Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pərisuz
Pərisuz və ya Parisos — orta əsr Azərbaycanında çarlıq, şəhər, qala və monastır adı. Onun mərkəzi Şəmkirçayın yuxarı hövzəsində, indiki Azərbaycanın Qalakənd kəndi yaxınlığında yerləşirdi. Pərisuz çarlığı X əsrdə Ermənistan yaylasının şərqində ən mühüm knyazlığa çevrilmişdir. Pərisuzun xarabalıqları tarixən Pərisuz adlanan, Şəmkirçayın qolu olan çayın sol sahilindəki qayanın üzərində yerləşir. Pərisuz həmçinin, Şəmkirçay hövzəsini əhatə edən ətraf mahalın və paytaxtı burada olan bir çarlığın adı idi. Pərisuz qala-şəhərinin IX əsrdə qurulduğu ehtimal olunur. Şəmkirçayın daha aşağı axınında, yaxınlıqdakı Girdman qalasını Şəmkirçay hövzəsinin mərkəzi kimi əvəz etmişdir. Pərisuz Girdmandan daha çətin coğrafi mövqeyə malik idi. Mahal əsasən əvvəlki Girdman ilə üst-üstə düşürdü. Yaxınlıqda Pərisuz adlı bir monastır da mövcud idi.
Perikl
Perikl (yun. Περικλῆς, περί + κλέος — "şöhrətlə əhatələnmiş"; təxminən E.ə. 495 və ya E.ə. 494 — E.ə. 429) — Afinalı dövlət xadimi, Afina demokratiyasının banilərindən biri, məşhur natiq və sərkərdə. Perikl Afinada aristokrat ailəsində doğulub. Aktiv siyasi fəaliyyətinə Alkmeonların qrupuna başçılıq etməklə başlayıb. Aristokrat mənşəyinə baxmayaraq, demokratiya tərəfdarı kimi tanınıb. Aristokrat qrupunun başçısı Kimonla mübarizədə ona xalqın dəstəyi lazım idi. E.ə 461-ci ildə Kimonun qovulmasına nail olan Perikl, Afinanın ən nüfuzlu siyasətçilərindən birinə çevrildi və Afina polisinin demokratikləşdirilməsində mühüm əhəmiyyət kəsb edən bir sıra islahatlar həyata keçirdi.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Pirinsko Pivo
Pirinsko Pivo — dünyanın qabaqcıl pivə istehsalçılarından biri Carlsberg Group-a məxsus bolqar pivə markası. Ticarət markası və Blaqoyevqrad şəhərində yerləşən eyni adlı pivə zavodu Pirin dağ sisteminin adını daşıyır. Blaqoyevqrad pivə zavodu 1967-ci ildə qurulmuş və 1971-ci ildə Pirinsko adlı öz pivəsini istehsal etməyə başlamışdır. 2002-ci ildə Danimarka pivə nəhəngi Carlsberg pivə zavodunu əldə etdi. Yeni sahibi Blaqoyevqrad pivə istehsalını modernləşdirdi və genişləndirdi, bu layihəyə 60 milyon leva investisiya etdi.
Pyotr Kurışko
Pyotr Kurışko (1894, Rusiya imperiyası – 1921, Dedoplistsğaro rayonu) — Sovet Rusiyasının hərbi xadimi, Rusiya vətəndaş müharibəsində və Gəncə üsyanının yatırılmasında iştirak edib. 25 oktyabr 1894-cü ildə Don vilayətinin Ostradovka kəndində anadan olub. 3-cü sinifə qədər təhsil alıb. 1915-ci ildə orduya çağırılır və Yekatirinodarda yerləşən süvari hissələrinin birində xidmətə başlayır. 1917-ci ildə xidmətdən sonra öz kəndinə qayıdıb 1918-ci ildə Qırmızı ordunun Aleksandrovskiy eskadronunda xidmətə başlayır. 1919-cu ildə 400 atlısı olan süvari dəstəyə rəhbərlik edir. 13 iyul 1919-cu ildə onun dəstəsi I Kuban süvari alayı adlandırılır. 6 noyabr 1919-cu ildə döyüşlərdə fərqləndiyinə görə Qırmızı bayraq ordeni ilə təltif olunur. 18-ci süvari diviziyasının komandiri kimi o 1920-ci ildə Gəncə üsyanının yatırılmasında iştirak edir. Üsyan zamanı Yelenendorf istiqamətində yaralanır.
