Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Petra
Petra (ərəb. البتراء‎) — Nəbatilər dövlətinin paytaxtı. == Tarixi == Nəbatilər dövlətinin paytaxtı Petra olmuşdur. Yunan mənşəli olan bu sözün mənası "daş" deməkdir. Nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı "hisni səl’", yəni "qaya divar (sıldırm qala)" olmuşdur. Onların evlərinin qalıqları hələ də Musa vadisində Harun dağının yüksəkliklərində (İordaniya ərazisindədir) qalmaqdadır. Nəbatilərin hakimiyyəti miladi tarixinin ikinci yüz illiyinə qədər davam etmişdir. 106-cı ildə Roma imperiyası bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır. Petra nəbatilər hakimiyyətinin qüdrətli dövründə mühüm ticarət mövqeyinə malik idi.
Petra della Valle
Petra della Valle (11 aprel 1586[…], Roma – 21 aprel 1652[…], Roma) — İtaliyan səyyah, bəstəkar və musiqiçi. XVII əsrin əvvəllərində Səfəvi sarayında Şah Abbasın məsləhətçisi olmuşdur. == Həyatı == Petra della Valli 2 aprel 1586-cı ildə Roma şəhərində anadan olmuşdur. Ailəsi dönəmin əsilzadə ailələrindən idi. Petra della Valle çox savadlı bir insan idi. O hələ kiçik yaşlarında yunan, latın dillərini o cümlədən, klassik mifiologiyanı və İncili öyrənmişdi. Gənclik illərini ədəbiyyata və hərbi xidmətə həsr etmişdir. Daha sonra tibb professoru və yaxın dostu Mario Eskipano təklifi ilə Şərqə səyahətə etməyə qərar verir. Petranın səyahətləri zamanı yazdığı məktubları məhz Eskipano günlük halına gətirmişdir. 1622-ci ildə həyat yoldaşının qəfil ölümü ilə sarsılan yazar bu hadisədən öz divanında bəhs edir.
Pelta palustris
Zannichellia palustris (lat. Zannichellia palustris) — susünbülükimilər fəsiləsinin zannichellia cinsinə aid biki növü. == Sinonim == Algoides palustre (L.) Lunell Pelta palustris (L.) Dulac Zannichellia aculeata Schur Zannichellia brachystemon J.Gay ex Reut. Zannichellia clausii Tzvelev Zannichellia cothenetii P.Fourn. Zannichellia echinata Lojac. Zannichellia geniculata Gilib. [Invalid] Zannichellia graminifolia Gilib. [Invalid] Zannichellia indica Morong Zannichellia intermedia Torr. Zannichellia intermedia Nielsen [Illegitimate] Zannichellia komarovii Tzvelev Zannichellia laevis C.Presl Zannichellia lingulata Clavaud Zannichellia melitensis Brullo, Giusso & Lanfr. Zannichellia palustris var.
