Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şatal
Azərbaycan ərazisində salınmış və geniş tədqiq olunmuş orta əsr şəhər qalalarından biri də Şətəl qalasıdır. Qala Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşirdi. Şəhər yerinin uzunluğu 7 km,eni 6 km olmaqla, dəniz səviyyəsindən 200–250 km yüksəklikdə yerləşir. Şəhərin ərazisi bütövlükdə 40 hektardan çox olub. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işlərini tarix elmləri doktoru Arif Məmmədov aparmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, qala III-V əsrlərdə kiçik yaşayış məntəqəsi olmuşdur. Bərdə və Gəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır. Şəhər adının etimologiyası müxtəlif cür izah olunur. Bəzi müəlliflərin fikrincə Şətəl həmin toponimin dilimizdə bu gün işlədilən variantıdır.
Amişa Patel
Amişa Patel (9 iyun 1975, Bombey) — Hindistanın kino aktrisası. == Həyatı == Amişa Patel 9 iyun 1976-cı ildə Hindistanın Mumbay şəhərində anadan olmuşdur. Valideynləri Amit və Aşa Pateldir. Ailədə 2 uşaqdırlar. Bir qardaşı (Aşmit Patel) var.
Batal janrı
Batal janrı — təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr. Batal janrında döyüş səhnələri təsvir olunur, xalq kütlələrinin , qəhrəmanların , sərkərdələrin və başqa tarixi simaların şücaət və qələbələri tərənnüm edilir. XV–XIX əsrlərdə Qərbi Avropada batal janrının ən yaxşı nümunələri (Uççello, Velaskes, Rubens, Qoyya, Delakrua və başqalarının tabloları) yaradılmışdır. Bu janrda əsərlər yaradan rəssam batalist adlanır. Batal janrı rəssamdan təkcə müharibə və ya döyüşü təsvir etmək bacarığı deyil, həm də tarixi həqiqətləri, müxtəlif dövrlərə aid hərbi texnikanı, təbiəti və döyüş heyvanlarını təsvir etmək qabiliyyətinə dair ustalıq tələb edir. Qayaüstü rəsmlər, Qədim Şərq relyefləri, qab üzərində qədim yunan təsvirləri, zəfər tağı və sütunlarındakı relyeflər – bu janra aid nümunələrdir. Orta əsrlərdə müharibə və döyüş səhnələrini parça üzərində, xalçalarda, qobelenlərdə, Avropa və Şərq kitab miniatürlərində təsvir edirdilər. Batal janrı Azərbaycan təsviri sənətində də mühüm yer tutur. Orta əsr Azərbaycan kitab miniatürlərində XVIII əsr Şəki xanları sarayının divar rəsmləri arasında döyüş səhnələrinə təsadüf olunur. Tahir Salahovun "416-cı diviziya döyüşdə", N. Vidadinin "Böyük Vətən müharibəsi" və s.
Dev Patel
Dev Patel (23 aprel 1990) — Böyük Britaniya aktyoru. Gənclik serialı "Skins"də Ənvər Xarral rolunu canlandıraraq karyerasına başlayıb. O, "Xarabalıqdan çıxmış milyonçu" filmi ilə şöhrət qazanmışdır, bu filmə görə o, "BAFTA" mükafatına namizədlik əldə etmişdir. "Sonuncu hava maqı" filmində Dev Patel Zuko rolunda oynayıb. == Həyatı == Dev Patel 23 aprel 1990-cı ildə Londonda anadan olub. Onun anası Anita qulluqçu, atası Raju isə İT sahəsində işləyib. Patelin valideynlərinin hər ikisi qucarat hindlisidir və gənc yaşlarında Londona köçüblər. Patel qücərat dilində azca da olsa danışa bildiyini bildirir.
