Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pobiti daşları
«Pobiti daşları» (bolq. Побити камъни, «Побитые камни», «Daş meşə», «Diliktaş» — türk. dikili taş) — Bolqarıstan ərazisində qayalı-daşlı ərazi. Ərazi Varna şəhərindən 18 km kənarda, Varna-Sofiya yolu yaxınlığında yerləşir. Pobiti daşları Devnya şəhəri, eləcə də Slınçevo, Banovo və Straşimirovo kəndləri arasında yerləşir. Böyük və kiçik qruplar halında toplaşan bu daşlıq ərazinin sahəsiс 13 km²-dir. Ərazi hündürlüyü 5-7 metr, yoğunluğu 0,3-3 metr olan daş sütunlardan ibarətdir. Sütunların təməli çox da möhkəm deyil. Daş sütunların meydana gəlməsi haqqında bir neçə hipotez mövcuddur. Onlar əsasən iki qrupda birləşir: orqanik və qeyri orqanik mənşəli hipotezlər.
Albit
Albit — mineral - Na[AlSi3O8]. == Haqqında == Plagioklazın izomorf sırasının son üzvü. Kris­tallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir. == Albit ikiləşməsi == Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagio­klazlar və mikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.
Apofit
Apofit — əkin sahəsində yayılıb alağa çevrilə bilən bitkilər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Eolit
Eolit (yun. ἔως – sübh çağı, dan şәfәqi, erkәn vә λίθος – daş sözündәn) – Nə vaxtsa hesab edilirdi ki, eolitlər ən qədim daş alətlər olub, amma indi hesab edilir ki, bunlar geofaktlardır (buzlaşma kimi tamamilə təbii geoloji proseslərin nəticəsində alınmış daş fraqmentlərdir). Eolitlərin tamamilə təbii mənşəyini göstərən daha çox sübutlar aşkar edilmişdir. == Biblioqrafiya == O'Connor, A. ‘Geology, archaeology, and ‘the raging vortex of the “eolith” controversy’, Proceedings of the Geologists' Association, 114 (2003). Terry Harrison (anthropologist), "Eoliths", in H. James Birx (ed), Encyclopedia of Anthropology (Sage, 2006). Roy Frank Ellen, "The Eolith Debate, Evolutionist Anthropology and the Oxford Connection Between 1880 and 1940," History and Anthropology, 22,3 (2011), 277-306.
Hobbit
Hobbit və ya Oraya və Geriyə (ing. The Hobbit, or There and Back Again) - ingilis yazıçısı Con Tolkin tərəfindən fentezi janrında yazılmış povestdir və 1937-ci ildə nəşr olunmuşdur. Faktiki olaraq, “Üzüklərin hökmdarı” romanı bu kitabın ardıdır. == Yaranma tarixi == Bir çox digər məşhur nağıl əsərləri kimi, "Hobbiti" də Con Tolkin uşaqları kiçik olanda onlar üçün qoşurdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi. Lakin, hekayə yarımçıq qaldı və Tolkin sadəcə əlyazmasının bir nüsxəsini çap etmişdi. Həmin nüsxəni o, hərdən dostlarına oxuması üçün verirdi. Tolkinin tələbələrindən biri bir gün "Allen & Unwin" nəşriyyat evinin redaktoru Süzanna Daqnellə söhbət edərkən, kitabın möhtəşəmliyindən ona danışır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edir ki, o, əsərin süjetini yekunlaşdırsın. Lakin, nəşriyyat evinin direktoru Stenli Anuin kitabın uğur qazanacağına o qədər də əmin deyildi.