Petra (Gürcüstan)
Petra qalası — yaxşı qorunan xarabalıqları ilə Kobuleti bələdiyyəsinin Tsikhisdziri kəndi ərazisində yerləşən Bizans qalasıdır.Başqa bir mülahizəyə görə, Petra, müasir Türkiyə ərazisində, Hopa limanının yaxınlığında yerləşirdi, lakin bu, Kesar Prokopiyasının məlumatları ilə ziddiyyət təşkil edir. == Tarixi == Kesar Prokopiyasına görə, Qara dəniz yaxınlığında əvvəllər mövcud olan "əhəmiyyətsiz yaşayış yerinin" yerində Lazika şəhərindəki Petra qalasınnın əsası, imperator I Yustinian tərəfindən qurulmuşdur. İmperatora burada qala qurmaq lazım olmasını məhz komandir İohan Tsiv vermişdi. "Mənşəyi bilinməyən alçaq boylu bu adam, yalnız bu fikrinə görə strateji rütbəsinə yüksələ bildi." Bu qaladan istifadə edən Tsiv, Lazların əmlaklarını qarət etdi.. Yunan dilində "qaya" sözünün əsl mənasında Petra adı, şəhərin tikildiyi qayalı və uçurumlu sahilə işarə idi. Dəniz və uçurumlar arasında yerləşməsi, iki qülləsi olan müdafiə divarı ilə müdafiə olunan, dar və qayalı düz bir zolaq istisna olmaqla qalanı əlçatmaz etdi.Uzun müddət mühasirədən sonra möhkəmləndirilmiş şəhər I Xosrovun komandanlığı altında farslar tərəfindən ələ keçirildi. Petra qalasında cəmi bir qarnizon qaldı və qala farslar tərəfindən möhkəmləndirildi. 549-cu ildə qalaya I Yustinian, Daqisfey və 1000 çanın komandanlığı altında 7000 nəfərlik ordu göndərdi. Ordu Petra yaxınlığında düşərgə qurdu və mühasirəyə başladı. Öncədən planlaşdırılmamış mühasirə tamamilə uğursuzluqla başa çatdı.Farslar ilə müharibənin növbəti mərhələsinin qələbə ilə başa çatmasından sonra Bizanslılar özləri buradakı Petra qalasını dağıdıblar ki, "buraya yenidən gələn barbarlar heç bir hiylə işlətməsinlər".1961–1962-ci illərdə Petra Akropolunun ərazisində aparılan qazıntılar zamanı, burada üç tərəfdən kiçik üçbucaqlı bir meydanı əhatə edən vahid memarlıq ansamblının bir hissəsi olan iki erkən orta əsr binasının, bazilika və hamamın qalıqları aşkar edilmişdir.
Petra Kvitova
Petra Kvitova Çexiyalı tennisçi. Uimbldon tennis turnirinin (2011) qalibi. Petra Kvitova əsasən sol əli ilə işləyir. "İstirahət"ə 8-ci mövqedə yollanan perspektivli idmançı bunu ciddi geriləmə saydığını müsahibələrində dönə-dönə vurğulayır. Bu isə təsadüfi deyil, çünki 2011-ci il mövsümü 2-ci yerdə tamamlayan tennisçinin 2012-ci il üçün məqsədi liderliyə yüksəlmək idi. Ancaq o, nə bu istəyini reallaşdıra bildi, nə də "Böyük dəbilqə" seriyalı turnirin qalibi oldu – həm Avstraliya, həm də Fransa mərhələlərində mübarizəni yarımfinalda dayandırdı. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, № 49(49), 08.12.2012. səh.14.
Petra Mede
Petra Mede – İsveçin tanınmış komediyaçı, televiziya aparıcısı. Malmödə keçirilən 2013 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı. Petra Mede eyni zamanda İsveçin Stokholm şəhərində keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində Mons Selmerlöv ilə birlikdə aparıcı olub.
Petra Universiteti
Petra Universiteti (ərəb. جامعة البتراء‎) — İordaniyanın paytaxtı Amman şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin prezidenti professor Adnan Badrandır. == Tarixi == Universitetin əsası 1996-cı ildə qoyulmuşdur.
