Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astat
Astat (At) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 85-ci element. Bu element 1940-cı ildə süni olaraq siklotronda bismutu alfa-hissəciklərlə şüalandırmaqla alınmışdır. Amma yalnız kəşfdən 7 il sonra Çmilio Çino Seqre (1905-1989) başda olmaqla Amerika fiziklər qrupu bu elementə ad verdilər: yunan sözü astatos - “davamsız, səbatsız”-dan yaranmışdır. Bu elementin ən uzun ömürlü izotopu 7,2 saat yarımparçalanma dövrünə malikdir.
Ostan
Osat
Osat (serb. Osat / Осат) — Bosniya və Herseqovina ərazisində yerləşən coğrafi vilayət. Podrinenin mərkəzi hissəsində (Drina çayının sağ sahili boyunca), Vişeqrad və Srebrenisa şəhərləri arasında yerləşir. Osat vilayəti ərazisinə Bratunas və Srebrenisa icmaları bütünlüklə, Biraç regionunun isə bir hissəsi daxildir. Vasili Stefanovun yazdıqlarına görə Osat vilayətində 1860-cı ildə aşağıdakı kəndlər mövcud olmuşdur: Blajieviçi, Boleviçi, Bojiçi, Buyakoviçi, Srvisa, Yaketiçi, Karina, Kalimoniçi, Kosytolomsi, Krniçi, Mleçva, Moşiçi, Osatisa, Petrisa, Postole, Pribidol-Srpski, Pribidol-Turski, Radoçeviçi, Ratkoviçi, Stanatoviçi, Teqare, Toplisa, Vraneçeviçi, Vusare, Jakobnisa-Srpska, Jakobnisa-Turska, Kliebas. == Tarixi == Osat vilayəti orta əsrlərdə Jupaniya adı ilə tanınırdı. 1402–1459-cu illərdə Serb despotiyasının tərkib hissəsi olmuşdur. 1459-cu ildə Osmanlı imperiyası ərazisinə daxil edilmişdir. Bundan sonra vilayət Zvornik sancağının bir hissəsinə çevrilmişdir. 1804–1813-cü illər ərzində ilk serb üsyanı zamanı Kara-Marko Vasicin qoşunları bir müddətliyinə də olsa Osatı Srvisadan qoparıl ələ keçirə bilirlər.
Ştat
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsi ilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Erno Oşvat
Erno Oşvat (mac. Osvát Ernő; 7 aprel 1877 – 28 oktyabr 1929, Budapeşt) — Macarıstan yazıçısı, redaktoru. == Həyatı == İlk əsəri 1897-ci ildə Esti Újság adlı macar qəzetində nəşr olundu. 1902-ci ildə Magyar Géniusz qəzetinin redaktoru oldu və onu bir milliyyətçi nəşrdən müasir macar ədəbiyyatının beşiyinə çevirdi. Daha sonra 20-ci əsrin əvvəllərində ən mühüm Macarıstan ədəbi jurnalının Nyuqat jurnalının təsisçi redaktoru oldu. 1929-cu ildə intihar etdi.
Gilan (ostan)
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Gülüstan (ostan)
Gülüstan ostanı — İranın şimal-şərqində ostan. Mərkəzi Gürgan şəhəridir. Ostanın ərazisi 20.891 km²-dir. Ostan ərazisinin 16,375 km²-i etnik Türkmənsəhra (Güney Türkmənistan) bölgəsinə aiddir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.617.087 nəfər əhali yaşayır. Əhalisiniin təxminən 30%-35%-ni türkmənlər təşkil edir. Vilayətdə həmçinin başqa etnik qrupların nümayəndələri olan Azərbaycan türkləri , qazaxlar (Gürgan şəhərində), bəluclar, gürcülər, kürdlər, ermənilər və farslar da yaşayır.
Hörmüzgan (ostan)
Hörmüzgan ostanı - İranın cənubunda ostan. Mərkəzi Bəndər-Abbas şəhəridir . Ostanın ərazisi 71.193 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.403.674 nəfər əhali yaşayır . Əhalisini əsasən farslar, ərəblər (10%), bəluclar, azərbaycanlılar, lurlar və s. millətlər təşkil edir.