Hötit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
KOBİA
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (qısaca: KOBİA) — Azərbaycan Respublikasında mikro, kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, sahibkarlara bir sıra dəstək və xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. == Tarix == Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adlandırılıb, eləcə də Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib. "Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2019-cu il tarixli Fərmanı ilə xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Agentlik ilə əlaqəli şəkildə həyata keçirilir. "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanına əsasən, dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Agentlik həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə maliyyələşdirməyə dair müsabiqənin təşkili KOBİA tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Startapın müəyyən olunması meyarları"na əsasən KOB subyektlərinə "Startap" şəhadətnaməsinin verilməsi Agentlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təstiq edilmiş "Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası"na əsaən mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışına dəstək Agentlik tərəfindən təmin olunur. == Fəaliyyət istiqamətləri == Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir: mikro, kiçik və orta sahibkarlıq sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və tənzimlənməsində iştirak edir; müvafiq sahədə sahibkarların hüquqlarının müdafiəsi məqsədilə zəruri tədbirlər həyata keçirir; müvafiq sahədə dövlət qurumlarının sahibkarlara vahid məkanda daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə xidmət (o cümlədən zəruri səyyar xidmətlər) göstərmələrini təmin edir; kiçik və orta biznes evlərində (KOB evlərində), kiçik və orta biznesin inkişafı mərkəzlərində, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzində, kiçik və orta biznesin inkişafı fondlarında göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət edir; KOB evlərində hər bir xidmətin qanuna uyğun olaraq həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığına dair qiymətləndirmələr aparılmasını təmin edir; dövlət qurumlarının sahibkarlara göstərdikləri hər bir xidməti təhlil edib qiymətləndirərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür; müvafiq sahədə əlverişli biznes mühitinin yaradılması üçün tədbirlər görür beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə və investorlarla əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək və s. == Agentliyin vəzifələri == Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi haqqında təsdiq edilmiş Nizamnamə ilə müəyyən olunmuş bir sıra vəzifələri həyata keçirir: sahibkarlığın inkişafını dəstəkləmək; ölkədə sahibkarlığın inkişaf tendensiyalarını təhlil etmək, iqtisadi və sosial ehtiyacların qarşılanmasında sahibkarların rolunun və payının artırılması ilə bağlı təkliflər vermək; sahibkarlara dövlət dəstəyinin əsas istiqamətlərinin, ümumi şərtlərinin, forma və mexanizmlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; sahibkarların maraqlarının qorunması və problemlərinin çevik həlli sahəsində səlahiyyətli qurum qismində fəaliyyət göstərmək; müvafiq sahədə dövlət və özəl qurumlarının fəaliyyətini əlaqələndirmək və onlarla birgə təşəbbüsləri reallaşdırmaq; müvafiq sahədə hazırlanan qanunvericilik aktlarının müzakirəsində sahibkarların yaxından iştirakını təmin etmək; sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətləri göstərmək; startapların qeydiyyatını və onların innovativ ideyalarının patentləşdirilməsini dəstəkləmək; potensial investorların sahibkarlara investisiya yatırmasını təşviq etmək üçün aidiyyəti dövlət qurumları ilə birlikdə onlar arasında müxtəlif investisiya təşviqi tədbirləri görmək və s.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempratur Xəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Lobio
Lobio (gürcü. ლობიო, Lobio) - gürcü yeməyidir. Əsas tərkibi lobya təşkil edir. Lobio əsas nar soku ilə birlikdə daha dadlı olur. Zaqafqaziya xalqları içərisində ən sevimli yeməkdir. == Tarixi == Qədim zamanlardan Gürcüstanda ən məşhur yeməkdir. Əsasən sünbülçiçəyi meyvəsindən istifadə olunur. XVII əsrdən hazırlanmağa başlanılmışdır. == Hazırlanması == Taxıl fıstığından hazırlanan yeməyin əsası xüsusi bir şəkildə hazırlanır. Lobya 12 saat soyuq suda saxlanılır, sonra isə 2-3 dəfə suyu dəyişilir.
Lobir
Lobir — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Siyaku çayının sahilində, dağətəyi ərazi yerləşir. Kəndin adı Lubər sözünün təhrif olunmuş forması hesab olunur. Oykonim talış dilindəki lu (kiçik çay) və bər (sahil, kənar) sözlərindən düzəlib, "kiçik çay sahilində kənd" mənasındadır. Bəzi tədqiqatçılar kəndin adını talış, "kəsik sahə, kəsilən yer" kimi də izah edirlər.
