Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plan
Plan — Yer səthinin kiçik bir sahəsinin üfüqi müstəvidə iri miqyasda təsviri.. Plan (Coğrafiya) — Plan (En) — Fransada kommuna.
Plzen
Plzen (çex. Plzeň, alm. Pilsen‎) — Çexiyanın dördüncü böyük şəhəri. Plzen diyarının inzibati mərkizidir. Plzen şəhəri dörd çayın qovuşduğu yerdədir (Mje, Radbuza, Uqlava və Uslava). Bu dörd çay birlikdə Beroun çayını yaradır. Şəhərin əsası, 1292-ci ildə Çexiya kralı Vaslav II tərəfindən qoyulmuş, 1419-cu ildə isə qusitlərin mərkəzi olmuşdu.
PLMN
Public land mobile network (PLMN; azərb. İctimai yerüstü mobil şəbəkə‎) — müəyyən bir ölkədə xüsusi operator tərəfindən təklif olunan simsiz rabitə xidmətlərinin birləşməsi. PLMN adətən GSM/2G, UMTS/3G, LTE/4G kimi bir neçə mobil texnologiyadan ibarətdir. Müəyyən bir ölkə daxilində bir operator tərəfindən təklif olunur və tez-tez mobil şəbəkə adlandırılır. PLMN özü MCC (ölkə kodu) və MNC-dən (şəbəkə kodu) ibarət qlobal unikal PLMN kodu ilə müəyyən edilir. Beləliklə, bu, bir ölkəni və həmin ölkədəki mobil şəbəkə operatorunu müəyyən edən beş-altı rəqəmli nömrədir. PLMN aşağıdakıların bir hissəsidir: Location area identity (LAI) (PLMN və MNC) Cell Global Identity (CGI) (LAI və "Cell Identifier") IMSI MNC ikirəqəmli formada və başında sıfır olan üç rəqəmli formada ola bilər. Belə ki, 01 və 001 əslində iki fərqli MNC-dir. Beləliklə, PLMN 001–02 və 001–002 eyni ölkədə olur, lakin iki tamamilə fərqli operatora (02 və 002) aiddir. PLMN təyinatlarından aydın olur ki, eyni nömrə dəyərinə malik ikirəqəmli və üçrəqəmli MNC-lərin bu cür ikiliklərindən qaçınmaq olar.
Olen
Olen (padşah) — qədim yunan mifologiyasında personaj, Olen şəhərinin eponimi. Olen (Axeya) — Yunanıstanda, qədim Axeyada polis (şəhər-dövlət). Olen (Etoliya) — Cənubi Etoliyada, Axeloos və Evinos çayları arasında, Arakintos dağının ətəyində qədim şəhər.
Polen
Çiçək tozu və ya polen – cücülərlə tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi ilə yaranan arıçılıq məhsuludur == Çiçək tozunun tərkibi == proteinlər(zülallar) – 11 – 35% karbohidratlar (qlükoza, fruktoza, saxaroza) – 20 – 39% lipidlər (yağlar və yağabənzər maddələr) – 1 – 20% makroelementlər (K, Ca, P, Fe, Mg) mikroelementlər (Mn, Cr, Zn, I və sair).
PEN
PEN (ing. PEN İnternational) - ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən 5 oktyabr 1921-ci ildə yaradılan və bütün dünya yazıçılarını birləşdirən təşkilat. Mərkəzi London şəhərindədir. Təşkilatın adı olan PEN ingiliscə "playwrights" (Drammaturqlar), "essayists" (Oçerk yazıçıları) və "novelists" (Roman yazıçıları) sözlərinin abreviaturasından əmələ gəlib. PEN həm də ingiliscə qələm deməkdir. PEN Birinci dünya müharibəsindən sonra İngiltərədə bir neçə dost yazıçının görüşdüyü kiçik təşkilat idi. Amma daha sonra böyüdü. Mərkəzi London şəhərində yerləşən təşkilatın əsas məqsədi siyasətdən uzaq olub ifadə və fikir azadlığının təmin olunması və yazıçıların haqqlarının qorunmasıdır. 1926-cı ildə PEN-ə cəmi 25 ölkə üzv idi. Hal-hazırda isə bu say 104-dür və 144 ofisi mövcuddur.
