Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klavdi
Tiberi Klavdi Neron Germanik (1 avqust e.ə. 10, Luqdun[d] – 13 oktyabr 54, Roma) — Yulilər-Klavdilər sülaləsindən Roma imperatoru (41-54). Klavdi senatın hesabına imperator hakimiyyətini genişləndirmiş, əyalət adamlarına, xüsusən qallara Roma vətəndaşlığı hüququ vermiş, maliyyə işini yaxşılaşdırmış, böyük tikinti aparmışdı. 42-ci ildə Anadoluda Likiyanı, 43 ildə Britaniyanı, 44-45 illərdə Mavretaniyanı Romaya birləşdirmişdi. Klavdi bizə çatmamış iki tarix əsərin müəllifidir. Arvadı Aqrippina tərəfindən zəhərlənmişdir.
Plavsk
Plavsk — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Pavzi
Pavzi və ya Pavsi (yun. Παυσίας; e. ə. IV əsr – e. ə. IV əsr) — Qədim Yunanıstan rəssamı. O, əslən Sikiondandır. Pavzi Apellesin müasiri, Pamfilin tələbəsi olmuşdur. Pavzi əsasən uşaq və heyvan fiqurlarını, eləcə də çiçəkləri çəkmişdir. O, tarixdə tavanları arabesk, çiçəklər və fərdi fiqurlarla rəngləyən ilk şəxs olmuşdur.
Plank
Maks Karl Ernst Plank (alm. Max Karl Ernst Ludwig Planck‎; 23 aprel 1858[…], Kil, Holşteyn-Qlükştadt, Almaniya ittifaqı – 4 oktyabr 1947[…], Göttingen, İşğal Almaniyası) — görkəmli alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı (1918). Kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərindən fizika elminin inkişafı istiqamətini müəyyənləşdirmişdir. == Həyatı == Maks Plank övladlarının tərbiyə və fərdi inkişafına həddindən artıq diqqət göstərən prusiyyalı alim və hüqüqşünaslar ailəsində dünyaya gəlmişdir. Münhendə gimnaziyada oxuduğu illərdə bir çox fənnlərdə qeyri-adi istedad və yüksək əməksevərlik nümayiş etdirir. Fizik olmaq qərarına gəlməsi də bu səbəbdən asan olmamışdır. Plankı fəlsəfə və musiqi də maraqlandırıdı. Fizikanı isə Berlin və Münhendə oxumuşdur. == Elmi fəaliyyəti == Dissertasiyasını müdafiə etdikdən sonra 1885-ci ildən 1889-cu ilə qədər Kildə, 1889–1926-cı illər aralığında isə Berlində dərs demişdir. 1930-cu ildən 1937-ci ilə qədər isə Kayzer Vilhelm adına fizika cəmiyyətinə (hal-hazırda isə alimin öz adını daşıyır) rəhbərlik etmişdir.
Plavt
Tit Maksi Plavt (lat. Titus Maccius Plautus, çox vaxt sadəcə — Plavt; e.ə. 250 – e.ə. 184, Roma) — görkəmli qədim Roma komediyaçısı, “palliatalar” ustası. O, 130-a yaxın komediya yazmış, onlardan 20-si dövrümüzə qədər gəlib çatmışdır.
Plazi
Plazi davamlı və açıq əlçatan rəqəmsal bio-taksonomik ədəbiyyatın inkişafını dəstəkləyən və təşviq edən İsveçrədə yerləşən beynəlxalq qeyri-kommersiya təşkilatıdır.
