Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peresvet
Peresvet — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Perevoz
Perevoz (rus. Перево́з) — Rusiyanın Nijeqorod vilayətində şəhər (2001-ci ildən), Perevoz bələdiyyə dairəsinin inzibati mərkəzi. Şəhər Pyana çayı üzərində yerləşir. Burada Moskva–Yekaterinburq magistralında üzərindəki Qorki dəmiryolunun Perevoz dəmiryolu stansiyasını yerləşir. Perevoz şəhəri 2007-ci ildə rayon abadlıq müsabiqəsinin qalibi olmuşdur. 2008-ci ildə şəhərdə üzgüçülük hovuzu, konkisürmə meydançası və kinoteatrı olan idman kompleksi tikilmişdir. Şəhərdə Mixail-Arxangelsk məbədi tikilmişdir. Пья́нский перево́з // Прокат — Раковины. — М. : Советская энциклопедия, 1955. — С. 390.
Pərəməç
Pərəməç və ya bəleş (tatar. пәрәмәч, pәrәmәç , başq. бәрәмес, noq. паьремеш; başq. ваҡ бәлеш, tatar. бәлеш) — tatar və başqırd mətbəxlərində bir tərəfdən deşik ilə hazırlanan ət pirojkisi.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Tərəvəz
Tərəvəz - insan tərəfindən şirəli hissələrinə görə yetişdirilən və qidada istifadə olunan birillik, ikiillik və çoxillik ot bitkisidir. Tərəvəz əslində bitkinin qida məhsulu kimi istifadə olunan hissəsidir. Bununla əlaqədar olaraq tərəvəz bitkiləri 10 əsas qrupa bölünür: meyvəli soğanaqlı köküyumrulu meyvəköklü yarpaqlı gövdəmeyvəli kökümsovlu gövdəyarpaqlı (kormofit) zoğlu çiçəkli Meyvəli - tərəvəz bitkilərində qida üçün yetişmiş və kal meyvələr istifadə olunur. Bu qrupa pomidor, bibər, badımcan, qabaq, xiyar, göy qabaq, qarpız, yemiş, paxla, noxud, lobya (maş), qarğıdalı aiddir. Soğanaqlılarda - qida üçün soğanaq və ya göy yarpaqlar işlədilir. Onlara baş soğan, batun soğan kəvər soğan, şnit soğanı, sarımsaq aiddir. Meyvəköklülərə - dağ turpu, ağ turp, qırmızı turp, şalğam, çuğundur, kök, cəfəri, cır havuç, kərəviz aiddir. Yarpaqlı tərəvəzlərə - kahı, ispanaq, yarpaqlı cəfəri və kərəviz aiddir. Gövdəmeyvəlilərə - daş kələm aiddir. Kökümsovlulara - qıtığotu aiddir.
Ərəvus
Ərəvus (erm. Արավուս) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd.
Kök (tərəvəz)
Silvia Paredes
Silvia Paredes (23 yanvar 1983) — Ekvadorlu marafonçu. Silvia Paredes Ekvadoru 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Silvia Paredes birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 1 saniyəyə qət edərək 157 marafonçu sırasında 95-ci yeri tutdu.
Tərəvəz salatı
Tərəvəz şirəsi
Tərəvəz şirəsi — əsasən doğranmış və ya narın əzilmiş tərəvəzlərdən hazırlanan şirə. Tərəvəz şirəsinə dad əlavə etmək üçün adətən alma, üzüm kimi meyvələrin şirəsi əlavə olunur. Meyvə şirələrinə nisbətən az şəkərli olması ilə seçilir.
Volker Perthes
Volker Perthes — Almaniya Xarici siyasət və təhlükəsizlik institutunun direktoru 16 may 1958-ci ildə Almaniyada anadan olmuşdur.