Elen Donnelli
Elen Donnelli (ing. Elaine Donnelly; 22 mart 1948) — Böyük Britaniya aktrisası. Müxtəlif seriallarda iştirak etmişdir.
Elen Kuragin
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Kuragina
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Parmelen
Elen Parmelen (fr. Hélène Parmelin; d. 19 avqust 1915, Nansi, Fransa – ö. 5 fevral 1998, Paris, Fransa) — fransız qadın yazıçı == Həyatı == Elen Parmelen 19 avqust 1915-ci ildə Fransanın Nansi şəhərində anadan olub. 1957-ci ildə Azərbaycanda olmuşdur. 5 fevral 1998-ci ildə Fransanın Paris şəhərində vəfat edib. == Yaradıcılığı == 1944–1956-cı illərdə "Humanite" qəzetində əməkdaşlıq etmişdir. "2078 nömrəli əsgər" (1953) sənədli povesti Vyetnamda müstəmləkəçilik müharibəsi əleyhinə mübarizədən bəhs edir. "Leonar özgə aləmdə" (1957), "Məşhur əsgər" (1962), "Əyləncəli şeylər" (1967), "Qara əda" (1970) və s. sosial mövzulu romanların müəllifidir.
Elen Svedin
Helene Sve­din (21 oktyabr 1974, Sollefteo[d], Verternorrland[d]) — isveçli model. == Həyatı == Helen Svedin 1997-ci ildə Flamenko şousunda portuqaliyalı futbolçu Luiş Fiqu ilə tanış olub. 2001-ci ildə Luiş Fiqu ilə­ evlənib. 3 qı­zı var - Da­nie­la (1999), Mar­ti­na (2002) və Stel­la (2004). Helen Svedin H&M brendinin rəsmi simasıdır.
Plan (Coğrafiya)
Məhəlin üfüqi proyeksiyasının kağız (müstəvi) üzərində kiçildilmiş oxşar (təhrivsiz) təsvirinə plan deyilir. Plan kiçik ərazini əhatə etdiyi üçün ölçmə zamanı Yerin əyriliyi təcrübi olaraq nəzərə alınmır. Radiusu 10 km və bundan kiçik olan əraziləri plana alarkən Yerin əyriliyindən yaranan təhrif 1:10000 və ondan böyükmiqyaslı plan üzərində aparılna ölçü və hesablama işlərinin dəqiqliyindən az olduğu üçün belə əraziləri müstəvi səth kimi qəbul etmək olar. Planalmanın aşağıdakı növləri var: Bu planalma zamanı obyektlərin üfüqi koordinatları təyin edilir və kağız üzərində obyektlərin yalnız konturları təsvir olunur. Bu zaman yer səthində olan yüksəkliklər ölçülür və kağız üzərinə ərazinin ancaq relyefi təsvir olunur. Bu zaman isə Yer səthində olan obyektlərin konturu ilə yanaşı, relyef də plana alınır. Planalmada başlıca məqsəd ərazinin topoqrafik plan və ya xəritəsini tərtib etməkdən ibarət olduğu üçün çox vaxt üfuqi-şaquli planalmaya topoqrafik planalma deyilir.
Plan (En)
Plan (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Plan (İzer)
Plan (fr. Plan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Etyenn-de-Sen-Juar kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38308. Kommunanın 1999-cu il üçün əhalisi 182 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 452 ilə 785 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 30 km şimal-qərbdə yerləşir.
Plzen diyarı
Plzen diyarı (çex. Plzeňský kraj) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati mərkəzi Plzen şəhəridir. Plzen bölgəsinin əhalisi 570,401 nəfərdir (2011-ci il siyahıyaalınmasına əsasən), bu Çex Respublikası ümumi əhalisinin 5,47% -nə uyğundur. Bu sayın 30% sakinləri Plzen və ətraf şəhərlərdə yaşayır. Bölgədə az sayda əhalisi olan çox sayda yaşayış məntəqəsi var, yeganə böyük şəhər Çexiyanın dördüncü böyük şəhəri olan Plzen bölgəsinin inzibati mərkəzidir (164,000 əhali). Bölgənin qalan 46 şəhərində 367 min insan yaşayır. Əhalinin sıxlığı 1 kvadrat kilometrə 75.44 nəfərdir (ölkədə orta hesabla 1 kvadrat kilometrə 132.33 nəfər). Taxov (37.65) və Klatovi (44.21) bölgələrində əhalinin ən az sıxlığı. Əsas mineral yataqları Pilsen yaxınlığında işlənir.