Petra Vaçnikova
Petra Vaçnikova (d. 29 may 1976; Vsetin, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Petra Vaçnikova, 2000-ci ildə Çexiyanı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Petra Vaçnikova, 2000-ci ildə Çexiya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Vaçnikova, 60.40 xal topladı və 12 idmançı sırasında 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Petra Vlqova
Petra Vlqova (slovak. Petra Vlhová 13 iyun 1995, Liptоvski Mikulаş) — Slovakiyalı dağ xizək idmançısı, nəhəng slalom üzrə 2019 dünya çempionu (Slovakiya tarixində ilk dağ xizək idmanı üzrə çempionu), Dünya kubokunun 9 mərhələsinin qalibi. İlk Gənclər Olimpiya Oyunlarının çempionu. Texniki fənlər üzrə ixtisaslaşmışdır. == Karyerası == Petra 2010-cu ilin noyabrında qitə səviyyəli yarışlarda çıxış etməyə başlayır. 2012-ci ilin yanvarında bir slovakiyalı olaraq İnsbrukda ilk Gənclər Olimpiya Oyunlarında çıxış edir. Orada aydın üstünlüklə slalom yarışmasında qalib gəlir (ikinci yeridən yarım saniyədən bir qədər çox müddətdə qalib olur). Super kombinasiyada və nəhəng slalomda da dördüncü yerləri tutur. Elə həmin mövsümün sonunda slalomda Dünya Gənclər Birinciliyinin bürünc mükafatçısı olur. 2012-ci ilin dekabr ayında Avstriya Semmerinqdə keçirilən karyerasının ilk mərhələsində slalomda 11-ci olmaqla, Dünya Kuboku mərhələsində debüt etir.
Petra Brockova
Petra Brockova (24 fevral 1976, Bratislava) — slovak aktrisası və stand-up komediyaçısıdır. O, altı OTO Mükafatının sahibidir. == Təhsil və teatr == Bratislava İncəsənət Universitetində kukla sənəti üzrə təhsil alıb. Sonra Böyük Britaniyada və daha sonra iki il Milanda "Teatro laboraotrio mangiafuoco" teatrında işləyib. Slovakiyaya qayıtdıqdan sonra Bratislavadakı "GUnaGU" teatrının əsas üzvlərindən birinə çevrilib, Studio L+S-də işləyib, "Nova scena", "Aréna" teatrları ilə əməkdaşlıq edir.
Petra-tu-Romiu
Petra-tu-Romiu (yun. Πέτρα του Ρωμιού), Afrodita qayası —Bafda (Kipr) dəniz kekuru (qaya). Ərazinin gözəlliyi və yunan mifologiyasında Afrodita ilahəsinin vətəni olaraq bilinməsi səbəbindən turistləri özünə cəlb edir.Turistlər arasında populyarlığına baxmayaraq, Petra tu Romiou yaxınlığındakı dəniz üzmək üçün təhlükəlidir və qayaya dırmaşmaq qadağandır. Ancaq yaxınlıqda bir restoran, bir turizm pavilyonu və Afrodita Hills kurortu vardır. == Əfsanələr == Bir rəvayətə görə, qayalıq Afrodita sevgi ilahəsinin doğulduğu yerdir. Beləliklə Geya (yer ilahəsi) Kronosun oğullarından birini atası Uranı axtalamağa inandırır. Kronos tərəfindən axtalanan Uranın dənizə düşərək qar kimi ağ köpük əmələ gətirən sperma və qanından Afrodita Kifera adası yaxınlığında anadan olmuşdur. Külək onu Kipr adasına gətirmişdir (ya da Kiferanı sevmədiyi üçün özü oranı üzərək tərk etmişdir). Burada Orlar dəniz dalğalarından çıxaraq onunla görüşmüşdür. Başqa bir əfsanəyə görə buranı Axeylər Troyadan qayıdarkən endikləri yerli çimərlik olan Axni adı ilə əlaqələndirir.
Petya və Qırmızı Papaq (cizgi filmi, 1958)
Petya və Qırmızı Papaq — 1958-ci ildə çəkilmiş sovet cizgi filmi.
Bella
Bella — ad. Bella Svon — Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. Bella Çao — Bella Porç — Filiipin əsilli amerikalı internet ulduzu və müğənni. Bella Davidoviç — yəhudi əsilli sovet-amerikan pianoçusu. Bella Hadid — Fələstin əsilli amerikalı model.
Betula
Tozağacı (lat. Betula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. Tozağacı şimal yarımkürəsində geniş yayılmışdır. 100-dən çox növü var. Təsərrüfatda geniş istifadə olunur. Tumurcuq və yarpaqlarından təbabətdə istifadə olunur. Bəzi növlərindən tarlaları küləkdən qorumaq üçün eləcə də dekorativ bağçılıqda istifadə olunur.
