Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Peon
Peon — Qədim Yunan mifologiyasına görə həkim tanrı. == İstinadlar == == Xarici keçidlər == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Plan
Plan — Yer səthinin kiçik bir sahəsinin üfüqi müstəvidə iri miqyasda təsviri.. Plan (Coğrafiya) — Plan (En) — Fransada kommuna.
Pran
Pran (tam adı: Pran Krişan Sikand; 12 fevral 1920, Yeni Dehli – 12 iyul 2013) — hind aktyoru. == Həyatı == Pran Bollivudun tanınmış aktyorlarından olub. 70 illik karyerasında o, yüzlərlə kinofilmə çəkilib. Həm mənfi, həm də müsbət rolları oynayıb. 1960–1980-ci illərdə Pran demək olar ki, Bollivudun bütün iri həcmli filmlərində baş rol alıb. Karyerası boyu çoxsaylı mükafatlara layiq görülüb. Kino sahəsində fəaliyyətinə görə Hindistanın dövlət mükafatını da alıb. Pran Krişan Sikand 93 yaşında Mumbayda vəfat edib.
PEN
PEN (ing. PEN İnternational) - ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən 5 oktyabr 1921-ci ildə yaradılan və bütün dünya yazıçılarını birləşdirən təşkilat. Mərkəzi London şəhərindədir. == Adı == Təşkilatın adı olan PEN ingiliscə "playwrights" (Drammaturqlar), "essayists" (Oçerk yazıçıları) və "novelists" (Roman yazıçıları) sözlərinin abreviaturasından əmələ gəlib. PEN həm də ingiliscə qələm deməkdir. == Tarixi == PEN Birinci dünya müharibəsindən sonra İngiltərədə bir neçə dost yazıçının görüşdüyü kiçik təşkilat idi. Amma daha sonra böyüdü. Mərkəzi London şəhərində yerləşən təşkilatın əsas məqsədi siyasətdən uzaq olub ifadə və fikir azadlığının təmin olunması və yazıçıların haqqlarının qorunmasıdır. 1926-cı ildə PEN-ə cəmi 25 ölkə üzv idi. Hal-hazırda isə bu say 104-dür və 144 ofisi mövcuddur.
Pan
Pan (yun. Πάν) — Yunan mifologiyasında meşə tanrısı. Hermesin oğlu. Qurşaqdan aşağısı keçi, yuxarısı isə insandır. Çənəsində keçi saqqalı, başında keçi buynuzları var. Çobanların havadarıdır, cinsi həzzi təmsil edir. Musiqini, mahnı oxumağı və rəqs etməyi çox sevən tanrıdır. Pan insanlara gizlincə yaxınlaşıb qorxutmağı sevərdi. "Panic" sözü Panın adından törənmişdir.
Adi pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Adolf Pedan
Adolf Melentyeviç Pedan (ukr. Педан Адольф Мелентійови; 20 aprel 1936, Burın[d], Çerniqov vilayəti – 8 yanvar 1999, Kiyev) — Ukrayna rəssamı, rəssam-multiplikator. == Həyatı == Adolf Pedan 1936-cı il aprelin 20-də Burında (Sum vilayəti) müəllim ailəsində anadan olmuşdur. Lvov Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirmişdir (1967). "Kiyevnauçfilm" studiyasının Cizgi filmləri yaradıcılıq birliyində rəssam-multiplikator işləmişdir. Ukrayna Kinematoqraflar Birliyinin üzvü olmuşdur. 1999-cu il yanvarın 8-də Kiyevdə vəfat etmişdir.
