Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Devi lampası
Devi lampası— tor arakəsmənin içində qapalı alov fitili lampadan ibarət alışqan atmosferə malik yerlərdə istifadə olunan təhlükəsiz lampalardır. 1815-ci ildə Hemfri Devi tərəfindən kəşf olunub. Əvvəllər onun yanmasında bitki yağından istifadə edilib. Bu daş kömür mədənlərində metan və digər alışan qazların olmasına görə partlayış təhlükələrini azaltmaq üçün yaradıldı. Devi lampası barədə xəbərlər noyabrın 3-də 1815-ci ildə Nyukaslda Kral Cəmiyyətinin görüşdə açıqlanıb və lampanı əks etdirən sənəd formal olaraq Noyabrın 9-də təqdim olunub. Bu kəşf üçün, Devi Cəmiyyətin Rumford Medalına layiq görülmüşdür. Bu lampadan sınaq üçün ilk dəfə 9 yanvar 1816-cı ildə Hebburnda istifadə edilib.
Elektrik lampası
Elektrik lampası — elektrik enerjisi ilə qidalanan işıqlandırma avadanlığı. XIX əsrin sonuncu onilliyində ilk olaraq Avropada, daha sonra isə bütün dünyada istifadə edildi. Elektrik işıqlandırılması elm və texnikanın tarixində çox mühüm hadisələrdən biri olmaqla, həm də böyük və cürbəcür nəticələrə gətirdi. Lampanın bu formasını Thomas Edison icad edib və bu icad digər icadları qabaqlayaraq bütün dünyaya uğurla yayılıb. Həmin dövrdə iki tip: közərmə və qövs elektrik lampası yaradılmışdı. Onların iş prinsipi Volta qövsünə əsaslanırdı: əgər güclü cərəyan mənbəyinin qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir‐birinə toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaşdırsaq, bu naqillərin həmin (toxundurulub uzaqlaşdırılan) ucları arasında parlaq işıq saçan alov yaranar. Metal naqillər əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür çubuq götürüldükdə bu hadisə daha gözəl və daha parlaq olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir.
Gecə lampası
Gecə lampası — qaranlıq otaqların və ya bəzən qaranlıq olan otaqların (məsələn, gecə) işıqlandırılması üçün istifadə olunan kiçik dekorativ çıraq. Gecə lampası otaqda oriyentasiyanı yüngülləşdirir, zədələrdən qoruyuraq; eyni zamanda, o, otaqda yatmış insanları narahat etmək üçün kifayət qədər parlaq deyil.
Pampass pişiyi
Pampass pişiyi (lat. Leopardus pajeros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Qaz lampası
1897-ci ildə Londonun bir neçə nöqtəsində Pluto Lamp (qaz lampası) quraşdırılır. Bu aparatlar yalnız küçələri işıqlandırmaqdan ibarət olmur, eyni zamanda satış (vending) maşını kimi fəaliyyət göstərirdi — isti kofe, çay və kakao təklif edirdi. Bununla bərabər, avtomat-fanarda siqaret və qəzet də almaq mümkün idi. Həmçinin, bir başqa modelində Scotland Yard"a məktub göndərilməsi üçün teleqraf da quraşdırılmışdı. Bunların hamısı qaz ilə işləyirdi.
