Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yoana Palasio
Yoana Palasio Mahmudova – Kuba əsilli Azərbaycan qadın voleybolçusu. 2010-cu ildə Yaponiyada keçirilmiş voleybol üzrə qadınlararası dünya çempionatında Kuba millisinin heyətində çıxış etmişdir 2011-ci ildə keçirilmiş Pan-Amerika Oyunlarında gümüş medal qazanmış, Ən yaxşı spayker və Ən dəyərli oyunçu seçilmişdir. 2009 və 2011-ci illərdə NORCECA Kontitental Çempionatının bürünc medalını qazanmışdır. 2009–2011-ci illərdə "Siudad Havana" komandasının tərkibində Kuba Milli Liqasının üçqat qalibi olmuşdur. 2015-ci ildə "Rabitə" klubu ilə Azərbaycan çempionatının qızıl medalını qazanmışdır. == Karyerası == === 2008–2012 === Palasio 2008-ci ildə keçirilmiş Kuba Milli Oyunlarında "Sentrales" komandasının tərkibində çıxış etmiş və "Venesuela" komandasına 3–0 hesabı ilə qalib gələrək bürünc medalın sahibi olmuşdur. 2008-ci ildə Kuba millisi ilə NORCECA Kontinental Çempionatının qalibi olmuşdur. O, 2009-cu ildəki Kuba Milli Liqasında "Kapitalinas" klubunda oynayaraq finalda "Serranas" klubuna 3–0 hesabı ilə qalib gəlmişdir. O, 2009-cu ildə Respublikası Prezidenti turnirində Kuba milli komandasının heyətində çıxış edərək turnirin qalibi olmuş, finalda Peru komandasını məğlub etmişdir. 2009-cu ildə keçirilmiş NORCECA Çempionatında ABŞ millisinə 3–2 hesabı ilə qalib gələrək bürünc medal qazanmışdır.
Palasi (Talış)
Palasi (fars. پلاسي‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,357 nəfər yaşayır (314 ailə).
Palasso
Palasso (it. Palazzo, lat. Palatium – saray) — italyan Renessansı üçün xarektrik olan saray-mülk tipi. XV əsrdə meydana gəlmişdir (əsasən Florensiyada; memar F.Brunelleski və başqaları). Klassik Palassolar fasadı küçəyə baxan 3, bəzən 2, yaxud 4 mərtəbəli binadan, tağlı sırasütunlarla əhatələnən daxili həyətdən ibarət olurdu. Palassonun 1-ci mərtəbəsində xidmət, 2-ci mərtəbəsində qonaq, 3-cü mərtəbəsində yaşayış otaqları yerləşirdi. XVI əsrə aid Palassolarda (memarlar Roma və Florensiyada Donato Bramante, Mikelancelo; Viçentsada Andrea Palladio; Veronada Michele Sanmikeli və başqaları) order elementlərinin rolu artır, binanın kompozisiyası ətraf mühit ilə əlaqələnirdi. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Palpasiya
Palpasiya (lat. palpatio — "sığallamaq, toxunmaq") — xəstəni qəbul və ya xəstəliyi diaqnoz edərkən bədəni yoxlamaq üçün əllərlə istifadə etmə prosesi. Hippokratın yazılarında palpasiya nəbzin xüsusiyyətlərini öyrənmək üçün bir üsul olaraq qeyd olunur. Daxili orqanların müayinə metodu kimi palpasiya Avropada yalnız XIX-cu əsrin ikinci yarısından R. Laennek, İ. Şkoda, V. P. Obraztsov və başqalarının elmi işlərindən sonra geniş yayılmışdır. Tanınmış klinik aforizm var: "Stetoskop o qədər yaxşıdır ki, həkimi xəstəyə ən azı 15 sm yaxınlaşdırır, lakin palpasiya həkimin xəstə ilə əlaqəsini tamamilə