Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pankost
Pankost şişi – ağciyər zirvəsinin şişi olub, yuxarı ətrafın nevroloji və damar simptomları ilə müşayiət olunur.
Pankost şişi
Pankost şişi – ağciyər zirvəsinin şişi olub, yuxarı ətrafın nevroloji və damar simptomları ilə müşayiət olunur.
Pakdəşt
Pakdəşt (farsca: پاکدشت) — İranda şəhər, Tehran ostanının Pakdəşt şəhristanının inzibati mərkəzi. Tehran şəhərindən 25 km cənub-şərqdə yerləşir. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 32.625 ailədə 126.281 nəfərdir.
Alost
Alst (nid. Aalst, Niderlandca tələffüz: [aːlst] ( dinlə)) və ya Alost (fr. Alost, Fransızca tələffüz: [alɔst]) — Belçikada, Şərqi Flandriya əyalətində şəhər. Dender çayında gəmi dayanacağıdır. Dəmiryol qovşağı var. Kətan, pambıq parça, inək, krujeva, dəri-ayaqqabı və yeyinti sənayesi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "From Then til Now". www.brabantia.com. 2014.
Aqost
Aqost (isp. Agost) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 66,64 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4818 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 18 km uzaqlıqda yerləşir.
Pafos
Pafos (yun. Πάφος türk.Baf) - Kipr adasının cənub-qərb hissəsində yerləşən bir şəhər.Şəhər eyniadlı inzibati rayon mərkəzidir. (Kipr Respublikasının 6 rayonlarından biri). Mifologiyaya görə, Pafos yunan sevgi tanrısı Afroditanın vətənidir.51 ildə(e.ə)şəhərdə Kiprin məşhur natiqi Mark Tulliy Çiçero yaşayırdı. Pafos UNESCO Ümumdünya mədəni və təbii irs siyahısına əlavə edilir.Şəhərin yaxınlığında Beynəlxalq hava limanı yerləşir. == İqlimi == Pafos şəhəri noyabr və mart aylarında yüksək yağıntı ilə müşahidə olunan, Aralıq dənizi iqliminə malikdir. Yayda,xüsusilə iyul və avqust aylarında yağış yağmır.Orta rütubət 85%-dir. Təxminən hər 10 ildə bir qar yağır. Qar tez əriyir. Sonuncu dəfə güclü qar yağıntısı şəhərin mərkəzində 2001-ci ilin qışında müşahidə olunub.
Paket
Paket (packet) – ümumi anlamda: şəbəkədə bir qurğudan başqasına ötürülən informasiya vahidi. Paket kommutasiyası şəbəkəsində bu termin belə təyin olunur: göndərilmək üçün nəzərdə tutulmuş ikilik rəqəmlərdən ibarət olan müəyyən olunmuş maksimal ölçülü verilənlər yığını; burada həm verilənlər, həm də idenfikator-nömrə, göndərənin və alanın ünvanı və bəzən xətalara nəzarət verilənləri olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 623 s.
Pakod
Pakod (xorv. Pakod) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Matyas Rakosi
Matyaş Rakoşi (9 mart 1892[…] – 5 fevral 1971[…], Nijni Novqorod) — Macar kommunist siyasətçi. == Həyatı == Matyaş Rakoşi 1892-ci ilin mart ayının 9-da Avstriya-Macarıstan imperiyasının Ada bölgəsinin Baks-Qodroq kəndində yəhudi əsilli ailənin dördüncü uşağı kimi anadan olmuşdur. Bu ərazi hal-hazırda Serbiyanın Voyvodina ərazisi adlanır. == Siyas həyatı == I Dünya müharibəsində Avstriya-Macarıstan ordusunda xidmət etmişdir.Şərq cəbhəsində Rus ordusuna əsir düşmüş və müharibənin sonlarına qədər burada əsir kimi qalmışdır. Rusiyada vətəndaş müharibəsi alovlandığı zaman əsirlikdən qaçaraq bolşevik hərəkatına qoşulmuşdur. Macarıstana qayıtdıqdan sonra Bela Kunun rəhbərliyində yerli bolşevik hərəkatına qoşulmuşdur. 1945-1956-ci illər arasında Macarıstan Kommunist partiyasının birinci katibi olmuşdur, 14 avqust 1952- 4 iyul 1953-cü illər arasında Macarıstanın baş naziri olaraq çalışmışdır. == Hakimiyyətdən uzaqlaşdırılması == Xruşşovun Gizli nitqindən az sonra Matyaş Rakoşi vəzifəsindən azad edildi və onu müavini Erno Gero əvəz etdi. Onu tamamilə macar siyasi səhnəsindən təmizləmək üçün Sovet rəhbərliyi tərəfindən Qırğızıstana göndərildi. İctimaiyyətə isə bunun tibbi müalicə ehtiyacı səbəbindən olduğu bildirildi.