Vud lampası
Qara işıq lampası və ya Vud lampası (ing. Black light, Wood's light), ultrabənövşəyi işıq lampası — modeldən asılı olaraq bir-birindən fərqli diapazonlu uzun dalğalı (ən "yumşaq", görünən işığa ən yaxın) ultrabənövşəyi (UVA) işıq yayan flüoressens, qövsvari və ya LED lampadır. Kvars lampalardan fərqli olaraq, nisbətən zəif görünən parıltıya (bəzən ümumiyyətlə görünmür) malikdir və daha aqressiv ultrabənövşəyi diapazonlar yaymır: UVB (günəşdən qaralma və dəri yanıqlarına cavabdehdir) və UVC (kvars lampası radiasiyasının mikroorqanizmlərə sürətli zərərinə, insanın gözlərinə və dərisinə təsirinə görə cavabdehdir; günəş UVC-si isə yer səthinə gəlib çatmır).Bir çox digər lampalar görünən işıqla eyni vaxtda ultrabənövşəyi şüalar yaysa da, görünən işıq olmadan UV işığı tələb olunduqda, xüsusən də bir çox maddələr ultrabənövşəyi şüalanmaya məruz qaldıqda ortaya çıxan flüoressensliyi müşahidə edərkən qara işıq lampası lazımdır. "Qara işıq" lampası dekorativ və bədii işıq effektlərində, tibbdə diaqnostik və müalicəvi məqsədlərlə, flüoressens boyalarla xüsusi işarələnmiş maddələrin aşkarlanmasında (məsələn, əskinaslarda), həvəskar və peşəkar mineralogiyada mineral ovçuluğu, saxta pulların aşkarlanmasında, plastik qatranların bərkidilməsi, həşəratların cəlb edilməsi və soyuducu sızmasının aşkar edilməsində istifadə olunur. == Təsir prinsipi == Belə lampalar adi flüoressens lampalarla eyni prinsiplərə uyğun olaraq hazırlanır. Yeganə fərqi qara işıq lampalarının istehsalında xüsusi lüuminoforun istifadə edilməsi və (və ya) şəffaf şüşə lampanın əvəzinə tünd qara lampa, kobalt və ya nikel oksidi qatqıları olan mavi-bənövşəyi uvio şüşə istifadə edilir. Belə şüşə Vud şüşəsi adlanır (ing. Wood's glass) və dalğa uzunluğu 400 nmdən çox olan görünən işığı ötürmür. == Tətbiqi == Kriminalistikada lampa işığında flüoressensləşən qan, sidik, sperma və ya tüpürcək izlərini aşkar etmək üçün; Əskinasların həqiqiliyini müəyyən edərkən (bir çox müasir əskinaslarda flüoressens işarələr var); Tibbdə dermatoloji yaraların təyinində, xüsusən də göbələk infeksiyalarının və trixofitozun aşkarlanmasında. Ultrabənövşəyi işıqlandırmalı xüsusi böyüdücü şüşə cədvəllə birlikdə dərinin vəziyyəti haqqında məlumatları onun parıltısına əsasən müəyyən etməyə imkan verir.
Roma Papası
Roma Papası — Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin başçısı, Katolik xristianların dini lideridir. Katoliklərə görə Həvari Pyotrun xələfidir. İlk zamanlar bütün yepiskoplara verilən papa ünvanı, sonralar yalnız Roma Yepiskopu üçün istifadə edilməyə başlandı. Katolik kilsəsi, kilsə çərçivəsində Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın ilahi bir qurum olduğunu iddia edir: İsa, papalıq vəzifəsini Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki görmüşdür. Kilsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri Romalı yepiskoplardır. == Tarix == Papalıq tarixi bir çox baxımdan kilsə tarixi ilə birləşir; bununla birlikdə bu tarixin bəzi dövrləri Papalıq qurumunun inkişafı baxımından ayrı bir xüsusiyyət daşıyır. İlk üç əsr ərzində papalar, daha çox Roma kilsəsinə əhəmiyyət vermişlər; amma qısa bir müddət sonra müxtəlif ölçülərdə başqa kilsələrə də qarışmağa başladılar: məsələn Papa I. Klementin Korintoslulara Məktubu (I əsrin sonu); Papa Viktorun Pasxa tarixi mövzusunda çıxan müzakirələrə müdaxiləsi (II əsrin sonu) və s. böyük kilsələrarası qurultay dövründə (IV və V əsr) papanın öndərlik təsiri daha da açıq şəkildə meydana çıxdı; 451'dəki Kadıköy məclisi, "Pyotrun Papa Leonun ağzında iradəsini bildirdiyini" irəli sürdü.
Elevferi (Roma papası)
Elevferi (q.yun. Ἐλευθέριος; bilinmir – 189 və ya 185) — 22 may 174-cü ildən 26 iyul 189-cu ilə qədər Roma yepiskopu. == Həyatı == "Pontifiklər kitabı"na görə, Elevferi Epir regionunda yerləşən Nikopol şəhərində, bir yunan ailəsində anadan olmuşdur. Onun müasiri olmuş Habundi bildirmişdir ki, o, Romada Papa Aniketin rəhbərliyi altında diakon təyin edilmişdi və Soterin dövründə də bu vəzifəni daşımışdır. Elevferi 174-cü ildə Roma yepiskopu olmuşdur.Elevferi pontifikatlığı dövründə kilsədə montanizm ilə bağlı mübahisə yaranmışdır. Bu hərəkat Kiçik Asiyada yaranmışdı və ardıcılları peyğəmbərlərinin vəcdli transları vasitəsilə yeni ruhani vəhylərin əldə oluna biləcəyinə inanırdılar.