Acanthaster planci
Acanthaster planci — Acanthasteridae dəstəsindən dəniz ulduzu növü. Böyük və çox qollu olan bu dənzi ulduzu növü sərt mərcan polipləri ilə bəslənir. Üst hissəsi zəhərli tikanlarla örtülüdür. Dünyanın ən böyük dəniz ulduzu növlərindən biridir. Hind və Sakit okeanda, Qırmızı dənizdə və Afrikanın şərq sahillərindən Orta Amerikanın qərb sahillərinə qədər yayılmışdır. Bu bölgələrdə sərt mərcan riflərində yaşayır. == Xüsusiyyətləri == Acanthaster planci növünün gövdəsi tipik dəniz ulduzu tipindədir; mərkəzi disk və ondan çıxan qollardan ibarətdir. Bu növə xas xüsusiyyətlər isə disk şəklində gövdəsi, çox sayıda qolu, zərifliyi, qavrama qabiliyyəti, çox sayda tikanlarla örtülü olması və bədən kütələsinə nisbətən çox böyük mədəyə sahib olmasıdır. Qavrama qabiliyyəti hər qolun ucuna qədər uzanan iki sıra çox saylı ayaqcıqlar sayəsindədir. Bu növ ilk zamanlar simmetrik bədənə sahib olsa da, daha sonra qollarının artması səbəbi ilə simmetriyasını itirmişdir.
Castin Plaşka
Klavdi Qalen
Berqamalı Qalen (yun. Γαληνός, lat. Claudius Galenus; ən tezi 129 və ən geci 131, Pergamon, Qədim Roma – ən tezi 201 və ən geci 216, Roma) — yunan mənşəli romalı, həkim, filosof, Orta platonizmin tanınmış nümayəndəsi. == Təbabətdə uğurları == Həkim kimi tanınmış, Roma əsilzadələrini müalicə edir və imperator Markus Avreliusun saray həkimi kimi tanınmışdır. Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə etmişdir. Onlardan Avropa təbibləri 1300 il ərzində istifadə etmişdir. O, həmçinin farmakologiya elminin əsaslarını qoymuşdur. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynamışdır. Müsəlman təbibləri və düşünürləri onun əsərlərini tərcümə etmiş və öz kitablarında onlara çoxlu istinadlar vermişdirlər. == Fəlsəfəsi == Qalen həm də filosof kimi tanınmışdır.
Marian Slavik
Marian Slavik (6 fevral 1946) — Rumıniyalı keçmiş üzgüçü. Marian Slavik Rumıniyanı 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında 3 yarış növündə təmsil etdi. == Karyerası == Marian Slavik birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 55.35 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Planlı iqtisadiyyat
Planlı iqtisadiyyat, planlı təsərrüfat və ya komanda iqtisadiyyatı — maddi ehtiyatların dövlət və ya ictimai mülkiyyəti olduğu və mərkəzləşdirilmiş şəkildə paylandığı iqtisadi sistem, bu şəraitdə fərdi şəxslər və müəssisələr mərkəzləşdirilmiş iqtisadi plana uyğun fəaliyyət göstərilər. Sistem SSRİ-də daxil olmaqla özlərini sosialist kimi eyniləşdirən ölkələrdə tətbiq olunurdu. İkinci Dünya müharibəsi dövründə Fransa və Böyük Britaniya kimi qabaqcıl kapitalist ölkələrdə də dirijizm formasında işlənilirdi. Planlı iqtisadiyyat mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş planlaşdırma və ya iştiraka əsaslanan iqtisadi planlaşdırma formalarını istifadə edə bilər. Planlı iqtisadiyyat qeyri-planlı iqtisadiyyatla ziddiyyət təşkil edir, bu xüsusən bazar iqtisadiyyatında özünü birüzə verir, hansındaki bazarda fəaliyyət göstərən muxtar şirkətlər istehsal, bölgü, qiymətqoyma və investisiya ilə bağlı qərarları müstəqil sürətdə verilər. İndikativ planlaşdırmanı istifadə edən bazar iqtisadiyyatını da planlı bazar iqtisadiyyatı adlandırmaq olar. == İstinadlar == == Ədəbiyyat == Командная экономика // Райзберг Б. А., Лозовский Л. Ш., Стародубцева Е. Б. Современный экономический словарь (2-е изд., испр.). М.: ИНФРА-М. 1999.
Praski Vitti
Praski Vitti (Vitalij Petrovič Petrov; rus. Виталий Петрович Петров), 17 sentyabr 1936) — Sovet və Rusiya rəssamı. O həmçinin şair Andrey Voznesenskinin şeirləri üçün şəkillər çəkir .
