Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Levina
İzabella Levina Luen (alm. Isabella Levina Lueen‎; 1 may 1991, Bonn, Şimali Reyn-Vestfaliya) və ya sadəcə Levina — Almaniya müğənnisi və bəstəkarı. O, Almaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == İzabella Levina Luen 1 may 1991-ci ildə Almaniyanın Bonn şəhərində anadan olmuş və Kemnits şəhərində böyümüşdür. O Kemnitsdə Dr. Vilhelm Andre gimnaziyasına daxil olmuş və 2009-cu ildə Böyük Britaniyanın Kembric şəhərində Beynəlxalq Bakalavriat dərəcəsi ilə təhsilini başa vurmuşdur. Daha sonra Levina Londona köçərək, London Kral Kollecindən bakalavr dərəcəsini qazanmışdır. Hal-hazırda London Musiqi Kollecində təhsil alır. === 2017 Avroviziya Mahnı Müsabiqəsi === 2016-cı ildə Levina Almaniyanın NDR telekanalının Avroviziya üçün təşkil etdiyi Unser Song 2017 milli seçim turunda iştirak etmişdir. Yarışmanın finalına yüksəlməyə nail olan müğənni nəticədə "Perfect Life" mahnısı ilə Almaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır.
Levuka
Levuka — Ficidə yerləşən və YUNESKO-nun Dünya İrsi siyahısına salınan tarixi liman şəhəri. == Haqqında == Levuka şəhəri yerli əhali tərəfindən qurulmuşdur. Şəhər Ficinin ingilislər tərəfindən 1874-cü ildə işğal edilməsindən sonra Okeaniyanın ilk koloniya paytaxtı olmuşdur. Şəhərin mövqeyi əlverişli olduğundan XIX əsrdə inkişaf edən ticarətin nəticəsi olaraq avropalılar və amerikalılar bura anbarlar, məktəblər, evlər, liman, dini məbədlər, dükanlar və ictimai obyektlər qurmuşlar. Burada avropalıların məskunlaşmasında sonra yerli xalqın daha da çoxalması gerçəyi ilə dünyada çox az görülən bir mənzərə yaranmışdır. Bu səbəbdən Levuka böyük dəniz gücünə sahib ölkələrin işğalından sonra yerlilərin yerli quruluş ənənələrinin yox olmadığı və iç-içə inkişaf, qaynaşdığı bir məskunlaşma yeri olmasından ötəri əhəmiyyətli universal dəyərə malikdir. 2013-cü ildə 1399-cu üzv kimi Luveka şəhəri YUNESKO-nun Dünya İrsi siyahısına düşmüşdür.
Peruca
Peruca (it. Perugia) — mərkəzi İtaliyada Umbriya regionunun paytaxtı və eyni adı daşıyan Perugia vilayətinin mərkəzidir. Peruca təpədə olan köhnə mərkəz ilə düzlükdə Tiber Çayı sahilində olan yeni şəhərdən ibarətdir. Təxminən 450 m. yüksəkliyində təpədə qurulan köhnə tarixi şəhərin mərkəzinə (it. Centro) təpənin ətəklərində inkişaf edən yeni şəhərdən gedən nərdivanlar vasitəsilə zəhmətsizcə çatmaq mümkündür. Köhnə şəhər mərkəzinə günün müəyyən saatlarıyla avtomobil ilə girmək yasaklanıp köhnə şəhər atmosferi beləcə qorunur. Ayrıca 2006 etibarən 7 stansiyası olan bir "Minimetro" da fəaliyyətə keçirilmişdir. Periğia'da iki məşhur universitet var. 1308-ci ildə qurulan və hal-hazırda təxminən 34.000 şagirdi olan "Üniversità degli Studi di Perugia (Perugia Universiteti)" və 1925 qurulub 1992 muxtar universitet olan "(Üniversità per Stranieri di Perugia Perugia Xaricilər Universiteti)." Üniversità per stranieri "İtaliyada xaricilərə İtalyan öyrətmək üçün qurulmuş iki universitet təşkilatından biridir (digəri isə Siena'da olur.
