Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antonio Kataldi
Antonio Kataldi (it. Pietro Antonio Cataldi; 15 aprel 1552, Boloniya – 11 fevral 1626, Boloniya) — İtaliya riyaziyyatçısı. Bolonya və Florensiya şəhərlərində fəaliyyət göstərmişdir. "Ədəddən kvadrat kök almağın ən qısa üsulu haqqında trakat"da ilk dəfə olaraq kəsilməz kəsrləin köməyi ilə kvadrat köklərin alınması üsulunu vermişdir; paralellər nəzəriyyəsi ilə məşğul olmuşdur. Həmçinin, P 17 {\displaystyle P_{17}} və P 19 {\displaystyle P_{19}} -un tam rəqəm olduğunu proqnozlaşdırmışdır və bunu Maren Mersennin analoji ixtirasından 100 il əvvəl etmişdir.
Patolli
Patolli və ya patole – Amerika qitəsində məlum olan ən qədim stolüstü oyun. Strategiya və bəxtə əsaslanır. Əsasən zadəganlar tərəfindən oynanılmışdır. Konkistadorlar bildirmişdilər ki, Montezuma sarayında zadəganların patolli oyunlarına baxmaqdan böyük zövq alırdı. Patolli və onun variantları Kolumböncəsi Mezoamerikası mədəniyyətində geniş şəkildə oynanılırdı. Tolteklər (750-1000), Çiçen-İtsa sakinləri (1100-1300), asteklər (1168-1521) və digər Mezoamerika xalqları bu oyunu oynamışdırlar. Qədim mayalar da patollinin bir versiyasını oynayırdılar. == Haqqında == Patolli bəxtə əsaslanan müharibə və yarış oyunudur. Patolli oyunu həm də qumar oyunu sayılır. Oyunçular oyuna başlamazdan öncə qızıl, yemək, evlərini, ailələrini, hətta azadlıqlarını da mərcə qoyurdular.
Paşalı
Birinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. İkinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Paşalı rayonu — indi Ermənistan adlanan respublikada rayon. Axtarma-Paşalı palçıq vulkanı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. Paşalı (Dərələyəz) — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.
Bakaldı (Arxangel)
Bakaldı (başq. Баҡалды, rus. Бакалдинское) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 11 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 16 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (54%), ruslar (31%) üstünlük təşkil edir.
Piter Kapaldi
Piter Duqan Kapaldi (ing. Peter Dougan Capaldi; 14 aprel 1958, Qlazqo) — Şotland aktyor, rejissor və ssenari müəllifi. Oskar və BAFTA mükafatlarının laureatı. 2013-cü ildən bəri «Doktor Kim» serialında on ikinci Doktorun rolunda oynayır.
Almalı (Paşalı)
Almalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Almalı adlı toponimlərə indiki Ermənistanın Qafan, Keşişkənd (Yeğeqnadzor), Kəvər (Kamo), Paşalı (Əzizbəyov, Vayk) rayonları ilə yanaşı, Azərbaycanda, Türkiyədə geniş bir formada rast gəlmək olur. Bu qənaətə gəlirik ki, Almalı toponimlərinin meyvə adı ilə bağlılığı yoxdur. Almalı türk etnonimidir. Nəcdət Sevinc hələb türkmənlərinin tayfa birliyinə daxil olan tayfalardan birinin almalı adlandığını göstərir. Fikrimizcə, kəndin adı həmin etnonim əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanıilə dəyişdirilib Xndzorud (Almalı) qoyulmuşdur.
Axtarma-Paşalı
Axtarma-Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. == Haqqında == Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur.
Birinci Paşalı
Birinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Birinci Paşalı. Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi sahədədir. Keçmişdə Paşalıkənd də adlanmışdır. Etnotoponim hesab olunur. 1876-cı ildə 36 ailədən ibarət olan bu kənd XIX əsrin axırlarında böyüyərək iki yerə ayrılmışdır. Bu kənddən İkinci Paşalı kəndi ayrıldıqdan sonra kəndin adının əvvəlinə birinci sözü artırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1372 nəfər əhali yaşayır. == İqtisadiyyatı == 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Elsa Pataki
Elsa Lafuente Medianu (ing. Elsa Lafuente Medianu); əsasən Elsa Pataki kimi tanınır (ing. Elsa Pataky; 18 iyul 1976, Madrid, İspaniya) — İspaniya aktrisası və fotomodeli. Pataki əsasən "Forsaj" filmlər seriyasındalı Elena Neves rolu ilə tanınır.