Salmo clarki
Al-əlvan qızılxallı, Mikija ,Poladbaş qızılxallı? (lat. Oncorhynchus mykiss) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Göy qurşağı qızılbalığı və ya Polad baş (Oncorhynchus mykiss), 1882-ci ildə Şimal Amerikadan Avropaya gətirilmiş olan bir alabalıq növü. Balıq istehsalı üçün Avropalı alabalıq növlərindən çox daha uyğundur (25 dərəcə su istiliyi belə problemi olmaz) və ləzzətli və az sümüklü ətindən ötəri yemək balığı olaraq çox sevilər. Göy qurşağı qızılbalığı 80 sm uzunluğa və 10 kq ağırlığa vara bilər. Qaranlıq bir mənzərənin qarşısında dayansa yan tərəfindəki qırmızı xətti ilə gözə dəyər, amma işıqlıq bir mənzərənin qarşısında haradasa heç görülməz. Dərə qızılbalığına çox bənzər amma qırmızı nöqtələri onunkindən daha diqqətə çarpandır, başı daha qısadır və çənəsinin alt qisimi daha önə çıxıntılıdır. == Həyat tərzi == Polad başlar balaykən sürü olaraq yaşayarlar. Ancaq 3 kilo ağırlığa vardıqlarından sonra tək başlarına, özlərinə aid olaraq mənimsədikləri bir alan/sahə içərisində ovlanmağa başlarlar.
Slavko Kaleziç
Slavko Kaleziç (mont. Slavko Kalezić; d. 24 mart 1989, Podqoritsa, Monteneqro) — Monteneqro müğənnisi və aktyoru. O, "Space" mahnısı ilə Monteneqronu 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Slavko Kaleziç 4 oktyabr 1985-ci ildə Monteneqronun paytaxtı Podqoritsa şəhərində anadan olmuşdur. O Monteneqronun Çetinye şəhərində yerləşən İncəsənət Akademiyasında təhsil almışdır. Daha sonra Slavko Monteneqro milli teatrında ansambla üzv seçilmişdir. Slavko müxtəlif teatr və filmlərdə bir çox obrazlar canlandırmışdır. O eyni zamanda Madrid, Tel-Əviv, Stokholm, London və s. şəhərlərdə keçirilən paradlarda çıxış etmişdir.
Slavko Kolar
Slavko Kolar (xorv. Slavko Kolar; d. 1 dekabr 1891 – ö.15 sentyabr 1963) — Xorvat yazıçı. == Həyatı == Gələcək yazıçının atası müəllim idi. Uşaqlığı Çazma şəhərində valideynləri ilə keçirib. Pojeqa və Zaqreb gimnaziyalarında təhsil alıb. Krijevtsidə kənd təsərrüfatı üzrə təhsil alıb. Birinci Dünya Müharibəsindən sonra öz təhsilini Fransada davam etdirib. Vətənə qayıtdıqdan sonra Krijevtsi, Çazma, Qorni Xruşevets, Petrinya, Slavonski Brod, Pojeqa və Bojyakovinada aqronom işləyib. == Yaradıcılığı == Slavko Kolar Xorvatiya ədəbiyyatında realizm cərəyanının təmsilçilərindən idi.
Vladimir Pravik
Vladimir Pravik (ukr. Володимир Павлович Правик ; rus. Владимир Павлович Правик) - Çernobıl faciəsi zamanı qəza bölgəsində xidmət etmiş yanğınsöndürən, Sovet İttifaqı Qəhrəmanı və Lenin mükafatı laureatı. Yanğınsöndürən xidməti vəzifəsini icra edərkən aldığı radiasiya zədələnmələri nəticəsində vəfat etmişdir. Pravik Çernobıl faciəsindən sonrakı, xilas etmə işləri zamanı həlak olmuş 27 yanğınsöndürəndən biridir.
