Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paralel
Pаralel — elmdə və ədəbiyyatda işlədilən uyğunluq və oxşarlıq termini. Paralel (coğrafiya) — Yer kürəsində simvolik olaraq ekvatora paralel keçən müstəvilər sistemi.
Paralel (həndəsə)
Həndəsədə paralel xəttlər — bir-biri ilə heç vaxt kəsişməyən düz xəttlərə deyilir.
Paralel hesablama
Paralel hesablama — bir neçə hesablamanın eyni zamanda edilməsidir. Elə böyük məsələlər olur ki, onlar kiçik hissələrə bölünə bilirlər və bu kiçik hissələr paralel olaraq hesablana bilir.
Paralel köçürmə
Paralel köçürmə Müstəvinin (eləcə də fəzanın) bütün nöqtələrini eyni istiqamətdə və məsafədə saxlamaqla özü-özünə inikas etdirən çevirmədir.
Paralel port
LPT – sətir-sətir çap qurğusunun məntiqi adı; MS-DOS əməliyyat sistemində printerin paralel portları üçün ayrılmış şərti ad, məsələn: LPT1, LPT2 və LPT3. Birinci paralel port (LPT1), adətən, MS-DOS’da həm də möhkəm kopiyanın ilkin çıxış qurğusudur (PRN) mode lpt1:=com1: DOS komandası lpt1-i yenidən təyin edərək com1-ə (birinci ardıcıl porta) bərabər edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Üç paralel çay
"Üç paralel çay" (çin. 三江并流, Pinyin: Sānjiāngbìngliú) — Çində milli park. Park Sino-Tibet dağlarında, Yunnan əyalətinin şimal-qərbində yerləşir. Əraziyə əsasən Asiyanın ən böyük çayları olan Yanszı, Mekonq və Saluinin yuxarı axarları daxildir. Məhz bu ərazidə bu çaylar demək olar ki, biri-birinə paralel olaraq axır. Üç paralel çay UNESCO-nun Ümumdünya irsi obyektləri siyahısına daxildir. == Ümumi məlumat == Paralel şəkildə axan bu üç çay dərin dərələrə malikdir (3000 m). Yüksək dağlıq və çətin keçilən ərazilərin çoxluğu ilə xarakterizə olan bu bölgə həm də, yüksək endemikliyi ilədə fərqlənir. Ərazidə ən yüksə zirvə Kavaqebodur(6740 m). Geoloji baxımdan zəngin olan bu ərazidə daha çox maqmatik süxurlar üstünlük təşkil edir.
38-ci şimal paraleli
38 şimal paraleli 1950–1953-cü illərdə Koreyada vətəndaş müharibəsi nəticəsində Şimali və Cənubi Koreya arasında çəkilmiş dünyada yeganə süni sərhəddir. Bu sərhəd iki ölkənin dövlət sərhədi olmuşdur. Bu günə qədər həmin sərhəd qorunur, hər iki dövlət daim rəqabət şəraitində yasayırlar.