cildlik "Azərbaycan tarixi"ndə də tapmışdır.
Stres
Stres – orqanizmdə əsəb sistemlərinin normal vəziyyətdən kənara çıxması. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb.
Qərəz
Qərəz və ya Önyarğı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. == Anlayışın izahı == Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
Brez
Brez (fr. Braize) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03037. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 286 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15-64 yaş) arasında 124 nəfər iqtisadi fəal, 59 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 72.3%). Aktiv olan 124 nəfərdən 111 nəfər (62 kişi və 49 qadın) işləyir, 13 nəfər işsizdir (7 kişi və 6 qadın). 59 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Frez
Frezləmə — metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Frez aləti ixtira olunduğu zaman, yəni sənaye inqilabı ərəfəsində Fransada saray əyanlarının paltarlarının boynunda gəzdirdikləri yaxalığa oxşadığından ona bu adı vermişlər. Yəni frez fransızca fraise sözündən olub, mənası yaxalıq deməkdir. Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər. Frezləməni aşağıdakı əlamətlərinə görə bölürlər: 1. Dəzgahın şpindelinin vəziyyətinə görə, şaquli və üfüqi olurlar.
Krez
Krez (təq. e.ə. 596 – təq. e.ə. 546, Sardı[d], Manisa vilayəti) — (İslam qaynaqlarında keçən adıyla Karun) Kiçik Asiyadakı Lidiya dövlətinin sonuncu hökmdarı (e.ə. 560–546). Krezin var-dövləti haqqında çoxlu zərbi-məsəllər qoşulmuş, əfsanələr yaranmışdır. Qədimdə hesab edirdilər ki, ilk dəfə qızıl sikkə zərb etdirən elə Krez olmuşdur. E.ə. 546-cı ildə hökmdar Kirin başçılıq etdiyi fars qoşunları tərəfindən məğlub edilmiş və əsir düşmüşdü.
Oqre
Oqre (latış. Ogre‎) — Latviyanın Vidzeme diyarında Dauqava çayının sahilində yerləşən şəhər.
Otel
Mehmanxana, hotel, otel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt. == Mehmanxanaların təsnifatlaşdırılması meyarları == Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir: 1. Komfort səviyyə; 2. Nömrə fondunun tutumu; 3. Mehmanxanaların funksional təyinatı; 4. Mehmanxananın yerləşdiyi yer; 5. Mehmanxananın işləmə müddəti; 6. Qonaqların yeməklə təminatı; 7. Qonaqların qalma müddəti; 8.
Otuz
Otuz — say sistemində ədədlərdən biridir. İyirmi doqquzdan sonra, otuz birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 3, 5, 6, 10, 15 və 30 ədədlərinə qalıqsız bölünür.
Örək
Örək (Ürək) - türk, tatar və altay xalq inancında yaşayan ölü. İnsanların öldürüldüyü və ya insan qanının axıdıldığı yerdə ortaya çıxdığı deyilər. Daha çox, öldürülən insanların məzarı üstündə rast gəlinir. Örək insanlara zərər verməz, ancaq onun gəzişdiyi görülər, ya da kədərli səslərlə inlədiyi eşidilər. Bu baxımdan xortlaqdan fərqlidir, çünki xortlaq insanlara zərər verə bilər. Öldürülmüş insanların ruhu dinclik tapa bilməz və qatilin ya qapısını çalar və ya pəncərəsini tıklar. Qatil bu səbəblə ağlını itirə bilər. Uzun boylu və zəif olub, kəfənini çıxararkən yalnız üzünü açır. İnsan öldürmənin enində sonunda cəzasız qalmayacağını izah etməkdədir. == Etimologiya == (Ör/Ür) kökündən törəmişdir.
Atrek vadisi
Atrek vadisi — İranın şimal-şərqində dərə. Atrek vadisi Xorasan bölgəsində yerləşir. Buradan Kopetdağ silsiləsini iki hissəyə ayıran Atrek çayı keçir. Burada yerləşən əsas şəhər Kuçandır. Əsrlər boyu vadinin xüsusi coğrafi mövqeyi onu mədəni mübadilələrin qovşağına çevirmişdir. İslam dövrünün ilk illərində yaxınlıqdakı şəhərlər üçün əkinçilik rolunu oynadığı güman edilir.
Beatriz Ortiz
Beatriz Ortiz (d. 21 iyun 1995) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Beatriz Ortiz, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Bədii obraz
Bədii obraz — gerçəkliyin yalnız incəsənətə məxsus spesifik inikas və idrak üsulunu səciyyələndirən estetik kateqoriya. Bədii əsərdə yaradıcılıqla təcəssüm etdirilən hər şey (insan surətləri, xalq, müharibə, təbiət obrazları və s.) bədii obraz adlandırılır. Bədiiliyin əsas meyarlarından biri, gerçəkliyi estetik ideal mövqeyindən əks etdirməyin forması olan bədii obraz bədii ümumiləşdirmənin nəticəsi kimi meydana çıxır. Bədii obraz fərdi, keçici, təsadüfi hallarda dəyişməz və əbədi mövcud olan ümumi mahiyyətin təzahürünü əks etdirən obrazlı təfəkkürün əsasında dayanır. Ədəbiyyat və incəsənətdə bədii obraz ümumiliyin fərdi, həm də konkret təzahür forması kimi reallaşır. Onun üçün fərdiləşdirmə, tipikləşdirmə mühüm şərtdir. Bədii obraz sənətin idraki funksiyası ilə bağlı olub, gerçəkliklə sənətkar arasında özünəməxsus dialoqdur, sənətkar fantaziyası, duyum, ilham və s. subyektiv amillərlə də bilavasitə əlaqədardır. Bədii obraz yaradılması üç mərhələni (sənətkar — əsər -oxucu; musiqidə dinləyici, teatrda və təsviri sənətdə tamaşaçı və s.) birləşdirir. Bədii obraz təcəssümün formasından asılı olaraq, təsviri, əyani və s.
Cessi Ortiz
Cessi Ortiz (11 avqust 2000-ci ildə Limpioda anadan olub) — MLS təmsilçilərindən olan Rio Qrande Valli Toros klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar ABŞ-lı futbolçudur. == Klub karyerası == === Rio Qrande === Ortiz Rio Qrande Valli akademiyası vasitəsilə inkişaf etmişdir. Ortiz öz peşəkar karyerasında debütünü 11 iyun 2017-ci ildə Sietl Saunders 2 klubuna qarşı oyunda etmişdir. O, 86-cı dəqiqədə Emilio Qarsiyanı əvəz etmişdir. Həmin görüşdə Rio Qrande liqa görüşündə rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 11 İyun 2017 tarixində yenilənib1Sudamerikana Kuboku görüşləri daxildir. 2ABŞ Superkuboku görüşləri daxildir.
Danni Perez
Danni Markos Perez Valdez (23 yanvar 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo La Quaira klubunda hücumçu kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Klub karyerası == Perez Venesuelanın U-17 millisi ilə Çilidə keçirilən 2017 Cənubi Amerika U-17 Futbol Çempionatında iştirak etmişdir.
Edqar Varez
Edqard Varez (fr. Edgar(d) Varèse; 22 dekabr 1883 — 6 noyabr 1965) — Fransa-ABŞ bəstəkarı. == Həyatı == Fransız əsilli ABŞ-lı bəstəkar səs istehsalı texnikasına gətirdiyi yeniliklərlə tanınır. Dissonant və mövzusuz, ritm baxımından da asimmetrik olan musiqisini "fəzadakı səs cisimləri" kimi hazırlayıb. 1950-ci illərin əvvəllərində elektron səs təchizatından (aparatura) yararlanma fürsəti qazandıqdan sonra isə elektron musiqiyə üstünlük verib. Brüssel dünya sərgisi üçün yazdığı elektron şeirdə (1958) səsin 425 dinamik vasitəsilə yayılmasını nəzərdə tutub.
Fabian Perez
== Həyatı == Fabian Perez 2 noyabr 1967-ci ildə Buenos-Ayresdə Argentinada dünyaya göz açıb. Hələ yeniyetməlik dövründə o, hərbi incəsənət və rəssamlığı ilə maraqlanırdı və bunun nəticəsində hər iki sahəni mənimsəməyə çalışırdı. Karate onun xarakterinə əhəmiyyətli dərəcədə təsir göstərmiş və onun yüksək intizamlı şəxs kimi formalaşmasında yaxından kömək etmişdir, həmçinin onun qarşısında incəsənətin digər sahələri üçün yol açmışdır. Onun rəssamlıq qabiliyyətinə hər şeydən çox Şərq incəsənətini dərindən mənimsəməsi təsir göstərmişdir. 22 yaşındaykən Fabian Argentinanı tərk edir ,yaşamaq üçün İtaliyaya gedir və 7 il burada yaşayır.Məhz burada onun ədəbi və rəssamlıq yaradıcılığı şərq istiqaməti aldı. İtaliyada o, tezliklə ABŞ-da dərc olunan «Arzuların (obrazların) əksi» kitabını yazır. Sonradan o, bir illik Yaponiyaya gedir. Burada qubernatorun iqamətgahında yerləşdiriləcək olan «Yapon bayrağı» və «Medium insan» obrazlarını yaradır. Öz həyatını ədəbi və rəssamlıq yaradıcılığı ilə digər insanlara və onların hisslərinə təsir göstərməyə həsr edən Fabian Yaponiyanı tərk edərək hal-hazırda yaşadığı Los-Anceles şəhərinə təşrif buyurur. Fabianın stili unikaldır.