Slavik Kriklivı
Vyaçeslav (Slavik) Leonidoviç Kriklivı (ukr. В'ячеслав Леонідович (Славік) Крикливий; 1 iyul 1976, Zaporojya) — Ukrayna bal rəqqası, peşəkarlar arasında dünya çempionatının qalibi. == Həyatı == Vyaçeslav Leonidoviç Kriklivı 1 iyul 1976-cı il tarixində SSRİ respublikalarından olan Ukrayna SSR-nin Zaporojya şəhərində həkim ailəsində anadan olmuşdur. O, beş il üzgüçülük ilə məşğul olmuşdur. Kriklivı 1987-ci ilin payızında ailəsi ilə birlikdə Melitopol şəhərinə köçmüşdür. O, burada Latın Amerikası rəqs proqramını öyrənməyə başlamışdır. Kriklivı 1990-cı illərdə Kiyevə köçmüş və burada çıxış etmişdir. Vyaçeslav Kriklivı 1998-ci ilin martında Ukrayna çempionu olmuşdur. O, bir həftə sonra Belçika çempionu Coanna Lünis ilə cütləşmişdir. Dünya Rəqs İdmanı Federasiyasının məlumatına görə, Kriklivı 1999-cu ildə Lünis ilə birlikdə Dünya Çempionatının gümüş medalını, bir il sonra həvəskarlar arasında Dünya və Avropa Çempionatının qızıl medalını qazanmışdır.
Slavko Brezovski
Slavko Brezovski — Müasir memarlıq istiqamətində işləri ilə tanınan Yuqoslaviya və Makedoniya memarı. == Bioqrafiya == Yuqoslaviya krallığının Vardar banovinasının qərbində anadan olub. O, müəllimi Milan Zlokoviç olduğu Belqrad Ali Texniki Məktəbinin memarlıq fakültəsinə daxil olub. 1950-ci ildə diplomunu alıb Skopyeyə qayıtdıqdan sonra 10 ilə yaxın işlədiyi "Projectant" layihə təşkilatında işə düzəlir. Daha sonra “Pelagonia Project” və “Macedonia Project” təşkilatlarında çalışır. Elmi və Texniki Əməkdaşlıq İnstitutunun eksperti kimi onlar Tripoliyə gedirlər və orada Liviya Mənzil Təsərrüfatı Nazirliyinin tapşırıqlarını yerinə yetirirlər. Liviyadan qayıtdıqdan sonra 1960-1962-ci illərdə Skopye Universitetinin memarlıq fakültəsində müəllim köməkçisi vəzifəsində çalışıb. O, Braziliyaya ezamiyyətdə olarkən müəllimlik fəaliyyətini yarımçıq qoyub. 1969-cu ildən yenidən memarlıq fakültəsinin ictimai binaların layihələndirilməsi kafedrasında dərs demişdir. Buradaca professor elmi adını almışdır.
Slavik Alxasov
Slavik Alxasov (tam adı: Slavik Həsrət oğlu Alxasov, ) — azərbaycanlı futbolçu, Zirə klubunun müdafiəçisi. == Həyatı == Slavik Alxasov 1993-cü il fevralın 6-da Azərbaycanın Qusar şəhərində anadan olub. Slavik, 8 yaşından etibarən futbol oynamağa başlayıb. 2008-2010-cu illərdə Bakıda Respublika Olimpiya İdman Liseyində futbolun əsasları üzrə təhsil alıb. === Klub karyerası === Slavik Alxasov Neftçi futbol klubunun yetirməsidir. 2009-2011-ci illərdə Bakı FK-nın heyətində çıxış edib. Buradan 2011-ci ilin yanvarında icarə əsasında Azərbaycan çempionatının birinci divizionunun Abşeron FK komandasına keçib. Lakin yeni klubda debütü uğursuz oldu. Zədələnən futbolçu 3 ay yaşıl meydanlardan kənarda qaldı. İki ay sonra isə komanda maddi sıxıntıya görə dağıldı.
Kazimir Pulaski
Kazimir Mixail Vladislav Viktor Pulaski ( pol. Kazimierz Michał Władysław Wiktor Pułaski, Polyakca tələffüz: [kaʑiˈmʲɛʂ puˈwaski] , ; ən tezi 4 mart 1745 və ən geci 6 mart 1745, Varşava, Reç Pospolita – 11 oktyabr 1779, ehtimal ki, , Corciya) — polyakəsilli hərbçi, Bar konfederasiyasının liderlərindən və marşallarından biri, ABŞ İstiqlal müharibəsi zamanı Kontinental Ordunun generalı. "Amerika süvarilərinin atası" hesab olunur. == Mədəniyyətdə == 2019-cu ildə "Smithsonian Channel" kanalında "Amerikanın gizli hekayələri" sənədli seriyasını yayımlanmışdır. Onun "General qadın idi?" (ing. «The General Was Female?» ) adlı altıncı seriyasında Pulaskinin interseks olması nəzəriyyəsini tədqiq edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Lanning, Michael. The American Revolution 100. Sourcebooks, Inc. 2009.