Arxa plan
Arxa plan və ya Fon (Background) Ekranda üzərində simvolların təsvir olunduğu rəngdir; məsələn, ağ fonda qara simvollar. Həmçinin, arxa plan istifadəçinin birdəfəyə bir neçə proqram və ya sənədlə işləyə biləcəyi sistemdə: verilmiş anda açıq olan, ancaq aktiv olmayan pəncərədir. Bundan əlavə, arxa plan əməliyyat sistemlərində: mikroprosessorun vaxt bölgüsündə az öncüllüyü (prioriteti) olan, yəni öncəlikli olmayan, proses və ya məsələdir. İstifadəçi informasiyanın yenilənməsini tələb etmirsə, yaxud verilmiş məsələni öncəlikli rejimə keçirmirsə, fon prosesi (məsələn, çap və ya elektron poçtun daxil olmasının yoxlanması) çox zaman istifadəçi üçün görünməz olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Billie Jean
Billie Jean — Maykl Ceksonun dance-pop/R&B janrlarında olan mahnısı. Müğənninin altıncı solo albomu olan Thriller-ə daxil olan mahnının mətninin və musiqisinin müəllifi o özü, prodüseri isə Kuinsi Consdur. İlk öncə Consun bəyənmədiyi mahnı haqqında o, və Cekson fərqli düşüncələrə malik idilər. Mahnı daha çox original bass xətti və Ceksonun vokal ifası ilə yadda qalmışdır. Mahnı səs mühəndisi Brüs Svidien tərəfindən ikinci yeni versiyasının hazırlanmasından sonra 91 dəfə yenidən işlənmişdir. "The Girl Is Mine" sinqlının və "Thriller" albomunun qazandığı böyük uğurdan sonra, "Billie Jean" sinqlı 2 yanvar 1983-cü ildə, albomnan olan ikinci sinql kimi satışa çıxarılmışdır. Həm ABŞ-də, həm də dünyada çox böyük uğur qazanan mahnı, 1983-cü ilin ən çox satılan sinqllarından biri olmaqla, eyni zamanda həm ABŞ-də, həm də BK-da hit paradlara daxil olmuşdur. Digər ölkələrdə də böyük uğur qazanan mahnı, İspaniya və İsveçrədə birinciliyə qədər yüksəlmiş, Avstriya, İtaliya, Yeni Zellandiya, Norveç və İsveçdə ilk onluğa daxil olmuş, Fransada isə yalnız qırx beşinci yerə kimi irəliləyə bilmişdir. Mahnıya, 1989-cu ildə Recording Industry Association of America (RIAA) tərəfindən platinium sertifikat verilmişdir. İki Grammy Awards, bir American Music Award kimi bir çox müxtəlif mükafatlar alan mahnı, maraqlı musiqisi və diqqətçəkən klipi ilə "Thriller" albomunun bütün zamanların ən çox satılan musiqi albomu olmasına təkan vermişdir.
Con Peyn
Con Peyn (d. 19 aprel 1870 - ö. 1 avqust 1951) — Birləşmiş Ştatları təmsil edən güllə atıcısı. 1896 Afina Olimpiadasında qızıl medal qazanıb. == Həyatı == Con Peyn 1870-ci ilin 19 aprel günündə anadan olub. 1951-cü ilin 1 avqust tarixində isə ömrünün 81-ci yaşında vəfat edib. === Afina Olimpiadası === Con Peyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 25 metr məsafəyə hərbi tapançadan atəşaçma yarışlarında mübarizə aparan Peyn 552 xal topladı və doğma qardaşı Samner Peyni arxada qoyaraq I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Cüzeppe Peano
Cüzeppe Peano (ing. Giuseppe Peano, 27 avqust 1858[…] – 20 aprel 1932[…], Turin) — İtaliya riyaziyyatçısıdır, riyaziyyatın, riyazi analizin əsaslarına dair işlərin müəllidir; ədədlərin natural sırasının aksiomatikasını yaratmışdır..
