Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pevek
Pevek (çuk. Пээкин, Пээк) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi ərazisində yerləşən şəhər. Pevek şəhər dairəsinin mərkəzidir. Rusiyanın ən şimal şəhəridir. == Toponim == Şəhərin adı çukça dilində işlənən çuk. пээкиней sözündən götürülmüş və mənası kök, şişmiş dağ deməkdir. Şəhər Peekiney adlı təpöənin ətəklərində yerləşir. Şəhər öz adını çukça ətirli dağ mənasını verən «paqıt-kenay» sözündən götürmüşdür. Rəvayətə görə müasir şəhərin yaxınlığındakı, dağın ətəyində çukçalarla yukaqirlər arasında döyüş baş vermişdir. Döyüşdə ölənlərin cəsədlərinin qoxusu bu yerlərdə uzun müddət qalmışdır.
Fernando Peres
Fernando Nestor Peres (11 september 1980, Argentina) — argentinalı futbolçu. Fernando Peres futbolçu karyerasına Deportivo MakAllister klubunda başlayıb. Sonra Bakı klubuna transfer olunub. 2005-2005 və 2007-2009-cu illərdə bu klubun heyətində Azərbaycan milli futbol çempionatında çıxış edib və 99 oyunda 40 qola imza atıb. 2011-ci ildən futbolçu karyerasını İspaniyanın Gimnastika de Torrelaveqa klubunda davam etdirir.
Florentino Peres
Florentino Peres (8 mart 1947, Madrid) — ispan biznesmen. Real Madrid klubunun prezidenti. == Fəaliyyəti == İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən Realın rəhbəri seçilmişdi. Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştiano Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib. Kral klubunun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.
Pevek boğazı
Pevek boğazı (rus. Певек пролив) - Şimal Buzlu okeanında yerləşən Şərqi Sibir dənizinə daxil olan Çaun körfəzinə daxildir. Routan adaları ilə Pevek yarımadası arasında yerləşir. Uzunluğu 14 km, eni 4 km, orta dərinlik 14–25 m, ən dayaz yeri 31 metr təşkil edir. Şərq sahilində Nablyudemıy burnu boğazı eyni adlı körfəzdən ayırır. İnzibati cəhətdən Rusiya Federasiyasının Çukot muxtar diyarının Caunsk rayonu ərazisinə daxildir. Rusoyanın şimal ucqarda yerləşən yaşayış məntəqəsi Pevek boğazın yaxınlığında yerləşir.
Şimon Peres
Şimon Peres (Perski) (2 avqust 1923 – 28 sentyabr 2016[…]) — 1984–1986 və 1995–1996-cı illərdə İsrailin Baş naziri, 2007–2014-cü illərdə İsrailin prezidenti. == Həyatı == Şimon Peres 1923-cü il avqust ayının 2-də Polşanın Vişneva rayonunda anadan olub. Ş. Perskinin atası İsaak Perski odunçuluqla məşğul olduğuna görə, evinə gec-gec gəlirdi. Şimonun anası Sara Melser də təsərrüfatı sahəsində işləyirdi. Buna görə də Şimon ravvin olan babası Svi Melserin yanında daha çox olur və babasının təsirində böyüyür. Şimonun babası Tövratı oxumuşdu və yəhudi poeziyasının bilicilərindən idi. Babasından ilham alan Şimon 10 yaşında şer yazmağa başlayır. Onun şerlərini hətta tanınmış yəhudi şairi Haim Nehman Balika da bəyənir. Ş. Peres qələmə aldığı şer və hekayələrini sonralar İsrail hökuməti yaradıldığı zaman nəşr etdirir. 1931-ci ildə Fələstinə gələn ata Peres taxıl ticarəti ilə məşğul olur.
Cinsi həvəs
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Seksual həvəs
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Adolfo Peres Eskivel
Adolfo Peres Eskivel (isp. Adolfo Pérez Esquivel — (26 noyabr 1931-ci il təvəllüdlü) argentinalı fəal, ictimai təşkilatçı, rəssam, yazıçı və heykəltaraşdır. Argentinanın son sivil-hərbi diktaturasına (1976–1983) qarşı çıxdığı üçün 1980-ci il Nobel sülh mükafatına layiq görüldü, bu müddət ərzində 14 ay həbsxanada yatdı, işgəncə gördü və mühakimə olunmadı; bu müddətdə həmçinin, məsafədən XXIII Papa İoann Sülh memorialını aldı. == Həyatı == === Yaradıcılıq yolunun başlanğıcı === Qalisiyalı ispan mühacir balıqçı ailəsində anadan olmuşdur. Anası Perezs Eskivel üç yaşında olanda ölür. Uşaqlığı və gəncliyi Katolik kilsəsi, eləcə də Mahatma Qandi, Avqustin Avreli, Tomas Merton və digər mütəfəkkirlərin kitablarını oxumaqla keçib. Buenos Ayresdəki Manuel Belqrano adına sənət məktəbini bitirib. Sonra La Plata Milli Universitetində təhsil alıb. 1956-cı ildə üç övladı olan pianoçu Amanda Pereslə evlənirlər. Sonrakı illərdə, Peres Eskivel, əsərində Kolumbiyaya qədərki Amerikanın motivlərindən istifadə edən və alma-mater təhsili də daxil olmaqla Argentinanın müxtəlif təhsil müəssisələrində memarlıq fənlərindən dərs deyən məşhur heykəltaraş oldu.