Lin (Roma papası)
Lin (10, Toskana – 79, Roma) — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papasıdır. 67–76-cı illərdə papalıq etmişdir. == Həyatı == Papa olmamışdan öncəki həyatına dair tam olaraq dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə; Volterra, Toskanada İtalyan bir ailənin uşağı olaraq dünyaya gəlmişdir. Atasının adı: Herkulanus, anasının adı isə: Klodiya idi. İsa və 12 həvarilərinin qrupuna daxil olmuşdur. İsadan sonra Pyotrunda çarmıxa çəkilməsi ilə Linusun papa olmasına qərar verilmişdir. == Papalıq dövrü == Müqəddəs həvarilərin qurduğu "Roma Kilsəsi", Müqəddəs Linusu seçməyə qərarlı idi. Xüsusilə Papa Pyotr, şəhid olmasından əvvəl Müqəddəs Linusu özündən sonra papa olmasından yanaydı. Müqəddəs Papa Pyotr şəhid olduqdan sonra digər həvarilərin də dəstəyi "Papa" seçilmişdi.
Miltiad (Roma papası)
Miltiad (Melxiad) (lat. Miltiades; bilinmir, Roma – 11 yanvar 314, Roma, Roma imperiyası) — 2 iyul 311-ci ildən 11 yanvar 314-cü ilədək Roma yepiskopu. == Mənşəyi == Liber Pontificalis-ə görə, Miltiad afrikalı idi, Şimali Afrika mühaciri hesab olunur, daha dəqiq Berbera mənşəli ola bilərdi, baxmayaraq ki alim Riçard P. MakBrayn onun Romalı olduğunu iddia edir. == Pontifikat == Onun seçilməsi Sede Vacante dövrünün sona çatması ilə qeyd olunur; dövr İmperator Maksentsinin papa Yevsevini Siciliyaya sürgün etməsindən az bir müddətdən sonra, 17 avqust 310-cu il (bəzi mənbələrə görə 309) tarixində Yevsevinin vəfatı ilə başladı Miltiadın pontifikasiyası zamanı, 312-ci il oktyabr ayında I Konstantin Maksentsi məğlub edərək Romaya nəzarəti ələ keçirdi. Konstantin Lateran sarayını papaya təqdim etdi və bura papanın iqamətgahı və kilsənin hökumət mərkəzi oldu. 313-cü ilin əvvəlində Konstantin və onun hakimiyyət şəriki Lisini Milanda razılaşma əldə edərək, xristianlar və digər dinlərin nümayəndələri üçün din azadlığı və kilsə əmlakının bərpasını elan edən Milan ediktini (fərman) hazırladılar. == Vəfatı == Daha sonra, 313-cü ildə Miltiad Karfagenli Setsiliana bəraət verən və donatistləri qınayan Romada Lateran yığıncağına sədrlik etdi. O, Arelat yığıncağına dəvət olunsa da, keçirilməzdən əvvəl öldü. == İrsi == 5-ci əsrdən bəri hazırlanan Liber Pontificalis əsərində Miltiadın bir neçə yeni qanun tətbiq etdiyi yazılıb, o cümlədən cümə axşamı və bazar günlərində oruc tutmamaq adəti. 13-cü əsrdə müqəddəs Melxiad bayramı yanlış "məzlum" xülasəsi ilə "Baş Roma təqvimi"nə" əlavə olunmuşdur, qeyd olunduğu gün 10 dekabr oldu.
III Aleksandr (Roma papası)
III Aleksandr (lat. Alexander III), dünyəvi adı Rolando Bandinelli (təq. 1100, Siena, Toskana – 30 avqust 1181, Çivita-Kastellana[d], Latsio) — 1159–1181-ci illərdə Roma papası. Papa teokratiyasını möhkəmləndirməyə calışmışdır. İmperator I Fridrix Barbarossa ona qarşı bir necə antipapa qoyduğuna görə, III Aleksandr I Fridrixə qarpı mübarizə aparmışdır. İngiltərə kralı II Henri ilə münaqişədə onu papaların hakimiyyət üstünlüyünü tanımağa vadar etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Myriam Soria Audebert, "Pontifical Propaganda during the Schisms: Alexander III to the reconquest of Church Unity," in Convaincre et persuader: Communication et propagande aux XII et XIIIe siècles. Ed. par Martin Aurell. Poitiers: Université de Poitiers-centre d'études supérieures de civilisation médiévale, 2007, == Xarici keçidlər == Vikianbarda III Aleksandr (Roma papası) ilə əlaqəli mediafayllar var.