təmin edir." Palpasiya həkimlər, eləcə də şiroterapevtlər, tibb bacıları, masaj terapevtləri, fizioterapevtlər, osteopatlar və peşə terapevtləri tərəfindən xəstənin toxumasının (şişkinlik və ya əzələ tonusu kimi) müəyyən etmək, xüsusi anatomik quruluşun məkan koordinatlarını təyin etmək üçün istifadə olunur. Palpasiya adətən sinə və qarın nahiyəsini yoxlamaq üçün istifadə olunur, lakin şişkinlik diaqnozu üçün də istifadə edilə bilər. Palpasiya nəbzi yoxlamaq üçün də sadə bir üsuldur. Heyvanların hamiləliyini yoxlamaq və müəyyən etmək üçün baytarlar tərəfindən istifadə olunur. Taktil palpasiya gözdaxili təzyiqi müəyyən etmək üçün ən qədim, ən sadə və ən ucuz üsullardan biridir. Anatomik işarələrin yerləşdirilməsi iki palpasiya protokolundan istifadə etməklə həyata keçirilə bilər: 1) üçölçülü (3D) rəqəmsallaşdırma ilə əllərdən istifadə edərək birləşdirilmiş və işarələrin məkanda yerini təyin etməyə imkan verən əllə palpasiya və 2) məsələn, tibbi görüntüləmədən əldə edilən 3D kompüter modellərində virtual palpasiya.
Valasin
Valasin — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Alaşiya
Alaşiya, həmçinin Alasiya (akkad. 𒀀𒆷𒅆𒅀 Alašiya [a-la-ši-ia]; Şablon:Lang-uga ẢLṮY; Linear B: 𐀀𐀨𐀯𐀍 Alasios [a-ra-si-jo]) və ya Alaşiya padşahlığı — Orta və Son Tunc dövrlərində mövcud olmuş, Şərqi Aralıq dənizində bir yerdə yerləşən dövlət. Bu, qədim Misir və qədim Yaxın Şərqin digər dövlətləri üçün əsas məhsul, xüsusilə də mis mənbəyi idi. Bir sıra sağ qalmış mətnlərdə buranın adı xatırlanır və hazırda Kipr adasının qədim adı olduğu düşünülür. Bunu Alaşiyadan başqa hökmdarlara göndərilən gil lövhələrin Təl-Əviv Universitetində apardığı elmi təhlillər də təsdiqləmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Armstrong, K. M. 2003 Settlement Hierarchy and The Location of Alashiya on Cyprus. Unpublished MA dissertation, University of Cincinnati. Knapp, A. B. ed. 1996 Near Eastern and Aegean Texts from the Third to the First Millennia BC. (Translations of all 122 Bronze Age and early Iron Age texts referring to «Alashiya»). ISBN 0-9651704-2-X Knapp, A. B. 1997 The Archaeology of Late Bronze Age Cypriot Society.
Pallasia
Encelia (lat. Encelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Pallasia L'Hér.
At paxlası
Vicia faba (lat. Vicia faba) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Faba faba (L.) House Faba vulgaris Moench Orobus faba (L.) Brot. Vicia esculenta Salisb.
Cumeyd Palması
Cumeyra palması (ərəb. نخلة الجميرة‎) — Birləşmiş Ərəb Əmirliklərindəki Dubay əmirliyinin dəniz sahilinə yaxın süni ada. Nakheel developer şirkəti tərəfindən yaradılıb. Palma adalarından biridir.
Cumeyra palması
Cumeyra palması (ərəb. نخلة الجميرة‎) — Birləşmiş Ərəb Əmirliklərindəki Dubay əmirliyinin dəniz sahilinə yaxın süni ada. Nakheel developer şirkəti tərəfindən yaradılıb. Palma adalarından biridir.