Daniyel Ayyala Peres
Manuel Peres Trevinyo
Manuel Peres Trevinyo (isp. Manuel Pérez Treviño; 5 iyun 1890, Qerrero[d], Koauila[d] – 29 aprel 1945, Nueva-Rosita[d], Koauila[d]) — Meksika siyasətçisi və hərbi xadimi. O, Meksika inqilabı zamanı və ondan sonra mühüm fiqura çevrilmişdir. 1928-ci ildə prezident seçkilərində iştirak etmişdir. O, 1934-cü ildə o, Lasaro Kardenas del Rioya qarşı yarışmışdır. 1939-cu ilin yanvarında Melçor Torteqa və Xoakin Amaro ilə birlikdə İnqilabçı Antikommunist Partiyasını qurmuşdur.
Xose Manuel Peres
Xose Manuel Peres de Veqa (isp. José Manuel Pérez de Vega; 10 may 1947, Valensiya) — İspaniya bobsleyçisi. 1968 Qış Olimpiya Oyunlarında iştirakçı, 1970 Avropa Çempionatının gümüş mükafatçısı olmuşdur. == Həyatı == Xose Manuel Peres 10 may 1947-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur. 1968-ci ildə Qrenoblda keçirilən Qış Olimpiya Oyunlarında İspaniya milli komandasına daxil edilmişdir. İki nəfərlik yarışda Xose Mariya Palomo ilə birlikdə dörd yarışın yekununda 4 dəqiqə 51,16 saniyə nəticə göstərmiş, qızıl medal qazanan İtaliya təmsilçiləri Eucenio Monti və Luçano de Paolisə 10,62 saniyə fərq ilə uduzaraq 12-ci yeri tutmuşdurlar. Gilyermo Rosal, Nestor Alonso və Antonio Martinin də daxil olduğu ispaniyalı ekipaj dördlük yarışında iki qaçış üzrə 2:24,32 hesabı ilə qalib İtaliya komandasından 6,93 saniyə geri qalaraq sonuncu, yəni 19-cu olmuşdur.
Daniel Ayala Peres
Daniel Ayala Peres (isp. Daniel Ayala Pérez; 21 iyul 1906 – 20 iyun 1975) — Meksika skripkaçısı, dirijoru və bəstəkarı. == Həyatı == Daniel Ayala Peres 21 iyul 1906-cı ildə Meksikada, Yukatanda yerləşən Abala şəhərində anadan olmuşdur. O, 1922-ci ildən 1927-ci ilə kimi Mexiko şəhərindəki Konservatoriya Milli Musiqi Məktəbində skripka və bəstəkarlıq təhsili almışdır. Bir müddət "Salon Mexico" gecə klubunda çıxış edərək pul qazanmışdır. 1934-cü ildə o, həmkarları Salvador Kontreras, Blas Qalindo və Xose Pablo Monkayo ilə birlikdə "Dördlər qrupu"nu yaratmışdır. 1975-ci ildə vəfat etmişdir. == Seçilmiş əsərləri == === Balletlər === El hombre maya (1939) La gruta diabólica, for chamber orchestra (1940) === Orkestr === Cinco piezas infantiles, for string orchestra (1933) Tribu, sym. poem, (1934) En la llanura (On the Prairie) La serpiente negra (The Black Serpent) La danza del fuego (Fire Dance) Paisaje (Landscape), suite, (1935) Panoramas de México, suite (1936) Sonora Veracruz Yucatán Mi viaje a Norte América (My North-American Journey), suite (1947) Acuarela nocturna (en San Salvador), op. 20 (1949) Suite veracruzana (1957) Concertino for Piano and Orchestra (1974) === Vokal === Uchben X'coholte (In an Ancient Cemetery), for soprano and chamber orchestra (1931) Cuatro canciones, for soprano and piano (1932) El grillo (The Cricket, words by Daniel Castañeda), for soprano, clarinet, violin, piano, and rattle (1933) U kayil chaac (Mayan rain song), for soprano and chamber orchestra with indigenous percussion (1934) Suite infantil (Children's Suite), for soprano and chamber orchestra (1936) Duerme.