Petunia
Petuniya (lat. Petunia) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı portuqal dilində petun — "tütün" deməkdir. Bu onunla izah olunur ki, petuniya tütünlə eyni fəsiləyə aiddir və oxşardır. Hazırda dekorativ gülçülükdə əvvəlki növlərin heç birindən istifadə olunmur, növarası hibridlər isə geniş yayılmışdır. Bağ petunyası (P.x.hybrida) hündürlüyü 75 sm-ə çatan budaqlanan bitkidir. Hibrid petuniya Azərbaycanda dekorativ bitki kimi istifadə edilir. Bu bitkinin çoxlu miqdarda mədəni formaları vardır ki, bunlar da 2 qrupa bölünür: Çoxçiçəklilər qrupu (P.h.multiflora); İriçiçəklilər qrupu (P.h.grandiflora). İriçiçəklilər qrupu bir neçə yarımqrupa bölünür. Onlardan eyvanlarda kompozisiyaların qurulmasında istifadə olunur.
Pedina
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Perun
Perun — Slavyanların Tanrılar Panteonu. Şimşək və müharibə tanrısıdır. Hindlilərin İndrasını xatırladır. Mifik təsəvvürə görə, şimşəyin çaxması ilə göydə şərlə xeyir arasında müharibə başlayır, belə zənn edirlər ki, bu zaman yerin hansı hissəsindəsə iki xalq bir-biri ilə vuruşur. Perun (İndra) davaları idarə edir, bəzən sərkərdə kimi təsvir edilir. Başqa xalqlarda olduğu kimi slavyanlar öz tanrıları Perun haqqında olan mifləri nəsildən-nəsilə şifahi şəkildə ötürmüşlər. Ona görə də slavyan xalqları öz yaddaşına həmin tanrılar haqqında yaranmış mifoloji süjetləri birdəfəlik köçürtmüşdür. Tanrıların adı ilə bir çox mövhumat prinsipləri, mərasimlər, bayramlar və oyunlar əlaqədardır. Lakin tədricən onlardan bəziləri (o cümlədən, Perun, Volos, Svaroq, Mokoş) unudulmuş, digəri yeni adlarla adlanmış, bəzi allahlar haqqında (o cümlədən Kupala, Yarile. Kolyada və s.) xurfat rus kəndlərində XIX əsrə qədər mövcudluğunu qoruyub saxlamışdır.
Ket Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Kət Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Nevena Bojoviç
Nevena Bojoviç (serb. Nevena Božović, Невена Божовић; d. 15 iyun 1994, Mitrovitsa, Kosovo, Serbiya, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Serbiya müğənnisi və bəstəkar. O, "Piši mi" mahnısı ilə Serbiyanı 2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil etmiş və üçüncü yeri tutmuşdur. Nevena 2012-ci ildə Serbiyanın Prvi glas Srbije səs yarışmasındakı iştirakından sonra tanınmağa başlamışdır. Bunun ardınca Bojoviç və onun iştirak etdiyi səs yarışmasındakı digər finalçılar olan Mirna Raduloviç və Sara Yovanoviç Moje 3 qrupunun üzvü kimi "Ljubav je svuda" mahnısı ilə Serbiyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Nəticədə qrup yarımfinalda 11-ci yerdə qərarlaşaraq, finala yüksələ bilməmişdir. Nevena növbəti dəfə solo ifaçı kimi "Kruna" mahnısı ilə Serbiyanı Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Nevena Bojoviç 15 iyun 1994-cü ildə Kosovonun Mitovitsa şəhərində dünyaya göz açmışdır. O, musiqi təhsilini Belqrad İncəsənət Universitetində almışdır.
Nevena Qeorqievna
Nevena Qeorqievna (mak. Невена Георгиева 25 avqust 1925, Skopye – 16 dekabr 1942, Nejilovo[d], Çaşka[d]) — Yuqoslaviya və Makedoniya inqilabçısı, Yuqoslaviya dövründə Şimali Makedoniyadakı gənclər, həmkarlar ittifaqları və işçi hərəkatının fəalı; Yuqoslaviyanın Xalq Qurtuluş Müharibəsi zamanı 1-ci Skopye partizan dəstəsinin döyüşçüsü (16 yaşında dəstəyə qoşulmuşdur) və Makedoniya partizan hərəkatında ilk qadın döyüşçü. 25 iyul 1925-ci ildə Skopye şəhərində anadan olub. Yuqoslaviya partizan antifaşist hərəkatına 22 avqust 1941-ci ildə Skopye partizan dəstəsinə qoşulmaqla daxil olur. 1941-ci ilin noyabrında dəstə dağıldıqdan sonra Velesə, oradan isə Strumitsa köçür. 1942-ci ilin yayında Strumitsa partizan dəstəsinin hazırlanmasına kömək edir. 1942-ci ilin mayında o, işğalçı hakimiyyət məhkəməsi tərəfindən qiyabi olaraq dövlət əleyhinə fəaliyyət göstərdiyinə görə 7 il müddətinə ciddi rejimli həbsxanasında cəza alır. 1942-ci ilin sentyabrında Dimitar Vlaxov adına Veles partizan dəstəsinin üzvü olur 16 dekabr 1942-ci ildə Bolqarıstan polisi və Bolqarıstan anti-çetnis dəstələri Nejilovo şəhərində döyüşdə ağır yaralanan Nevena Qeorqiyevanı tutub başını kəsdilər. Kəsilmiş baş dirəyə qoyularaq, insanları qorxu və dəhşətə salmaq üçün kəndləri gəzdirirlər. Daha yaxşı təsir üçün Velesin mərkəzindəki evlərdən birinə başı qoyulur.