Delta
Delta (hərif) — yunan hərfi. Delta (çay) — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delta (maliyyə) — Baza aktivinin qiymətinin dəyişməsi nəticəsində derivativ alətinin qiymətinin nə qədər dəyişəcəyini əks etdirən göstərici. Delta Telekom — təşkilat "Delta" dəstəsi (film, 1986) — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ film Deltayabənzər əzələ — insan çiyninin səthi əzələsi Melaleuca delta — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Fətva
Fətva (ərəbcə:فتوى), İslam hüququ ilə əlaqədar olan bir problemin dini hüquq qaydalarına görə çıxış yolunu göstərən, Şeyxülislam və ya müfti tərəfindən veriləbilən dini sənəd. Fətva sadəcə İslam hüququ ilə əlaqədar olaraq deyil, İslamın qaydaları ilə idarə olunan dövlətlərdə də, hakimin verdiyi qərardır. == Fətva ilə hökm arasında fərq == Fətva ilə hökmün fərqləri müvafiq məzmunlu şəriət kitablarında izah edilmişdir. Qısaca bunu deyək ki, fətva şəriətdə nəzərdə tutulmuş mövcud dəlillər əsasında verilir (Quran ayələrinə, hədislərə, icmaya və ağıla əsaslanaraq). Hökm isə müctəhidin mövcud şəraiti dəyərləndirərək gəldiyi qənaəti əks etdirir. Əlbəttə, hökm verilərkən də şəriətdəki dəlillər nəzərə alınır, lakin bu dəlillər mücərrəd mənada deyil, mövcud şəraitə əsasən dəyərləndirilir. Buna görə də fətva zamana və şəraitə görə dəyişmir, hökm isə dəyişə bilər. Beləliklə, hökm fətvaya nisbətən daha geniş məfhumdur; deyə bilərik ki, məna etibarilə hökm fətvanı da özündə ehtiva edir. Fətva, onu verən müctəhid və onun müqəllidləri üçün keçərlidir, başqaları həmin müctəhidin fətvasına əməl etməyə vəzifəli deyillər. Amma lazımi şərtləri özündə birləşdirən şəriət hakimi bir məsələdə hökm versə, hamı ona tabe olmalıdır.
Keila
Keila (est. Keila) — Estoniyanın şimal-qərbində yerləşən şəhər. Əhali sayı 9 811 min nəfərdir. Şəhər Keila çayı üzərində yerləşir. Dəmiryol qovşağıdır. Yüngül və yeyinti sənayesi müəssisələri mövcuddur.
Lejla
Lejla (Bosniya dili: Lejla) — 2006 Avroviziya Mahnı Müsabiqəsində Bosniya təmsilçisi Hari Mata Hari qrupu tərəfindən Bosniya dilində səsləndirilən mahnıdır. Mayın 20-də keçirilən finalda ölkə, 229 xalla üçüncü olaraq bu günə qədər bu müsabiqədəki ən yaxşı dərəcəsini əldə etmişdir.
Leyla
Lejla (Bosniya dili: Lejla) — 2006 Avroviziya Mahnı Müsabiqəsində Bosniya təmsilçisi Hari Mata Hari qrupu tərəfindən Bosniya dilində səsləndirilən mahnıdır. Mayın 20-də keçirilən finalda ölkə, 229 xalla üçüncü olaraq bu günə qədər bu müsabiqədəki ən yaxşı dərəcəsini əldə etmişdir.