Yelizaveta Mereşko
Yelizaveta Danilovna Mereşko (ukr. Єлизавета Данилівна Мерешко, 8 iyul 1992, Xerson) — Yay Paralimpiya Oyunlarının ukraynalı üzgüçüsü, çempionu və mükafatçısı. Beynəlxalq səviyyəli Ukrayna idman ustasıdır. Herson Regional Bədən Tərbiyəsi və İdman Əlaqələri İdman Mərkəzində "İnvasport" üzgüçülüklə məşğul olur. 2014-cü ildə Avropa çempionatının bir neçə dəfə çempionu və iki dəfə gümüş mükafatçısı olmuşdur. Dünya çempionatının üç dəfə çempionu və iki dəfə gümüş mükafatçısı olmuşdur. 2016-cı ildə Avropa Çempionatının bir neçə dəfə çempionu, ikiqat bürünc medalçı olmuşdur. Təkərli kürsüdən istifadə edir.
İvan Perişiç
İvan Perişiç (2 fevral 1989[…], Split) — Xorvatiyalı peşəkar futbolçu. İngiltərənin "Totenhem" klubu və Xorvatiya millisinin oyunçusu. Əsasən cinah yarımüdafiəçisi olsa da, hücumameyilli yarımmüdafiəçi və ya ikinci hücumçu kimi də çıxış edir.
Avram Herşko
Avram Herşko və ya Ferens Herşko (ivr. ‏אברהם הרשקו‏‎, 31 dekabr 1937, Karçaq[d], Yas-Nadkun-Solnok[d]) — yəhudi əsilli macar həkim və biokimyaçı. Avram Herşko 1937-ci ilin dekabr ayının 31-də Macarıstanın Karçaq şəhərində anadan olmuşdur. 1950-ci ildə ailəsi ilə birgə İsrailə köçmüş və günümüzdə də burada yaşamaqdadır. Avram Herşko 1965-ci ildə Qüds Universitetində tibb təhsili aldıqdan sonra 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etdi. Hal-hazırda Hayfada İsrail Texnologiya İnstutunun tibb fakültəsinin professorudur. 2004-cü ildə "uvikvitin protein deqredasiya"sının kəşfinə görə Aaron Çexanover və İrvin Rozla birlikdə Nobel Kimya Mükafatına layiq görülmüşdür.
Periqö (rayon)
Periqö (fr. Périgueux) — Fransanın Akvitaniya regionun rayonlarından biri (fr. Arrondissement). Departamenti — Dordon. Suprefektura — Periqö. Rayon əhalisi 2006-cı ildə 181 182 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 54 nəf / km². Rayon ərazisi — 3337 km².
Su pərisi
Su pərisi – belindən yuxarısı dişi bir insan görünümündə olan amma eyni zamanda bir balıq quyruğuna sahib mifoloji varlıq. Həmçinin bir heraldika məxluqudur. Obrazı "Min bir gecə" nağıllarında da var. Eləcə də Varşava və Norfolk (ABŞ) şəhər gerblərində təsvir edilib. Susulu Sirena Undina Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Teodor Jeriko
Jan Lui Andre Teodor Jeriko (fr. Jean-Louis-André-Théodore Géricault; 26 sentyabr 1791[…], Ruan[…] – 26 yanvar 1824[…], Paris[…]) — fransız rəssamı, Romantizm dövrü Avropa rəssamlığının ən böyük nümayəndəsi. Onun rəsmləri, o cümlədən “Meduza salı” və “Epsomdakı yarışlar” rəssamlıqda yeni stilə çevrildi, baxmayaraq ki, onların təsviri sənətin inkişafındakı əsl əhəmiyyəti çox sonralar dərk edildi. Tədqiqatçılar arasında rəssamın hansı istiqamətin nümayəndəsi olması ilə bağlı vahid fikir yoxdur: o, romantizmin sələfi, dövrünü qabaqlayan realist və ya Davidin davamçılarından biri hesab olunur. Teodor Jeriko 1791-ci ildə Ruanda anadan olub. Atası Georges-Nicolas Gericault varlı bir adam idi: tütün plantasiyalarının sahibi və böyük tütün taciri, anası Luiza-Jeanne-Marie Caruel de Saint-Marten isə Normandiya aristokratiyasına mənsub bir ailədən idi. . Jerikonun ailəsi 1796-cı ildə Parisə köçdü. 1801-ci ildə Teodor Dubois-Loiseau özəl pansionatının internat məktəbinə yerləşdirildi, sonra atası onu Rene Riçard Kastelin internat məktəbinə köçürür. 1804-cü ildə Jeriko İmperator Liseyinə daxil oldu. Anasının ölümündən sonra Teodor atası tərəfindən böyüdü.