Barbarossa planı
Barbarossa əməliyyatı (alm. Unternehmen Barbarossa) — İkinci dünya müharibəsində Almaniyanın SSRİ-yə qarşı həyata keçirdiyi ildırımsürətli müharibə (alm. Blitzkrieg) planı. Əməliyyatın adı Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossanın adından götürülmüşdür. Plan 1940-cı il iyulun 21-də general Fridrix Paulusun rəhbərliyi altında hazırlanmağa başlanmış və həmin il 18 dekabrda Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq edilmişdir. Plana görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı. Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km-lik SSRİ sərhədi boyunca icra edilməyə başlamış, bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi daxil olmuşdur. Əməliyyata həmçinin 60 000 texnika və 750 000 at cəlb olunmuşdu. == Barbarossa planı == Barbarossa planına uyğun olaraq 22 iyun 1941-ci ildə SSRİ-yə hucum üçün Almaniya və onun müttəfiqlərinin 190 diviziyası(o cümlədən 19 tank və 14 mühərrikli diviziya)cəmləşdirilmişdi. Onları dörd hava donanması, eləcə də Rumıniya və Finlandiya aviasiyası dəstəkləyirdi.
Bettina Plank
Bettina Plank Avstriya-lı karateçi. == Haqqında == Bettina Plank 24 fevral 1992-ci ildə anadan olmuşdur.2015-ci ildə o, Bakı-da keçirilən 2015-ci il Avropa Oyunları yarışında gümüş medal qazandı. Finalda Türkiyə-li Serap Özçelik-ə məğlub oldu.Elə həmin ildə Türkiyə-nin İstanbul şəhərində təşkil edilən 2015 Avropa Karate Çempionatında qadınlar arasında 50 kq kumite kataqoriyası üzrə qızıl medal qazandı.2017-ci ildə Polşa-nın Wrocław şəhərində təşkil edilən 2017 Dünya Oyunlarında qadınlar arasında kumite 50 kq kataqoriyası üzrə yarışında medal qazanmadan yarışdı. Seçmə mərhələdə bir maçda qələbə qazandı və iki görüşdə məğlub oldu buna görə də yarımfinalda mübarizə apara bilmədi.2019-cu ildə Belarusiya-nın Minsk şəhərində təşkil olunmuş 2019 Avropa Oyunlarında qadınlar arasında kumite 50 kq çəki kataqoriyası üzrə qızıl medal qazandı.
Böyükşor parkı
Böyükşor bulvarı və ya Böyükşor parkı – Azərbaycanın Bakı şəhərinin Nərimanov rayonunda, Böyükşor gölünün sahilində yerləşən bulvar tipli park. Açılışı 22 may 2015-ci ildə baş tutub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva iştirak edib. Bulvar 2014-cü ildə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və 2013-cü ildə təsdiq edilmiş "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq yaradılıb. Bulvar gölün şərq və cənub sahilində yerləşir. Sahəsi isə 15 hektardan çoxdur. Bulvar neftlə çirklənmiş torpaqların təmizlənməsindən sonra salınıb. Həmçinin çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınıb və drenaj sistemi qurulub. Sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb.
Cen Psaki
Cen Psaki və ya Cenifer Psaki (ing. Jennifer Rene «Jen» Psaki; 1 dekabr 1978, Stamford) — ABŞ Dövlət Departamentinin nümayəndəsi.
Cidayubori parkı
Cidayubori parkı (次大夫堀公園, Cidayubori-koen) — Yaponiyanın Tokio şəhərinin Setaqaya rayonunun Kitami bölgəsində yerləşən park.