Euphorbia pallasii
Fişer südləyəni (lat. Euphorbia fischeriana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Katexu palması
Katexu palması (lat. Areca catechu) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Kokos palması
Kokos palması və ya Hind qozu ağacı (lat. Cocos nucifera) — palmalar fəsiləsindən bitki növü. Gövdəsinin hündürlüyü 20–25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 metrdir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir. Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Hind qozu 7-13 yaşında meyvə verir, 60 ilə qədər məhsul yığmaq olur. 90-100 il yaşayır. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malay arxipelaqı adalarında, Malakka yarımadasında, Hindistanda və Şri-Lankada becərilir. Dəniz və okean sahillərində bitən bitkidir.
Neogobius pallasi
Kürən xul (lat. Neogobius pallasi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Kürən xul balığı Qara dəniz, Azov dənizi və Xəzər dənizinin hövzələrində geniş yayılmışdır. Azərabaycanda Kür çayı hövzəsində bu balığa Ağstafa rayonundan Alazana qədər olan bütün çaylarda, Lənkəran, Astara çaylarında, Quba-Xaçmaz rayonlarının çaylarında və Araz çayında təsadüf edilir. Qafqazın dağ çaylarında, o cümlədən Kür çayının yuxarı axarında və qollarında Qafqaz çay xulu yarımnövü-''N.platyrostris constructor Nordman'' təsadüf edilmişdir. D VI-VII ,I 16 - 19, A 11-13 (15), squ (53) 56-68 (71)-dir. Bədəni uzunsov-silindrikdir, quyruğa doğru getdikcə nazikləşir. Başı enli, yanlardan basıqdır. Ağzı kiçikdir. Rostrumu kütdür, alt çənə önə çıxmır.
Otar Pasasiya
Otar Pasasiya (gürc. ოთარ ფაცაცია; 15 may 1929 – 9 dekabr 2021, Tbilisi) — 20 avqust 1993-cü ildən 1995-ci il oktyabrın 5-dək Gürcüstanın baş naziri vəzifəsini icra edən gürcü siyasətçi. Keçmiş kommunist bürokratı və müəssisə meneceri olan Pasasiya vətəndaş müharibəsi və iqtisadi böhran illərində Gürcüstanın dövlət başçısı kimi Eduard Şevardnadze ilə birlikdə Gürcüstan kabinetinə rəhbərlik edirdi. Baş nazir təyin edilməsi 1992-ci ildə hərbi çevrilişlə endirilən prezident Zviad Qamsaxurdiya tərəfdarlarını sakitləşdirmək cəhdi idi, çünki Pasasiya Qamsaxurdiyanın əsas sosyal bazasını təşkil edən Zuqdidindən idi. 1995-ci ildən 1999-cu ilə qədər Gürcüstan parlamentində millət vəkili vəzifəsini tutsa da, o zamandan bəri siyasətdə heç bir rol oynamayıb. Pasasiya Gürcüstan SSR Zuqdidi rayonunun İnqiri kəndində, Ambako Pasasiya və Luba Pasasiya ailəsində anadan olmuşdur. Leninqrad Texnologiya İnstitutunda mühəndis kimi təhsil alan Otar Pasasiya 1955-ci ildən 1965-ci ildə vəzifəsindən azad olunana qədər yerli Kommunist Partiyası Komitəsinin birinci katibi kimi fəaliyyət göstərərək, Zuqdidi şəhərində kommunist partiyasının funksioneri oldu. Sovet İttifaqının son illərində, 1989–1990-cı illərdə Sovet Xalq Deputatı seçildi və Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. 1992-ci ildə Eduard Şevardnadze — Prezident Zviad Qamsaxurdiyanın zorla devirilməsindən qısa müddət sonra Gürcüstanın Dövlət Başçısı olmuş veteran sovet siyasətçisi — Pasasiyanı Zuqdidi rayon administrasiyasının başçısı təyin etdi. Zuqdidi Qamsaxurdia sadiqlərinin — tez-tez əllərinə silah alaraq yeni rejimə və onun intizamsız hərbçilərinə müqavimətlərini davam etdirən "Zviadistlər"-in — əsas güc bazası idi.