Veriko Ancaparidze
Veriko İvlianovna Ancaparidze (23 sentyabr (5 oktyabr) 1897, Kutaisi, Rusiya imperiyası – 31 yanvar 1987, Tbilisi) — Aktrisa Veriko İvlianovna Ancaparidze 6 oktyabr, 1900-cü ildə Kutaisidə (Gürcüstan) anadan olmuşdur. 1916–1917-ci illərdə S. V. Aydarovun Moskva dram studiyasında və Q. Cabadarinin Tiflisdəki studiyalarında təhsil almışdır. 31 yanvar, 1987-ci ildə Tbilisidə vəfat etmişdir. 1918–1921-ci illərdə Ş. Rustaveli adına teatrın aktrisası, 1921-ci ildən isə K. A. Marcanişvilinin rəhbərliyi altında olan dram teatrının aktrisası olmuşdur. 1933-cü ildən N. P. Oxlopkovun rəhbərliyi altında Moskva real teatrında işləmişdir. K. A. Marcanişvili adına teatrın bədii rəhbəri, Ş. Rustaveli adına Tbilisi teatr institutunun pedaqoqu olmuşdur. 1992-ci ildə "Who is Who" (London) ensiklopediyası redaksiya heyətinin qərarına əsasən V. Ancaparidze XX əsrin 10 ən yaxşı aktrisası sırasına daxil edilmişdir. Kinoda 1923-cü ildən fəaliyyət göstərmişdir. SSRİ Xalq Artisti (1950) SSRİ Dövlət Mükafatı (1943, 1946, 1952) "Lenin Ordeni" Gürcüstan Dövlət Mükafatı (1975, 1979) Sosialist Əməyi Qəhrəmanı (1979) 26 komissar (film, 1932) (tammetrajlı bədii film) (rol: fəhlə arvadı) Onu bağışlamaq olarmı? (film, 1959) (tammetrajlı bədii film) (rol: ana) Qəm yemə!
Güllər Pərisi
Güllər Pərisi (1790, Faxralı – 1925, Faxralı, Gürcüstan SSR[d]) — XIX əsrdə fəaliyyət göstərmiş azərbaycanlı qadın aşıq və şairə. Güllər Pərisi 1790-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. Həyatı və fəaliyyəti çox az məlumat bəlli olsa da, onun kənddə və uzun ömür ömür yaşadığı bilinməkdədir. Bəzi rəvayətlərdə onun 135 il yaşadığı iddia edilməkdədir. Mütəxəsislər dövrümüzə qədər gəlib çatan əsərlərinə əsasən onun şair və aşıq olaraq yüksək bacarığa sahib olduğunu bildirməkdədirlər. Onun dövrümüzə gəlib çatan şeirlərinin bəzilərindən anlaşıldığı qədərilə qardaşı məişət mövzusunda problemlər yaşamış və Osmanlı hakimiyyəti altında olan Qarsa qaçmağa məcbur olmuşdur. Bu hadisə Güllər Pərisinin şeirində də öz əksini tapmışdır: Güllər Pərisi qardaşının əhv edilməsi üçün Rusiya imperiyasının Qafqaz canişinin yanına da getmişdir.
Eriko Arakava
Eriko Arakava (d. 30 oktyabr 1979) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 20 qol vurub.