Metal
Metal (lat. metallum, " şaxta " deməkdir) — temperaturun artması ilə azalan elektrik keçiriciliyinə, istilik keçiriciliyinə, deformasiya oluna bilmə və metalik parıltı kimi xassələri özündə əks etdirən təmiz materiallara deyilir. == Metalların ümumi xarakteristikası == Məlum olan 118 kimyəvi elementin 90-dan çoxu metaldır. Metalsız yer kürəsini təsəvvür etmək mümkün deyil. Belə ki, Yer kürəsinin nüvəsi, əsasən, dəmir və nikeldən, mantiyası alüminiumun birləşmələrindən, litosferi (Yer qabığı) isə bir çox metal birləşmələrindən ibarətdir. Beləliklə, metallar dövri sistemdə, əsasən, berilliumdan Be astatadək At çəkilmiş dioqnalın sol aşağı hissəsində yerləşir (dövri sistemdə I–III qrupun əsas yarımqruplarının (hidrogen və bordan başqa) və I–VIII qrupun əlavə yarımqrup elementlərinin hamısı, lantanoid və aktinoidlər də daxil olmaqla metallardır). == Metalların fiziki xassələri == Metalların əsas ümumi fiziki xassələri aşağıdakılardır: metal parıltısı; yüksək istilik və elektrik keçiriciliyi; plastiklik. === Metalların plastikliyi === Metalların plastikliyi — onların xarici qüvvənin təsiri ilə dağılmadan öz formasını dəyişmək qabiliyyətidir. === Metal parıltısı === Metal parıltısı metalın sərbəst elektronlarının işıq şüalarını güclü əks etdirməsi ilə əlaqədardır. Civə və gümüş ən yüksək parıltıya malik metallardır.
Mətlə
Mətlə — klassik poeziyada qəzəlin, yaxud qəsidənin ilk beyti. Başqa beytlərdən fərqli olaraq mətlənin hər iki misrası qafiyələnir. Mətlənin qafiyəsi sonrakı beytlərdə də təkrarlanır. Cahanşah Həqiqinin qəzəllərindən birinin mətləsi: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Netta
Dalğıc (lat. Netta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Patna
Patna — Hindistanda şəhər. Bihar ştatının mərkəzidir. Əhalisi 1,7 milyon nəfərdir.
Paxla
Paxla (broad bean, faba bean eng.) Vitamin və zülal baxımından son dərəcə zəngin bir qida olan paxlanın dənələri təzəykən yaşıl, quruyanda qəhvəyidir. Quru paxla, təzə paxlaya görə daha bəsləyicidir. Quru paxlanın 100 gr.ımında təxminən 26 qr. zülal, 58 qr. karbonhidrat və 341 kalori vardır. Ayrıca paxla B1, B2, B6 və K vitaminlərinin yanında azot, nişasta, kalium və maqnezium mineralları baxımından da olduqca zəngindir. == Faydaları == Paxla həzmi asanlaşdırır. Sidik yollarını təmizləyir. Böyrəklərə olduqca faydalıdır: Böyrək ağrılarını yüngülləşdirər, böyrək qumlarının və daşlarının tökülməsinə köməkçi olur. Sinə xəstəlikləri və öskürəyə yaxşı gəlir.
Pəhlə
Pəhlə (fars. پهله‎) — İranın İlam ostanının Dehluran şəhristanının Zərrinabad bəxşində şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4 341 nəfər və 840 ailədən ibarət idi.
Qerla
Qerla (rum. Gherla; mac. Szamosújvár; alm. Neuschloss‎) - Rumıniyanın Kluj judetsində yerləşən bələdiyyə. O, Kluj-Napokadan 45 km aralıda Someşul Mik çayı üzərində yerləşir. Əhalisi 20 203 nəfərdir. == Əhalisi == 2011-ci ildə Rumıniyada siyahıalmasına görə şəhərdə yaşayan 20 203 nəfər əhalinin milli tərkibi belədir: 15,994 (79.2%) Rumın 3,419 (16.9%) Macar 718 (3.6%) Qaraçı 72 (0.4%) 16 alman daxil olmaqla, digərləri.
Parla
Parla — İspaniyanın Madrid rayonunda yerləşən şəhərdir. Şəhərin ümumi əhalisi 164182+ nəfərdir.