Hörmüzqan (ostan)
Hörmüzgan ostanı - İranın cənubunda ostan. Mərkəzi Bəndər-Abbas şəhəridir . Ostanın ərazisi 71.193 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.403.674 nəfər əhali yaşayır . Əhalisini əsasən farslar, ərəblər (10%), bəluclar, azərbaycanlılar, lurlar və s. millətlər təşkil edir.
Həmədan (ostan)
Həmədan ostanı — İranın qərbində ostan. İnzibati mərkəzi Həmədan şəhəridir. == Coğrafiya == Həmədan ostanı (vilayəti) İranın şimal-qərb hissəsində, Tehran və Qum şəhərlərinə nisbi yaxınlıqda yerləşir. Ostanın ümumi sahəsi 19.547 km²-dir. Şimaldan Zəncan ostanı, şimal-şərqdən Qəzvin ostanı, şərqdən Mərkəzi ostanı, cənubdan Luristan ostanı, qərbdən isə Kirmanşah və Kürdüstan ostanları ilə həmsərhəddir. Həmədan ərazisi qarlı zirvələri olan dağlar ilə və münbit vadilərlə məşhurdur. Bölgənin ən hündür zirvəsi 3574 metr olan Əlvənd dağıdır. Həmədanın iqlimi soyuqdur. Dağ rayonlarında səkkiz ay qar olur, və bu yay aylarının sərin keçməsinə və təbiətin gözəl olmağına şərait yaradır. == Əhalisi == Həmədanda xüsusi mədəniyyəti və adət-ənənələri olan müxtəlif xalqalara məxsus əhali yaşayır.
Kirman (ostan)
Kirman ostanı — İranın cənub-şərqində ostan. Mərkəzi Kirman şəhəridir . Ostanın ərazisi 181.814 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 2.652.413 nəfər əhali yaşayır . == Şəhristanları == Baft şəhristanı Bərdsir şəhristanı Bəm şəhristanı Ciruft şəhristanı Ravər şəhristanı Rəfsəncan şəhristanı Cənubi Rudbar şəhristanı Zərənd şəhristanı Sircan şəhristanı Şəhr Babək şəhristanı Ənbərabad şəhristanı Qala Gənc şəhristanı Kirman şəhristanı Kuhbənan şəhristanı Kəhnuc şəhristanı Mənucan şəhristanı == İstinadlar == == Xarici keçidlər == Encyclopædia Iranica :ḴĀLU a small Turkic tribe of Kermān province.
Kürdüstan (ostan)
Kürdüstan ostanı — İranın qərbində ostan. Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir. == Ərazi == Ostanın ərazisi 29.151 km² - dir . Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.440.156 nəfər əhali yaşayır . Ostan əhalisinin çoxunu etnik kürdlər təşkil etməklə yanaşı, burada azərbaycan türkləri (əsasən Qürvə və Bicar şəhristanında), lurlar, assuriyalılar və farslar da yaşayırlar . == Azərbaycan-Kürdüstan sərhəddi == Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən Bicar və Qürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna - Midiya dövləti, Sasanilər zamanı və... zamanlarda Azərbaycan sınırlarında yerləşibdir. Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176-1213 şəmsi, 1797-1834 miladi və 1212-1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər.
Loristan (ostan)
Luristan ostanı - İranda ostan, qərbi İranda yerləşir. Mərkəzi Xürrəmabad şəhəridir. == Ərazi == Ostanın ərazisi 28,392 km²-dir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1,716,527 nəfər əhali yaşayır. === Milli tərkib === Əhalisi əsasən lur xalqından ibarətdir. Ostanın şərqində bəxtiyarilər, mərkəzində və cənubunda lur dilinin əsas şimal ləhçəsinin müxtəlif dialektlərində danışan tayfalar, qərbində isə ləklər məskunlaşıbdır.Bu ostanda əsasən lurca (onun dialekti olan bəxtiyaricə və ləkcə daxil olmaqla) danışılır. Lurlar kürdlərdən daha çox farslara yaxındırlar .