Eriko Sato
Eriko Sato (d. 25 noyabr 1985) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Peris Hilton
Peris Vitni Hilton (17 fevral, 1981, Nyu-York) — amerikalı müğənni, fotomodel və aktrisa. Amerikalı fotomodel və aktrisa, dünyanın ən nəhəng "Hilton" otellər şəbəkəsi ailə biznesinin keçmiş varisi Peris Vitni Hilton 17 fevral 1981-ci ildə Rik və Keti Hiltonların ailəsində doğulub. O, "Hilton" otellər şəbəkəsinin təməlini qoyan Konrad Hiltonun nəticəsidir. Peris ailənin böyük övladıdır, onun bir kiçik bacısı və iki qardaşı var. O, Nyu-Yorkda "Dwight School" məktəbini bitirib. Kollecə qəbul olunan Peris oradan qovulsa da, orta təhsil haqqında şəhadətnamə ala bilib. Peris Hilton 2000-ci ildə Donald Trampın "T Managment" model agentliyi ilə müqavilə bağlayır və peşəkar model olur. Rəfiqəsi Nikol Riçi ilə birgə oynadığı "Sadə həyat" teleserialı və qalmaqallı həyat tərzi onu məşhurlaşdırır. 2006-cı ildə Peris Hilton "Axıradək iç" və "Sarışın şokoladda" filmlərində baş rolları ifa edir. 2008-ci ildə ekranlara çıxan "Gözəl və eybəcər" filminə görə Peris 3 Qızıl Moruq Mükafatı qazanır.
Turş Pisko
Turş Pisko Peru və Çili üçün ənənəvi olan Peru mənşəli spirtli kokteyldir . İçkinin adındakı pisko onun əsas bazası olan likör və kokteyl termini turş isə turş sitrus şirəsi və şirinləşdirici komponentlərin adından gəlir. Peru mənşəli turş pisko bazası içki kimi Peru piskosundan istifadə edir və təzə sıxılmış laym şirəsi, sadə sirop (həm. şərbət), buz, yumurta ağı və Anqostura əlavə edir. Çili versiyası oxşardır, lakin Çili pisko və Pika laym istifadə edir, bitter və yumurta ağını istifadə edilmir. Kokteylin digər variantlarına ananas kimi meyvələr və ya koka bitkisinin yarpaqları kimi bitkilərlə hazırlanmışlar aiddir. Pisko əsaslı qarışıq içkilərin hazırlanması 1700-cü illərə təsadüf etsə də, içki tarixçiləri və içki mütəxəssisləri razılaşırlar ki, bu gün məlum olan kokteyl 1920-ci illərin əvvəllərində Perunun paytaxtı Limada amerikalı barmen Viktor Voqen Morris tərəfindən icad edilmişdir. Morris 1903-cü ildə Perunun mərkəzindəki Cerro de Pasko şəhərində işləmək üçün ABŞ-ı tərk etdi. 1916-cı ildə Limada "Morris' Bar"ı açdı və onun barı tez bir zamanda Perunun yuxarı təbəqəsi və ingilisdilli əcnəbilər üçün məşhur bir məkana çevrildi. Turş Pisko haqqında bilinənən ən qədim qeydlər, Morrisin barı üçün Peru və Çilidə nəşr olunan 1920-ci illərin əvvəllərinə aid qəzet və jurnal reklamlarında tapılır.
Con Çarlz Prisku
Con Çarlz Prisku (tam adı: ing. John Charles Priscu; 20 sentyabr 1952, Las-Veqas, Nevada) — Montana Dövlət Universitetinin Torpaq ehtiyatları və ətraf mühit şöbəsinin professoru, Rumıniya-ABŞ alimi. O, Mak-Merdo quru vadilərinin uzunmüddətli ekoloji tədqiqat layihəsi üzrə əsas tədqiqatçı kimi çıxış edib. Con Çarlz Prisku Horizon sənədli filmində Vostok gölünün itirilmiş dünyası bölümündə çəkilib.
Kiçik Su pərisi
Kiçik Su pərisi - "Kiçik Su pərisi" cizgi filminin seriyalarını ehtiva edir. Kiçik Su pərisi Kiçik Su pərisi 2: Dənizə qayıdış Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi Kiçik Su pərisi — Internet Movie Database saytında.