Fatal Nation
Fatal Nation qrupunun rəsmi olaraq yaranma tarixini 3 iyun 1999-cu il hesab etmək olar. O zamanlar qrupun hal-hazırkı zərbçisi Ramin Sadıqov və gitaraçı Elxan Alşin uzun müddət başqa kollektivlərdə çıxışlarından sonra güclərini birləşdirmək, bu zamana kimi bakılı qrupların heç birinin ifa etmədikləri bir tərzdə çıxış etmək qərarına gəldilər. Baxmayaraq ki, Elxan və Ramin 1996-cı ildən tanış idilər, onlar fərqli qruplarda çıxış edirdilər. 1997-ci ildə Elxan tərəfindən Pantera, Sepultura və Тool tərzlərində çıxış edən (trash, death və psixodeliyanın qarışığndan yaradılmış cəhənnəm musiqisi), ancaq daimi bass-gitaraçısı və vokalçısı olmayan bir qrup yaradıldı. Həmin zamanlarda qrupun zəbçisi sonradan Unformal qrupunda çıxış edən Yevgeni Manuxin idi, Ramin isə o zamanlar Heavengate-də thrash-metal proyekti ilə paralel olaraq, Trap qrupunda Aleksandr Qonçarov ilə birlikdə heavy-metal proyektində iştirak edirdi, bundan əlavə də Elxana qrupda (artıq Fatal Nation adlanırdı) köməklik göstərirdi. Bir müddət sonra Fatal Nation-la Yevgeni Manuxin, digər tərəfdən də Elxanla Natiq Məmmədov (sonradan Fatal Nation-un daimi bass-gitaraçısı) arasında yaradıcı mübahisə baş verdi və artıq A.Qonçarovla (Trap) və Heavengate qrupundan ayrılmış Ramin Sadıqov Fatal Nation ilə daha ağır, aqressiv və çətin musiqi yaratması barəsində Elxanın onunla birlikdə işləmək təklifini qəbul edir. Artıq 1999-cu ilin payızında həmin dövr üçün yekun sayılan heyət formalaşır – Alşin Elxan (gitara), Məmmədov Natiq (bass-gitara), Sadıqov Ramin (zərb) və əvvəllər qrupa ingilis dilində tekstlərin yazılmasında yardımçı olan və eyni zamanda Amalgama qrupunda çıxış edən vokalçı Toğrul Manafov. Bu heyətlə 2000-ci ilin qışında qrup özünün ilk ilində ANS Records-da ilk əməklərinin bəhrəsini yazmağa yönəlirlər. "The Nail – Symbol of a New Revolution" adlı albom hazırlanır, hansı ki, ölkədə rok musiqisinin ağır vəziyyətinə görə sonradan heç işıq üzü belə görə bilmir. 2001-ci ildə qrupu Toğrul Manafov (vokal) tərk edir, ancaq bu qrupda ruh düşkünlüyü yaratmır, yeni metal zirvələrini fəth etmək arzusuna olan qrupa yeni vokalçı Timur və sonradan ikinci gitaraçı Aleksandr Kastryulni (sonradan Tula qrupları olan I'N'F və Shatter-də çıxış edən) ilə yoluna davam edən Fatal Nation "The Banner of Madness" və "Analysis" kompazisiyalarının demo versiyasını yazaraq Moskvaya – Sergey Troiçkinin (Korroziya Metala) rəhbərlik etdiyi Ağır Rok Korperasiyasına (ARK) göndərirlər və ARK-ın təklifi ilə 2001-ci ilin aprelində Moskvaya gələn qrup bir müddət sonra yenə də maliyyə problemləri səbəbindən Bakıya qayıtmalı olur.
Kvazulu-Natal
Kvazulu-Natal (ing. KwaZulu-Nata; zulu KwaZulu-Natali) — Cənubi Afrikanın şərqində vilayət. 1994-cü ildə Kvazulu və Natal vilayətlərin birləşməsi yoluynan yaradılıb.