I Gelasi (Roma papası)
I Gelasi (Gelasius; təq. 410, Afrika[d], Roma imperiyası – 21 noyabr 496 və ya 22 noyabr 496, Roma) — 492–496-cı illər pontifikatı, Roma papası. == Həyatı == I Gelasi Romanın 49-cu yepiskopu və ona bir müqəddəs kimi hörmət edən Katolik Kilsəsinin Papası idi. Onun papalığı 492-ci il martın 1-dən ölümünə qədər davam etdi. O, Afrika əsilli sonuncu papa idi.
XI Lev (Roma papası)
XI Lev (Leo PP. XI; dünyəvi adı Alessandro Ottaviano Mediçi, italyan dilində Alessandro Ottaviano de' Medici; 2 iyun 1535, Florensiya – 27 aprel 1605[…], Roma) — 1-27 aprel 1605-ci il tarixlərdə Roma papası. == Həyatı == Mediçilər soyadını daşıyan dördüncü papa. Alessandro 02 iyun 1535-ci ildə Florensiyada anadan olmuşdur. O, Ottaviano Mediçinin və Françeski Salviatinin oğlu, Roma papası X Levin qohumu idi. Onun atası Alessandro 1569-1584-cü ildə papa V Piyin sarayında Florensiyanın səfiri kimi xidmət etmişdir. O, papa XIII Qriqori tərəfindən 1573-cü ildə Pistoyidə yepiskop, sonralar isə Florensiyada arxiyepiskop titullarını almışdır. O, 1583-cü ildə papadan kardinal papağını almışdır. == Mənbə == Richard P. McBrien, Lives of the Popes, (HarperCollins, 2000). Sally J. Cornelison, Art and the Relic Cult of St. Antoninus in Renaissance Florence, (Ashgate Publishing, 2012).
Ələddin və onun sehrli lampası (film, 1970)
Ələddin və onun sehrli lampası — 1970-ci ildə fransız direktor Jan İmaj tərəfindən çəkilmiş animasiya filmi. Film Ələddin adlı ərəb nağıl obrazının Min bir gecə sərgüzəştləri əsasında çəkilmişdir. Filmin ekrana çıxışı ilə birlikdə əsasını uşaqların təşkil etdiyi geniş baxış kütləsinə sahib oldu. Filmin Amerikadakı yayım hüququna yiyələnən Paramount Pictures onu 1975-ci ilin İyun ayının 1-də Şənbə günlərinin Ailə tamaşası proqramının bir parçası kimi ekrana daşıdı. Bu İmajın Amerikada yayımlanan sayca ikinci və sonuncu filmi oldu.
Bambaşı
Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır. == Əhalisi == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
Ələddin və onun sehrli lampası (cizgi filmi, 1970)
Ələddin və onun sehrli lampası — 1970-ci ildə fransız direktor Jan İmaj tərəfindən çəkilmiş animasiya filmi. Film Ələddin adlı ərəb nağıl obrazının Min bir gecə sərgüzəştləri əsasında çəkilmişdir. Filmin ekrana çıxışı ilə birlikdə əsasını uşaqların təşkil etdiyi geniş baxış kütləsinə sahib oldu. Filmin Amerikadakı yayım hüququna yiyələnən Paramount Pictures onu 1975-ci ilin İyun ayının 1-də Şənbə günlərinin Ailə tamaşası proqramının bir parçası kimi ekrana daşıdı. Bu İmajın Amerikada yayımlanan sayca ikinci və sonuncu filmi oldu.
Lampas
Lampaslar - Şalvarın yan tərəflərinə tək və ya çüt şəkildə, enli və ya dar formada tikilən dekorativ parça zolağıdır. Lampaslardan ilk dəfə skiflər tərəfindən istifadə olunmuşdur.. Orta əsrlərdə lampaslar Fransada hərbi geyimlər üçün istifadə olunurduı. Müxtəlif hərbi hissələrin geyimləri və lampasları rəngləri, eni və tikiş tərzi ilə fərqlənirdi. Prussiya ordusunda 1832-ci ildən generalların lampasları qırmızı, ikiqat, Baş Qərargah zabitlərinin lampasları bənövşəyi rənglərdə idi. Rusiya ordusunun hərbi mundirlərində lampaslar ilk dəfə 1783-cü ildə general Qriqori Potyomkin tərəfindən keçirilən islahatın gedişində meydana çıxmış, lakin tezliklə Rusiya imperatoru I Pavel tərəfindən keçirilən növbəti hərbi islahat nəticəsində ləğv olunmuşdur. 1803-cü ildə rus ordusunda yenidən, əvvəlcə ulanlardan ibarət hərbi hissədə, sonralar isə digər hərbi hissələrdə tətbiq olunmuşdur. Rusiyada çar ordusunda lampaslar bu və ya digər formalarda 1917-ci ilədək mövcud olmuşdur. Rusiya imperiyasında lampaslar sülh dövründə də kazak hərbi hissələrinin hərbi mundirlərinin ayrılmaz tərkib hissəsi olmuşdur. Kazak hərbi hissələrinin fərqlənmə rənglərinə uyğun tək cərgəli geniş lampaslardan istifadə edirdilər.