Mobil
Mobil (Alabama) — ABŞ-də, Alabama ştatında şəhər. Mobil telefon — rabitə vasitəsi. Mobil körfəzi — ABŞ-nin Alabama ştatı ərazində, Meksika körfəzində buxta. Mobil bulud texnologiyaları — Mobil genetik elementlər — ilk dəfə olaraq Barbara Mak-Klintok tərəfindən müəyyənləşdirilib. Adlar Mobil Babayev — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2007). Mobil Əhmədov — azərbaycanlı teatr aktyoru, vokal ifaçı, Azərbaycan Respublikasının xalq artisti (2000).
Mobin
“Mobin” İranın çoxməqsədli yerüstü idarəeməyə malik pilotsuz uçuş aparatıdır. Bu PUA ilk dəfə 27 avqust 2019-cu ildə Rusiyanın Jukovski beynəlxalq hava limanında keçirilən MAKS aviaşousunda nümayiş etdirilib. Mobin düşmənin müdafiəsinə nüfuz edən raketləri ələ keçirmək üçün hazırlanıb. 2018-ci ildə İranda silahlanmaya qəbul edilən “Mobin” ixrac üçün də nəzərdə tutulub. “Mobin” həm zərbə, həm də kəşfiyyat PUA-sı kimi fəaliyyət göstərə bilər və radarlara gürünməyən stels xüsusiyyətlərə malikdir. 3 m qanad uzunluğuna malik PUA-nın EPR-i 0,1 m²-dən azdır. Korpusun burun hissəsindəki xüsusi bölmədə 120 kq-lıq (260 funt) müxtəlif döyüş başlıqlarının quraşdırılması mümkündür. Raketin yük bölməsinin həcmi 116 litrdir. Qısa, orta və uzun məsafələr üçün yanacaq idarəetmə sistemi mövcuddur. 450 kilometr (280 mil) döyüş radiusuna malik PUA-nın çəkisi 670 kiloqramdır (1480 funt).
Norit
Norit — süxur, tərkibində monoklin piroksen əvəzinə çox vaxt rombik piroksen (bronzit, yaxud hipersten) olan qabbro. Tərkibində iki başlıca minerallardan (labrador və rombik piroksen) başqa üçüncü mineral iştirak edirsə, onun adına görə ilmenitli (35–40%), kvarslı, olivinli və başqa növlərə ayrılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Orbit
Orbít (lat. orbita — yol, cığır) və ya Mədar — səma cisminin hərəkət trayektoriyası. Böyük obyektlərin qravitasiya təsiri altında orbit fərqli formalarda ola bilər (dairəvi, elliptik, hiperbolik, parabolik). Bundan əlavə bir neçə obyektin qravitasiya təsiri nəticəsində mürəkkəb formalı orbitləri də mövcuddur.
POSIX
POSIX (ing. Portable Operating System Interface for Unix — azərb. Unix üçün daşına bilən əməliyyat sistemləri interfeysi‎) Bir əməliyyat sistemi xidmətini təyin edən Elektrik və Elektronik Mühəndisləri İnstitutu (IEEE) standartı. POSIX standartını istifadə edən proqramlar bir sistemdən digərinə asanca daşına bilər. POSIX, UNIX sistem xidmətlərinə dayanır, ancaq başqa əməliyyat sistemləri tərəfindən də inkişaf etdirilə biləcək şəkildə yaradılmışdır.