Dalton-Plan
Dalton Plan — fərdiləşdirilmiş tədris sistemi. == Təsviri == 20-ci əsrin əvvəllərində H.Parkherst tərəfindən yaradılmış, Dalton (ABŞ, Massaçusets ştatı) şəhərinin adı ilə adlandırılmışdır. Dalton Plan üzrə tədrisin təşkili zamanı şagirdlər ümumi sinif fəaliyyətindən asılı olmurlar, onlara həm məşğələ, müxtəlif fənlərin öyrənilməsi ardıcıllığının seçimində, həm də iş vaxtından istifadədə sərbəstlik verilirdi. Dərs ilinin əvvəlində hər bir şagird müəllimlə müəyyən tapşırıqların müstəqil və vaxtında yerinə yetirilməsinə dair müqavilə bağlayırdı. == Xüsusiyyətləri == Şagirdlər ayrı-ayrı fənlər üzrə kabinet-laboratoriyalarda (Dalton Planın digər adı – laboratoriya planı buradan götürülmüşdür) işləyərək burada fənn müəllimindən məsləhət ala bilirdilər. Dalton Plan tədris tempini şagirdlərin qabiliyyətinə uyğunlaşdırmağa imkan yaradır, onları müstəqilliyə, təşəbbüskarlığa, səmərəli iş metodları axtarmağa, məsuliyyət hissini artırmağa sövq edirdi. 1920-ci illərdə SSRİ məktəblərində Dalton-Planın ifrat fərdiliyini aradan qaldırmaqla, onu modifikasiya etmək cəhdləri göstərilmişdir. Bu cəhdlər briqada-laboratoriya tədris metodu formasında öz ifadəsini tapırdı. Dalton Plan elementləri, məs. “müqavilə”lərin tətbiqi ABŞ-nin bir sıra məktəbində hələ də saxlanmışdır.
Dalton Plan
Dalton Plan — fərdiləşdirilmiş tədris sistemi. == Təsviri == 20-ci əsrin əvvəllərində H.Parkherst tərəfindən yaradılmış, Dalton (ABŞ, Massaçusets ştatı) şəhərinin adı ilə adlandırılmışdır. Dalton Plan üzrə tədrisin təşkili zamanı şagirdlər ümumi sinif fəaliyyətindən asılı olmurlar, onlara həm məşğələ, müxtəlif fənlərin öyrənilməsi ardıcıllığının seçimində, həm də iş vaxtından istifadədə sərbəstlik verilirdi. Dərs ilinin əvvəlində hər bir şagird müəllimlə müəyyən tapşırıqların müstəqil və vaxtında yerinə yetirilməsinə dair müqavilə bağlayırdı. == Xüsusiyyətləri == Şagirdlər ayrı-ayrı fənlər üzrə kabinet-laboratoriyalarda (Dalton Planın digər adı – laboratoriya planı buradan götürülmüşdür) işləyərək burada fənn müəllimindən məsləhət ala bilirdilər. Dalton Plan tədris tempini şagirdlərin qabiliyyətinə uyğunlaşdırmağa imkan yaradır, onları müstəqilliyə, təşəbbüskarlığa, səmərəli iş metodları axtarmağa, məsuliyyət hissini artırmağa sövq edirdi. 1920-ci illərdə SSRİ məktəblərində Dalton-Planın ifrat fərdiliyini aradan qaldırmaqla, onu modifikasiya etmək cəhdləri göstərilmişdir. Bu cəhdlər briqada-laboratoriya tədris metodu formasında öz ifadəsini tapırdı. Dalton Plan elementləri, məs. “müqavilə”lərin tətbiqi ABŞ-nin bir sıra məktəbində hələ də saxlanmışdır.
Dean Martin
Din Martin (ing. Dean Martin; əsl adı Dino Pol Kroçetti, ing. Dino Paul Crocetti; 7 iyun 1917[…], Styubenvill[d], Ohayo – 25 dekabr 1995[…], Beverli-Hillz, Kaliforniya) — italyan əsilli Amerika müğənnisi, aktyor, prodüser, teleulduz və komik. "Kul-cazın kralı" ləqəbini daşıyan Din Martin bir sıra mahnıların əsas ifaçısı kimi məşhurluq qazanmışdır. Onların arasında "Memories Are Made of This," "That's Amore," "Everybody Loves Somebody," "You're Nobody till Somebody Loves You," "Sway," "Volare," və "Ain't That a Kick in the Head?" mahnıları xüsusi yer tutur. Martin 40-dan artıq filmdə rol almışdır.