Emmanuel Matadi
Emmanuel Matadi (d. 15 aprel 1991; Monroviya, Liberiya) — Liberiyanı təmsil edən yüngül atlet (sprinter). Emmanuel Matadi Liberiyanı 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == Emmanuel Matadi 1991-ci ilin 15 aprel günündə Liberiyanın Monroviya şəhərində anadan olub. == Karyerası == Emmanuel Matadi birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında Matadi 100 metr məsafəyə qaçış yarışlarında 10.31 saniyə nəticəyə imza atdı və 6-cı yeri tutdu. 200 metr məsafəyə qaçışda isə Emmanuel Matadi 20.49 saniyə nəticə ilə 5-ci yeri tutdu. Emmanuel Matadi həmdə Rio-de-Janeyro Olimpiadasının açılış mərasimində Liberiyanın dövlət bayrağını apardı.
Natali Harrovell
Natali Harrovell (9 fevral 1990 – 10 dekabr 2019) — 2017-ci ildə ilk dəfə Qadınlar Super Liqasının Grand Finalında oynamış İngilis regbi liqasının oyunçusu idi. Harrovell Featherstone Rovers-də oynamış və "qadın klub komandasının əsas üzvü" olaraq qəbul edilmişdir", İngiltərə Reqbi Liqası üçün də 3 qapaq keçirdi. O, virusla xəstəxanaya yerləşdirilib və 2019-cu ilin dekabrında dünyasını dəyişib. == İstinadlar == == Xarici keçidlər == Rugby league star killed by virus had already wrapped her kids' Christmas gifts Arxivləşdirilib 2019-12-14 at the Wayback Machine (Mirror Co.uk Gazetesi) Rodger, James. "England rugby league star dies aged 29". birminghammail. Dec 11, 2019. İstifadə tarixi: Dec 16, 2019.
Natali Harrowell
Natali Harrovell (9 fevral 1990 – 10 dekabr 2019) — 2017-ci ildə ilk dəfə Qadınlar Super Liqasının Grand Finalında oynamış İngilis regbi liqasının oyunçusu idi. Harrovell Featherstone Rovers-də oynamış və "qadın klub komandasının əsas üzvü" olaraq qəbul edilmişdir", İngiltərə Reqbi Liqası üçün də 3 qapaq keçirdi. O, virusla xəstəxanaya yerləşdirilib və 2019-cu ilin dekabrında dünyasını dəyişib. == İstinadlar == == Xarici keçidlər == Rugby league star killed by virus had already wrapped her kids' Christmas gifts Arxivləşdirilib 2019-12-14 at the Wayback Machine (Mirror Co.uk Gazetesi) Rodger, James. "England rugby league star dies aged 29". birminghammail. Dec 11, 2019. İstifadə tarixi: Dec 16, 2019.
Natali Kol
Natali Kol (ing. Natalie Maria Cole; d, 6 fevral 1950, Los-Anceles — ö, 31 dekabr 2015, Amerikalı jazz ifaçısı, müğənnisi, bəstəkarı və aktrisa. Məşhur caz ifaçısı Net Kinq Kol-un qızı. == Haqqında == Sehrbazlığın musiqi kamilliyi ilə gələn bir növü də mövcuddur. Bu, anadangəlmə sərbəstlik, tanrı tərəfindən verilmiş bilikdir. Yaradıcılığının çiçəklənən dövrünü yaşayan Natali Koulun kamil sənətkarlığı özünü onun "Ask a Woman who Knows" adlı albomunda bütünlüklə ğöstərmişdir. Bu albom ən əvvəl üç il ərzində onun üçün (Verve Records) - son dərəcə vacib debüt olmuşdur. Koulun heç bir qüvvə sərf etmədən həmişəki emosionallıqla cazla pop musiqisini birləşdirmiş olduğu toplu 2002-ci ildə onun mahnılarına yeni səs vermişdir. "Unforgettable With Love" orijinal albomun prodüseri Tommi Li Puma tərəfindən diggəttlə seçilən bu toplu 1991-ci ildə milyon tirajlarla satılmış və çox sayda "Gremmi" mükafatına layiq görülmüşdür. (Onun atası, əfsanəvi musiqiçi Nat "King" Cola həsr edilmişdir).