Gizli həvəs (film, 2013)
"Gizli həvəs" (fr. Adore) — Avstraliya və Fransa dram janrında film. Rejissor Enn Fontendir. Film, britaniyalı yazıçı Doris Lessinqin "Nənələr" adlı novellasının ekranizasiyasıdır. == Məzmun == Yeni Cənubi Uels, Roz, onun əri Harold və oğlu Tom dəniz sahilində yaşayırlar. Dul olan Lil, oğlu İen ilə yaxınlıqda yaşayır. Roz və Lili ən yaxın dostlardır, buna görə də Tom ilə İen yaxın dostluq edirlər. Harold arvadından gizli olaraq ona Sidneydə təklif olunan işdə işləməyə razılıq verir. Amma sonra o ona bu iş barədə danışır və onun razılığını gözləyir, amma Roz tərəddüd içərisindədir. İen və Roz cinsi əlaqəyə başlayırlar.
Xavyer Peres de Kuelyar
Xavyer Peres de Kuelyar (isp. Javier Pérez de Cuéllar y de la Guerra; 19 yanvar 1920[…], Lima[…] – 4 mart 2020[…], Lima) — Peru diplomatı. 1 yanvar 1982-ci ildən 31 dekabr 1991-ci ilədək BMT-nin baş katibi. == Həyatı == Xavyer Peres de Kuelyar 1920-ci il yanvarın 19-da Limada anadan olmuşdu. Xavyer Peres de Kuelyar 1940-cı ildən Perunun Xarici İşlər Nazirliyində işləyib. 1944-cü ildə diplomatik karyerasına başlayıb. 1964-1979-cu illərdə ölkəsinin İsveçrə, SSRİ, Polşa və Venesueladakı səfiri vəzifələrini tutub. 1971-1982-ci illərdə BMT-dəki Peru nümayəndə heyətinin başçısı olub. 1982-ci ildə BMT-nin baş katibi seçilib və bu vəzifədə iki müddət ərzində çalışıb. 1995-ci ildə o, Peru prezidenti seçkilərinə qatılıb və 22 faiz səs toplayaraq uduzub.
Beyeş
"Beyeş" ("Biish") məşhur tarixi başqırd xalq mahnısı uzun-kyui. == Tarix == "Beyeş" mahnısı ilk dəfə A. S. Klyuçaryov tərəfindən 1933-cü ildə BASSR-in Temyasovo, Baymakski bölgəsi kənd sakini A. Kərimovun ifasında lentə alınıb. İlk dəfə "Başkort xalq yırdarı" məcmuəsində nəşr edilmişdir. Mahnının müxtəlif versiyaları F. H. Kamayev, L. N. Lebedinsky , K. Y. Rəhimov, instrumental versiyalar — S. T. Rıbakov və "Ural Müsəlmanlarının məişət oçerki ilə musiqi və mahnıları" lentə alınmışdır. == Təsvir == Mahnıda hüquqları uğrunda mübarizə aparan və hakimiyyətin zülmündən gizlənən Beyeş batır təsvir olunur. Rəvayətə görə, 19-cu əsrin ortalarında başqırdlar hərbçi qismində, Rusiyanın müharibələrində və yürüşlərində iştirak etmiş, müdafiə tikililərinin inşası və şəhərlərin abadlaşdırılması ilə məşğul olmuşlar. Hərbi xidmət yükünü çəkmək istəməyən başqırdlar xidmət etdikləri yeri tərk etdilər. Beyeş və ortaqları da bu cür qaçaq əsgərlər idi. Onların ələ keçirilməsi üçün dəstələr quruldu, lakin Beyeş və yoldaşları Abubakir Abdakov, Kunakbay Abdrahimov, Rəhmatulla Barakov, Kurman Ilbakov, Kutluşa Murzaqulov 10 il ərzində — 1838–1848-ci illər arasında ələ keçmədən yaşadılar. Beyeş Verxneuralski rayonunun Kaginski və Avzyano-Petrovski fabrikləri ərazisindəki Burzyanskaya, Tamyanskaya ərazilərində fəaliyyət göstərmişdir.
Gəvən
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Həbəş
Həbəş (Meşkinşəhr)
Kekeş
Kekeş (mac. Kékes) — Macarıstanda dəniz səviyyəsindən 1015 metr yüksəklikdə yerləşən ən yüksək dağ. == Haqqında == Heves əyalətinin Matra dağ silsiləsində Dyöndyöş şəhərinin şimal-şərqinin 12 km-liyində yerləşir. Balaton gölü və Dunay çayından sonra Macarıstanın üçüncü ən çox turist ziyarət edən bölgəsidir. Kekeş adı dağı əksər hallarda mavi rəngə çalmasından götürülmüşdür. Macar dilində kek sözü mavi, kekeş sözü isə mavitəhər mənasını verir.