Polen Uslupehlivan
Polen Uslupehlivan (27 avqust 1990, Yüreğir, Adana ili) – Türkiyə milli voleybol komandasında diaqonal mövqedə oynayan voleybolçu. Vakıfbank aşağı yaş qruplarında başladığı voleybolçuluğa adı çəkilən komandanın əsas komandasından davam etmişdir. Oyun təcrübəsi qazansın deyə, 2010–11 sezonunu Nilüfer Belediyesporda icarə əsasında oynamışdır. 2012-ci ildə doğma komandasına geri dönmüşdür. 2012-ci ildə Türkiyə yığması ilə birlikdə 2012 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Bu hələ ki, voleybolçunun milli komanda da əldə etdiyi ən böyük uğurdur. 2012–13 sezonunu Vakıfbankla möhətşəm şəklində keçirir. Qazanıla biləcək bütün kubokları Polen və komandası həmin sezon aşağıda adı çəkilən turnirlərin qalibi olmuşdur: Türkiyə Qadınlararası Voleybol Çempionatı, Türkiyə Qadınlararası Voleybol Kuboku, Türkiyə Superkuboku, CEV Qadınlar Çempionlar Liqası və "Kulublar arası Dünya Çempionatı".
Polen Ünlü
Polen Ünlü (D. 1995, İstanbul - ö. 20 iyul 2015, Suruç) — Türk qadın fəal və vicdanı retçi. Sosialist fikirli olub heç bir təşkilata üzv deyildi. Vicdani retçi Məşhur, 2015 Suruç saldırısı'nda həyatını itirmişdir. Cənazəsi ailəsinin də istəyi üzərinə, eyni hücumda həyatını itirən yoldaşı Xədicə Ezgi Sadet ilə birlikdə dəfn edilmişdir. Anısına, Yenikapı Teatrı tərəfindən Ankara, Didim, Bursa, Kocaeli və İzmirdə 18-27 dekabr 2015 tarixlərində Polen Məşhur Teatr Belgeselleri Festivalı 'tarix.
Qlen-Ellen
Qlen-Ellen — ABŞ-nin qərbində, Kaliforniya ştatında çox kiçik bölgə. 2010-cu ildə şəhərin əhalisi 784 nəfər olmuşdur. Bura Cek Londonun dəfn edildiyi yer kimi məşhurlaşıb. 2017-ci ildə Şimali Kaliforniya meşə yanğınları bölgəyə böyük ziyan vurmuşdur.
Qlen Etiv
Qlen Etiv (ing. Glen Etive; şot.kelt Gleann Èite) – Şotlandiyanın Haylends ərazisində yerləşən dərə.
Qlen Markatt
Qlenn Mörkatt (25 iyul 1936, London) — Avstraliyanın ən məşhur memarlarından biridir. Qlenn Mörkatt 25 iyul 1936-cı ildə Londonda bir avstraliyalı ailədə anadan oldu. Uşaqlığını Papua-Yeni Qvineyada keçirən Qlenn sadə bir memarlıq cərəyanına bu ölkədə üstünlük verməyə başladı. Avstraliyanın Yeni Cənubi Uels əyalətində liseyə gedən Qlenn Mörkatt memarlıq təhsilini də Yeni Cənubi Uels Universitetində 1956–1961-ci illəri arasında aldı. Burada Avstraliyanın məşhur film rejissoru olacaq Cim Şarman, teatr səhnələri dizayneri Brayan Tomson və film senaristi Mat Karroll ilə tanış oldu. Qlenn Mörkatt bütün kariyeri boyunca Avstraliyada bir çox layihəyə imza atdı. Memarlıq şirkəti yaratmasa da və ya Avstraliya xaricində layihəsi olmasa da Qlen Markatt ölkə xaricində ölkəsinin memarlığına böyük təsir göstərmişdir. İşlərinin çoxu ekoloji və hərtərəfli olan Qlenn Mörkatt, eyni zamanda küləyin istiqaməti, suyun hərəkəti, temperatur və işığın dəyişməsi kimi amillərə də əhəmiyyət verir. Əsasən üstünlük verdiyi materiallar şüşə, daş, taxta və poladdır. 2002-ci ildə Pritsker mükafatını qazanan kazanan Qlenn Mörkatt, 2009-cu ildə Amerika Memarlıq İnstitutunun qızıl medalı ilə təltif edilmişdir.