Pelit
Pelit — <0,001 mm və ya <0,005 mm ölçülü hissəciklərdən təşkil olunmuş (mənşəyi və tərkibliindən asılı olmayaraq) çökmə süxurların ümumi adı. Hissəciklərinin ölçüləri <0,01 mm-dən kiçik olan dib çöküntüləri (lillər) də pelit adlanır. Pelit fraksiyası çökmə süxurların və dib çöküntülərinin ölçüləri <0,01 mm hissəciklərdən ibarət olan fraksiyası. Pelit quruluş çox kiçik ölçülü (<0,01 mm) hissəciklərindən (95%-dən çox) ibarət çökmə süxur quruluşu; gil və gil şistləri, argillit və mergellər, vulkanik tuflar və bəzi klastik süxurlar üçün səciyyəvidir. Pelitləşmə — kaliumlu çöl şpatlarının epimaqmatik proseslər, yaxud aşınma nəticəsində dəyişilməsinin ilk mərhələsi. Nəticədə pelit (kaolin və b.) yaranır, minerallar şəffavlığını itirir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Pirit
Pirit (kükürd kolçedanı, dəmir kolçedanı) — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. Kobaltpirit, nikelli pirit, mərgümüşlü pirit. Rəng – açıq bürüncü-sarı, tez-tez oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9–5,2; S – 6–6,5; Ayrılma – {100} və {111} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; termoelektrik xassəsi var; bəzən detektor xassələri təzahür edir; Morfologiya – kristallar: heksaedrik, pentaqon-dodekaedrik, hərdənbir oktaedrik, bəzən burulmuş; heksaedr üzləri üzrə kobud, başqa üzlər üzrə isə nazik ştrixlərin olması ilə səciyyələnir; İkiləşmə: {110} və {111} üzrə təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, müxtəlif süxurlarda püruzlar, böyrək- və salxımvari aqreqatlar; konkresiyalar, sekresiyalar, stalaktitlər, bəzən – druzalar, pirrotin, maqnetit, hematit və üzvi qalıqlar üzrə psevdomorfozalar, markazit üzrə paramorfozalar, isti bulaqların çöküntülərində qabıq, qaysaq və nazik təbəqələr. Ən geniş yayılmış sulfid olub, müxtəlif genetik tipli filiz və süxurlarda rast gəlir. Piritin ən iri yığınları hidrotermal-çökmə və hidrotermal-metasomatik kükürd kolçedanı, mis-kolçedan və kolçedan-polimetal obyektlərində yerləşir. Kobaltpirit isə geniş miqyasda Mərkəzi Afrikanın stratiform tipli mis yataqlarında yayılmışdır. Skarnlar və maqnetit filizləri üzrə inkişaf edən sulfidlərlə sıx assosiasiyada kontakt-metasomatik yataqlarda rast gəlir. Daş kömürlər içərisində, həmçinin çökmə mənşəli dəmir, manqan və alüminium filizlərində və çökmə süxurlarda qeyd olunur. Aksessor mineral kimi püskürmə süxurlarda müşahidə edilir.
Polis
Polis (fr. Police, q.yun. ἡ πολιτεία — dövlət, şəhər) — ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Müxtəlif ölkələrdə müxtəlif spektrdə vəzifələr yerinə yetirir. Əsas vəzifəsi cinayətkarlıqla mübarizə və yol hərəkətinin təşkilidir. Onun üzərinə obyektlərin qorunması, müəyyən sahələrdə inzibati nəzarət, dövlət orqanlarının qərarlarının yerinə yetirilməsi qoyula bilər. Həmçinin müəyyən ölkələrdə yanğın söndürmə və qəzalardan xilasetmə xidməti də polisin tabeliyindədir. Polis sistemi bəzi ölkələrdə mərkəzləşmiş (Azərbaycan, Rusiya, Türkiyə və s.), və ya qeyri-mərkəzləşmiş (Almaniya, ABŞ və s.) ola bilər. Polis orqanları bir nazirlikdə, və ya bir neçə nazirlikdə (İtaliya — "beş polis ölkəsi").
Robot
Robotlar (çex dilində "robota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq Çexiya yazıçısı Yozef Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra "Robot" sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır. Bundan əlavə robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-nin Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar. Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır.
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı. Bu adı olan şəxslər Sabit Rəhman — Sabit Bağırov — Sabit Orucov — Sabit Abbasəliyev — Sabit Kərimov — Sabit Dönentayev — qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
İrbit
İrbit — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Podia
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Polib
Polib ( q.yun. Πόλυβος) — qədim yunan mifologiyasında Korinf padşahı, Peribeyanın həyat yoldaşı, Alkinoyanın atası. O, Kiteron dağında tərk edilmiş körpə Edipi övladlığa götürmüşdür. Qeysəriyyəli Yevsevi "Xronika"sında Polibin 40–45 yaşlarında hökmranlığını göstərir. Sofoklun "Hökmdar Edip" faciəsinin baş qəhrəmanları tez-tez Polibdən bəhs edirlər.