Kəvər
Yaşayış məntəqələri Kəvər (şəhər) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Kəvər rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilində rayon. Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzi Gavar (Təbriz) Bitkilər Kəvər (bitki) — kəvərkimilər fəsiləsinə aid bitki cinsi. Tikanlı kəvər — kəvərkimilər fəsiləsindən bitki növü. Digər Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa.
Menes
Menes (Ərəbcə: مينا; Qədim Yunan dili: Μήνης; Misir dili: Meni; təq. e. ə. 3200-cü illər – təq. e.ə. 3125) — bəzi tarixçilərə görə Misirin Erkən padşahlıq dövrünün ilk hökmdarı olduğu qeyd olunan firon. Antik Misirdə haqqında bir çox mübahisə olan bir firon olaraq önə çıxır. Xüsusən Narmer Tabletlərinin tapılmasından öncə Aşağı və Yuxarı Misirin birləşdiricisi və əsl mənada ilk Misir fironu olduğu düşünülən Menesin haqqında adı keçən tabletlərdə heç bir şəkildə məlumat olmaması, önəmli bir mübahisə yaratmış və günümüzdə bir çox tarixçi bu arxeoloji tapıntılar nəticəsində, Narmerin ilk firon və Misirin birləşdiricisi olduğu mövzusunda görüş birliyi içərisindədir. Tarixi qeydlərin çox dəqiq olmaması və fərqli firon siyahılarında görülən fərqliliklər səbəbilə, günümüzdə Menesin, Narmer və ya Hor-Ahaya aid bir ad olduğu və Antik Misirdəki məşhur Memfis şəhərinin qurucusu olduğu düşünülür. Bəzi fironlar siyahısında Min və ya Meni deyə adlandırılmış olan Menesin Manethonun kitabından 62 il hökm sürdüyü və bir begemot tərəfindən öldürüldüyündən bəhs olunur.
Mərəş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.
Nevaş
Nevaş (fr. Névache, oks. Nevascha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Şimali Brianson kantonuna daxildir. INSEE kodu — 05093. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 221 nəfərin (15-64 yaş arasında) 167 nəfəri iqtisadi cəhətdən fəal, 54 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.6%, 1999-cu ildə 74.3%). Fəal olan 167 nəfərdən 157 nəfəri (80 kişi və 77 qadın), 10 nəfəri işsizdir (6 kişi və 4 qadın).
Nevel
Nevel — Rusiya Federasiyasında yerləşən şəhər, Pskov vilayətinə daxildir.
Nəfəs
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Qədeş
Qədeş və ya balaqədeş — Azərbaycanda submədəniyyət. Yalnız Bakı və Bakıətrafı yaşayış məntəqələri üçün xarakterik sayılır. 2010-cu illərin axırlarından bəri bu submədəniyyətə yalnız Bakının kənd yerlərində nadir hallarda rast gəlinir. Qədeşlik yalnız Azərbaycana, xüsusilə də Bakıya xas lokal submədəniyyət idi. == Etimologiya == Bir neçə mənbəyə görə "qədeş" sözü bütün türk dillərində rast gəlinən və tat dili ilə Abşeron ləhcəsinə uyğunlaşdırılmış "qardaş" sözündən törəmişdir. Bu, qaraqalpaq və qırğız dillərində də "kiçik bacı" mənasındadır. Həmçinin, "karındaş//kerenteş//xərəntəş" başqırd sözü olub, dilin cənub dialektlərində "kiçik bacı" mənasını verir. == Tarixi == Qədeş submədəniyyəti 1950-ci illərdə yaranmışdır. Onlar Azərbaycana, əsas olaraq Bakı və ətraf ərazilərə xasdır. Qədeşlər ilə eyni dövrdə mövcud olmuş, qədeşlərin əks qütbü olan stilyaqalar arasında baş verən antaqonizm daha çox qədeşlərin stilyaqalara təzyiq etməsi və onlara qarşı zorakılıq tətbiq etməsi ilə özünü göstərirdi.
Levens
Levens (fr. Levens) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turet-Levens kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Levens kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 29,85 km², əhalisi — 4427 nəfərdir (2006) artım tendensiyası ilə: 4761 nəfər (2012), əhalinin sıxlığı 159,5 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 4709 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 4761 nəfər.
Gəvək dağı
Gəvək dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1718,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli eyniadlı şaxəsində, Qaradərə-Gilançay suayırıcısında zirvə. Biləv kəndindən 4 km şimaldadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında yerləşir.