Pampa
== Pampa == Pampa (isp.bamba sözünün transformasiyası)-Cənubi Amerikada Amazon çayından cənubda yerləşən meşəsiz geniş çöllərə verilmiş addır. Çaydan şimalda yerləşən çöllərə isə lyanos (lianos) adlanır. Hal-hazırda pampa əkinçilikdə, maldarçılıqda geniş istifadə edildiyindən, təbii ot örtüyü demək olar ki, qalmamışdır.
Amerika Samoası
Amerikan Samoası (samoa Amerika Sāmoa, həmçinin Amelika Sāmoa və ya Sāmoa Amelika) — Sakit okeanın cənubunda yerləşən ada ölkəsidir. Paytaxtı Paqo Paqo şəhəridir. Ən böyük və inkişaf etmiş adası isə Tutuila adasıdır. == Tarix == Avropalılar buranı kəşf etməzdən əvvəl Manua Adaları yerli tayfalar tərəfindən idarə edilirdi. 1722-ci ildə hollandiyalı dənizçi Yakob Roqqeveen Manua Adalarını kəşf edir. 1768 və 1787-ci illərdə bu adalara səyahət etmiş fransalı səyyahlardan 11-i öldürüldü. Sonralar bu adalar qaçaq dənizçilər və məhkumlar üçün sığınacaq olur. London Missioner Cəmiyyətinin missionerləri 1830-cu ildə bu adalara gəldilər. Missionerlərin təsiri artdıqca Tatuila ve Manua adalarına gələn xristian missionerlərin sayı da artır. 1889-cu ildə ABŞ, İngiltərə və Almaniya Samoanın bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalar bu üç dövlətin protektoratına verilir.
Amerikan Samoası
Amerikan Samoası (samoa Amerika Sāmoa, həmçinin Amelika Sāmoa və ya Sāmoa Amelika) — Sakit okeanın cənubunda yerləşən ada ölkəsidir. Paytaxtı Paqo Paqo şəhəridir. Ən böyük və inkişaf etmiş adası isə Tutuila adasıdır. == Tarix == Avropalılar buranı kəşf etməzdən əvvəl Manua Adaları yerli tayfalar tərəfindən idarə edilirdi. 1722-ci ildə hollandiyalı dənizçi Yakob Roqqeveen Manua Adalarını kəşf edir. 1768 və 1787-ci illərdə bu adalara səyahət etmiş fransalı səyyahlardan 11-i öldürüldü. Sonralar bu adalar qaçaq dənizçilər və məhkumlar üçün sığınacaq olur. London Missioner Cəmiyyətinin missionerləri 1830-cu ildə bu adalara gəldilər. Missionerlərin təsiri artdıqca Tatuila ve Manua adalarına gələn xristian missionerlərin sayı da artır. 1889-cu ildə ABŞ, İngiltərə və Almaniya Samoanın bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalar bu üç dövlətin protektoratına verilir.
At paxlası
At paxlası (lat. Vicia faba) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü.
Chileseius camposi
Chileseius camposi (lat. Chileseius camposi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin chileseius cinsinə aid heyvan növü.
Cumeyd Palması
Cumeyra palması (ərəb. نخلة الجميرة‎) — Birləşmiş Ərəb Əmirliklərindəki Dubay əmirliyinin dəniz sahilinə yaxın süni ada. Nakheel developer şirkəti tərəfindən yaradılıb. Palma adalarından biridir.
Cumeyra palması
Cumeyra palması (ərəb. نخلة الجميرة‎) — Birləşmiş Ərəb Əmirliklərindəki Dubay əmirliyinin dəniz sahilinə yaxın süni ada. Nakheel developer şirkəti tərəfindən yaradılıb. Palma adalarından biridir.