Jean Dubuffet
Jean Philippe Arthur Dubuffet (31 iyul 1901[…], Havr – 12 may 1985[…], VI arondisman (Paris)) — XX əsr Fransa rəssamı və heykəltəraşı. == Həyatı == O, Fransanın Havr şəhərində dünyaya gəlmiş və 1918-ci ildə Academie Julian-da rəssamlıq oxumaq üçün Parisə köçmüşdür.Lakin,6 ay sonra sənətin maddi mənfəət gətirdiyinə inanmayaraq,öz-özünü inkişaf etdirmək məqsədilə məktəbdən ayrılmış,ata sənəti olan şərab ticarəti ilə məşğul olmuşdur.1930-cu illərdə yenidən rəssamlığa geri dönmüş,yenə tərk etmiş və 1944-cü ildə öz əl işlərindən ibarət sərgi ilə geri dönmüşdür və sürrealizmə yaxınlaşmışdır. 1948-ci ildə Dubuffet,Breton və Tapie "Art Brut"u yaratmışlar.Bu sənətçilərin məqsədi məhbus,ruhi xəstə,uşaqların və həvəskarların əl işlərini ortaya çıxarmaq idi.Dubuffet çətinliklə də olsa 10000 əl işi yığmağa nail olur."Qadın vücudları"(1950),"Kəpənək qanadlarından kiçik rəsmlər"(1953),"Etibarsız həyatın kiçik heykəlləri"(1954),"fenomenlər"(1958),"Urlup"(1967) və Dubuffetin rəsmi "Caz-band" bu sərgiyə daxil idi. Art İnformel cərəyanının rəssamlarının baxışlarına uyğun olaraq,Jean Debuffet hesab edirdi ki,uşaqların sadəlövh rəsmləri,həvəskarların və ruhi xəstələrin rəsmləri həqiqəti professionalların rəsmlərindən daha çox ifadə edir. Rəssamın əsərləri kənardan tez-tez gülüş doğurmasına baxmayaraq Jean Dubuffet 20-ci əsrin ən avtoritet və ən məşhur rəssamlarından sayılır.Onun əsərləri dünyanın ən böyük muzeylərində nümayiş olunub. 1975-ci ildə o, Parisdə "Dubuffet Fondu"nun əsasını qoymuşdur. Jean Dubuffet 1985-ci il 12 mayda Parisdə vəfat etmişdir.
Jean Piaget
Jan Vilyam Fris Piaje (fr. Jean William Fritz Piaget; 9 avqust 1896 — 17 sentyabr 1980) — uşaqlar ilə apardığı epistemologiya tədqiqatları ilə tanınan İsveçrəli inkişaf psixoloqu və filosof. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Liam Peyn
Liam Peyn (əsl adı Liam James Payne; 29 avqust 1993, Vulverhempton, Uest-Midlends[d]) — İngilis müğənni,model və söz yazarı, One Direction qrupunun keçmiş üzvü. == Həyatı == Liam James Payne 29 avqust 1993-cü ildə İngiltərə West Midlandsda anadan olmuşdur. 4 yaşında olanda bir böyrəyində yara olduğunu öyrənib. Ağrını hiss eleməməsi üçün səhər və axşam 32 ədəd iynə vurdururdu. Liam bir böyrəyi olduğu üçün sevgilisinin onu tərk etdiyini deyir. Üç həftə əvvəl doğulan ve xəstəxanada tutulan Liam'ın tək bir böyrəyi işləyirdi ancaq 7 avqust 2012 tarixində ikinci böyrəyinin də işlədiyini də öyrəndi. Atası Geoff və anası Karen'ın tək oğludur, Ruth ve Nicola adında iki bacısı var. Məktəb həyatı üçün özünə "məktəbdəki dəcəl uşaq" adını verir. Məktəb vaxtlarında boks dərsləri alıb. Dərslərdən birində burnunun qırıldığını deyir.
Mr.Bean
Mister Bin (ing. Mr. Bean) - Rovan Atkinsonun canlandırdığı bir televiziya serialıdır. İlk olaraq ITV adlı İngilis televiziyasında 1990-ci ildə göstərilmişdir. Rovan Atkinson, Robin Driscoll, Riçard Kyortis və Ben Elton bu serialın istehsalını boynuna götürmüşlər. Cəmi 14 bölümdən ibarət olan Mr. Bean serialının xaricində 10 dənə Mr. Bean qısa filmi və 2 dənə də filmi göstərilmişdir. İlk hissəsi 1 yanvar 1990-cı ildə yayımlanan serialın sonuncu hissəsi 31 oktyabr 1995-ci ildə yayımlanmışdır. Rovan Atkinsonun sözlərinə görə, "serial "yetkin adam bədənindəki uşaq" olan Mister Binin macəralarından bəhs edir" şəklindədir.