Natali Portman
Natali Portman (ivr. ‏נטלי פורטמן‏‎; 9 iyun 1981[…], Qüds) israilli və amerikalı aktrisa. 1994-cü ildə "Leon" filmində ilk rolunu alıb, lakin ona dünya şöhrətini Star Wars prequel trilogy filmində oynadığı Padme Amidala obrazı gətirib. == Həyatı == Məşhur Amerika aktrisası Natali Portman 1981-ci il iyun ayının 9-da Qüdsdə, Avner Herşlaq və Şelli Stivensin ailəsində anadan olub. Atası ixtisasca endokrinoloqdur, hazırda qızına agentlik edən anası isə evdar qadın idi. Aktrisanın ana tərəfi Rusiya və Avstriyadan, ata tərəfi isə Rumıniya və Polşadan gəlmiş yəhudilərdir. Səhnə ləqəbi olan "Portman" Natalinin ana nənəsinin qızlıq soyadıdır. Aktrisanın 3 yaşı olanda ailəsi İsraildən Amerikaya köçüb. Əvvəlcə Vaşinqtonda yaşayan ailə 1988-ci ildə Konnektikuta yerləşir, 1999-cu ildə isə Nyu-York ştatının Lonq-Aylend şəhərində məskunlaşır. Ona doğma olan ivrit və ingilis dillərindən başqa, fransız, alman, yapon və ərəb dillərini öyrənir.
Natali Pronina
Natali Aleksandrovna Pronina-Rəcəbli (12 avqust 1987; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən üzgüçü, 2012-ci il XIV Yay Paralimpiya Oyunlarının qalibi. == Həyatı == Natali Pronina 1987-ci il avqustun 12-də Bakı şəhərində anadan olub. Ailəlidir və bir oğlu var. == Karyerası == === 2004-cü il Afina Olimpiadası === Natali Filina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:20.20 dəqiqə nəticə göstərdi və 44-cü pillənin sahibi olub. === 2012-ci il London Paralimpiadası === Daha sonra gözündə müəyyən problemlər yaranan, nəticədə görmə qabiliyətini qismən itirən Natali Pronina, Paralimpiya Oyunlarında mübarizə aparmağa başladı. Natali Pronina 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. XIV Yay Paralimpiya Oyunlarında Natali Pronina altı turnirdə mübarizə apardı. Avqustun 30-da 400 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu. Bu turnirdə mübarizə aparan Natali Pronina, Azərbaycanın idman tarixinə Paralimpiya Oyunlarında debüt edən birinci üzgüçü oldu.
Natali Qolda
Natali Qolda (28 dekabr 1981) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Natali Qolda, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Natali Qolda, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Natali Qule
Natali Qule — Fransa senatoru.
Natali Sokolevskaya
Natali Viktorovna Sokolevskaya (belar. Натали Викторовна Соколевская; 13 sentyabr 1993, Qomel) — Belarus kino aktrisası. 2015 Miss Azərbaycan milli gözəllik müsabiqəsinin birincisi. == Həyat və yaradıcılığı == Natali Sokolevskaya 13 sentyabr 1993-cü ildə Belarus Respublikasının Qomel şəhərində anadan olub. 2015-ci ildə İstanbulda Sədri Alışıq Mədəniyyət Mərkəzində aktrisalıq dərsləri alıb və 2016-cı ildə Azərbaycanda aktrisalığa başlayıb. AİD musiqi kliplərində çəkilib. Türkiyədə aktrisalıq karyerası ilk dəfə bir GSM reklamına çəkilməsiylə başlayıb. Natali Sokolevskaya həmçinin Jet Cəmiyyəti teleserialında qonaq oyunçu olaraq çəkilib. Hazırda Kanal D televiziya kanalında dram-intriqa janrında yayımlanan Hizmetçiler adlı serialda çəkilir.
Natali buxtası
Natali buxtası — Kamçatka diyasının şimal-şərq sahillərində yerləşən buxta, Olyutorski rayonu ərazisinə daxildir. Burun Berinq dənizində Savvatiya və Vısoki burunları arasınada yerləşir. "Natali buxtası" termini adətən hazırda tərk edilmiş Natalinski qəsəbəsi anlatmaq məqsədilə işlədilir. Belə ki bu qəsəbə buxtanın cənub-qərb sahillərində yerləşir. Yaxınlıqda Müqəddəs Pyotr və Müqəddəs Pavl buxtaları vardır. Bu üç buxtaya girişdə yerləşən qayalı ada vardır. Boqoslov adası yerli əhəmiyyətli zoioloji təbiət abidəsidir. Natali buxtasına Vatına çayı tökülür. Buxta ətrafında maksimal hündürlük 809 metrdir. Natali dağı buxtanın cənub-qərbində yerləşir.
