Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Penka təpəsi
Penka təpəsi — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 217 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır. Təpə ətli yarpağı olan və İspaniyada yetişən penkanın adını daşıyır. Penka təpəsi 62°36′04″ c. e. 61°07′23″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Start təpəsindən 2.77 km cənub-şərqdə, Dulo təpəsindən 2.28 km cənub-şərqdə, Battenberq təpəsindən 1.93 km cənub-şərqdə, Varadero təpəsindən 2.15 km şimal-qərbdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Albrext Penk
Albert Penk (25 sentyabr 1858[…], Roydnits[d] – 7 mart 1945[…], Praqa) — alman geoloqu, coğrafiyaçısı, okeanoloqu, Valter Penkin atasıdır. == Tərcümeyi-halı == Albert Penk — biznesmen Emil Penkin (1829–1880) və arvadı Elizabet Penkin (1833–1896) oğludur. 1885–1906-cı illərdə Penk Ven universitetini, 1906–1927-ci illərdə Berlin universitetini professor çalışıb. 1886-cı ildə Penk İde Qanqxoferlə (1863–1944) ailə həyatı qurub. bacısı Lüdviqa Qanqxofera məşhur bavariya yazıçısıdır. Onların oğlu Valter Penk məşhur coğrafiyaçı və geomorfoloqdur. Ferdinand fon Rixthofenanın ölmündən sonra 1906–1927-ci illərdə albert Coğrafiya institutunun direktoru oldu.1906-cı ildə İsveç Krallığının akademiyasının üzvü olur. 1918-ci ilə kimi okeanaqrafiya muzeyinin rəhbəri olur. Penk okeanologiya və iqlimşünaslığı öyrənir. O, 1945-ci ilin mart ayının 7-də Praqada ölür.
Kani Pənkə Qacer (Bükan)
Kani Pənkə Qacer (fars. كاني پانكه قاجر‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (12 ailə).
Denov
Denov (özb. Denov) — Özbəkistanın Surxandərya vilayətində şəhər. 27 yanvar 1958-ci ildə şəhər statusu alıb. == Coğrafiya == Denov Surxandərya vilayətinin quzeyində, Termezdən 150 kilometr aralı, dəniz səviyyəsindən 520 metr yüksəklikdə yerləşir. Surxandərya çayının qolu olan Qızıl-Su çayı Denovun içindən axır. Habelə Denov Xalçayan və Dəlvərzintəpə arxeoloji abidələrinə ən yaxın şəhərdir. == İqtisadiyyat == Əhalinin gəliri əsasən Tacikistanla sərhədyanı ticarət və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən əldə edilir. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Denovda 97.196 nəfər yaşamaqda imiş. 2015-ci ildə əhalisi 114.090 nəfərə yüksəldi. Əhali baxımından Termezdən sonra Surxandərya vilayətində 2-ci ən böyük yaşayış yeri sayılır.
Pendi
Pendi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 366 nəfərdir. Oykonim talış dilindəki pen (yuxarı) və di (kənd) sözlərindən düzəlib, “yuxan kənd”, “yüksəklikdə olan kənd” mənasındadır.
Penis
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun.
Penol
Penol (fr. Penol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38300. Kommunanın 1999-cu il üçün əhalisi 288 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 281 ilə 455 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Penso
Penso (fr. Pinsot) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38306. Kommunanın 2012-ci il üçün əhalisi 206 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 551 ilə 2858 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Penza
Penza (rus. Пенза) — Rusiya Federasiyasında yerləşən şəhər, Penza vilayətinə daxildir.
Senki
"Senki" (戦旗, azərb. "Döyüş bayrağı"‎) – 1920-ci illərin sonunda və 1930-cu illərin əvvəlində nəşr olunmuş Yaponiya proletar ədəbi jurnalı. Aylıq nəşr olunurdu. Jurnal 1928-ci ilin mayından 1931-ci ilin dekabrına qədər nəşr olunmuş və Yaponiyada proletar ədəbiyyatının əsas jurnalına çevrilmişdir. 1930-cu ilin sentyabrına qədər Yaponiya Proletar İncəsənəti Federasiyasının (NAPF) orqanı olmuşdur. "Senki" jurnalının müxalif qarşılığı proletar ədəbi hərəkatının başqa bir fraksiyasının orqanı olan "Bengei Sensen" idi. Jurnalın idarəçiləri, eləcə də, redaktorları Şiqeci Tsuboy və Seyzaburo Yamada idilər. Korehito Kurahara, Şiqeharu Nakano, Takici Kobayaşi, Sunao Tokunaqa və İneko Sata kimi şəxslər jurnala töhfələrini vermişdirlər. Kobayaşinin "Fabrik gəmisi" və Tokunaqanın "Gün işığı olmayan küçə" əsərləri 1929-cu ildə bu jurnalda nəşr olunmuşdur. Jurnalın maksimum tirajı 26.000 olmasına baxmayaq, təşkilat jurnalı fabriklərə, fermalara və məktəblərə payladığı üçün geniş oxucu kütləsi toplamışdır.