Luristan (ostan)
Luristan ostanı - İranda ostan, qərbi İranda yerləşir. Mərkəzi Xürrəmabad şəhəridir. == Ərazi == Ostanın ərazisi 28,392 km²-dir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1,716,527 nəfər əhali yaşayır. === Milli tərkib === Əhalisi əsasən lur xalqından ibarətdir. Ostanın şərqində bəxtiyarilər, mərkəzində və cənubunda lur dilinin əsas şimal ləhçəsinin müxtəlif dialektlərində danışan tayfalar, qərbində isə ləklər məskunlaşıbdır.Bu ostanda əsasən lurca (onun dialekti olan bəxtiyaricə və ləkcə daxil olmaqla) danışılır. Lurlar kürdlərdən daha çox farslara yaxındırlar .
Mazandaran (ostan)
Mazandaran ostanı — İranın şimalında, Xəzər dənizinin cənub sahilində yerləşən ostan. Tarixən Təbəristan kimi tanınmışdır. Ostanın ərazisi 23.064 km²-dir. == İstinadlar == == Xarici keçidlər == a Lek tribe of Māzandarān.
Mərkəzi (ostan)
Mərkəzi ostanı (fars. استان مرکزی‎) – İranin mərkəzində yerləşən ostan. İnzibati mərkəzi Ərak şəhəridir. == Ərazi == Mərkəzi ostan şimaldan Tehran və Qəzvin, cənubdan İsfahan və Luristan, qərbdən Həmədan və şərqdən Qum ostanları ilə sərhəddir. Ostanın ərazisi 29,406 km² – dir . == Əhali == 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanın 1.351.257 nəfər əhalisi var . === Milli tərkib === == Şəhristanlar == Mərkəzi ostanı 10 şəhristana və 18 bəxşə bölünür .
Mərkəzi ostan
Mərkəzi ostanı (fars. استان مرکزی‎) – İranin mərkəzində yerləşən ostan. İnzibati mərkəzi Ərak şəhəridir. == Ərazi == Mərkəzi ostan şimaldan Tehran və Qəzvin, cənubdan İsfahan və Luristan, qərbdən Həmədan və şərqdən Qum ostanları ilə sərhəddir. Ostanın ərazisi 29,406 km² – dir . == Əhali == 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanın 1.351.257 nəfər əhalisi var . === Milli tərkib === == Şəhristanlar == Mərkəzi ostanı 10 şəhristana və 18 bəxşə bölünür .
Ovsat Abdinov
Ovsət Bəhram oğlu Abdinov (23 fevral 1944, Balakən – 29 oktyabr 2016) — fizika-riyaziyyat elmləri doktoru (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2014). == Həyatı == Ovsət Abdinov 23 fevral 1944-cü ildə Balakən şəhərində anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Namizədlik dissertasiyasını 1972-ci ildə, doktorluq dissertasiyasını isə 1986-cı ildə müdafiə etmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. == Əmək fəaliyyəti == Ovsət Abdinov müxtəlif illərdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Belə ki, o, 1973–1975-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında baş müəllim vəzifəsini icra edib. 1975-ci ildən AMEA Fizika İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri olub.1993–2002-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ, Dubna şəh., Rusiya) baş elmi işçi vəzifələrində çalışıb. === Üzv olduğu şuralar === Ovsat Abdinov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan Respublikasının tamhüquqlu nümayəndəsinin müavini, həmçinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Elmi Şurasının üzvü olub. O, AMEA Fizika İnstitutunun Elmi Şurasının, habelə AAK-ın Fizika üzrə Ekspert Şurasının üzvü olub.