Qlen Pauer
Qlen Yozef Pauer (ing. Glen Joseph Power; 5 iyul 1974 və ya iyul 1974, Dublin)- İrland bəstəkar. Pauer 1978-ci il İyulun 5-də İrlandiyanın paytaxtı Dublində anadan olub. Özünün də dediyinə görə uşaq vaxtlarında The Beatles , The Who , U2 kimi rok qruplarının mahnılarını dinləyər və oradakı zərb ritmlərinə böyük diqqət yetirərmiş və bu böyük sevgisi onu 2001-də The Script rok qrupunun zərbçisi edir. Danny O'Donoghue və Mark Sheehan ilə tanış olan Glen qrupun əsasını qoyur. Bu qrupla onlar 3 studiya albomuna müvəffəq olurlar. 2012-ci ildə Avropanın ən yaxşı rok qrupu adını da alırlar. Facebookda 6 milyondan çox fanatı olan The Script bu gün ən sayılıb seçilən rok qruplarındandır..
Qlen Bouersok
Qlen Vorren Bouersok (ing. Glen Warren Bowersock; 12 yanvar 1936, Providens[d]) — ABŞ antik tarixçisi, ellinist, son antik dövr, Qədim Yunanıstan, Roma və Yaxın Şərqin tarixi və mədəniyyəti, həmçinin müasir ədəbiyyatda klassik ənənə üzrə mütəxəssis. Fəlsəfə doktoru, Prinstonda əməkdar professor, keçmiş Harvard professoru, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (1989), Rusiya Elmlər Akademiyasının (1999) və Dei Linçei Akademiyasının xarici üzvü. Ceyms Brested mükafatına layiq görülmüşdür (1992). Xenophon, Constitution of the Athenians, edited and translated, Harvard University Press, 1968 Augustus and the Greek World (Oxford, 1965) ISBN 978-0-19-814250-8 Greek Sophists in the Roman Empire (Oxford, 1969) ISBN 978-0-19-814279-9 Julian the Apostate, Harvard University Press, 1978 ISBN 978-0-674-48882-3 Gibbon's Historical Imagination (Stanford, 1988). Hellenism in Late Antiquity [Jerome Lectures] (Michigan and Cambridge U.P., 1990) ISBN 978-0-472-06418-2 Fiction as History, from Nero to Julian [Sather Classical Lectures] (University of California Press, 1994). ISBN 978-0-520-08824-5 Available online from eScholarship editions at the University of California.
Olen (Axeya)
Olen (q.yun. Ὤλενος, Olenos) — Yunanıstanda, qədim Axeyada polis (şəhər-dövlət). Axeya İttifaqının orijinal üzvü idi. Polibinin dövründə Olen artıq tərk edilmiş bir şəhər idi.
Olen (Etoliya)
Olen (q.yun. Ὤλενος, lat. Olenus ) — Cənubi Etoliyada, Axeloos və Evinos çayları arasında, Arakintos dağının ətəyində qədim şəhər. Homer bunu "İliada"da gəmilər kataloqunda qeyd edir. Strabon xəbər verir ki, şəhər eollular tərəfindən dağıdılmışdır. Polibi öz əsərində bu şəhəri Eley adlandırır. Latın yazıçısı Stasi "Fivaida" kitabında Kalidon padşahı Tideyi "Olenli Tidey" adlandırır.
Olen (padşah)
Olen (yun. Ώλενος) — qədim yunan mifologiyasında personaj, Olen şəhərinin eponimi. O, şəhərin ilk padşahı olmuşdur. Olen Zevs və ya Poseidon ilə danaid Anaksitey oğlu idi. Onun varisi və ikinci kralı Krinak olmuşdur.