Çornı peredel
Çornı peredel (rus. Чёрный передел) — Peterburqda inqilabi xalqçı təşkilatı (1879-1882). "Zemlya i volya"nın parçalanmasından sonra yaranmış və onun proqramını saxlamışdı (siyasi mübarizənin və terrorun inkarı, fəhlələr arasında təbliğat). Peterburqda Mərkəzi dərnəyin təşkilatçıları G.V.Plexanov, L.İ.Akselrod, V.İ.Zasuliç və başqaları idilər. Moskva, Kiyev, Odessa və Xarkovda dərnəyin filialları fəaliyyət göstərirdi. Təşkilat "Çornı peredel" jurnalını, "Zerno" qəzetini nəşr edirdi. 1880-ci ildə təşkilatın liderləri mühacirətə getdilər. Təşkilatın mərkəzi Moskvaya keçdi. 1880-1881-ci illərdə keçirilən həbslərdən sonra "Çornı peredel" zəiflədi və fəaliyyətini dayandırdı. Üzvlərindən bir hissəi "Narodnaya volya"ya daxil oldu.
Jak Prever
Jak Prever (fr. Jacques Prévert; 4 fevral 1900[…], Nöyi-sür-Sen – 11 aprel 1977[…]) — fransız şair və dramaturq. == Həyatı == Jak Prever 1900-cü ildə Fransada anadan olub. Gənclik illərində bir müddət sürrealist şairlərlə yoldaşlıq etsə də, o, təbii, anlaşılan, populyar şer dilini üstün tutub. Güclü heysiyyat sahibi olan bu nəğməkar şair müxtəlif jurnallarda dərc olunmuş şerlərini toplayaraq 1946-cı ildə iki şer kitabı, "Sözlər" və "Əhvalatlar" adlı kitab- larını nəşr etdirib. Dərin və sadə, zərif hisslər və xoş ovqatla yoğrulmuş şerləri Jak Preverə böyük rəğbət qazandırıb və şöhrət gətirib. O eyni zamanda film senariləri də yazıb ("Qəribə əhvalat" — 1937; "Dumanlı sahil"—1945). Daha sonra isə Jak Preverin şerlər kitabları, 1957-ci ildə "Tamaşa", 1966-cı ildə "Fatras", 1972-ci ildə "Əşyalar və başqaları", 1980-ci ildə isə "Gecə günəşi" əsərləri çap olunub. Jak Prever sözün əsl mə’nasında nəğməkar şair idi. O, İv Montan, Jülyer Qreko, Sert Reyqani, Jak qardaşları kimi müğənnilərin mahnılarının mətnlərinin müəllifidir.
Pertes xəstəliyi
Leqq-Kalve-Pertes xəstəliyi (ing. Legg-Calve-Perthes) – çox vaxt Pertes terminindən istifadə olunur. Bud sümüyünün başının osteoxondropatiyasıdır. Çox vaxt 5–10 yaşlı oğlanlarda olur, ayaqda ağrı və axsama yaranır.
Faraş Tərəvəz (1953)
La-Salveta-Perales
La-Salveta-Perales (fr. La Salvetat-Peyralès, oks. La Salvetat de Peiralés) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Salveta-Perales kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12258. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 33 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1068 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 533 nəfər (15-64 yaş arasında) 360 nəfər iqtisadi fəal, 173 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,5%, 1999-cu ildə bu göstərici 62,2%) idi.
Pyer İmbert Derevet
Pyer İmbert Derevet (22 iyun 1697[…], Paris – 27 aprel 1739[…], Paris) — Cavan Pyer adı ilə də tanınan rəssam. Pyer İmbert Derevet 22 iyun 1967-ci ildə Parisdə anadan olub. Atası Drevet ona bu sənəti öyrətmişdi və o 13 yaşında olarkən oyma işi ilə məşğul olurdu. Əvvəllər o Şarlz Lebrunun tərzini davam etdirirdi, lakin qısa müddət sonra o öz tərzini yaratdı və inkişaf etdirdi. O, atasının dəyişilməz ortağı oldu. 1723-cü ildə Pyer İmbert Riqaudun ardınca Bossetin portretini tamamladı. 1724-cü ildə Kardinal Dubanın portretini həkk etmişdi. 1730-cu ildə Adrienna Lükovrerin lövhəsini hazırlayıb. Samuel Bernard üçün hazırladığı qravüraya Riqaud rəsm çəkmişdi. Onun portretləri ilə yanaşı Pyer İmbert Derevet bir çox dini və tarixi lövhələr hazırlamışdı.