Patau sindromu
Patau sindromu və ya Trisomiya 13 xromosom anamaliyasıdır. Trisomiya 13 sindromunda hüceyrələrdə 13-cü xromosom cütündə 2 xromosom yerinə 3 xromosom olur. 13-cü xromosom aşağıdakı xüsusiyyətlərə görə fərqlənir. Bu xüsusiyyətlərin birləşməsi Trisom 13 sindromuna tutulmuş uşağlarda müəyyən problemlərə yol açır. Hərtərəfli əqli yubanma Qeyri-adi kiçik gözlər Inkişaf gecikməsi Dovşan dodaqlılıq - yuxarı dodaqda qeyri-adi yarıq Damaqda yarıq Əlavə əl vəya ayaq barmaqlarının olması 13-cü xromosom uşağın normal inkişafını pozur, yəni uşağın ürəyində, böyrəyində deffektlər əmələ gəlir. Ayrılmamaqlarla bağlı digər xəstəliklər kimi, (məsələn, Daun sindromu və Edvards sindromu), Patau sindromunun döldə yaranması hamilə vaxtı ananın yaşının çoxalması ilə baş verir (orta hesabla 31 yaşdan). Patau sindromu təxminən hər 10000 yeni doğulmuş uşaqdan 1-də olur. Bundan başqa beyinin müəyyən hissəsində inkişaf natamamlığı və böyrəklərin düzgün formalaşmaması. Bu xəstəliyə tutulmuş cavan uşaqlarda ürəkdə müəyyən struktur çatışmamazlığı ola bilər. Bunlara aiddir: Aypara qapağının düzgün açılıb bağlanmaması.
Pay Natal
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Pratibha Patil
Pratibha Devisinq Patil (Marathi dili: प्रतिभा पाटील, Pratibhā PāṭīlIAST, ing. Pratibha Patil 19 dekabr 1934) — Hindistanın 12-ci prezidenti. P.D.Patil 1934-cü ilin dekabr ayının 19-da Maharaştra vilayətinin Calqaon rayonunun Nadqaon kəndində anadan olmuşdur. İbtidai təhsilini Calqaonun Vidyalaya məktəbində almışdır. Calqaon rayonunun Mulji Ceta Kollecində Siyasi elmlər və iqtisadiyyat üzrə magistr dərəcəsini və Bombey (Mumbay) şəhərinin Hökumət Hüquq Kollecində Hüquq üzrə bakalavr dərəcəsini almışdır. 1967-1972 – Maharashtra Hökuməti, Səhiyyə, Qadağan etmə, Turizm, Mənzil Tikintisi və Parlament işləri üzrə Nazir müavini; 1972-1974 – Maharashtra Hökuməti, İctimai rifah üzrə Kabinet Naziri; 1974-1975 – Maharashtra Hökuməti, Səhiyyə və ictimai rifah üzrə Kabinet Naziri; 1975-1976 – Maharashtra Hökuməti, Qadağan etmə, Reabilitasiya və Mədəniyyət işləri üzrə Kabinet Naziri; 1977-1978 – Maharashtra Hökuməti, Təhsil üzrə Kabinet Naziri; İyul 1979 - fevral 1980 – Maharaştranın Qanunvericilik Assambleyasında Müxalifət lideri; 1982-1983 – Maharashtra Hökuməti, Şəhər inkişafı və Mənzil Tikintisi üzrə Kabinet Naziri; 1983-1985 – Maharashtra Hökuməti, Mülki təminat və İctimai rifah üzrə Kabinet Naziri; 8.11.2004 – 21.06.2007 – Racastan vilayətinin qubernatoru 25 iyul 2007-ci il – Hindistan Respublikasının prezidenti vəzifəsinin icrasına başlamışdır. Bu yüksək vəzifəyə seçilmiş ilk qadındır.
