Üç paralel çay


"Üç paralel çay" (çin. 三江并流, Pinyin: Sānjiāngbìngliú) — Çində milli park. Park Sino-Tibet dağlarında, Yunnan əyalətinin şimal-qərbində yerləşir[2]. Əraziyə əsasən Asiyanın ən böyük çayları olan Yanszı, MekonqSaluinin yuxarı axarları daxildir. Məhz bu ərazidə bu çaylar demək olar ki, biri-birinə paralel olaraq axır. Üç paralel çay UNESCO-nun Ümumdünya irsi obyektləri siyahısına daxildir.

Üç paralel çay
çin. 三江并流
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 939 441 ha
Yaradılma tarixi 1983
Ümumdünya irsi №1083 (2003)[1]
Yerləşməsi
27°53′42″ şm. e. 98°24′23″ ş. u.
Ölkə  ÇXR
Yerləşməsi Yunnan
Üç paralel çay xəritədə
Üç paralel çay
Üç paralel çay
“Üç paralel çay Milli Parkı” Çin-ın fiziki xəritəsində
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Üç paralel çay
Three Parallel Rivers of Yunnan Protected Areas [* 1]
Ölkə  ÇXR
Tip Təbi
Kriteriya vii, viii, ix, x
Keçid 1083
Daxil edilməsi 2003  (27-ci sessiya)
Üç paralel çay xəritədə
Üç paralel çay
Üç paralel çay

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Paralel şəkildə axan bu üç çay dərin dərələrə malikdir (3000 m). Yüksək dağlıq və çətin keçilən ərazilərin çoxluğu ilə xarakterizə olan bu bölgə həm də, yüksək endemikliyi ilədə fərqlənir. Ərazidə ən yüksə zirvə Kavaqebodur(6740 m). Geoloji baxımdan zəngin olan bu ərazidə daha çox maqmatik süxurlar üstünlük təşkil edir. Həmçinin karst mənşəli geniş yayılıb.[3][4]

Bitki və heyvanat aləmi

[redaktə | mənbəni redaktə et]

Üç paralel çay hövzəsi nəyin ki, Çinin, eləcədə dünyanın ən zəngin biomüxtəlifliyinə malik ərazilərindən biridir. Bölgədə Asiyanın üç zonası qovuşur: Şərqi Asiya, Cənubi Asiya və Sino-Tibet dağları. Fərqli relyef və iqlimə malik olan bu ərazi qədim dövrlərə aid olan bitki və heyvanat aləminin daima yaşayış yerinə çevrilib. Məhz dördüncü dövrdə baş verən buzlaşma epoxası bu əraziyə təsir edə bilməmişdi. Səbəb də, paralel və dərin dərələrin mövcudluğudur. Bölgədə 6000 dən çox nadir bitki, həmçinin Çinin heyvanat aləminin dördə bir hissəsi məskunlaşıb. Məşhur kiçik panda ərazinin enedmik heyvanlarındadır[5]

  1. "Three Parallel Rivers of Yunnan Protected Areas". 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
  2. dic.academic.ru. Национальный парк "Три параллельные реки", провинция Юньнань Arxivləşdirilib 2021-12-06 at the Wayback Machine
  3. "Национальный парк "Три параллельные реки", провинция Юньнань". 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.
  4. Национальный парк "три параллельные реки" (Китай)[ölü keçid]
  5. "Три параллельных реки – большое видится на расстояньи". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]