Diş pastası
Diş pastası — diş təmizlənməsi üçün jele və gel sayağı tərkib. Əvvəllər tabaşirdən hazırlanırdı, indi silkatlardan hazırlanır. Diş məcunu haqqında ilk məlumat eramızdan əvvəl IV əsrdə Misir manuskriptində verilir. O duzdan, bibərdən, nanə yarpağından və bəzi çiçəklərdən hazırlanırdı.
Katexu palması
Katexu palması (lat. Areca catechu) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Kokos palması
Kokos palması və ya Hind qozu ağacı (lat. Cocos nucifera) — palmalar fəsiləsindən bitki növü. Gövdəsinin hündürlüyü 20–25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 metrdir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir. Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Hind qozu 7-13 yaşında meyvə verir, 60 ilə qədər məhsul yığmaq olur. 90-100 il yaşayır. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malay arxipelaqı adalarında, Malakka yarımadasında, Hindistanda və Şri-Lankada becərilir. Dəniz və okean sahillərində bitən bitkidir.
Neogobius pallasi
Kürən xul (lat. Neogobius pallasi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. == Yayılması == Kürən xul balığı Qara dəniz, Azov dənizi və Xəzər dənizinin hövzələrində geniş yayılmışdır. Azərabaycanda Kür çayı hövzəsində bu balığa Ağstafa rayonundan Alazana qədər olan bütün çaylarda, Lənkəran, Astara çaylarında, Quba-Xaçmaz rayonlarının çaylarında və Araz çayında təsadüf edilir. Qafqazın dağ çaylarında, o cümlədən Kür çayının yuxarı axarında və qollarında Qafqaz çay xulu yarımnövü-''N.platyrostris constructor Nordman'' təsadüf edilmişdir. == Morfoloji əlamətləri == D VI-VII ,I 16 - 19, A 11-13 (15), squ (53) 56-68 (71)-dir. Bədəni uzunsov-silindrikdir, quyruğa doğru getdikcə nazikləşir. Başı enli, yanlardan basıqdır. Ağzı kiçikdir. Rostrumu kütdür, alt çənə önə çıxmır.
Tomat pastası
Tomat pastası — Pomidordan hazırlanan, ayrıca istifadə olunan və ya xörəyə əlavə edilən qida məhsulu. == Hazırlanması == Nəmlik azaltmaq üçün pomidorlar bir neçə saat bişirilir, toxum və dərilərinin aradan qaldırılması üçün onlar sözülür və bir qalın və zəngin konsentrat ələ gəlmək üçün yenidən bişirilirlər.
Xurma palması
Xurma ağacı (lat. Phoenix) — palmakimilər fəsiləsinə aid bitki cinsi.
Ymer Pampuri
Ymer Pampuri (30 Aprel 1944 – 18 Yanvar 2017) — Alban kişi ağır atleti. 1972 Dünya Ağır Atletika Çempionatında çiyin çəkmə intizamında qızıl medal qazanmışdır. Münhendəki 1972 Yay Olimpiya Oyunlarında iştirak etmiş və həmin il son dəfə proqrama daxil edilən çiyin çəkmə kateqoriyasında Olimpiya rekordu qıraraq birinci yeri tutmuşdur amma, medal qazana bilməmişdir. == Bioqrafiya və Karyerası == Pampuri 1944-cü ilin Aprel ayının 30-da, Albaniyanın Tirana şəhərində anadan olmuşdur. 7 yaşında ikən Tirana Sirkində akrobat olaraq işləməyə başlamışdır. 1972-ci ildə Rumıniyada təşkil olunan Avropa Ağır Atletika Çempionatında ölkəsini təmsil etmək üçün seçilmişdir. Bu çempionatda 125 kq. qaldırmağı bacarmış, çempion ilə eyni ağırlığı qaldırmasına baxmayaraq bədən ağırlığının fərqindən ötəri ikinci yeri tutmuşdur. Pampuri həmən il Münhendə təşkil edilən yay olimpiya oyunlarına qatılmış, idmançılar yola çıxmadan əvvəl məşqçisi Zidi Mazreku ilə birlikdə etdikləri şərhdə Albaniyaya olimpiyada medalı gətirəcəklərini öhdələrinə almışdılar. Bir çox Alban idmançı və idarəçi bu öhdəliklərinə gülmüş və ciddi qəbul etməmişdir.
Kassandra Damğası