Natali İmbrulya
Natali Ceyn Imbrulya (4 fevral 1975, Sidney) Avstraliyalı müğənni-bəstəkar, model və aktrisadır. 1990-cı illərin əvvəllərində Avstraliyanın "Qonşular" serialında Bet Brennan rolunu ifa edib. Serialdan ayrıldıqdan üç il sonra, Ednaswap qrupunun "Torn" mahnısını yenidәn ifa edәrәk müğənnilik karyerasına başlayıb. Sonrakı albomu, Left of the Middle (1997), dünya miqyasında 7 milyon nüsxə satıldı. İmbruliyanın sonrakı beş albomu bütün dünyada 3 milyon nüsxə ilә satıldı və ümumilikdә səkkiz ARIA Mükafatı, iki Brit Awards Mükafatı, bir Billboard Musiqi Mükafatı qazanıb, hәmçinin üç Grammy mükafarına namizədliyi irәli sürülüb. İmbruliya, 2003-cü ildə istehsal olunan Johnny English və 2009-cu ildə Qışda bağlıdır filmi də daxil olmaqla bir neçə filmdə çәkilib. L'Oreal, Gap və Kailis kimi bir neçə marka üçün modellik edib. == Həyatı və karyerası == === Erkən həyatı və karyerasının başlanğıcı === İmbruliya, 4 fevral 1975-ci ildə Avstraliyanın Sidney şəhərində Maksin və Elliot Imbruglia'nın dörd qızından ikincisi olaraq anadan olmuşdur. Atası İtalyan əsilli (beş yaşında ailəsi ilə birlikdə Avstraliyaya köçən, әslәn Liparidən olan Siciliyalı), anası isə İrlandiyalı və İngilis əsillidir. Imbruliya Müqәddәs Peters Katolik Kolleci (əvvəllər Mater Dei olaraq adlandırıldı) məktəbdə tәhsil alıb.
Natali Şnayder
Natali Şnayder (25 may 1968) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Natali Şnayder Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Natali Şnayder Olimpiadanın qalibi olub.
Ortakənd (Paşalı)
Ortakənd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == Arpaçayın sağ qolu olan Başkəndçayın yanında yerləşirdi. Erməni mənbələrində kəndin adı İtqıran Ortakənd formasında göstərilir. Kənd İtqıran kəndinin yaxınlığında yerləşdiyi üçün toponim «İtqıran Ortakənd» kimi verilmişdir. Kənd iki kənd ortasında yerləşdiyi üçün Ortakənd adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə erməni-azərbaycanlı münaqişəsi nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Planetlərin paradı
Planetlərin paradı — Günəş sistemi planetlərinin bir neçəsinin Günəşə nəzərən eyni istiqamətdə kiçik bir sektorda yerləşməsini nəzərdə tutan astronomik hadisə. Səma cisimlərinin ekliptik uzunluq üzrə maksimal yaxınlaşması birləşmə adlanır. 10 mart 1982-ci ildə çox nadir hadisə qeydə alınmışdır. Günəş sistemindəki 9 planetin hamısı Günəşdən eyni tərəfdə, 95 dərəcə bucaqlı sektorda toplaşıblar.
Qələbə Paradı
1945 Moskva Qələbə Paradı
Səlahəddin Paşalı
Səlahəddin Paşalı (2 fevral 1990, Bodrum, Muğla ili) — Türkiyə aktyoru. == Həyatı == Paşalı 2 fevral 1990-da Muğla, Bodrumda anadan oldu. 14 yaşında Darüşşafaka İdman Klubuna transfer olmuşdur. İnfrstruktut müddətində komanda başçısı olmuşdur. Təhsilini Budapeştdə Sənət İdarəsi oxuyaraq bitirib. Sonra Craft Emalatxanada aktyorluq təhsili alıb. İlk aktyorluq karyerasına 2017-ci ildə Show TV-də verilən "Ürək Döyüntüsü" serialı ilə başladı. Sonra 2018-ci ildə "Bir Ümid Kifayət Edər" serialında rol aldı. 2019-cu ildə isə Kanal D-də verilən "Ləkə" serialında rol aldı. 2020-ci ildə baş rollarda Halit Ergenç və Ozan Güvenin olduğu "Babil" serialı ilə karyerasına davam etdi.