PEN15
PEN15 — Maya Erskin, Anna Konkl və Sem Zviblman tərəfindən yaradılmış amerikan komediya serialı. İlk dəfə 8 fevral 2019-cu ildə Hulu-da nümayiş edilib. Hulu 2019-cu ilin mayında serialın ikinci mövsümünün çəkildiyini bildirdi. On dörd seriyadan ibarət olan ikinci mövsümün ilk yarısı 18 sentyabr 2020-ci ildə yayımlandı. İkinci mövsümün son seriyaları 2021-ci ildə buraxıldı və yaradıcılar ikinci mövsümün final olduğunu bildirdilər. "PEN15"in əsas mövzusu orta məktəbdə olanlardır. Maya Erskin və Anna Konkl özlərinin 2000-ci ildə yaşayan 13 yaşlı versiyalarını ifa ediblər, burada onlar əsl 13 yaşlı məktəblilərin əhatəsindədirlər. Maya İşi-Piters (Maya Erskin) — Utancaq, həssas yapon əsilli amerikalı yeddinci sinif şagirdi. Ən yaxşı dostu Annadır. Maya bəzən sinfin gülməli şagirdi olur və bunun sayəsində digər uşaqlarla dostluq etməyi bacarır.
Bənk
Bənk— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,753 nəfər və ya 1,751 ailədən ibarət idi.
Gülxani Pənah
Gülxani Vaqif qızı Şükürova (Gülxani Pənah; 1 iyul 1958, Kərimli, Vartaşen rayonu) — şair, ədəbiyyatşünas, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == 1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə oranı bitirmişdir (1979–1985). 1975–76-cı illərdə "Azərnəşr"in mətbəəsində cilidləyici, 1976–77-ci illərdə "Natəvan" klubunda oxu zalının müdiri, 1977–81-ci illərdə MİB-də texnik, 1981–85-ci illərdə "Şirvanşahlar" sarayında muzey xidmətçisi vəzifələrdə çalışmışdır. G. Şükürova 1985–89-cu ildə Sumqayıt şəhər 49 saylı TPM-də, 1989–92-ci illərdə Sumqayıt şəhər 13 saylı orta məktəbdə, 1992–93-cü illərdə Xətai rayonu 63 saylı orta məktəbdə, 1993–99-cu illərdə 264 saylı "Müəllif" məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 2000–2004-cü illərdə Müstəqil Azərbaycan Universitetinin müəllimi, 2004-cü ildə AYB-də məsləhətçidir. 1974-cü ildən mətbuatda şeir, hekayə, poema və elmi-publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunmuş almanaxlara daxil edilmişdir. İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir.
Jan Peske
Jan Peske Meçeslav oğlu (fr. Jean Misceslas Peské, pol. Jan Mirosław Peszke; 27 iyul 1870, Qolta, Ananyevskiy, Xernonskaya quberniyası) — Peske təbiəti çəkən, rəssam Polşa əslli impresionistdir. == Həyatı == Ukraynada Polşa həkimi Yana Peskeviça və Antonettanın ailəsində anadan olmuşdur. Kievdə və Odessada təhsil almışdır. 1891-ci ildə atasından miras almış və Fransaya miqrasiya etmişdir. 1889-cu ildə Parisə köçmüş R. Jülyen Akademiyasında Jan Pol Loranın rəhbərliyi altında təhsil almışdır. 1891-ci ildən fr. La Revue Blanche jurnalının əməkdaşları sırasına daxil olmuşdur. == Yaradıcılığı == Rəssamın əsərləri Parisin, Ruananın, San — Tropenin və Fransanın müxtəlif şəhərlərində, həmçinin Cenevrədə və Varşavada saxlanılır.
Kamenka (Penza)
Kamenka — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Katrin Denöv
Katrin Denöv (Catherine Deneuve) (22 oktyabr 1943) — məşhur Fransa aktrisası. == Həyatı == Katrin Denövü "Fransanın meqaulduzu" adlandırırlar. 1943-cü il Paris doğumlu olan 67 yaşlı aktrisa çoxdan dünya kinematoqrafının incisinə çevrilib. Aktrisa musiqili "Şerbur çətirləri" (1964) filminin Kann uğurundan sonra ulduz statusu alıb. Növbəti ildə o, Roman Polanskinin "Nifrət" psixoloji trillerində baş rolu ifa etmişdir. Sonrakı illərdə Luis Bunyuel ("Tristana", 1970) və Fransua Tryuffo ("Sonuncu metro", 1980) kimi rejissorlarla işləyib. Onun ən cəsarətli ifalarından biri Bunyuelin "Günorta gözəli" (1967) filmi sayılır. == Filmoqrafiya == Şerbur çətirləri (film, 1964) / Les Parapluies de Cherbourg Roşforlu qızlar (film, 1967) / Les Demoiselles de Rochefort Axırıncı metro (film, 1980) / Le Dernier Métro 8 qadın (film, 2002) == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Katrin Denöv — IMDb səhifəsi Катрин Денев: Мое первое культурное потрясение. Интервью актрисы на интернет-канале ИСКУССТВО ТВ Отрывки из книги Плахова про Катрин Денёв Катрин и Франсуаз Дорлеак.