Pakdəşt şəhristanı
Pakdəşt şəhristanı (fars. شهرستان پاکدشت‎) — Tehran ostanında inzibati ərazi vahidi. İnizbati mərkəzi Pakdəşt şəhəridir. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 61.234 ailədə 240.841 nəfərdir.
Aost
Aost (fr. Aoste) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 1999-cu il üçün əhalisi 1715 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km şərqdə, Qrenobldan 50 km şimalda yerləşir.
POST
POST (ing. Power-On Self-Test) — qurğu işə düşdüyü zaman, qurğunun aparat təminatını yoxlaması əməliyyatı. Bu əməliyyat ana platanın BIOS-una daxil olan proqramlarla yerinə yetirilir. == Natamam yoxlama == POST əməliyyatının natamam (qısa) yoxlama ardıcılıllığı: Daimi yaddaş qurğusundan istifadə edərək BIOS proqramlarının yoxlaması. Əsas idarəedicilər, sistem şinləri və qoşulmuş qurğuların (qrafik adapter, diskdaxilediciləri və s.) inisializasiyası, həmçinin qurğular və onları təmin edən BIOS-a daxil olan proqramların icrası. Əməli yaddaş və birinci seqmentin (64 kilobayt) ölçüsünü təyini və yoxlanması. == Tam yoxlama == POST əməliyyatının tam yoxlama ardıcıllığı: Prosessorun bütün registrlərinin yoxlanması; Daimi yaddaş qurğusunun yoxlanması; Sistem taymeri və səsli siqnalizasiya (IBM PC üçün — i8255 və ya analoq İnteqral sxemi) portunun yoxlaması; Yaddaşa birbaşa keçid idarəedicilərinin testi; Əməli yaddaş regeneratorunun testi; BIOS-da rezident proqramlarının proyeksiyalanması üçün əməli yaddaş qurğusunun altsahəsinin testi; Rezident proqramlarının yüklənməsi; Standart qrafik adapterinin (VGA) testi; Əməli yaddaşın testi; Əsas daxiletmə qurğularının testi; CMOS testi; LPT/COM-un əsas portlarının testi; Elastik maqnit disklərinin testi; Sərt maqnit disklərinin (Sərt disk) testi; BIOS-un funksional alt sistemlərinin avtodiaqnostikası; İdarənin əməliyyat sisteminə ötürülməsi. Kompüter qoşulduğu zaman POST-un tam və ya natamam yoxlanması əməliy yatını baza sisteminə giriş-çıxış tənzimləmələrindən yəni, BIOS Setupdan quraşdırmaq olar. ---Fərdi kompüterlərin əksəriyyətində POST əməliyyatı müvəffəqiyyətlə başa çatdıqda sistem dinamiki bir qısa səs siqnalını çıxarır. Bundan başqa bu siqnallar və kodlar yoxlanma zamanı baş verən xətanı müvafiq ardıcıllıqdan ibarət siqnallarla istifadəçiyə çatdırır.
Pakt
Pakt (lat. pactum — saziş) — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.
Kakos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. == Tərkib və xüsusiyyətləri == Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Pafos (dəqiqləşdirmə)
Pafos: Pafos (yun. πάθος — hiss, emisiya) — ritorika termini. Pafos (yun. Πάφος, türk. Baf) — Kiprdə şəhər. Pafos — mifoloji personaj.