Qum (ostan)
Qum ostanı — İranın mərkəzində ostan. Mərkəzi Qum şəhəridir. == Əhalisi == Ostanın ərazisi 11.237 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.046.737 nəfər əhali yaşayır . Əhalinin 91,2%-i şəhərlərdə yaşayır ki, onların da əksəriyyəti Azərbaycanlılar, farslar və lurlardır. 24 oktyabr – 13 noyabr 2011-ci il sa. əsasən Qum ostanının əhalisi 1.151.672 nəfərdir (587,661 nəfəri kişilər, 564,011 nəfəri qadınlar).
Qəzvin (ostan)
Qəzvin ostanı — İranın 31 ostanından (vilayətindən) biri. Mərkəzi Qəzvin şəhəridir. Qəzvin ostanının ümumi sahəsi 15.502 km²-dir. Ostan 1996-cı ildə Tehran və Zəncan ostanlarının ərazilərindən ayrılmış və ölkənin yeni bir ostanına çevrilmiş bölgələrdən qurulmuşdu. == Tarix == Qədim yunan yazılarında Qəzvin haqqında məlumat Midiya hökmdarları haqqında məlumatlarda təsadüf olunur ki, bunlar da bizim eramızdan əvvəl 9 əsrə aiddir. Qəzvinin adının buralarda qədim zamanlarda yaşamış (və ya sonralar köçmüş) kaspi tayfalarıyla bağlı olduğu deyilir. Qəzvin əyalətinin ərazisində çoxlu tayfalar və qəbilələr yaşamışdır, və qədimdə bu ərazi daim müharibə zonası olubdur. Erkən islam dövründə Qəzvin Ərəb Xilafətinin qoşunları tərəfindən zəbt olunmuşdur. Səfəvilər İmperiyasının Təbrizdən sonrakı ikinci paytaxtı da məhz Qəzvin şəhəri olmuşdur. Qacarlar dövründə Tehrana yaxın olduğundan Qəzvin dövlətin mühüm mərkəzlərindən biri olubdur.
Simnan (ostan)
Simnan ostanı — İranın şimalında ostan. Mərkəzi Simnan şəhəridir. Ostanın ərazisi 96.816 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 589.742 nəfər əhali yaşayır .
Xuzistan (ostan)
Xuzistan ostanı — İranın cənub-qərbində ostan. Mərkəzi Əhvaz şəhəridir. Ostanın ərazisi 63.238 km²-dir. 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.274.979 nəfər əhali yaşayır .Əhalinin etnik tərkibini bəxtiyarilər, ərəblər, farslar, lurlar, ləklər, Qaşqaylar və s. təşkil edr.
Yəzd (ostan)
Yəzd ostanı — İranın mərkəzində ostan. Mərkəzi Yəzd şəhəridir . Ostanın ərazisi 73.467 km² — dir . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 990.818 nəfər əhali yaşayır .
İlam (ostan)
İlam ostanı — İranın qərbində ostan. Mərkəzi İlam şəhəridir. == Ərazi == Ostanın ərazisi 20.151 km²-dir. İlam ostanı ərazisində 17 şəhər, 8 şəhristan, 18 bəxş, 38 kəndistan yerləşir . == Əhali == 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 545.787 nəfər əhali yaşayır . Ümumən vilayətdə əhalinin əksəriyyətini Kürdlər təşkil edirlər, onlar Kürd dilinin əsasən kəllhur və feyli dialektlərində danışan bir neçə tayfadan ibarətdirlər . 1996-cı il siyahıya almasına əsasən bütün əhalinin cəmi 162 nəfəri (158 nəfəri zərdüşti, 2 nəfəri xristian) müsəlman olmamışdır .
İsfahan (ostan)
İsfahan ostanı - İranın mərkəzi hissəsində ostan. Mərkəzi İsfahan şəhəridir . Ostanın ərazisi 107.027 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.559.256 nəfər əhali yaşayır . Əhalinin etnik tərkibini farslar (əhalinin 1/3-i) , azərbaycanlılar (əhalinin 1/5-i) , qaşqaylar , bəxtiyarilər , gürcülər , ermənilər və s. təşkil edir.