Atal türkmənləri
Atal türkmənləri (türkm. Аталың түркменлери Atalyň Türkmenleri) — Rusiyanın Həştərxan oblastının Atal kəndində yaşayan və türkmənlərin bir qolu olan xalq. 5 qəbilədən ibarət olan Atal türkmənlərinin əsas hissəsi 1793-cü ildə buraya köç edən İğdır boyundan olan Türkmənistan türkmənlərinin nəslidən gəlirlər. Bu türkmənlərin gəldikləri yer kimi Manqışlaq yarımadası qəbul edilir. Dini baxımdan sünni müsəlmandırlar. == Tarix == Əsilləri Mnaqışlar yarımadasından XVII və XVIII əsrin əvvəllərində köç edən İğdır boyundan olan Türkmənistan türkmənlərinə dayanır. 5 qəbilədən (Mamıt, Gökler, Tever, Qoldağlı, Yaxşıxoca) ibarətdirlər. Bundan əlavə, kənddə adları türkmən dilində açıqlanmayan, ehtimal ki, Xəzər xaqanlığından qalma Peçenek soyları (Ellindel, An-Bollar, Arindan, İrrahir, İntedaal) da vardır. Müasir Atal türkmənlərinin əsas hissəsi 1793-cü ildə köç edən İğdır türkmənlərin nəsilləridir. Manqışlaq yarımadasından, Çovdur və Soyunaji tayfaları ilə birlikdə türkmən ığdır tayfasından ayrıldı.
Laslo Paal
Laslo Paál (d. 30 iyul 1846, Zam, Rumıniya - ö. 4 mart 1879, Şaranton-le-Pon, Fransa) — macar impressionist peyzaj rəssamı, barbizon məktəbinin nümayəndəsi. == Həyatı == Laslo Paal ziyalı ailəsində anadan olmuşdur. Onun atası postmeyster idi. Paal kiçik yaşlarında incəsənətdə istedadını nümayiş etdirməyə başlamışdır, ilk dərslərini Arad şəhərində Pal Böhmdan almışdır. Atasının istəyindən sonra hüquq təhsili almaq məqsədilə 1864-cü ildə Vyana şəhərinə yollandı, amma Vyana Təsviri İncəsənət Akademiyasında təhsil almağa başladı və 1866-cı ildə Albert Simmermanın tələbəsi oldu. Üç il sonra Paal Münhen şəhərində baş tutmuş əhəmiyyətli sərgiyə qatıldı və orada ilk dəfə Barbizon məktəbinin rəssamları ilə görüşdü. 1870-ci ildə o və Ejen Yettel təhsil almaq üçün Hollandiyaya yollandılar və həmin il uşaqlıq dostu Muxay Munkaçinin məsləhətinə əməl edərək Düsseldorf Rəssamlıq Akademiyasına daxil oldu. Daha sonra Paal Londonda bir tacir tərəfindən təşkil edilən sərgiyə dəvət olundu.
Kvazulu-Natal vilayəti
Kvazulu-Natal (ing. KwaZulu-Nata; zulu KwaZulu-Natali) — Cənubi Afrikanın şərqində vilayət. 1994-cü ildə Kvazulu və Natal vilayətlərin birləşməsi yoluynan yaradılıb.
Atal Bihari Vacpai
Atal Bihari Vacpai (hind. अटल बिहारी वाजपेयी; 24 dekabr 1924 – 16 avqust 2018[…], Yeni Dehli) — Hindistan dövlət və siyasi xadimi, 1999–2004-cü illərdə Hindistanın 14-cü Baş naziri.
Apata
Apata (yun.