Pafos qəsri
Pafos qəsri ― Kiprdə, Pafos limanının kənarında yerləşən qəsr. Orijinal Bizans qəsri qərbdə Saranta Kolones qəsrindən 600 metr qərbdə yerləşirdi və 1222-ci ildə baş verən zəlzələ nəticəsində tamamilə dağılmışdır. İndiki qəsr limanı qorumaq üçün XIII əsrdə Kipr kralları tərəfindən tikilmiş iki qüllədən biri idi. Şərq liman qülləsi 1491-ci il zəlzələsi nəticəsində dağılsa da, dağıntıları liman divarı boyunca hələ də görülə bilər. 16-cı əsrin ortalarında liman qəsri Venesiya Respublikası tərəfindən dağıdıldı. 1592-ci ildə Osmanlılar adanı tutduqdan sonra onu bərpa etdi və möhkəmləndirdi. Qəsrin girişindəki ağ mərmər lövhə (150 × 40 sm), Kiprin Türk komandiri Əhməd Paşa (1589-1593) tərəfindən 1592-ci ildə yenidən qurulmasına işarə edir. 1878-ci ildə Pafos qəsrinin hərbi məqsədlər üçün istifadəsi dayandırıldı və ingilis dövründə duz anbarı olaraq istifadə edildi. Qəsr 1953-cü il zəlzələsində zərər gördü və təmir işləri 1969-cu ilə qədər tamamlandı. Pafos qəsri 21 iyul 1974-cü ildə Türk hava və dəniz qüvvələri tərəfindən Pafos limanının bombardmanı zamanı da zərər görsə də, ciddi ziyan görməmişdi.
Paket analizator
Paket analizator (həmçinin şəbəkə analizator, protokol analizator və ya paket izləyici (sniffer) - və ya , xüsusi şəbəkə növləri üçün, Ethernet izləyici (sniffer) və ya Naqilsiz izləyici (Wireless sniffer) - rəqəmsal şəbəkə və ya şəbəkənin bir hissəsi üzərindən keçən informasiya axınını tutaraq loqlarda saxlayan kompüter proqramı və ya kompüterin müəyyən fiziki hissəsidir. Şəbəkədə data axını varsa , izləyici (sniffer) hər bir paketi əldə edir və lazım olduqda paketi deşifrə edərək, paketdəki müxtəlif sahələrin dəyərlərini göstərir və RFC-yə və ya başqa xüsusiyyətlərə görə analiz edir. Paket tutma (packet capture) məlumatın əldə olunması və loqlanması prosesidir. == İmkanları == Ethernet, Token Ring və FDDİ şəbəkələr kimi naqilli daxili şəbəkələrdə, şəbəkənin strukturuna görə, hər hansı bir şəxs bir cihazdan şəbəkəni bütöv və ya bir hissəsinin trafikini əldə edə bilər. Switchlər (yönləndiricilər) tərəfindən şəbəkədə trafikin başqa sistemlər tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün bəzi metodlardan istifadə edilir. (məs: ARP spoofing). Şəbəkənin monitorinq olunması üçün switchin monitoring portu üzərindən keçən bütün data paketləri əldə edilərək analiz edilə bilir. Şəbəkənin monitorinq edilməsi üçün Network Tap monitorinq portdan istifadəyə görə əlverişli olsa da , trafik axını çox olduqda data paketlərini silir. Naqilsiz şəbəkələrdə hər hansı bir şəxs xüsusi kanal və ya bir neçə kanal vasitəsilə trafiki əldə edə bilər. Naqilli və naqilsiz şəbəkələrdə , unicast axından başqa trafikin tutulması üçün izləyici (sniffer), multicast qrupa multicast trafikin əldə olunması üçün monitorinq , və ya broadcast axının əldə olunması üçün—şəbəkə adapteri (network adapter) promiscuous modda (qarışıq modda) olmalıdır.