Salveta-Perales (kanton)
Salveta-Perales (fr. Salvetat-Peyralès) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1243. Salveta-Perales kantonuna cəmi 7 kommuna daxildir, onlardan ən əsası La-Salveta-Perales kommunasıdır. 2006-cı ildə əhalinin sayı 1 899 nəfər təşkil edirdi.
Fernando Peres
Fernando Nestor Peres (11 september 1980, Argentina) — argentinalı futbolçu. Fernando Peres futbolçu karyerasına Deportivo MakAllister klubunda başlayıb. Sonra Bakı klubuna transfer olunub. 2005-2005 və 2007-2009-cu illərdə bu klubun heyətində Azərbaycan milli futbol çempionatında çıxış edib və 99 oyunda 40 qola imza atıb. 2011-ci ildən futbolçu karyerasını İspaniyanın Gimnastika de Torrelaveqa klubunda davam etdirir.
Florentino Peres
Florentino Peres (8 mart 1947, Madrid) — ispan biznesmen. Real Madrid klubunun prezidenti. == Fəaliyyəti == İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən Realın rəhbəri seçilmişdi. Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştiano Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib. Kral klubunun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.
Şimon Peres
Şimon Peres (Perski) (1 avqust 1923[…] və ya 2 avqust 1923 – 28 sentyabr 2016[…]) — 1984–1986 və 1995–1996-cı illərdə İsrailin Baş naziri, 2007–2014-cü illərdə İsrailin prezidenti. Şimon Peres 1923-cü il avqust ayının 2-də Polşanın Vişneva rayonunda anadan olub. Ş. Perskinin atası İsaak Perski odunçuluqla məşğul olduğuna görə, evinə gec-gec gəlirdi. Şimonun anası Sara Melser də təsərrüfatı sahəsində işləyirdi. Buna görə də Şimon ravvin olan babası Svi Melserin yanında daha çox olur və babasının təsirində böyüyür. Şimonun babası Tövratı oxumuşdu və yəhudi poeziyasının bilicilərindən idi. Babasından ilham alan Şimon 10 yaşında şer yazmağa başlayır. Onun şerlərini hətta tanınmış yəhudi şairi Haim Nehman Balika da bəyənir. Ş. Peres qələmə aldığı şer və hekayələrini sonralar İsrail hökuməti yaradıldığı zaman nəşr etdirir. 1931-ci ildə Fələstinə gələn ata Peres taxıl ticarəti ilə məşğul olur.
Varvara Adrianova-Perets
Varvara Pavlovna Adrianova-Perets (rus. Варвара Павловна Адрианова-Перетц; 30 aprel (12 may) 1888 və ya 12 may 1888, Nejin[d], Nejin qəzası[d], Çerniqov quberniyası[d], Rusiya imperiyası – 6 iyun 1972, Leninqrad) — Rusiya və Ukrayna ədəbiyyatşünası, Ukrayna Elmlər Akademiyasının (1926) və SSRİ Elmlər Akademiyasının (1943) müxbir üzvü. O, XVII–XVIII əsrlər rus dilini və rus ədəbiyyatını, Ukrayna ədəbiyyatını tədqiqi etmişdir. Варвара Павловна Адрианова-Перетц. — М.: Издательство АН СССР, 1963 (Материалы к биобиблиографии учёных СССР. Сер. литературы и языка; вып. 4). Varvara Adrianova-Perets // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Faraş tərəvəz (film, 1953)
Qışlaq-i Nərəkeş (Kəleybər)
Qışlaq-i Nərəkeş (fars. قشلاق نره كش‎) və ya Nərəkeş Qışlağı - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (19 ailə).
Manuel Peres Trevinyo
Manuel Peres Trevinyo (isp. Manuel Pérez Treviño; 5 iyun 1890, Qerrero[d], Koauila[d] – 29 aprel 1945, Nueva-Rosita[d], Koauila[d]) — Meksika siyasətçisi və hərbi xadimi. O, Meksika inqilabı zamanı və ondan sonra mühüm fiqura çevrilmişdir. 1928-ci ildə prezident seçkilərində iştirak etmişdir. O, 1934-cü ildə o, Lasaro Kardenas del Rioya qarşı yarışmışdır. 1939-cu ilin yanvarında Melçor Torteqa və Xoakin Amaro ilə birlikdə İnqilabçı Antikommunist Partiyasını qurmuşdur.