Olqa Levina
Olqa Levina (d. 4 mart 1985; Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. Olqa Levina Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. Daha sonra Olqa Levina Rusiya yığmasının heyətində 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Plevna mühasirəsi
Plevnanın mühasirəsi – 1877-1878-ci illər Rus-Türk Müharibəsinin əsas döyüşlərindən biri, Rusiya və Rumıniya birləşmiş ordusunun Plevna şəhərində Nuri-Qazi Osman Paşanın komandanlığı altında möhkəmlənmiş Osmanlı qoşunlarına qarşı hərbi əməliyyatı.Türk ordusunun inadlı müdafiəsi rus qoşununun irəliləməsini gecikdirdi və Osmanlı hökumətinin İstanbul və Ədirnənin müdafiəsinin möhkəmləndirilməsinə imkan verdi, lakin ali türk komandanlığının yarıtmaz qərarları səbəbindən Plevna qarnizonu təslim olmaq məcburiyyətində qaldı. Plevna Rusşuka (bir qolu ilə Sistovoya) Arabkonak (Orxan aşırımı) keçidi ilə Sofiyaya və Lovçaya gedən yolların kəsişməsində, Sevlievo, Qabrovo, Şipkinski keçidindən Qazanlaka və Troyana gedən iki aşırımın yerləşdiyi ərazidədir. Orada əvvəllər 1810-cu ildə rus qoşunları tərəfindən dağıdılmış və yenidən bərpa edilməyən bir qala var idi. Zimnitsa yaxınlığında Dunay çayını keçdikdən sonra Rus Dynay ordusu Tarnovoya doğru uğurlu bir hücum təşkil etdi. İyulun 4-də (16) general Baron N.P Kridenerin Qərb dəstəsi Nikopolu aldı və beləliklə Dunayın sağ sahilindəki körpü plasdarmını 60 kilometrə qədər genişləndirdi. Rus ali baş komandanı Nikopolun itirilməsi ilə cəbhənin qərb hissəsindəki türklərin artıq hərəkətə keçə bilməyəcəyinə və qərbi Bolqarıstanın müdafiəsi ilə məşğul olacaqlarını düşünürdü. Ancaq Vidindəki türk birləşmələrinin rəhbəri Müşir (Marşal) Osman Paşa Baş Komandan Əbdülkərim Kaş Paşaya hərbi əməliyyatların ilkin planını dəyişdirməyi - Dunay çayı boyunca olan müdafiə xəttinin cinahlarında və Vidin boyu qalalarda dördbucaq şəklində qüvvələrin cəmləşməsini təklif etdi. Osman Paşa Vidində lazımi sayda əsgər saxlamağı, qalanlarını Plevnaya təxliyə etməyi, Tarnovoda Şumladan gələn Əhməd-Eyub Paşanın korpusu ilə birləşməyi və Sistovo istiqamətində qətiyyətli bir hücum başlatmağı əlverişli hesab edirdi. Planın son hissəsi uğursuz olduğu təqdirdə, Osman Paşanın fikrincə Balkan keçidlərinin müdafiəsi üçün böyük əhəmiyyət daşıyan Lovçada möhkəmlənmək vacib idi. Rusların son uğurları və Balkan silsiləsindən keçib zəif qorunan Ədirnə və Sofiyaya hücum edəcəkləri qorxusu altında türk komandanlığı bəzi dəyişikliklərlə Osman Paşanın təklifini qəbul etdi.