Kiril Petkov
Kiril Petkov Petkov (bolq. Кирил Петков Петков; 17 aprel 1980, Plovdiv) — bolqar siyasətçi, iqtisadçı və sahibkar, 13 dekabr 2021-ci ildən etibarən Bolqarıstanın Baş naziri. == Həyatı == Petkov 17 aprel 1980-ci ildə Plovdivdə anadan olub. O, Vankuverdəki Britaniya Kolumbiyası Universitetində maliyyə üzrə ticari bakalavr dərəcəsinə və öz sinfinin ən yaxşı 10%-də yer aldığı Harvard Universitetində biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə sahibdir. Onun mühazirəçilərindən biri klaster strategiyalarının işlənib hazırlanmasında ixtisaslaşdığı Maykl Porter idi. Petkov Harvard Universitetinə bağlı Sofiya Universitetində İqtisadi Strategiyalar və Rəqabət Qabiliyyətlilik Mərkəzinin təsisçilərindən biridir və burada iqtisadi inkişaf və rəqabətqabiliyyətliliyin mikroiqtisadiyyatından dərslər keçib. == Biznes fəaliyyəti == 2001–2005-ci illərdə Petkov Kanadanın "McCain Foods" qida şirkətində korporativ inkişaf meneceri vəzifəsində çalışıb. 2007-ci ildən o, yüksək əlavə dəyərli innovasiyalar sahəsində layihələr hazırlayır və onun "ProViotik" şirkəti ABŞ-da biotexnologiya sahəsində bir neçə patentə malikdir. == Siyasi fəaliyyəti == === İqtisadiyyat Naziri fəaliyyəti === 2021-ci il mayın 12-dən sentyabrın 16-dək Stefan Yanevin müvəqqəti hökumətində İqtisadiyyat Naziri vəzifəsində çalışıb. Petkov nazir kimi ilk televiziya çıxışında dövlətin nəzarətində olan və kiçik və orta sahibkarlığı dəstəklədiyi iddia edilən Bolqarıstan İnkişaf Bankının dörd iş adamına məxsus səkkiz şirkətə 500 milyon avro kredit payladığını açıqlayıb.
Krasimir Genov
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.
Lenka Popkin
Lenka Popkin (d. 16 aprel 1978; Teplitse, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Lenka Popkin, 2008-ci ildə Çexiyanı XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lenka Popkin, 2008-ci ildə Çexiya bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Popkin, 57.60 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
Mənev (Avurğazı)
Mənev (başq. Мәнеү, rus. Красный Восток) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Məsəli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 22 km, kənd sovetliyindən (Məsəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 33 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Çuvaşlar (93%) üstünlük təşkil edir.
Nikolay Renkov
Nikolay Renkov — operator. 5 may 1906, Rylsk, Kursk rayonu — 1988, Moskva Mosfilm studiyasında işləyib.
Oleq Peşkov
Oleq Anatoliyeviç Peşkov (3 avqust 1970, Kosixa[d], Altay diyarı – 24 noyabr 2015, Əl-Laziqiyyə mühafəzəsi) — Suriya üzərində vurulan Su-24 təyyarəsinin komandiri, podpolkovnik. Rusiya Federasiyası qəhrəmanı. 3 avqust 1970-ci ildə doğulub. 24 noyabr 2015-ci ildə vəfat edib. Rusiya prezidenti Vladimir Putin Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib.
Pelkə (Soyuqbulaq)
Pelkə (fars. پلكه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (7 ailə).
Pende çayı
Pende çayı — Mərkəzi Afrikada uzunluğu 36,88 kilometr olan çay. Bu çay Çad və Mərkəzi Afrika Respublikası arasındakı beynəlxalq sərhəddin qısa bir hissəsini təşkil edir. Pende çayı öz başlanğıcını MAR-ın Ouham-Pende bölgəsindən götürür və Kim məntəqəsi yaxınlığında Loqon çayına tökülür. Pende çayının illik su sərfiyyatı 128 kub metr saniyə, hövzəsinin sahəsi isə 15,325 km²-dir.
Peçka-Banya
Peçka-Banya (serb. Пећка Бања, alb. Banja e Pejës) — Metohiyanın qərbindəki İstok bələdiyyəsindəki qəsəbə. Əslində qismən tanınmış Kosovo Respublikasının hakimiyyəti tərəfindən idarə olunur. Balneoloji bir istirahət bölgəsidir. kurortdur. Peçka-Banya qəsəbəsi İstok bələdiyyəsində, Qərbi Metohiyada yerləşir. Şimalda Velo icması, cənub-şərqdəki Dobruş icması və cənub-qərbdə isə Peç bələdiyyəsi ilə həmsərhəddir. Priştina şəhərindən 80 km və Peç şəhərindən 12 km məsafədə yerləşir. Yaxınlıqda Ağ Drin və Peçka-Bistritsa çayları var.