Nikol Peyn
Nikol Peyn (d. 15 iyul 1976) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Nikol Peyn, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Nikol Peyn, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Penn Muzeyi
Pensilvaniya Universitetinin Arxeologiya və Antropologiya Muzeyi ( ing. The University of Pennsylvania Museum of Archeology and Anthropology , qısaldılmış Penn Museum ) 1887-ci ildə Filadelfiya Universitetində yaradılıb . 20-ci əsrin əvvəllərində muzey Misir, Mesopotamiya, Afrika, Şərqi Asiya və Latın Amerikasına bir sıra mühüm arxeoloji və antropoloji ekspedisiyaları təşkil etmişdir.
Pesan (Urmiya)
Pesan (fars. ‎‎‎‎‎پسان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (76 ailə).
Pikes Peak
Pikes Peak, Amerika Birləşmiş Ştatlarının Kolorado əyalətindəki Rocky Dağlarında yerləşən bir zirvədir. Dağ Colorado Springsdən 19.3 km cənubda yerləşir və 4.302 metr hündürlükdədir. Amerikalı tədqiqatçı Zebulon Pikenin adını daşıyır. Pikes Peak, xüsusilə illik Pikes Peak International Hill Climb avtoyarışı ilə məşhurdur. Dağ həm də xizək kurortuna ev sahibliyi edir. Pikes Zirvəsi 1961-ci ildən Milli Tarixi Abidə elan edilmişdir.
Samner Peyn
Samner Peyn (ing. Sumner Paine; 13 may 1868, Boston – 18 aprel 1904, Boston) — Birləşmiş Ştatları təmsil edən güllə atıcısı. 1896 Afina Olimpiadasında bir qızıl və bir gümüş medal qazanıb. == Həyatı == Samner Peyn 1868-ci ilin 13 may günündə anadan olub. 1904-cü ilin 18 aprel tarixində isə ömrünün 35-ci yaşında vəfat edib. === Afina Olimpiadası === Samner Peyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 50 metr məsafəyə tapançadan atəşaçma yarışlarında mübarizə aparan Peyn 442 xal topladı və I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. Samner Peyn Afina Olimpiadasında həm də 25 metr məsafəyə hərbi tapançadan atəşaçma yarışlarında qüvvəsini sınadı. Bu yarışda Peyn 380 xal topladı və qızıl medal qazanan doğma qardaşı Con Peyndən sonra 2-ci yeri tutdu.
Sean Boswell
Sean Bosvel — Forsaj franşizasından Lukas Blekin canlandırdığı uydurma personaj. Şon anası ilə Amerikada yaşayan 17 yaşlı orta məktəb şagirdidir. Şon küçə yarışlarına görə daim polis tərəfindən saxlanılır və onlar daim anası xanım Bosvellə köçməli olurlar. Nəhayət, anası Şonu atasının yaşadığı Tokioya göndərmək qərarına gəlir. Burada məskunlaşan Şon məktəbə başlayır və burada da küçə yarışlarına qatılır. Məktəbdə gördüyü özü kimi Qaycinə aşiq olan Şon buna görə də Tokioda Yakuza liderinin qardaşı oğlu Takaşi ilə düşmən olur. Takaşinin yaxın dostu Han Lue Şonla dost olur, ona drift etməyi öyrədir və müəllimlik edir. Daha sonra Şon atasının evindən ayrılıb Han Luenin qarajında məskunlaşır. Burada olarkən Takaşinin qaraja daxil olması nəticəsində, Tokio küçələrəndi avtomobilli qaçdı-tutdu başlayır və Han ölür. Hanın ölümündən sonra Şon Hanın oğurladığı pulu Takaşinin əmisi Kamata götürür və Takaşi ilə yarışmaq üçün icazə istəyir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları