1. Keçmək, keçib getmək, gəlib keçmək. Yoldan ötmək.
// Bir yerin, sahənin ortasından, içindən keçmək, keçib getmək. Kənddən ötmək.
// Uçub getmək, uçaraq keçmək. Bir dəstə quş çayı ötdü.
2. Hərəkətdə, yerişdə, qaçışda qabaqlamaq, irəli getmək, ötüb keçmək, geridə buraxmaq. Velosipedçini ötmək. Yük maşınını ötmək.
// İrəlidə olmaq, keçmək. Yarışda ötmək.
// məc. Bir şeydə o birilərinə görə daha çox müvəffəq olmaq, daha çox nailiyyət əldə etmək. Dərsdə yoldaşlarını ötmək. Region dövlətlərini ötmək.
3. Keçmək, aşmaq, atlamaq, sovuşmaq, qurtarmaq (saat, mövsüm, zaman, yaş haqqında). Saat ikini ötdü. Yaşı əllini ötüb. İsti günlər ötdü.