Palasso Farnezi
Palasso Farnezi və ya Farnezi sarayı (it. Palazzo Farnese) — Roma şəhərində intibah dövrünə aid nümunələrdən biri olan saray, palasso. Artıq 100 ildən artıqdır ki, bu sarayda Fransa respublikasının səfirliyi yerləşir.
Qalisiy Vikipediyası
Qaliscə Vikipediya — Vikipediya, açıq ensiklopediyanın Qalisiya dilində olan versiyasıdır. Qaliscə Vikipediyanın bənzərsiz xüsusiyyətlərindən bir dənəsi budur ki coğrafi məqalələrinin başlıqları həm Qaliscə adı və imlanı həm də yerli adını və imlasını ehtiva edir, məsələn Yeni Dehli məqaləsinin adı "Nova Deli - नई दिल्ली", və Azərbaycan məqaləsinin adı "Acerbaixán - Azərbaycan" və s.
Rhamnus pallasii
Pallas murdarçası (lat. Rhamnus pallasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. Şimali Qafqazda təbii halda yayılmışdır. Hündürlüyü 1-2 m olan alçaq boylu koldur. Gövdəsi çoxlu tikanlı budaqlardan ibarətdir. Yarpaqları ensiz, xətvari, neştərvari, eni 1,5-5 mm, saplaqlı, ucu biz, alt tərəfi ensizdir. Yarpaq saplağı qısadır. Çiçəkləri 4 hissəli, yaşımtıl rənglidir, yarpaqların qoltuğundan çıxan 10-12 ədəd çiçək qrupunda yerləşir. Ləçəkləri xırdadır və ya yoxdur. Sütuncuğu 2-3 bölümlüdür.
Tayrell Malasiya
Tayrell Malasiya (17 avqust 1999, Rotterdam, Cənubi Hollandiya) – İngiltərə Premyer Liqasında çıxış edən Mançester Yunaytedin futbolçusu. Feyenoordda ilk matçına 6 dekabr 2017-ci ildə keçirilən Feyenoord-Napoli matçında çıxıb.Matç Feyenoordun 2-1 hesablı qələbəsi ilə başa çatıb. Feyenoordda ilk qolunu isə 26 avqust 2018-ci ildə keçirilən Heerenveen-Feyenoord matçının 47-ci dəqiqəsində vurub. Matç Feyenoordun 3-5 hesablı qələbəsi ilə başa çatıb. 5 iyul 2022-ci ildə Feyenoorddan ayrıldı. 5 iyul 2022-ci ildə Mançester Yunaytedlə müqavilə imzaladı.Mançester Yunayteddə ilk matçına 12 iyul 2022-ci ildə keçirilən Mançester Yunayted-Liverpul matçının 46-cı dəqiqəsində çıxıb. Matç Yunaytedin 4-0 hesablı qələbəsi ilə başa çatıb.
Xulian Palasios
Xulian Palasios Qutyerres (isp. Julián Palacios Gutiérrez; 23 avqust 1880, Madrid — 1947, Madrid) "Yeni Futbol Cəmiyyəti"nin (1901-ci ildən etibarən "Madrid Futbol Klubu" adlanır) yaradıcılarından biri və ilk prezidenti. Xulian Palasios tarixə "Real Madrid"i quran şəxslərdən biri kimi düşüb. O, klubun rəsmi qeydiyyata alınana qədər (1900-cü ildən 6 mart 1902-ci ilə qədər) ilk rəsmi prezidenti hesab olunur. İspaniyada yerləşən "Ödənişsiz Təhsil Müəssisəsinin" (Institución Libre de Enseñanza .isp) müəllim və tələbə heyəti 1897-ci ildə "Skay Futbol" (Sky Football .ing) Cəmiyyətini (Sociedad .isp) yaratdılar. Bu klub "Cəmiyyət" (Sociedad .isp) adı ilə tanınmağa başlandı. Həmin dövrdə "Cəmiyyət" Madrid şəhərində yerləşən və oyunlarını Moncloa bölgəsində keçirən yeganə klub idi. 1900-cu ildə "Cəmiyyət"in üzvləri arasında fikir ayrılığı yarandı. Bir qrup şəxs klubu tərk edərək "Skay Futbol"dan fərqlənmək üçün "Yeni Futbol Cəmiyyəti" (Nueva Sociedad de Football .isp) adlanan klub yaratdılar. Bu şəxslərin arasında Xulian Palasios da var idi.