Bakal
Bakal — Rusiya Federasiyasında yerləşən şəhər Çelyabinsk vilayətinə daxildir
Batial
== Batial çöküntülər == Dəniz və okeanların batial zonasında (sahəsində) çökən vulkanik lillərdən, dərinlik qumlarından və çınqıl daşlarından ibarət, əsasən göy, yaşıl, qırmızı və boz rəngli çöküntülər. Batial çöküntülərin tərki­bində terrigen materiallar üstünlük təşkil edir. Batial çöküntülər dünya okeanı dibi sahəsinin 15,4%-ni örtür, əsasən materik yamaclarında yayılmışdır. Batial çöküntüləri - əksərən materik yamac hüdudunda, qismən isə şelfin daha dərin hissələrində, 200 m-dən 2000 m-ə qədər dərin­likdə toplanan dəniz çöküntüləri. == Batimetrik xəritə == Batimetrik xəritə-izabatın köməyi ilə tərtib edilən sualtı relyefi əks etdirir. Sualtı relyefin rəngləri dərinlik pillələri üzrə verilir. == Batimetriya == Batimetriya-(yun. bathus dərin+metreo - ölçürəm) - xüsusi cihazlarla (lota, exolota və digər dərinlik ölçənlərlə) dəniz və okeanlann dərinliyinin ölçülməsi. == Batimetrik vilayət == Batimetrik vilayət okean və ya dənizlərin dib hissəsi və ona qovuşan su qatları. Ayrı-ayrı batimetrik vilayət adətən (bəzən şərti olaraq) aşağıdakı dərinliklərlə səciyyələnirlər: şelf 0-200 m (500-600 m-ə qədər), qitə yamacı (batial vilayət) 200-500m-dən 2000-3000 m və daha artıq, hemipelagik 2000 m-dən 4000-5000 m qədər, abissal 4000-5000 m-dən 6000 m qədər, ultraabissal 6000m-dən dərin.
Camal
Camal — Azərbaycanlı kişi adı. Camal Əhmədov — pedaqoji elmləri doktoru, professor. Camal Paşa — Türkiyə dövlət və hərbi xadimi. Camalxan bəy Hüseynbəyov — Qarabağ atlı alayın naibi, mülkədar. Camal Feyziyev — Azərbaycanı təmsil edən güləşçi.
Canal+
Canal +, 1984-cü ildə qurulan və proqramları əsasən idman və kino tərzi olan Fransanın ilk şifrəli kanalıdır.
Datan
Yuyçzülyü Datan (v. 429) - hakimiyyətə əmisindən sonra gəlmişdi, Yuyçzülyü Şelunun kiçik oğlu Yuyçzülyü Pixunun oğlu və jujanların üçüncü xaqanı idi. Hakimiyyətə gələndən sonra Şimal Vey sülaləsi ilə müharibəyə başladı. 429-cu ilə qədər apardığı müharibələrin sonunda Şimal Vey imperatoru Toba Taivu tərəfindən ağır məğlubiyyətə uğradılaraq öldürüldü. Taxta oğlu Vuti keçdi.
Qalal
Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qas Əzgilli və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Qaral
Qaral — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qarael (>qaral) türk etnonimi əsasında əmələ gəlmişdir. «Böyük el, tayfa» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Katnacur qoyulmuşdur.
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çatax
Çatax (Borçalı)
Çatkal
Çatkal çayı (qırğ. Чаткал, özb. Chatqol, Чатқол) — Qırğızıstan və Özbəkistan ərazisindən axan dağ çayı. Çarvak su anbarının tikilməsinə qədər Çirçik çayının sol qolunu təşkil edirdi. Yuxarı axarlarda Qaraqulcá adını daşıyır. Çayın uzunluğu 217 km, hövzəsinin sahəsi 7110 km². Öz başlanğıcını Talas Alatausunun cənub-qərbindən götürür. Çay qərbə doğru Tyan-Şan dağlarının qərbi ilə axır. Burada şimaldan Sandalaş və Koksuy, cənubdan isə Çatkal silsiləsi ilə əhatələnmişdir. Yuxarı axaları boyunca Çatkal vadisində yerləşir.
Damal
Damal — Ərdəhan ilinin Damal ilçəsində bir şəhər və eyniadlı ilçənin mərkəzidir. == Əhalisi == Əhalisi 2021-ci ilin siyahıyaalmasına görə 2,890 nəfərdir. İnönü də daxil olmaqla 8 məhəllədən ibarətdir. Şəhərdə Ələvi məzhəbli müsəlman türkmənlər yaşayır.