Paket kommutasiyası
Paket kommutasiyası (packet switching) – verilənlərin elə ötürülmə üsuludur ki, göndərən və alan arasında kiçik informasiya vahidləri (paketləri) optimal marşrutla kompüter şəbəkənin stansiyasından keçməklə retranslyasiya olunur. Paket kommutasiyası şəbəkəsində informasiya kiçik porsiyalarla emal olunur; uzun məlumatlar marşrutlanmadan öncə bir neçə paketə ayrılır. Hər bir paket fərqli yollarla ötürülə bildiyindən və bir məlumatın ibarət olduğu paketlər son məntəqəyə müxtəlif vaxtlarda, yaxud fərqli ardıcıllıqla çata bildiyindən, qəbuledici kompüter ilkin məlumatı yenidən qurur. Məlumatların paketlənməsi paketlərin qurulması və sökülməsi adlanır (PACKET ASSEMBLY AND DISSEMBLY, PAD). Paket kommutasiyalı şəbəkələr ən sürətli və səmərəli hesab olunur. Trafikin marşrutlanmasının və paketlərin qurulub-sökülməsinin idarə edilməsi üçün belə şəbəkələr ötürmə prosesini idarə edən kompüterlərin və proqram təminatlarının müəyyən “intellektə” malik olmasını tələb edir. Şəbəkədə paket kommutasiyası CCITT komitəsinin X.25 tövsiyəsində sənədləşdirilib. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 623 s.
Palos burnu
Torinyan burnu (isp. Cabo de Palos}}) — İspaniyanın cənub-şərqində yerləşən burun. İnzibati baxımından Mursiya vilayətinin Kartahena inzibati vahidliyinə daxildir. Burun Avropa materikinin ən böyük laqunu olan Mar-Menor və qumlu La-Manqa dilindən cənub-şərqindəyerləşir Bueun qayalıdır və Kordiler-Bekita dağ sisteminin şimal qutaracağını təşkil edir. Palos Kosta-Kalidanın bir hissəsi olsa belə onun sahilləri daşlı və sıldırımlıdır. Burundan şərqdə Ormiqas adası yerləşir (Islas Hormigas) Hələ antik dövrdə Böyük Plini və Postumius Festus Avienus burunda Ball Hamon məbədinin olması haqqında məlumat vermişdir. Roma və Karfagen anlaşmalarında əsrarəngiz burunlardan biri olaraq adı keçir. XVI əsrdə İspaniya kralı II Filipp Bərbər dəniz quldurlarından qorunmaq məqsədi ilə burada istehkam inşa etdirmişdir. 31 yanvar 1865-ci ildə burunda mayak inşa edilmişdir Burun iki dəniz döyüşünün baş verməsi baxımından xatırlanılır.
Vicugna pacos
== Xüsusiyyətləri == Bütün dəvə növlərində olduğu kimi alpakalar da nisbilik uzun bədənə sahib olub, incə qıçlar, uzun və incə boyun, kiçik bir baş xarakteristika xüsusiyyətləridir. Bütün Yeni Dünya dəvələri kimi hörgücü tapılmaz. Lamalardan bir az daha kiçik olmaqla birlikdə 55 ilə 65 kq ağırlıqlarıyla onlardan diqqətə çarpan şəkildə daha yüngüldürlər. Rəng, ümumiyyətlə tək rəngli qəhvəyi, qara ya da mavi-boz olub, nadir olaraq ləkəlidir. Diqqət çəkici olan, 50 smə qədər çata bilən uzun tüklərdir. == Həyat şəkli == Alpakalar, bütün dəvə növləri kimi ictimai heyvanlardır və qrup içində rahatdırlar. Bitki yeyici heyvanlar olub, haradasa sırf otlarla bəslənərlər. Bütün dəvələr kimi həzmdə onlara köməkçi olan çox otaqlı mədəyə sahibdirlər. Hamiləlikləri 240 ilə 345 gün arasında dəyişər və dişi, Cənub Amerikada "Cria" adı verilən bala dünyaya gətirər. Bu bala təxminən altı ilə səkkiz aya qədər əmizdirilər və 12 ilə 24 ay arasında cinsi yetkinluğa çatar.
İnteqrallaşdırılmış paket
Ofis paketi (İnteqrallaşdırılmış paket) — müxtəlif funksiyaları yerinə yetirən proqram komponentlərini özündə birləşdirir. Müasir inteqrallaşdırılmış tətbiqi proqram paketinə (TPP) mətn prosessoru, elektron cədvəl, qrafiki redaktor, verilənlər bazası idarəetmə sistemi (VBİS) və s. daxildir. İnteqrallaşdırılmış paketlərə əlavə modullar kimi, faylların eksport-importu, kalkulyator, təqvim, proqramlaşdırma sistemləri də daxil edilir. Bu cür paketlərə misal olaraq Microsoft Office, FrameWork, Ashampoo Office 2010 və s. göstərmək olar.