Xurma palması
Xurma ağacı (lat. Phoenix) — palmakimilər fəsiləsinə aid bitki cinsi.
Çak Palanik
Çarlz Maykl "Çak" Palanik (ing. Charles Michael "Chuck" Palahniuk, ukr. Палагнюк; 21 fevral 1962[…]) — müasir amerikalı yazıçı və müstəqil jurnalist. Bir çox mükafatlara qeyd olunan "Döyüş klubu" kitabın müəllifi kimi tanınır. 1999-cu ildə amerikalı rejissor Devid Finçer romanın əsasında eyniadlı triller çəkmişdir.
Crataegus pallasii
Pallas yemişanı (lat. Crataegus pallasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqazın cənubunda rast gəlinir. == Botaniki təsviri == Yarpaqlari dərin, təxmini orta damarcığadək 5-7-11 hissələrə bölünmüşdür. Meyvələri açıq qırmızı, ellipisvari, 1 çəyirdəklidir. == Ekologiyası == Quru günəşli yamaclarda, palıd və şam meşələrində bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda, Naxçıvan MR ərazisində təbii halda rast gəlinir. == İstifadəsi == Yaşıllaşdırmada geniş istifadə olunur.
Palatin antologiyası
Palatin antologiyası (lat. Antologia Palatina) və ya Yunanıstan antologiyası (lat. Anthologia Graeca) — X əsr Bizans qrammatiki Konstantin Kefala tərəfindən tərtib edilmiş qədim və orta əsr yunan epiqramlarının toplusu (ümumilikdə təxminən 3,700). Antologiyanın adı onunla izah olunur ki, onun yeganə nüsxəsi Palatin Kitabxanasında (Heydelberq) qorunub saxlanılır. Kefala uzun illər bu istiqamətdə işlər aparmışdır. Onun kolleksiyasına Qadaralı Meleaqr, Mirinalı Aqafi, Salonikili Filippin antologiyaları bizə məlum olmayan digər kolleksiyalar daxil idi. Buraya həmçinin, Kefalanın Yunanıstan və Kiçik Asiyada geniş səyahət etdiyi xristian məzar daşlarının üzərindəki yazılar da daxildir.
Erebuni qalası
Erebuni qalası — E.ə. 782-ci ildə Urartu çarı I Argişti tərəfindən indiki İrəvan şəhəri ərazisində, şəhərin Cənub-Şərq tərəfində Qanlıtəpə adlı yerdə salınmış şəhər-qala. E.ə. IV əsrə qədər mövcud olub. Buradan tapılan 13 sətrdən ibarət mixi yazı lövhəsində qalanın Menuanın oğlu Biyan (Uratu) ölkəsi və Tuşbi şəhərinin hakimi Argişti tərəfindən salındığı və Erebuni adlandırıldığı yazılıb. Qanlıtəpənin zirvəsindəki meydan 2 hektar olsa da, qala təxminən 50 hektar ərazini tutur. Mənbələrdə İşpuini kimi də qeyd olunan qalanın əsl adı türkcə Erbiuni olmaqla "Er-bi" (ərlər boyu) və "-uni" (urartu dilində "ölkə") deməkdir və "Ərlər boyunun ölkəsi" anlamını verir. Erebuninin İrəvan şəhərinin ilkin adı olduğu da güman edilir. == Həmçinin bax == İrəvan Qərbi Azərbaycan == İstinadlar == == Mənbə == Y.Yusifov. Qədim Şərq tarixi, В., 1993, səh.276; Ə.Ələkbərli.