Rudolf Perina
Rudolf Perina — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Yekaterina Levina
Yekaterina Levina (1 fevral 1997) — İsraili təmsil edən bədii gimnast. Yekaterina Levina 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Levina həm də I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. Yekaterina Levina 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Puna
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Peyna buzlağı
Peyna buzlağı (bolq. ледник Пейна, ‘Lednik Peyna’ \'led-nik 'pey-na\) — 11.4 km uzunluğu, 3 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Blaqun buzlağından cənub-qərbdə, Mörfi buzlağından şimal-şərqdə, Vilkinson buzlağından şimal-qərbdə yerləşmişdir. Buzlaq şimali Bolqarıstanda yerləşən Peyna şəhərinin adını daşıyır. Peyna buzlağı 66°53′45″ c. e. 66°09′25″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Peşna mağarası
Peşna (mak. Пешна) ― Makedoniyada mədəniyyət abidəsi elan edilmiş mağara. Mağara Makedonski-brod qəsəbəsindən 6 kilometr aralıda yerləşir. Speleoloqların fikrincə, Peşna Balkan yarımadasında ən böyük girişə malik mağaradır: Peşnanın girişinin hündürlüyü 40 metr, eni isə 56 metrdir. Mağaranın uzunluğu isə 124 metr (407 ft)-dir. Mağarada yarasalar yuva qurur və orada yaşayır. New York Times qəzetində mağaranın gözəlliyi "Üzüklərin hökmdarı" (ing. Lord of the Rings) filmindəki Helms Deep ilə müqayisə edilimişdir. Mağaranın şimal hissəsində, güclü yağışlar və qar əriməsindən sonra, yayda təmamilə quruyan su axını yaranır. Mağaranın girişində orta əsrlərə aid bir qala və dəyirmanın qalıqları var.
Jurinea perula-orientis
Jurinea perula-orientis (lat. Jurinea perula-orientis) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Peruda zəlzələ (1970)
Ankaş zəlzələsi — 1970-ci ildə Peruda baş vermiş 7,9 ballıq zəlzələ. Zəlzələ nəticəsində 70 min insan həyatını itirmişdir.
Pecunia non olet
Pecunia non olet — "pulun qoxusu olmur" mənasını verən latın idioması (məsəli). Bu idioma Roma imperatoru Vespasiana (b.e. 69-79-cu illərində hakimiyyətdə olub) aid edilir.
Fabio Pena
Fábio Pena (27 avqust 1990, Pires-du-Riu, Qoyas) — hücum mövqeyində oynamış braziliyalı keçmişfutbolçudur .
Fabiu Pena
Fábio Pena (27 avqust 1990, Pires-du-Riu, Qoyas) — hücum mövqeyində oynamış braziliyalı keçmişfutbolçudur .
Karlos Pena
Karlos Pena (ing. Carlos Roberto Pena Jr.; 15 avqust 1989, Kolumbiya[d], Missuri) — Amerikalı aktyor, müğənni və rəqqas. Karlos Pena daha çox Nickelodeonun Big Time Rush serialındakı Karlos rolu ilə tanınır. == Bioqrafiya == Karlos Pena 15 avqust 1989-cu ildə Missuri ştatının Kolumbiya şəhərində anadan olub. Atası ispan və venesuelalıdır, anası isə dominikanlıdır. O, Florida ştatının Weston şəhərində böyüyüb. Çirlidinq olduğu Sagemont Upper Schoolda oxuyub. Onun ilk aktyorluq rolu ER-də 15 yaşında qonaq ulduz kimi, daha sonra həmin il Judging Amy, Summerland və Ned's Classified School Survival Guide filmlərində qonaq rollarında oynayır. Karlos PenaVeqa hələ orta məktəbdə oxuyarkən Super Soaker brendinin əyləncə su tapançasının televiziya reklamlarında çəkilirdi və onun şəkli hətta oyuncağın qablaşdırmasında da görünürdü. === Karyera === Karlos PenaVeqa Boston Konservatoriyasında musiqili teatrda oxuyarkən meneceri onu Big Time Rush üçün dinləmələrə dəvət edir.
Kruna (Nevena Bojoviç mahnısı)
Kruna (azərb. Tac‎) — Serbiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Nevena Bojoviç "Kruna" mahnısı ilə Serbiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi və sözləri Bojoviçə aiddir.
Polar Pena Karraso
Mariya del Pilar Pena (d. 4 aprel 1986) — İspaniyanı təmsil edən su poloçusu. Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.