HƏVƏS (müxtəlif mənalarda) [Veysəl:] ..Həvəsim yoxdur.. (B.Bayramov); EHTİRAS Tükənməyən həvəsim; Yaratmaq ehtirasım; Arzuma dönük olmuş... (B.Vahabzadə); KÖNÜL Nigar: ..qızın könlü Yusifdədir (N.Nərimanov); EŞQ ..Əsgərlər hücum eşqi ilə çırpınırdılar (S.Vəliyev); MARAQ Tamaşaya maraq, sirkə axın azalmırdı (H.Abbaszadə); MEYİL Qaraca qızın özünün oynamağa meyli yox idi (S.S.Axundov); MƏHƏBBƏT ..müsəlmanların yekə papaqlara məhəbbəti o vədədən başlayıb.. (C.Məmmədquluzadə); ŞÖVQ Tahirzadə: Məsmə bacı, qızın oxumağa çox can atır, çox şövqü var (Mir Calal).