Pekot müharibəsi
Pekot müharibəsi (ing. Pequot War ) — müasir ABŞ-ninKonnektikut və Massaçusets ştatlarının ərazisində pekotlar və ingilis kolonistləri arasında baş vermiş silahlı münaqişə. Müharibə kolonistlərin qələbəsi ilə başa çatmışdır. Bu zaman təxminən 700 pekot öldürülmüş və ya əsir götürülmüşdür.
Minoritar paket
Minoritar paket — ölçüsü müəssisənin səhmlərinin 50%-dən az olan səhmlər bloku. Bu, nəzarət olunmayan maraqdır == Təsviri == Bir işi qiymətləndirərkən, qarşı tərəfin hansı səhm paketinə sahib olduğunu nəzərə almaq lazımdır - Azlıq və ya Çoxluq. Azlıq payı müəssisəyə tam nəzarət etmək hüququ vermir Minoritar paylar dividend almaq, səhmlərin bazar qiyməti artdıqda səhmlər paketinin satışı zamanı gəlir əldə etmək, habelə şirkətlərin kapitalında iştirak etməklə öz şirkətinin maliyyə göstəricilərini yaxşılaşdırmaq üçün əldə edilə bilər. ortaqlıqlar var. Əgər siz səhmlərin 10%-nə sahibsinizsə, onun sahibi şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin auditini tələb etmək imkanına malikdir. Əgər kimsə 25% paya sahibdirsə, o zaman onun mühasibat sənədləri, habelə kollegial icra hakimiyyəti orqanının keçirdiyi iclasların protokolları ilə tanış olmaq hüququ var. Belə məlumatların əldə edilməsi müəssisənin maliyyə vəziyyəti haqqında daha dolğun təsəvvür yaratmağa imkan verir. Minoritar paketi portfel investoru üçün gəlir yaradır və əgər hədəf investoru nəzərə alsaq, onda onun üçün minoritar pay əlavə gəlir əldə etmək vasitəsidir. İnvestor mənfəət üçün minoritar pay almaq niyyətindədirsə, emitentin dividend tarixini, əldə edilə bilən dividendlərin miqdarını, emitentin maliyyə vəziyyətini, hüquqi formasını və səhmlərinin hazırda siyahıda olub-olmadığını bilmək lazımdır. fond bazarı.
Arjeles-Qazost (rayon)
Arjeles-Qazost (fr. Argelès-Gazost) — Fransanın Cənubi Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Pireney. Suprefektura — Arjeles-Qazost. Rayon əhalisi 2006-cı ildə 39 595 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 30 nəfər / km². Rayon ərazisi — 1,300 km².
Klovis Akosta Fernandes
Klovis Akosta Fernandes (port. Clovis Acosta Fernandes; 4 oktyabr 1954 – 16 sentyabr 2015, Portu-Aleqri) — 1990-cı ildən Braziliya futbol yığmasının ən sadiq azarkeşi. "Gaúcho da Copa" ləqəbi ilə tanınırdı. == Həyatı == 1954-cü ildə Braziliyada doğulub və kiçik yaşlarından Braziliya futbol yığmasının ən sadiq azarkeşi idi. 1990-cı ildən bəri Braziliyanın iştirak etdiyi turnirlərdə azarkeşlik etmişdir. 2014-cü ildə Braziliyada keçirilən mundialın yarımfinalında doğma komandasının Almaniyaya 1:7 hesablı məğlubiyyəti zamanı dünya kubokunun maketini qucaqlayaraq ağlayan bığlı və böyük şlyapalı qocanın videogörüntüləri "Youtube"da cəmi 3 gün ərzində 4 milyondan çox baxış toplamışdı. Akostanın 4 övladı var. O, lap uşaq vaxtından Braziliya millisinə azarkeşlik edirdi. Özünün dediyinə görə, uşaqlıqda milli komandasının 1958 və 62-ci illərdə dünya çempionatlarında qalibiyyəti zamanı atası fişənglər atar, bütün fernandeslər ailəsi sevinərmiş. Akosta ilk dəfə milli komandasının dünya çempionatındakı oyununu televizordan 1970-ci ildə izləyib.