Perito Moreno (buzlaq)
Perito Moreno Buzlağı (isp. Glaciar Perito Moreno) — cənub-qərbi Argentinada dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Pataqoniyanın Kampo de Hielo Sur buzlaqının bir uzantısıdır. Pataqoniya tədqiqatçısı Fransisko Paskasio Morenonun adını daşıyır. Ən yaxın, ən böyük yaşayış məntəqəsi 80 km məsafədəki El Kalafatedir və bu milli park buzlağa turlar üçün ideal başlanğıc nöqtəsidir. Buzlaq Los-Qlasyares Milli Parkının və bütün Argentinanın əsas görməli yerlərindən biridir. Perito Moreno Buzlağı Antarktida və Qrenlandiya istisna olmaqla, az tanınan buzlaqlardan biridir. Eyni zamanda buzlaq getdikcə böyüməkdədir. Bunun səbəbi Sakit okeandan gələn buludların And dağlarına çox güclü yağışlar buraxmasıdır. 60 km buz kütləsi gündə təxminən 1 m irəliləyir. Bu kütləvi kütlədə davamlı çatlama və qırılma səs-küyləri ilə xarakterizə olunur.
Perito Moreno Buzlağı
Perito Moreno Buzlağı (isp. Glaciar Perito Moreno) — cənub-qərbi Argentinada dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Pataqoniyanın Kampo de Hielo Sur buzlaqının bir uzantısıdır. Pataqoniya tədqiqatçısı Fransisko Paskasio Morenonun adını daşıyır. Ən yaxın, ən böyük yaşayış məntəqəsi 80 km məsafədəki El Kalafatedir və bu milli park buzlağa turlar üçün ideal başlanğıc nöqtəsidir. Buzlaq Los-Qlasyares Milli Parkının və bütün Argentinanın əsas görməli yerlərindən biridir. Perito Moreno Buzlağı Antarktida və Qrenlandiya istisna olmaqla, az tanınan buzlaqlardan biridir. Eyni zamanda buzlaq getdikcə böyüməkdədir. Bunun səbəbi Sakit okeandan gələn buludların And dağlarına çox güclü yağışlar buraxmasıdır. 60 km buz kütləsi gündə təxminən 1 m irəliləyir. Bu kütləvi kütlədə davamlı çatlama və qırılma səs-küyləri ilə xarakterizə olunur.
Ceriko (Nyu-York)
Ceriko (ing. Jericho) — ABŞ-nin Nyu-York ştatındakı Lonq-Aylendin şimal sərhədində, Manhettenin təxminən 47 km şərqində yerləşən siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2020-ci ildə əhalisi təqribən 14.000 idi.
Lusi Tarkvini Prisk
Lusi Tarkvini Prisk (lat. Lucius Tarquinius Priscus; e. ə. VII əsr – e.ə. 578, Roma) — Qədim Romanın V çarı. Ank Marsinin ölümündən sonra Lusi Tarkvini Prisk Roma çarı olmuşdur. O, da latın, sabin və etrusk tayfalarına qarşı vuruşmuşdu. Çox ehtimal ki, Tarkvini Prisk Roma çarları içərisində etrusklar kimi şahlıq əlamətləri gəzdirən ilk padşah olmuşdu. O, atlı dəstələrin sayını artırmışdı. Tarkvini Prisk Roma şəhərini gözəl binalarla bəzəmək planını tərtib etmişdi və Kapitoli məbədinin tikilməsinə başlamışdı.
Kiçik Su pərisi (personajlar)
Kiçik Su pərisi - 1989-cu ildə istehsal edilmiş cizgi filmidir. Onun ardınca daha iki seriyası çəkilmişdir. Bu siyahıda "Kiçik Su pərisi" cizgi filminin personajları haqqında məlumat verilmişdir. Ariel - Kral Tritonun ən kiçik qızıdır. Altı bacısı vardır: Akvata, Alana, Arista, Attina, Adela və Andriana. Onun çoxlu dostları vardır, amma ən yaxşı dostu kiçik balıq Flaunderdir. Arielin gözəl səsi vardır və yaxşı mahnı ifa etmək bacarığına malikdir. Onu ən çox insan dünyası maraqlandırır. Arielin yaşıl quyruğu vardır. Ariel personajı "Disney qadın personajlarının kraliçası" siyasında birincidir.
Kiçik Su pərisi (seriyalar)
Kiçik Su pərisi - "Kiçik Su pərisi" cizgi filminin seriyalarını ehtiva edir. Kiçik Su pərisi Kiçik Su pərisi 2: Dənizə qayıdış Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi Kiçik Su pərisi — Internet Movie Database saytında.